Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-294/2023 30.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən X1 dəymiş az ağır dərəcəli bədən xəsarətlərinə görə ödənilmiş 1500 manat pulun və 35,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-in nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2017-ci il tarixində “VAZ 2102” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə X1 az ağız dərəcəli bədən xəsarətləri yetirmişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, X1 az ağız dərəcəli xəsarətə görə ümumilikdə 1500 manat məbləğində ödəniş həyata keçirilmişdir. Belə ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı etibarnamə olmadan avtomobil idarə etdiyinə görə Cavabdeh qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, 1500 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, xx.xx.2017-ci il tarixdə idarə etdiyi Vaz 2102 markalı, 51BA566 qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Ş.İ.Xətai prospektində «AuraPark»ın qarşısında hərəkətdə olarkən yolu keçmək istəyən piyada X5 ehtiyatsızlıqdan vuraraq ona xəsarət yetirmişdir. İdarə etdiyi avtomobil etibarnamə üzrə anasına məxsus olmuşdur. Avtomobilin onun tərəfindən idarə edilməsi üçün etibarnaməsi olmamışdır. Belə ki, zərərçəkənə dəyən bütün zərəri o ödəmişdir. 2-3 gün ərzində 4000 manatdan çox pul xərcləmişdir.Hal-hazırda işsizdir, tələb olunan sığorta ödənişini ödəməyə maddi imkanı yoxdur. İddianın əsassız olduğunu göstərərək rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-xx.xx.2017-ci il tarixli, ********* saylı sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2017-ci il tarixdə 51BA566 qeydiyyat nişanlı, VAZ2102 minik markalı avtomobilin sürücüsü Cavabdeh avtomobillə piyada X5 vuraraq sağlamlığına az ağır xəsarət yetirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2017-ci il tarixli, 872 saylı rəyindən görünür ki, X3 bədənində olan xəsarətlər xx.xx.2017-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh zərərçəkən şəxslə barışıq əldə etdiyi üçün barəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2017-ci il tarixli, 040330 saylı sığorta aktından görünür ki,X1 vurulan zərərin məbləği 1500 manat müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixli, 4733 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X3 hesabına 1500 manat pul köçürülmüşdür. xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, cavabdehə subqoqasiya qaydasına sığorta ödənişini ödəməsi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2017-ci il tarixli, 7E-1350 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, 51BA566 qeydiyyat nişanlı, VAZ2102 minik markalı avtomobilə dair X2 xx.xx.2018-ci il tarixə qədər nəqliyyat vasitəsi üzərində sərəncam verilməsinə dair etibarnaməsi olmuşdur. xx.xx.2017-ci il tarixli, 002626 saylı sığorta haqları üçün mədaxil qəbzindən görünür ki, Cavabdeh 51BA566 qeydiyyat nişanlı, VAZ2102 minik markalı avtomobilin xx.xx.2017ci il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı Sığorta Şirkəti ASC-də sığorta olunması üçün 55 manat sığorta məbləği ödəmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki işin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh VAZ2102 minik markalı 51BA566 qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan yəni etibarnamə olmadan idarə etməklə yol nəqliyyat hadisəsi törədərək piyada X5 vuraraq sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari tibbi sığorta üzrə zərərçəkənə 1500 manat ödənilmişdir. Cavabdeh zərərçəkənə dəymiş zərərlə bağlı onun tərəfindən 2-3 günə 4000 manatdan artıq pul xərclədiyini göstərsə də öz etirazının əsası kimi istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda zərərçəkən şəxsin şikayət və tələbi olmaması göstərilsə də lakin zərərin ödənilməsi qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1108.1-ci maddəsinə əsasən «Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur» MM-in 936.2-cı maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarından bəhs edən 25.1-ci maddəsinə əsasən icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarından biridə bu Qanunun 25.1.3-cü maddəsində nəzərdə tutulmuş haldır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi, qanunvericilik faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçməsini nəzərdə tutmuşdur. Sığorta hadisəsi Cavabdeh qanunazidd hərəkətlərinin nəticəsində baş vermişdir. Belə ki, avtomobili idarə etməyə hüququ olmamışdır. Hadisə zamanı zərərçəkən şəxs X6 1500 manat məbləğində zərər dəymiş və dəymiş zərər iddiaçı tərəfindən X6 tam olaraq ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, faydalanan şəxsin X3 cavabdehə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ, əmlak sığortası üzrə sığorta ödənişini etmiş iddiaçıya subroqasiya qaydasında keçdiyi üçün iddia təmin edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-MPM) 217.3cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 1500 (bir min beş yüz) manat pul alınaraq İddiaçı Sığorta Şirkəti ASC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1 -ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 35,40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat pul və 35,40 (otuz beş manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-in xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №2(125)-294/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-294/2023
30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver