Məhkəmə qərarları › İş №2(125)-320/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-320/2024

16.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-320/2024 16.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3, iddiaçı və iddiaçılar İddiaçı4, habelə X1 nümayəndəsi İddiaçı1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bacıları Əliyarova Hicran Yaqub qızından miras qalmış ünvan 1 ünvanda yerləşən əmlaka dair miras paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, rəhmətlik bacıları Əliyarova Hicran Yaqub qızı 20 noyabr 2021-ci il tarixdə qəfil ürək dayanmasından rəhmətə gedib. Bacılarından ünvan 1 ünvanında bir otaqlı mənzil miras qalmışdır. Bacılarının 7 vərəsəsi var, onlar və cavabdehlər. Cavabdehlər mirasda paylarının müəyyən olunmasına razılıq vermirlər, onlar miras əmlakın yalnız onlara verilməsini istyirlər. Halbuki onların hamısı miras əmlakın vərəsələr arasında ədalətlə bölünməsinə razıdırlar. Mirası faktiki olaraq qəbul etmişlər, lakin notarius məhkəməyə müraciət etməli olduqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə ərizə təqdim edərək iddianı qəbul etdiklərini bildirdilər və iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə, tərəfləri dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı Gəncə Regional «Asan Xidmət» mərkəzinin Notariat ofisi tərəfindən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, mirasın qəbul müddətini keçirmişlər, ona görə də mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etmələri tövsiyyə olunur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixli, MH ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə Əliyarova Hicran Yaqub qızının adına xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 1 saylı Gəncə Regional «Asan Xidmət» mərkəzinin Notariat ofisinin Cavabdeh1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzində notariat ofisinə təqdim etdiyi sənədlərin içərisində bacıaı Əliyarova Hicran Yaqub qızının adına miras qalmış ünvan 4 ünvanında yerləşən miras əmlaka dair mülkiyyət hüququ haqqında sənəd olmadığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Həmin miras əmlakın hüquqmüəyyənedici sənədini almaq üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə ərazi İdarəsinə müraciət edə bilər. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Əliyarova Hicran Yaqub qızı xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1960-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş Əliyarova Hicran Yaqub qızının xx.xx.2021-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Əliyarova Hicran Yaqub qızının nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən 9 saylı mənzil X6 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 520 nömrəli orderi, Mənzillərin paylanması, uçotu, istismarı, təmiri idarəsinin 8 nömrəli İstismar sahəsinin 1xx.xx.1998-ci il tarixli, 457 nömrəli Forma 2 arayışı (qeydiyyatda olanlar: Əliyarova Hicran Yaqub qızı), Gəncə şəhər Dövlət Tİ və MHQİ-nin xx.xx.1999-cu il tarixli, 01 nömrəli qərardan çıxarışına əsasən (ümumi sahəsi 29.1 kv.m, yaşayış sahəsi 16.1 kv.m, köməkçi sahəsi 13.0 kv.m, 1 yaşayış otağı) Əliyarova Hicran Yaqub qızının adına qeydiyyata alınmışdır və ona 06.01,1999-cu il tarixli, 18012 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsinin itməsi barədə Gəncə şəhər Polis idarəsinin xx.xx.2007-ci il tarixli, 14/2-2684-Ə-72 nömrəli Arayışı və qəzet elanı əsasında Əliyarova Hicran Yaqub qızına xx.xx.2007-ci il tarixli, **********31-05101-093005 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Məlumat üçün bildiririk ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək vəkillərin hüquqlarından biridir. Bu əmlaklar barədə Sizə məlumat təqdim edilir, sənədlərin surətlərinin verilməsi mümkün deyildir. İş materiallarında olan Şəmkir rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, Əliyarova Hicran Yaqub qızının ailə tərkibi ibarətdir: Atası: X4 (xx.xx.1910) (xx.xx.1982-ci ildə vəfat etmişdir), Anası: X5 (xx.xx.1926) (xx.xx.2016-cı ildə vəfat etmişdir), bacısı: İddiaçı1 (xx.xx.1954), bacısı: İddiaçı4 (xx.xx.1956), bacısı: İddiaçı2 (xx.xx.1958), qardaşı: Cavabdeh1 (xx.xx.1962), bacısı: İddiaçı5 (xx.xx.1964), bacısı: İddiaçı3 (xx.xx.1966), qardaşı: X7 (xx.xx.1973). Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2007-ci il tarixdən Əliyarova Hicran Yaqub qızının mübahisəli mənzil üzərində mülkiyyət hüququ yaranmışdır. Əliyarov Əliyarova Hicran Yaqub qızı xx.xx.2021-ci il tarixdə ölmüş və miras qoyanın ölümü nəticəsində mirasın açılması nəticəsində onun öldüyü məqamda sağ olmuş birinci növbə vərəsələri olan iddiaçıların və cavabdehlərin vərəsəlik hüququ yaranmışdır. Hazırkı iş üzrə iddiaçılar miras qalmış mübahisəli mənzilə paylarının müəyyən olunmasını xahiş etmiş, cavabdehlər isə yazılı qaydada iddianı etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddianın cavabdeh tərəfdən etirafı qəbul edilməli, iddia təmin edilərək, iddiaçıların və cavabdehlərin hər birinin Əliyarova Hicran Yaqub qızından miras qalmış ünvan 5 ünvanında yerləşən 9 nömrəli mənzilə 1/7 hissədə payının olması müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2021-ci ildə ölmüş Əliyarova Hicran Yaqub qızından miras qalmış ünvan 5 ünvanında yerləşən 9 nömrəli mənzilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/7 hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar