Məhkəmə qərarları › İş №2(125)-2813/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2813/2022

29.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2813/2022 29.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər 1 saylı Gəncə regional ASAN xidmət mərkəzinin Notariat Ofisinə, Cavabdeh2 qarşı 1 saylı Gəncə regional ASAN xidmət mərkəzinin Notariat Ofisinin *1.*7.2*22-ci il tarixli 4 Ə-112* saylı bağışlama müqaviləsinin ləğv edilməsi, çıxarışın ləğv edilərək mənzilin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər 1 saylı Gəncə regional ASAN xidmət mərkəzinin Notariat Ofisinə, Cavabdeh2 qarşı 1 saylı Gəncə regional ASAN xidmət mərkəzinin Notariat Ofisinin *1.*7.2*22-ci il tarixli 4 Ə-112* saylı bağışlama müqaviləsinin ləğv edilməsi, çıxarışın ləğv edilərək mənzilin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, o, iddia tələbini müdafiə edir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında göstərdi ki, bacısı İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili *1.*7.2*22-ci il tarixdə bağışlama müqaviləsi əsasında ona bağışlamışdır. Həmin vaxtan indiyə qədər ona bu barədə hər-hansı bir etiraz bildirməmişdir. Odur ki, hazırki vəziyyətdə məhkəmədən qanuni qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh 1 saylı Gəncə regional ASAN xidmət mərkəzinin Notariat Ofisinə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, İddiaçı müqavilənin ləğv edilməsi ilə bağlı ilk olaraq digər tərəfə müraciət etməli və digər tərəfin imtinasını aldıqdan sonra, və ya təklifdə göstərilmiş müddətdə, müddət göstəlimədikdə isə otuz gün müddətində ondan cavab almadıqda məhkəmədə iddia qaldırmalı olduğu halda, bağışlama müqaviləsi üzrə digər tərəfə müraciət etmədən birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasənmüqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddiaçı bu qaydalara riayət olunmamış birbaşa 1 saylı Gəncə regional ASAN xidmət mərkəzinin Notariat Ofisinin *1.*7.2*22-ci il tarixli 4 Ə-112* saylı bağışlama müqaviləsinin ləğv edilməsi, çıxarışın ləğv edilərək mənzilin əvvəlki vəziyyətə qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçıya mübahisənin məhkəmədən kənar qaydada həlli yoluna müraciət edilməsi izah olunmuşdur. Belə olan halda hazırki iddiaya baxılması əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 259.*.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisəni qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanır. Yuxarıda göstərilənlər məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, hazırki işə baxılması mümkün deyildir və işə baxılması əsaslı sayıla bilməz. Odur ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, tərəflərə işin baxılmamış saxlanmasına səbəb olan halların aradan qaldırılması halında işə yenidən baxılmasının mümkünlüyü izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 259.*.1, 26*, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər 1 saylı Gəncə regional ASAN xidmət mərkəzinin Notariat Ofisinə, Cavabdeh2 qarşı 1 saylı Gəncə regional ASAN xidmət mərkəzinin Notariat Ofisinin *1.*7.2*22-ci il tarixli 4 Ə-112* saylı bağışlama müqaviləsinin ləğv edilməsi, çıxarışın ləğv edilərək mənzilin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar