Məhkəmə qərarları › İş №2(125)-3295/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3295/2025

05.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3295/2025 05.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Fizuli küçəsi, ev 15 ünvandan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mülk 2008-ci ildən onun xüsusi mülkiyyətindədir. Qonşunun təqsiri üzündən evin çiy kərpicdən (torpaq kərpiclərdən) ibarət əsas arxa və orta divarları su sızması nəticəsində dərin çatlar vermişdir. Evdə 7-8 ildir ki, yaşayış yoxdur. Özü də işlə əlaqədar Bakı şəhərində yaşayır. Evdə ona aid və valideynlərindən qalan az sayda əşyalar vardır. Evində pasport qeydiyyatında olan şəxslər, hazırkı iddia tələbi üzrə cavabdehlər evində pasport qeydiyyatında olduqlarından o, əmlakla bağlı sərəncam verə bilməmişdir. Belə ki, Cavabdeh1 doğma bacısıdır. O, 2012-ci ildən ailə quraraq daimi yaşamaq üçün başqa ünvana köçmüş, 13 ildir öz ailəsi ilə yaşayır. Ancaq onun evində pasport qeydiyyatındadır. Öz adına Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi, ev 55, mənzil 3-də şəxsi mənzili olması (150706121 saylı çıxarışla) barədə 2017-ci ildən məlumatı vardır. Ancaq münasibətləri pisləşdiyindən hazırda həmin mənzildə yaşayıb-yaşamaması barədə məlumatı yoxdur. Digər Cavabdeh2 qardaşı qızıdır. Qardaşı İsrayıl 1990-ci illərdə vəfat etmişdir. Cavabdeh2 2014-cü ildə ailə qurmuş və ailə qurduqdan sonra da anası da onunla bərabər yaşamaqla bir daha geri dönməmişdirlər. Cavabdeh3 isə onun əmisi oğludur. Atası sağlığında qardaşının maddi vəziyyəti pis olduğu üçün oğlunun onlarla bir həyətdə yaşamalarına icazə vermişdir. Ancaq Rəşad böyüyəndən sonra Rusiya Federasiyasına getmişdir. Artıq 20 ilə yaxındır ki, Rusiya Federasiyasında yaşayır. Qohumların deməsinə görə orada ailə qurmuş və Rusiya Federasiyası vətəndaşıdır. Rusiya Federasiyasında dəqiq hansı ünvanda yaşaması haqqında məlumatı yoxdur. Odur ki, qeyd edilən şəxslərlə qohumluq əlaqələri olsa da, bu şəxslərin uzun müddətdir evdə yaşamaması, hazırda onlara aid onun evində heç bir əşya və digər əmlaklar olmaması, onun mülkiyyətçi olaraq bu şəxslərlə birgə təsərrüfat idarə etməməsi, bu şəxslərin faktiki olaraq daimi yaşamaq üçün başqa ünvanlara köçməsi səbəbindən bu şəxslər onun mülkiyyətində olan evdən istifadə hüquqlarını itirmişdirlər. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və X2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Digər Cavabdeh3 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə Cavabdeh3 sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci və 185.5-ci maddələrinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci ildə keçirilən məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək, cavabdehlərdən X1 artıq qeydiyyatdan çıxdığını, Cavabdeh3 harada olduğunu bilmədiyini, özünün isə yaxın vaxtlarda qeydiyyatdan çıxacağını göstərmişdir. Mülki işə əlavə edilmiş:- MH ******* seriya nömrəli, xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********82-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Füzuli küçəsində mülkiyyətində olan 0,0369 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 62,4 kv.m yaşayış, 57,2 kv.m köməkçi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1, X3, Cavabdeh3 və digərləri Gəncə şəhəri, Kəpəz rayonu, Füzuli küçəsi, ev 15 ünvanında qeydiyyatdadırlar. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 632 nömrəli arayışdan görünür ki, Cavabdeh1, X3 və Cavabdeh3 hal-hazırda Gəncə şəhəri, Füzuli küçəsi, ev 15 ünvanında yaşamırlar. Cavabdeh1 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, ərizəsindən görünür ki, iddianı qəbul edərək yaxın günlərdə iddiaçıya məxsus evdən qeydiyyatdan çıxacağını bildirmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarına dair çıxarışdan görünür ki, Cavabdeh1 və Cavabdeh3 qeydiyyatda olduqları ünvan Gəncə şəhəri, Fizuli küçəsi, ev 15, X1 qeydiyyatda olduğu ünvan isə Gəncə şəhəri, ünvan 5əsi və vəkilinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Mənzil Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda-həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzində müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Mənzil Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göründüyü kimi, cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 özlərinə başqa yaşayış yeri seçməklə iddiaçıya məxsus fərdi yaşayış evindən çıxaraq başqa yaşayış sahəsinə köçmüşdür. Cavabdehlərin mübahisəli evdə yaşamamaları hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmamış, onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmələri ilə əlaqədar olmuşdur. Cavabdehlərdən Cavabdeh1 da iddia tələbini qəbul edərək, yaxın vaxtlarda sözügedən evdən qeydiyyatdan çıxacağını, X1 isə artıq həmin ünvandan qeydiyyatdan çıxdığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Gəncə şəhəri, Fizuli küçəsi, ev 15 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. İddia tələbinə cavabdeh X2 münasibətdə qiymət verərək, məhkəmə hesab edir ki, X3 həmin ünvandan qeydiyyatdan çıxaraq, başqa ünvanda qeydiyyatda olmaqla yaşadığı üçün iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Gəncə şəhəri, Fizuli küçəsi, ev 15 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar