Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2768/2023 17.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Mirzəyeva Aybənizə qarşı «mənimsənilmiş pulun dövlət büdcəsinə ödətdirilməsi» tələbi barədə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyənetdim: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi cavabdeh Mirzəyeva Aybənizə qarşı «mənimsənilmiş pulun dövlət büdcəsinə ödətdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Mirzəyeva Aybəniz tərəfindən mənimsənilmiş 728,** (yeddi yüz iyirmi səkkiz) manat həcmində pulun X1, kod-21***5, VÖEN – 14*1555*71, M/h-Az 37 NABZ *136*1**********3944 SWİFT BİK CTREAZ 22 saylı bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Məhkəməyə təqdim olunmuş iddia ərizəsində cavabdeh olaraq Mirzəyeva Aybəniz göstərilmiş, cavabdehin ata adı qeyd edilməmişdir. Eyni zamanda iddia ərizəsində cavabdehin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) barədə sübut əlavə edilməmiş və həmin şəxsin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) iddia ərizəsində göstərilməmişdir. Həmçinin cavabdeh olaraq Mirzəyeva Aybəniz göstərildiyi üçün bu şəxs barədə şəxsiyyət vəsiqəsi məlumatlarına dair AZEMİS-Elektron Məhkəmə İnformasiya Sistemindəki elektron portalda yoxlanış aparılan zaman belə bir şəxsin mövcudluğu barədə heç bir məlumat aşkar olunmamışdır. Buna görə də iddiaya cavab verməli olan şəxsin kimliyini müəyyən etmək mümkün deyildir. Bununla da müəyyən olunur ki, iddia ərizəsinin formasına və məzmununa dair tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmənin qənaətinə əsasən iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Mirzəyeva Aybənizə qarşı «mənimsənilmiş pulun dövlət büdcəsinə ödətdirilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldım: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Mirzəyeva Aybənizə qarşı «mənimsənilmiş pulun dövlət büdcəsinə ödətdirilməsi» tələbi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(125)-2768/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2768/2023
17.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver