Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2859/2024 15.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus “VAZ 21074” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı maşına 2808 manat məbləğində dəymiş maddi ziyanın, dəymiş mənəvi ziyan olaraq 3000 manat, maşın olmadığı üçün çəkilən xərclərin əvəzi qismində 5000 manat, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat üçün ödənilmiş 67,92 manat məbləğində pul olmaqla, cəmi 10875,92 manat və 123 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, birinci qrup əlildir, 4 aydır ki, piyada qalmışdır. “VAZ-2107” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı maşın (avtomobil) onun mülkiyyətindədir. Cavabdeh (sürücü) Cavabdeh idarə etdiyi “Nissan Micra” markalı **-RB- *** dövlət qeydiyyat nişanlı avtomobillə sürücü X2 idarə etdiyi “Hyundai Elantra” markalı **- BZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil, sürücü Nümayəndə2 idarə etdiyi “VAZ- 2107” markalı, **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və sürücü X4 idarə etdiyi “VAZ-2107” markalı **-DJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillər toqquşmuşdur. Bundan sonra 21 fevral 2024-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4 və 328.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. O, əmlakın qiymətləndirilməsi üçün "xxxx" MMC-yə müraciət etmiş və ona əmlakın Qiymətləndirilməsinin nəticələri haqqında hesabat verilmişdir. 15 mart 2024cü il tarixli əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus “VAZ-2107” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı maşına dəymiş ziyan 2808 manat təşkil edir. Cavabdeh ona dəymiş ziyanı bu günə qədər ödəməmişdir. Həmçinin iddia ərizəsinə qeyd edilir ki, ona əlavə ziyan dəymiş, çünki uzun müddətdir ki, maşınsız qaldığı üçün taksidən istifadə etmək məcburiyyətində qalmışdır. Ailəsində oğlu, qızı, nəvəsi və o, İ qrup əlildir. Ona məxsus maşın onlara daim lazım olub. Çünki həmin maşınla tələbatlarını ödəyə bilmək üçün xəstəxanaya və digər yerlərə gedirlər. Lakin həmin avtomobil yararsız vəziyyətə düşdüyü üçün 5000 manat məbləğində əlavə xərci çıxmışdır. Nəticədə ona maddi ziyan dəymişdir. Ona görə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə gedişində "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və əlavə etdi ki, cavabdeh 5 aydır ki, dəymiş ziyanı ödəməkdən yayınır, hətta bu müddət ərzində ümumiyyətlə onunla maraqlanmamışdır. Hadisə zamanı avtomobili etibarnamə əsasında oğlu, yəni onun nümayəndəsi Nümayəndə2 idarə etmişdir. Maşına dəymiş ziyanın qiymətləndirilməsi barədə hesabat işə əlavə edilmişdir. Lakin maşına dəymiş ziyan hesabatda göstərilən məbləğdən də çoxdur. Avtomobili olmadığından da hər yerə taksi ilə gedib gəlmiş, buna da xeyli xərci çıxmışdır. Dəfələrlə sığorta şirkətinə müraciət etsə də sığorta ona dəymiş ziyanın əvəzini ödəmir. Hesab edir ki ona dəymiş ziyanın əvəzi məhz cavabdehdən, yəni Cavabdeh tutulmalıdır. Bundan başqa, ekspert rəyi ilə tanış olmuşdur, lakin həmin rəylə razı deyildir. Hesab edir ki, rəydə dəymiş ziyanla bağlı göstərilən məbləğ aşağıdır və reallığı əks etdirmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçı ilə eyni məzmunlu izahat verdi. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, əslində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş ziyan "xxxx" ASC tərəfindən, yəni cavabdehin sığorta müqaviləsi bağladığı sığorta şirkəti tərəfindən ödənilməli idi. Bunun üçün "xxxx" ASC tərəfindən 1400 manat məbləğində pul ayrılsa da, zərərçəkmişlər, yəni iddiaçı və onun nümayəndəsi aidiyyəti qaydada sığorta şirkətinə müraciət etmədiyi üçün ödəniş olunmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, lakin üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi, polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə əməldə cinayət tərkibi olmaması əsasına görə rədd edilmiş, cavabdehin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4 və 328.1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. Aparılmış ilkin araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində cavabdeh (sürücü) Cavabdeh ayıq vəziyyətdə sürücülük hüququ əsasında idarə etdiyi “Nissan Micra” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə hərəkətdə olan zaman həmin küçə ilə onun qarşısında hərəkətdə olan sürücü X2 idarə etdiyi “Hyundai Elantra” markalı **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşduqdan sonra sürücü Nümayəndə2 idarə etdiyi “VAZ-2107” markalı, **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə və sürücü X4 idarə etdiyi “VAZ-2107” markalı **-DJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə sürücü Nümayəndə2 xəsarət aldığı üçün Gəncə şəhər TTYX-na müraciət etmişdir. Aparılmış araşdırma zamanı cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi ilə etibarnamə əsasında idarə etdiyi “Nissan Micra” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman qarşıda çuxur olduğunu görüb qəflətən əyləci sıxdığı üçün arxadan gələn “VAZ 2107” markalı avtomobil onun avtomobilinə toxunmuş və bu səbəbdən o, idarəetməni itirmiş və onun idarə etdiyi avtomobil digər avtomobillərə dəymişdir. Aparılmış araşdırma zamanı yol-nəqliyyat hadisəsi ilə bağlı iddiaçının avtomobilini idarə etmiş Nümayəndə2 tərəfindən verilmiş izahatdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində anası İddiaçı mülkiyyətində olan və etibarnamə əsasında idarə etdiyi “VAZ-2107” markalı **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə hərəkətdə olan zaman əks istiqamətdə olan “Nissan Micra” markalı avtomobil idarəetməni itirərək bir neçə dəfə yerində fırlanıb arxa hissəsi ilə onun idarə etdiyi avtomobilin ön hissəsinə dəymişdir. Toqquşma nəticəsində onun idarə etdiyi avtomobildə olan sərnişinlər heç bir xəsarət almasalar da, o, sol ayaq və sol qol nahiyyəsindən xəsarət almışdır. Beləliklə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, məhkəmə yol nəqliyyat ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/158 nömrəli rəyinə əsasən günah sürücü Cavabdeh verilmişdir. Hadisə vaxtı “Nissan Micra” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh məhkəmə tibbi ekspertizasının rəyinə əsasən yüngül xəsarət almış, digər sürücülər isə xəsarət almamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Qanunvericiliyin tələblərinə görə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsi ilə zərər çəkmiş şəxsin yalnız az ağır və ağır xəsarət alması cinayət məsuliyyətinə səbəb olur. Baş vermiş hadisə zamanı isə Cavabdeh yüngül dərəcəli bədən xəsarətləri alması və digər şəxslərin isə xəsarət almaması və digər şəxslərin isə xəsarət almaması faktları cinayət məsuliyyətini istisna edir. Həmçinin hadisə zamanı dəymiş ziyan ilə əlaqədar sürücülər X6, Nümayəndə2 və X5 mülki iddia ərizəsi ilə müvafiq rayon (şəhər) məhkəmələrinə müraciət etmələri izah edilməlidir. İş materiallarında olan, Gəncə şəhəri X13 Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında AP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan və bununla əlaqədar Gəncə şəhəri X13 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, cavabdeh, “Nissan Micra” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, yəni xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınınına əks istiqamətdə hərəkət etmə, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4 və 328.1-ci maddələri ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən və “Elektron notariat” X1 çıxarışdan görünür ki, “Nissan Micra” markalı, **-RB- *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X8, etibar edilən şəxs isə Cavabdehdur. Digər - “VAZ 21074” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı, etibar edilən isə Nümayəndə2dur. İş materiallarına əlavə edilmiş, PPA********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi”nin surətindən görünür ki, sığortalı Nümayəndə2 2010-cu il istehsalı olan, “VAZ” markalı, “21074” modelli, 20DB352 dövlət qeydiyyat nişanlı minilk avtomobilini xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığortaçı "xxxx" ASC tərəfindən sığorta etdirmişdir. İş materiallarına əlavə edilmiş, İcbari Sığorta Bürosunun “İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması” informasiya sistemindən çıxarışdan görünür ki, PPA********** nömrəli müqaviləyə əsasən “Nissan Micra” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığorta edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş, "xxxx" MMC tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli ƏQ-315/2024 nömrəli əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus “Vaz” markalı, “21074” modelli, **-DB-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı, “Qara metallik” rəngli, sedan tipli minik avtomobilinin əvvəlki vəziyyətə gətirilməsi üçün dəymiş ziyanın real bazar dəyəri 2808 (iki min səkkiz yüz səksən) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Gəncə avtomotoservis və ticarət müəssisəsi 9 saylı TXE tərəfindən verilmiş 27 avqust 2024-cü il tarixli qüsur aktından görünür ki, “VAZ 21074” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2900 manat məbləğində ziyan dəymişdir. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5468 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş, “Gəncə avtomotoservis və ticarət müəssisəsi” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 2010-cu il buraxılışlı “VAZ 21074” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci (dəyişilməli hissələrin qiyməti – 790,00 manat; təmir-bərpa işlərinin qiyməti – 1050,00 manat) təxminən 1840,00 manat müəyyən edilir. “Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə” Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422 nömrəli məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2010-cu il buraxılışlı “VAZ 21074” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı, tədqiqata təqdim edilmiş qüsur aktı əsasında hesablanmışdır. Beləliklə, mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Nissan Micra” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yol hərəkəti qaydaları pozmaqla iddiaçıya məxsus, Nümayəndə2 tərəfindən etibarnamə əsasında idarə edilən “VAZ 21074” markalı, 20DB352 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. İşin şərh edilən hallarından da göründüyü kimi, iddiaçıya məxsus avtomobilə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsinə cavabdehin yuxarıda qeyd edilən avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması səbəb olmuşdur. Bu hal iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında qərarla təsdiq olunur. Həmçinin, yolnəqliyyat hadisəsində özünün təqsirli olmasını cavabdeh də inkar etmir. Bu isə, baş vermiş deliktə görə cavabdehin təqsirli olması barədə nəticəyə gəlməyə əsas verir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən müddəanın mənası baxımından məhkəmənin qənaətinə görə nəqliyyat vasitəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunduğundan, zərərvuran avtomobil isə cavabdehin istifadə və sahibliyində olduğundan və onun tərəfindən idarə edildiyindən, həmçinin yol nəqliyyat hadisəsinin baş verməsində cavabdehin təqsirli olması müəyyən edildiyindən, yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə, cavabdeh özü birbaşa məsuliyyət daşıyır. Lakin məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıya məxsus avtomobilə dəymiş zərərə görə tələb edilən məbləğdə deyil, cəmi 1840 manat məbləğində təmin edilməlidir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5468 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə 2010-cu il buraxılışlı “VAZ 21074” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1840,00 manat müəyyən edilmişdir. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi vurulmuş mənəvi ziyana görə 3000 manat, avtomobil olmadığı üçün çəkilən xərclərin əvəzinə görə 5000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı deyildir. Belə ki, hazırki iş üzrə isə iddiaçı öz tələbində cavabdeh tərəfindən ona 3000 manat məbləğində mənəvi ziyan vurulduğunu bildirsə də, mənəvi ziyanın əsaslılığını göstərən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, fiziki və mənəvi sarsıntılar keçirməsini sübut etməmişdir. Bundan başqa, iddiaçı ona məxsus avtomobili istifadə etmək mümkün olmadığından ailə üzvlərinin səhhəti ilə əlaqədar dəfələrlə taksi xidmətindən istifadə etdiyini göstərərək bununla əlaqədar ona 5000 manat məbləğində maddi ziyan dəydiyini göstərsə də, məhkəmə prosesində bu halları təsdiq edən heç bir təsdiqləyici faktları və ya sübutları təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya mənəvi zərər, eləcə də taksi xərcləri ilə bağlı maddi ziyan vurması iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından, bu xüsusatlar üzrə sübutlar iş materiallarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Sübutlar işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-in 77.1-ci maddəsi). Məhkəmə sözügedən zərərin əvəzinin cavabdehin mülki məsuliyyətini icbari sığorta edən sığorta şirkəti tərəfindən ödənilməli olması barədə cavabdehin arqumentini əsaslı saymır və qeyd edir ki, bu cavabdehlə həmin sığorta şirkəti arasında olan münasibətlər üzrə nəzərə alınmalı olan haldır, hazırda iddiaçıya birbaşa zərər yüksək təhlükə mənbəyinin qanuni sahibi olan cavabdeh tərəfindən vurulmuşdur və iddiaçı ona vurulan zərəri məhz cavabdehdən tələb edir. Məhkəmə bu qənaətə gələrkən həm də, iddiaçının sözügedən sığorta şirkətinə dəfələrlə etdiyi müraciətinin cavabsız qalmasını, eləcə də cavabdehin zərərin ödənilməli olmasında hərəkətsizliyini nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, ümumilikdə 1840 manat məbləğində maddi zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Hazırkı iş üzrə məhkəmə xərcləri – iddiaçı tərəfindən ödənilmiş 122 manat dövlət rüsumundan və ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərcindən ibarətdir. Məhkəmə hesab edir ki, MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 122 manat dövlət rüsumunun 38,40 manat hissəsi cavabdedən alınaraq iddiaçıya ödənilməli, qalan hissə iddiaçıya aid edilməli, eyni zamanda ekspertiza xərci olan 50 manat məbləğində pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat üçün 67,92 manat məbləğində pul vəsaiti ödənildiyini qeyd edir. Lakin iş materiallarında əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat üçün ödənilmiş vəsaitlə bağlı hər hansı təsdiqləyici sənədlər mövcud deyil. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 1840 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 38,40 manat olmaqla, cəmi 1878,40 (bir min səkkiz yüz yetmiş səkkiz manat qırx qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutulsun və (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2859/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2859/2024
15.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver