Məhkəmə qərarları › İş №2(125)-3032/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3032/2024

27.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3032/2024 27.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri 6 saylı notariat ofisinə və üçüncü şəxs Maraqlı şəxs qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhəri 6 saylı notariat ofisinə və üçüncü şəxs Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8İ-910 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 8İ-910 saylı, xx.xx.2024cü il tarixli icra qeydinə əsasən Gəncə şəhər 6 saylı notariat kontorunun notariusu X1 icra qeydinə əsasən 8000 manat məbləğində borcun ondan tutularaq Maraqlı şəxs ödənilməsi müəyyən olunmuşdur. O, Cavabdeh onun barəsində apardığı 8İ-910 saylı, 05 mart 2024-cü il tarixli icra qeydi ilə razı deyildir. Belə ki, onun barəsində Cavabdeh 8İ-910 saylı, 05 mart 2024-cü il tarixli icra qeydi aparılarkən notarius tərəfindən notariat ofisinə dəvət olunmamışdır, ümumiyyətlə barəsində çıxarılan icra qeydindən xəbərsiz olmuşdur. Beləliklə, notarius barəsində apardığı icra qeydi barədə ona xəbərdarlıq etməmiş və icra qeydinin surəti ona göndərilməmişdir. Onun Cavabdeh barəsində apardığı 8İ-910 saylı, 05 mart 2024-cü il tarixli icra qeydindən yalnız icra məmuru onu Gəncə Şəhəri üzrə İcra İdarəsinə dəvət etdikdən sonra məlumatı olmuşdur. O, icra məmurundan icra qeydinin yalnız ksero surətini almışdır. Buna baxmayaraq, Cavabdeh barəsində çıxardığı 8İ-910 saylı, 05 mart 2024-cü il tarixli icra qeydi ilə razı deyildir, onun Maraqlı şəxs icra qeydində göstərilən məbləğdə borcu yoxdur. Bunu maraqlı şəxs özü də təsdiq edəcəkdir. Bu baxımdan hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə hesab edir ki, Cavabdeh onun barəsində qəbul etdiyi 8İ-910 saylı, 05 mart 2024-cü il tarixli icra qeydi əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, icra qeydindən məlumatı olmamasından əlavə Maraqlı şəxs borcu yoxdur. 3000 manat borc pul almış, faiz borcu ilə birlikdə borc məbləği 3500 manat olmuş, 3800 manat pul qaytarmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh ünvan 1 ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən işə üçüncü şəxs Maraqlı şəxs iştirakı olmadan baxmağı mümkün hesab etmişdir Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhəri 6 saylı notariat ofisində xx.xx.2024-cü il tarixdə 8İ-910 reyestr nömrə ilə tərtib edilmiş notariat işində olan Gəncə şəhəri 6 saylı notariat ofisində 8İ-910 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli icra qeydinin surətindən görünür ki, İddiaçı tələbkar Maraqlı şəxs xeyrinə 8000 manat pul və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu tutulmalıdır. Notariat işində olan icra qeydinin verilməsinə əsas olmuş xx.xx.2024-cü il tarixli, 8İ-641 reyestr nömrəli “Notariat icra qeydi haqqında ərizə”nin surətindən görünür ki, icra qeydinin verilməsinə əsas olan öhdəliyi müəyyən edən sənəd xx.xx.2023-cü il tarixli, 3M-289 reyestr nömrəli kredit müqaviləsidir. Ərizədə göstərilir ki, kredit müqaviləsi üzrə borclunun 8000 manat borcu vardır, lakin borclu borcunu hələ də ödəməmişdir. Notariat işində olan Gəncə şəhəri 3 saylı notariat ofisində 3M-289 reyestr nömrə ilə təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən Maraqlı şəxs tərəfindən borc alan İddiaçı xx.xx.2023-cü il tarixədək ödəmək şərti ilə 8000 manat məbləğində faizsiz kredit verilmişdir. Notariat işində olan Gəncə şəhər 6 saylı notariat ofisində 8İ-640 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişin surətindən görünür ki, borc 20 gün müddətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılması barədə borcluya xəbərdarlıq edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə üçüncü şəxs Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsində Maraqlı şəxs tərəfindən iddiaçıya 8000 manat kredit verildiyi qeyd olunmuşdur. Maraqlı şəxs borclunun (iddiaçının) kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat ofisinə ərizə ilə müraciət etmiş və Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə müvafiq icra qeydi verilmişdir. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilməmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Qanunvericiliyin tələbinə görə, tələbkar Maraqlı şəxs icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş, notariat işində olan sənədlər araşdırılarkən xx.xx.2024-cü il tarixli, 8İ-640 reyestr nömrəli icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya bildirişin göndərilməsi təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı qanun pozuntusuna yol verildiyindən, iddia təmin edilməli, Gəncə şəhər 6 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-910 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 100 manat dövlət rüsumu cavabdeh Gəncə şəhər 6 saylı notariat ofisindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Gəncə şəhər 6 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-910 reyestr nömrəli icra qeydi ləğv edilsin. Cavabdeh Gəncə şəhər 6 saylı notariat ofisindən dövlət rüsumu hesabına 100 manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar