Məhkəmə qərarları › İş №2(125)-324/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-324/2023

25.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-324/2023 25.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi X1, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evin payların müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evin payların müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 21.8 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyətdə olan onun 2/9 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 21.8 kv.m fərdi yaşayış evinin 2/9 hissəsi onun, 3/9 hissəsi Cavabdeh1, 2/9 hissəsi Cavabdeh2 və 2/9 hissəsi Cavabdeh3 ümumi mülkiyyətindədir və daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmışdır. O, həmin fərdi yaşayış evində qeydiyyatdadır və həmin evdə yaşayır. Həmin fərdi yaşayış evinin ümumi sahəsi 21.8 kvm-dir. İki otaqdan ibarətdir. Cavabdehlərlə evin bölünməsində razılaşmalar əldə etmək mümkün deyil. Həmin fərdi yaşayış evinin 2/9 hissəsi onun mülkiyyətində olmasına baxmayaraq, o, əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququndan məhrum olmuşdur. Bununla bağlı cavabdehlərlə onların aralarında tez-tez narazılıqlar, söz-söhbətləri və dava-dalaşları olmuşdur. Buna görə də o, paylı mülkiyyətdə olan öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. Cavabdehlər onun mülkiyyət hüquqlarını həyata keçirməyə mane olurlar. Halbuki, mübahisəli mülkdə payı cavabdehlərin payından çoxdur. Belə olan şəraitdə cavabdehlərlə paylarının real bölgüsü zərurəti yaranmışdır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 21.8 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyətdə olan onun 2/9 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, İbrahim Eminbəyli küçəsi ev 90-da yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 2/9 hissəsi İddiaçı, 3/9 hissəsi Cavabdeh1, 2/9 hissəsi Cavabdeh2 və 2/9 hissəsi Cavabdeh3 adlarına qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2023-cü il tarixli 10/8377 saylı rəyində, **********79-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış üzrə İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 21,8 kv.m olan fərdi yaşayış evindən İddiaçı 2/9 hissədə, Cavabdeh2 2/9 hissədə Cavabdeh1 3/9 hissədə və Cavabdeh3 2/9 hissədə payların naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 24. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mükiyyətçilərdən hər birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası MPM-nin 58.1-ci barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Azərbaycan Respublikası MPM-nin 58.2-ci hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Məhkəmə prosesində məhkəmə ekspertizası mərkəzinin 10 mart 2023-cü il tarixli 10/8377 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə mübahisəli mülkün tərəflər arasında bölünməsinin texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evin payların müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair iddia tələbi təmin edilməməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 10 mart 2023-cü il tarixli rəy üzrə 50 manat İddiaçı tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: SWİFT BİK: CTREAZ22, **********, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evin payların müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 10 mart 2023-cü il tarixli rəy üzrə 50 manat İddiaçı tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: SWİFT BİK: CTREAZ22, **********, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar