Məhkəmə qərarları › İş №2(125)-3388/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3388/2023

06.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3388/2023 06.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh2 nümayəndəsi Nümayəndə2 və Gəncə şəhər M.Ə.Sabir adına 5 saylı tam orta məktəbin direktoru vəzifəsini icra edən Nümayəndə3, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə4 Bəhrəm oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Gəncə şəhər M.Ə.Sabir adına 5 saylı tam orta məktəbə qarşı (mübahisə pretmedi barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin iştirakı ilə) «məcburi boşdayanmaya görə əmək haqqının hesablanması və ödənilməsi, həmçinin ona ibtidai sinifdə dərs tədris etmək üçün sinif verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Gəncə şəhər M.Ə.Sabir adına 5 saylı tam orta məktəbə qarşı iddia ərizəsi, sonradan isə həm də Cavabdeh2nə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 2*21-ci ilin sentyabr ayından hazırki dövrədək məcburi boşdayanmaya görə əmək haqqının hesablanması və ödənilməsi, həmçinin onun 2*23/2*24-cü tədris ilində ibtidai sinifdə dərs tədris etmək üçün sinif verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 3* ildir 5 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Bir pedaqoq kimi məsuliyyətlə əmək funksiyasını yerinə yetirmiş, pedaqoji etika və əxlaq normalarına riayət edib, müəllim nüfuzunu yüksək tutmuşdur. Kollektivin, şagirdlərin və valideynlərin şərəf və ləyaqətinə hörmətlə yanaşmışdır. Lakin buna baxmayaraq məktəbin direktoru Bəhrəm İmranov tərəfindən əmək hüquqları kobud şəkildə pozulmuş, ayrıseçkiliyə və qərəzçi münasibətlərə məruz qalmışdır. 2*21-2*22-ci tədris ilindən direktorun qərəzçiliyi və səhvi üzündən hazıradək işsizdir. Həm məktəbdə yüksək nəticə göstərən müəllim olmasına, həm də dördüncü sinifdə dərs deməyinə baxmayaraq məktəbəhazırlıq qrupu ona verilməmişdir. Direktor qaydalara zidd olaraq bu qrupları zəif nəticə göstərən müəllimlərə verir. Şagirdlərin məktəbə qəbulu elektron qaydada aparılandan sonra direktor hər bir müəllimə valideynlərlə əlaqə qurmağı qadağan edərək bildirmişdir ki, “şagirdlər *-cı sinifə toplanacaq və 1-ci sinifdə sizə veriləcək”. 2*21- 2*22-ci tədris ilində direktorun qurduğu mexanizmə görə *3 qrupu elektron sistemdə onun qəbul edəcəyi 13 sinfinə yerləşdirildi. Lakin bir gün ərzində qrupdakı 24 şagirddən 2* nəfərini çıxarıb başqa müəllimlərin qrupuna yerləşdirdilər. Belə bir hal olması yolverilməzdir. Belə bir halda direktor araşdırma aparmalı, səbəbini aydınlaşdırmalıdır. Lakin bu vəziyyət direktoru heç narahat etməmişdir. Özü araşdırma apardıqdan sonra məlum olmuşdu ki, valideynlərə zəng olub deyilib ki, “sistemə daxil olub qrupu tərk etsinlər və yaxud şəxsiyyət vəsiqəsini verin, özümüz edək”. Qrupda o, məşğələ keçmədiyi üçün valideynlərin çoxu onu tanımır, əgər o, qrupa məşğələ keçsəydi, müəllim kimi ondan narazı qalıb, onu seçməsəydilər, razılaşardı. O, Təhsil İdarəsinə müraciət etmişdir. Direktorun cavabı isə belə olmuşdur ki, “getsin, özünə uşaq yığsın”. O, isə çarəsiz qalıb, bir ay ərzində 14 uşaq toplaya bilmişdir, çünki artıq yeni dərs ilinin başlanmasına az qalırdı. Yenə valideynlərə zəng edib deyiblər ki, “direktor o müəllimə onsuzda sinif verməyəcək, gəlin sizi başqa müəllimin sinfinə yerləşdirək”. Buna görə valideynlər məktəbə gəlib, etiraz etdilər. Direktorla görüşüb bildirdilər ki, başqa müəllim istəmirlər, direktor isə valideynləri razı salıb demişdi ki, sabah uşaqlarınızla birgə məktəbə gəlin. Pandemiya ilə əlaqədar dərslər sentyabr ayının 22-si başlamış, direktor məktəbin qapılarını bağlayıb, şagirdləri və valideynləri içəri buraxmadı. Səbəbini soruşduqda isə bəhanəsi bu oldu ki, şagird sayı az olduğuna görə qəbul etmir. Ötən tədris ilində 12-14 şagirdlə sinif açıla bilsə də, indi açılmır. Bunun adı isə qərəzçilik və ayrıseçkilikdir. Çünki məktəbə gələn şagirdlər digər zəif nəticə göstərən müəllimlərə verilir, o, isə yüksək nəticə göstərdiyi halda ona deyilib ki, “get özün yığ”. Direktor bir müəllimin sinfinə 3* nəfər şagird yerləşdirdiyi halda, ona şagird vermir. Direktor vəzifə səlahiyyətlərini aşaraq onları 3 gün həyətdə saxlamışdı, 1-ci sinif şagirdinin hüquqlarının pozulmasının şahidi olan valideynlər hər yerə şikayət etmişlər. Direktor isə bildirmişdir ki, “müəllimdən imtina etməsəniz, sizin uşaqlarınız heç bir məktəbə qəbul olunmayacaq”. Təşvişə düşən valideynlər çarəsiz qalıb direktorun qoyduğu şərtlə razılaşmışlar. Yəni onun topladığı şagirdləri də alıb başqa sinfə vermişlər. Bundan sonra, o bir neçə vaxt məktəbə getsə də, direktor bu müddətdə ona dərs haqqında heç bir məlumat verməmiş, hətta sinif otağına da buraxmamışdır, ondan icazəsiz əşyalarını çıxarıb atmış və otağını başqa müəllimə vermişdir. Oktyabr ayının 17də Metodik Kabinetin müdiri Nümayəndə3 ona bildirmişdir ki, o, səriştəli metodist layihəsinə seçilmişdir, sabahdan isə Bakı şəhərinə ezam olunur. Bundan sonra Gəncə Şəhər Təhsil İdarəsinin 15.1*.2*21-ci il tarixli əmri ilə, 17.1*.2*21-ci il tarixdən *8 gün müddətinə Bakı şəhərinə ezam edilmişdir, ezam müddəti bitdikdən sonra işə çıxdığında ona 17 saat dərs verildiyini bildirdilər. Araşdırma zamanı müəyyən etmişdir ki, məktəbin direktoru 22.*9.2*21-ci il tarixdə əmr izalayaraq ona 17 saat ev dərsinin verilməsinə və guya bu dərsi tədris etmək istəmədiyinə görə 23.*9.2*21-ci il tarixdən 17 saat dərs yükünün 8,5 saatının həmin məktəbin müəllimləri X5 və 8,5 saatının X1 tədris etmələrinə əmr vermişdir. Bu gərginlik ona çox pis təsir etmişdir, çünki ona dərs verilməsi haqqında heç bir məlumat verilməmişdir. 22.*9.2*21-ci il tarixdə o şagirdlərlə və valideynlərlə məktəbin həyətində idi, əsəb, stress yaşadığına görə bir neçə ay işə çıxa bilməmişdir. Bir müddət müayinə və müalicə olunduqdan sonra işə çıxmaq üçün yenidən məktəbə getmiş, direktor ona təklif etmişdir ki, “ərizə yaz işdən imtina et, səni işdən azad edək, sonra bərpa edərik”. O, isə ərizə yazmayacağını bildirdiyinə görə aidiyyəti üzrə regional əmək müfəttişliyinə müraciət etmişdir. Aparılmış yoxlama zamanı məktəbin direktoru Bəhrəm İmranovun əməlində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın olması müəyyən edilmişdir və X18 Xidmətinin Gəncə regional ərazi şöbəsinin 11.*2.2*22-ci il tarixli, MN1*64664 nömrəli qərarı ilə Bəhrəm İmranov Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati cərimə olunmuşdur. Bundan sonra direktor X18 Xidmətinin Gəncə regional ərazi şöbəsinin 11.*2.2*22-ci il tarixli, MN1*64664 nömrəli qərarından məhkəməyə şikayət vermişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 3(*44)-129/2*22 nömrəli, 1*.*3.2*22-ci il tarixli qərarı ilə X18 Xidmətinin Gəncə regional ərazi şöbəsinin 11.*2.2*22-ci il tarixli, MN1*64664 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında işin yenidən baxılması üçün X18 Xidmətinin Gəncə regional ərazi şöbəsinə göndərilməsinə qərar verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(1*4)-233/2*22 nömrəli qərarı ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 3(*44)-129/2*22 nömrəli, 1*.*3.2*22-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmənin qərarına uyğun olaraq X18 Xidmətinin Gəncə regional ərazi şöbəsinin əməkdaşları tərəfindən yenidən araşdırma aparılmış, lakin Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə xitam verilmişdir. Göründüyü kimi, cavabdeh Gəncə şəhər M.Ə.Sabir adına 5 saylı tam orta məktəbin direktoru olmuş Bəhrəm İmranovun inzibati xəta törətməsi aşkar olunmuşdur, lakin buna baxmayaraq cavabdeh orqan və onun rəhbəri onu yenə də işə buraxmamışdır. Bundan sonra Prezident Administrasiyasına müraciət etmiş, vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun qəbulunda olmuş, bundan sonra onun yenidən sinif qəbul etməyi üçün elektron portala yerləşdirəcəklərini bildirmişlər. Lakin 2*22-2*23-cü tədris ilində yenə o portala salınmamış, uzun müddət əvvəl öz ərizəsi ilə sinif müəllimliyindən imtina etmiş müəllim sinifə yerləşdirilmişdir. Ona isə 19 saat başqa fənləri tədris etməyi təklif etmişlər. O imtina etdikdə isə, onu hədələmişlər ki, bu dərsləri qəbul etməsə, onu işdən azad edəcəklər. O yenə də Azərbaycan Respublikası Prezidentinin X3 orqanları ilə iş şöbəsinin müdirinin qəbulunda olmuşdur, bu dəfə isə ona bildirmişlər ki, məhkəməyə müraciət etsin və qətnaməni onlara təqdim etsin. Çoxsaylı müraciətlərindən sonra onu Cavabdeh2 rəhbərliyi qəbul etmişdir. Qəbul zamanı ona ixtisasına uyğun olmayan işlər təklif olunmuşdur, o isə bu təkliflərlə razılaşmamış, bunun əsassız olduğunu bildirmişdir. Həmin vaxt 2*23-2*24-cü tədris ilində yenidən onun adının elektron portala daxil ediləcəyinə söz verilmişdir. Lakin bu il də əvvəlki illər kimi adı elektron portala daxil edilməmişdir. Bir sözlə, onun işə buraxılmaması üçün bütün vasitələrdən istifadə etmişlər, hazırda da ona dərs verilməmiş, adı elektron portala daxil edilməmiş və bu günə kimi ona əmək haqqı ödənilməmişdir. Buna görə də hüquqlarının bərpa edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədir. İşin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh təşkilat onun qüvvədə olan əmək müqaviləsinə əhəmiyyət verməyərək, ona ixtisasına uyğun olmayan başqa iş həvalə etmişdir. Deməli, cavabdeh faktiki olaraq onun razılığı olmadan, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər etmədən və ya yeni əmək müqaviləsi bağlamadan onu başqa işə keçirmişdir. Göründüyü kimi, işəgötürən onun heç bir günahı olmadan ona qanunsuz olaraq ixtisasına uyğun olmayan başqa iş həvalə etmiş və ona əmək haqqı ödənilməmişdir. Həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun 2*23-2*24-cü tədris ili üçün ibtidai sinif müəllimi kimi elektron portala daxil olması mümkün olmamış, o bu hüquqdan məhrum olmuşdur. Məhkəmə gedişi ərəfəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi mübahisə pretmedi barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə baxış iclaslarında iştirak edən iddiaçı izahatında bildirdi ki, ibtidai sinif müəllimi işləmişdir, kifayət qədər hörmətli və işində fəal müəllim olmuşdur, məktəbin əvvəlki direktoru Bəhrəm müəllim fəaliyyətə başladıqdan sonra münaqişələri olmuş, onun fəaliyyətinə maneçilik törədilmiş, valideynlər arasında təhqiredici ifadələr işlədilmişdir. 2*21-ci ildə onun sinifi qanunsuz şəkildə direktor tərəfindən qəsdən bağlanmış, direktor valideynləri məcbur etmişdir ki, ondan imtina etsinlər. 2*21-ci ildə pandemiya ilə əlaqədar dərslər sentyabr 22-si başlamışdı, o, sinifin təşkili ilə bağlı diaqnostik qiymətləndirmədə ən yüksək bal – 35 bal toplamışdır, lakin ona sinif verilməmişdir, bununla bağlı Təhsil İdarəsində etirazını bildirmişdir. Ona məktəbdə dərs verilməsə də, 1 həftə davamlı məktəbə getmişdir, direktor isə işçilərinə qapını bağlamağı, onu sinifə buraxmamağı tapşırmışdır. Sentyabr ayında xadimə ona zəng vuraraq direktorun onun əşyalarını çölə atdığını, gəlib aparmasını bildirmişdir. Bu hadisədən sonra İdarəyə getmiş, daha sonra ona zəng edilərək ona Bakıya ezam olunduğu bildirilmişdir. İddiaçı əlavə etdi ki, keçən il onu dərslə təmin etməyiblər, bu ilə isə o sinif götürməmişdir. 2 il məktəbdə olmadığına görə uşaq yığa bilməmişdir. İddiaçı qeyd etdi ki, o, ibtidai sinif müəllimidir, dərnək rəhbəri deyil, ona görə də hesab edir ki, ona öz əmək funksiyasına uyğun dərs verilməlidir. Odur ki, iddiaçı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, 2*21-ci ildə iddiaçının xəbəri olmadan ona başqa iş təklif edilmiş, dərsləri başqa şəxsə verilmişdir. Sonradan iddiaçı, Bakıya ezam olunmuş, qayıtdıqdan sonra yenidən sinfini istəsə də, bununla bağlı nəticə əldə olunmayıb. Hətta məktəbin direktoru bununla bağlı inzibati xəta törətdiyi də müəyyən olunub. 2*21-ci ilin sentyabr ayından iddiaçıya əmək haqqı ödənilməyib, dərs deməsi üçün elektron sistemə daxil edilməyibdir. Cavabdeh2 nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi, izahatında bildirdi ki, sinifin açılması üçün minimum 15 uşaq olmalıdır, iddiaçının yığdığı sinifdə isə cəmi 14 uşaq olduğundan sinif açılmamış, ona dərs verilməmişdir. Məktəbdə hər bir müəllim sistemə daxil edilir, mütləq deyil ki, dərsi olsun. Elektron kabinet açılır, valideyn özü müəllimi seçir. Nazirlər Kabinetinin qərarına görə şagirdlərin sayı 2*-dən aşağı olmamalıdır. Bu ümumi qəbul olunmuş qərardır, tövsiyyə xarakteri isə uşaq sayının 3*-dan çox olmamasıdır. Həmin vaxt iddiaçının sinfində uşaq sayı çox az olduğundan, həmin uşaqlar digər müəllimlərə bölünüb. Həmçinin məktəbdə ev dərsləri də mövcuddur, iddiaçıya 17 saat ev dərsi təklif olunsa da, o bundan imtina edib. Məktəbin keçmiş direktoru Bəhrəm İmranov tərəfindən 17 saat ev dərsi əmrləşdirilib. Həmin vaxt 5 məktəbəqədər sinif olub, iddiaçıya dəfələrlə təkliflər olsa da, özü bundan imtina edib. Saat olmadığı təqdirdə isə müəllimə maaş verilmir. Boşdayanma halı olmayıbdır. İddiaçının boşdayanma halında ona təkliflər – yığma dərslərdən ibarət 17 və 19 saat dərslər təklif olunub, ibtidai sinif müəllimlərinin minimum dərs yükü 6 saat olmalıdır. Günzarə xanıma çoxsaylı təkliflər olunmasına baxmayaraq o, heç bir təkliflə razılaşmamışdır. Cavabdeh Gəncə şəhər M.Ə.Sabir adına 5 saylı tam orta məktəbin direktoru vəzifəsini icra edən Nümayəndə3 iddia tələbinin təmin edilməməsini xahiş etdi, izahatında bildirdi ki, 16.*1.2*23-cü il tarixdə sözügedən məktəbə direktor təyin edilmişdir. Məktəbdə təhsilalanların sayı cəmi 1295 nəfərdir, Təhsil Nazirliyinin qaydalarına əsasən diaqnostik qiymətləndirmədən aşağı bal toplayanlara 6 saat dərs verilir, ibtidai sinif müəllimlərindən digər 5 müəllimlə bərabər iddiaçının adı da elektron sistemə daxil edilib. 2*21-ci ildə ibtidai sinif müəllimlərinin sayı 7 nəfər, şagird sayı isə 121 nəfər olmuşdur. Həmçinin, yanvar ayından bəri direktor vəzifəsini icra edir, hazırda iddiaçının adını sistemə salıb, həmçinin iddiaçıya bildirmişdir ki, məktəbə gəlsin ki, şagirdlər, valideynlər və müəllimlər onu görsün ki, o, işləyir. 2 müəllim diaqnostik qiymətləndirmədən az bal topladığına görə, ikinci dəfə sertifikasiyaya getmişlər, hesab edir ki, hansı müəllim imtahandan kəsilsə, onun yerinə sertifikasiya balı yüksək olduğundan iddiaçı götürülə bilər. X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi izahatında bildirdi ki, keçmiş direktor Bəhrəm İmranovun əməlində inzibati xəta olmuşdur. Faktiki boşdayanma halı var və bu boşdayanmaya görə iddiaçıya heç bir ödəniş olunmayıb, 6 ay müddətinə onu saxlayıb, iş verməyiblər. Əgər iddiaçı heç bir təkliflə razılaşmırdısa, onun əmək müqaviləsinə xitam verilməli idi. Odur ki, nümayəndə, dərs məsələsinin razılaşdırılmasını, boşdayanmaya görə iddiaçıya haqq ödənilməsini, nəticədə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehlərin, üçüncü şəxsin nümayəndələrinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 21 sentyabr 2*21-ci il tarixdə Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbdə keçirilmiş pedaqoji Şuranın növbəti iclası 1 nömrəli protokol ilə rəsmiləşdirilmiş, həmin protokol ilə qərara alınmışdır: “1. Məktəbin direktoru Bəhrəm İmranovun “Məktəbdə, ibtidai sinif və fənn müəllimləri arasında aparılmış dərs bölgüsü və müəyyənləşdirilmiş dərs yükünün vəziyyəti haqqında” məlumatı nəzərə alınsın.

2. 2*21/2*22-ci tədris ili üçün olan dərs bölgüsü siniflər və fənlər üzrə olan metodbirləşmələrdə hər bir müəllimin iştirakı ilə aparıldığına, bölgü zamanı ədalətlilik prinsipləri gözlənildiyinə, müəllimlərin bilik və bacarıqları, ən əsası isə diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alındığına görə qəbul edilsin.

3. İbtidai təhsil səviyyəsi üzrə, xüsusi ilə birinci siniflər üzrə olan dərs bölgüsünün layihəsinin pedaqoji şuraya təqdim edilməmişdən əvvəl təkrar-təkrar və müxtəlif səviyyələrdə müzakirə edilməklə obyektiv qərarın qəbulu və aşkarlığın təmin edilməsi üçün görülən işlər müsbət hal kimi qiymətləndirilsin.

4. Dərs bölgüsünün məktəbdaxili əmrlə rəsmiləşdirilməsi və tarifləşdirilməsi məktəbin direktoru Bəhrəm İmranova həvalə edilsin.” İş materiallarında olan Gəncə şəhər 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimlərinin 2*21/2*22-ci tədris ilindəki dərs saatları haqqında məlumata görə İddiaçı dərs yükü 17 saat ev dərsi (evdə təhsil 4ç – 8,5; 4e-8,5) kimi müəyyən edilmişdir. Həmçinin, iş materiallarına Gəncə şəhər 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimlərinin 2*22/2*23-cü tədris ilindəki dərs saatları haqqında məlumat da əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər M.Ə.Sabir adına 5 saylı tam orta məktəbin direktoru Bəhrəm İmranovun “dərslərin əvəz edilməsi barədə” 22 sentyabr 2*21ci il tarixli, *68/9 nömrəli əmri ilə məktəbin ibtidai sinif müəllimi İddiaçı əmrin giriş hissəsində qeyd edilən “səbəbləri” əsaslı hesab edərək ona verilmiş 17 saat ev dərsini tədris etmədiyi üçün həmin saatların 23 sentyabr 2*21-ci il tarixindən məktəbin aşağıdakı göstərilən müəllimləri tərəfindən qeyd edilən formada əvəz edilməsi qərara alınmışdır. “ 1. 12 saat dərsi olan ibtidai sinif müəllimi X8 tərəfindən – məktəbin 4ç sinfində oxuyan və evdə təhsil alan şagirdi X13 təsdiqlənmiş dərs cədvəlinə uyğun olaraq 8,5 (səkkiz sıfır beş) saat;

2. 12 saat dərsi olan ibtidai sinif müəllimi X4 tərəfindən – məktəbin 4e sinfində oxuyan və evdə təhsil alan şagirdi X11 təsdiqlənmiş dərs cədvəlinə uyğun olaraq 8,5 (səkkiz sıfır beş) saat.” İş materiallarına əlavə edilmiş, Gəncə şəhər M.Ə.Sabir adına 5 saylı tam orta məktəbin direktoru və müəllimləri tərəfindən tərtib edilmiş 22.*9.2*21-ci il tarixli aktdan görünür ki, Gəncə şəhər M.Ə.Sabir adına 5 saylı tam orta məktəbdə iddiaçını seçen birinci sinif şagirdlərinin sayı 14 nəfər olduğundan sinif açmaq mümkün olmamış, iddiaçıya başqa təkliflər edilmiş, lakin iddiaçı təklifdən və aktı imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhər Təhsil İdarəsinin “ezam edilmə barədə” 15.1*.2*21-ci il tarixli, E-85 nömrəli əmri ilə Azərbaycan Respublikası Təhsil X1* Mərkəzi tərəfindən keçiriləcək 6 günlük təlimdə iştirak edəcək Metodiki Mərkəzin metodisti İddiaçı Əbdürrəhman qızının 17 oktyabr 2*21-ci il tarixdən *8 (səkkiz) gün müddətinə Bakı şəhərinə ezam edilməsi qərara alınmışdır. İş materiallarında olan Tibbi Ərazi Bölmələrinin X12 Şəhər Birləşmiş Xəstəxanası X19 Abbas Səhhət adına xəstəxananın poliklinika şöbəsi tərəfindən verilmiş *35*894 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı Əbdürrəhman qızı “hipertoniya – İİ mərhələ” diaqnozu ilə ambulator rejimdə *2.11.2*21-ci il tarixdən *4.11.2*21-ci il tarixədək, *5.11.2*21-ci il tarixdən *7.11.2*21-ci il tarixədək, *8.11.2*21-ci il tarixdən 3*.11.2*21-ci il tarixədək işdən azad edilmiş, işə başlamalı olduğu tarix *1.12.2*21-ci il tarix hesab edilmişdir. Həmçinin, *391323 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı Əbdürrəhman qızı ambulator rejimdə *1.12.2*21-ci il tarixdən 1*.12.2*21-ci il tarixədək işdən azad edilmiş, işə başlamalı olduğu tarix 11.12.2*21-ci il tarix hesab edilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər M.Ə.Sabir adına 5 saylı tam orta məktəbin direktoru və müəllimləri tərəfindən tərtib edilmiş 14.12.2*21-ci il tarixli aktdan görünür ki, Gəncə şəhər M.Ə.Sabir adına 5 saylı tam orta məktəbdə iddiaçıya işə çıxması, çıxmadığı təqdirdə əmək qanunvericiliyə əsasən işdən çıxarılacağı barədə xəbərdarlıq edilmiş, lakin iddiaçı izahat yazmayacağını, xəstəliyinin hələ də davam etdiyini və ambulator şəkildə müalicə götürdüyünü bildirərək aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan, Cavabdeh2 X18 Xidmətinin Gəncə regional ərazi şöbəsinə ünvanlanmış *1 avqust 2*22-ci il tarixli, **-*1-7*5/1* nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı 2*21-ci il sentyabr ayı tarifləşmə cədvəlində evdə təhsil üzrə 17 saat dərs yükü verilmişdir, məktəbin direktorunun 2*21-ci il oktyabr ayından, 2*22-ci il iyul ayına qədər hər ay mühasibatlığa təqdim etdiyi müəllimlərin əmək haqqı tabeli cədvəlində həmin saatları İddiaçı günü tutularaq, hər ay 17 saatının 8,5 saatı məktəbin ibtidai sinif müəllimi olan X6 və digər 8,5 saatı isə ibtidai sinif müəllimi olan X2 əvəzetmə ilə veriilmişdir, qeyd edilən sənədlər əsas tutularaq İddiaçı *1.*1.2*22-ci il tarixdən *1.*7.2*22-ci il tarixədək olan dövr üçün əmək haqqı cədvəlində əmək haqqı ödənilməmişdir. Cavabdeh2 13.*9.2*22-ci il tarixli, **-*1-856/1* nömrəli, eləcə də *7.1*.2*22-ci il tarixli, Ş-12982/*1 nömrəli iddiaçıya və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə regional ərazi şöbəsinə cavab məktublarında Cavabdeh2 rəhbərliyi iddiaçının Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə müraciətlə bağlı Administrasiyadan və Xidmətin Gəncə-Daşkəsən regional şöbəsindən daxil olan şifahi və yazılı göstərişləri, eləcə də iddiaçının bir ana, müəllim, metod mərkəzin metodisti olduğunu nəzərə alaraq, dəfələrlə regional təhsil idarəsinə çağıraraq müzakirələr aparılmasına baxmayaraq, ancaq 5 nömrəli tam orta məktəbdə 2*22-2*23-cü dərs ilində 1ci sinif müəllimi kimi fəaliyyət göstərməyi üçün imkan yaradılmasını tələb etdiyi və 1-ci sinfə qəbulun isə elektron qaydada aparıldığını, müəllimlərin 1-ci sinifdə oxuyacaq uşaqların valideynləri tərəfindən seçildiyini və seçimin azı 2* uşaq olduğu halda 1-ci sinfin açılmasına imkan yarandığını, 2*21-2*22-ci dərs ilində onun sinfində oxuyacaq uşaqların sayının 14 (on dörd) nəfər olması səbəbindən sinfin açılmadığı izah edilməsinə baxmayaraq, bu təkliflərin heç birini qəbul etmədiyi üçün bu səbəblərdən də iddiaçıya köməklik göstərməyin mümkün olmadığı bildirilmişdir. Eyni zamanda, qeyd edilənləri təsdiq edən Cavabdeh2 müdiri və əməkdaşları, Gəncə şəhər M.Ə.Sabir adına 5 saylı tam orta məktəbin direktoru tərəfindən tərtib edilmiş 25.*8.2*22-ci il və *5.*9.2*22-ci il tarixli aktlar işə əlavə edilmişdir. İş materiallarında olan, Cavabdeh2 13.*1.2*23-cü il tarixli, 3-29-31/3-1-*4*K/2*23 nömrəli “vəzifənin icrasının həvalə edilməsi və təhvil-təsim işinin aparılması barədə” əmrdən görünür ki, Gəncə şəhər M.Ə.Sabir adına 5 saylı tam orta məktəbin direktoru vəzifəsinin icrası 16 yanvar 2*23-cü il tarixdən 3 (üç) ay müddətinə Metodiki kabinetin müdiri Nümayəndə3 tapşırılmışdır. İş materiallarında olan, Gəncə şəhər M.Ə.Sabir adına 5 saylı tam orta məktəbin direktoru vəzifəsini icra edən Nümayəndə3 tərəfindən 19 aprel 2*23-cü il tarixdə həmin məktəbin ibtidai sinif müəllimi – hazırki iş üzrə İddiaçı ünvanlanmış *32/1 nömrəli məlumatda bildirilir ki, o, 1-ci siniflərin qeydiyyatı və adının elektron portala daxil edilməsi üçün məktəbə dəvət edilir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə regional ərazi şöbəsi tərəfindən iddiaçıya verilmiş 17.*2.2*22-ci il tarixli, 2213**51279 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, 22.*9.2*21-ci il tarixli, *68-3 saylı əmrlə iddiaçının tədris etməyi üçün verilmiş 17 saat ev dərsi rəsmi xəbərdarlıq olunmadan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 169-cu maddəsinin tələbləri gözlənilmədən, tədris olunması üçün əvəzetmə qaydasında məktəbin 22.*9.2*21-ci il tarixli *68/9 nömrəli əmri ilə 23.*9.2*21-ci il tarixdən digər müəllimlərə verilmiş, nəticədə boş dayanma halı baş vermiş və M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbin direktoru B.Ə.İmranov tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, qeyd olunan nöqsana görə direktor B.Ə.İmranov inzibati məsuliyyətə cəlb olunmuş və boş dayanma halına görə əmək haqqı hesablanıb ödənilməsi üçün məktəb rəhbərliyinə göstəriş xarakterli məktub ünvanlanmışdır. İş materiallarına əlavə edilmiş, MN *2*8337 nömrəli, 17.*8.2*22-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” qərardan görünür ki, X17 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə inzibati xəta haqqında iş üzrə başlanılmış icraata Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 3(*44)-129/2*22 nömrəli, 1*.*3.2*22-ci il tarixli qərarına, Gəncə Apellyasiya Məhkəməsinin 3(1*4)-233/2*22 nömrəli, 19.*5.2*22-ci il tarixli qərarına və AR İXM-nin 38.1-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə regional ərazi şöbəsi tərəfindən iddiaçının vəkilinə verilmiş 13.12.2*22-ci il tarixli, 2213*485247 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbin direktoru B.Ə.İmranovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi məlum olmuş və barəsində 11.*2.2*22-ci il tarixli MN 1*64664 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarın ləğv edilməsi ilə bağlı Bəhram İmranov tərəfindən məhkəməyə şikayət verilmiş və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 1*.*3.2*22-ci il tarixli 3(*44)-129/2*22 nömrəli qərarı ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün X18 Xidmətinin Gəncə Daşkəsən regional şöbəsinə göndərilmişdir. Şöbə tərəfindən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 1*.*3.2*22ci il tarixli 3(*44)129/2*22 nömrəli qərarından apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 19.*5.2*22-ci il tarixli 3(1*4)-233/2*22-saylı qərarına əsasən birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Bu səbəbdən də şöbədə inzibatı xəta haqqında işə yenidən baxılmış və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 17.*8.2*22-ci il tarixli MN *2*8337 nömrəli qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş, əmək müqaviləsi bildirişlərindən görünür ki, İddiaçı ilə Gəncə şəhər Təhsil İdarəsi arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı *1.*9.1997-ci il tarixdən Gəncə şəhəri 5 nömrəli tam orta məktəbdə müddətsiz və ödəniş forması vaxtamuzd olmaqla, ibtidai sinif müəllimi vəzifəsində çalışır və 16.*2.2*22-ci il tarixə olan (elektron sistemdə) məlumata əsasən onun aylıq əmək haqqı 674,33 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsində təsbit edilmişdir ki, fərdi əmək mübahisəsi - əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Məcəllənin 9-cu maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. Əmək Məcəlləsinin 57-ci maddəsinə əsasən işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X7 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Əgər müəyyən səbəblərdən işəgötürən göstərilən işlərlə işçini təmin edə bilmədiyinə görə ona peşə-ixtisas dərəcəsinə uyğun olan başqa iş verəcəksə, işçi həmin işləri yerinə yetirməkdən yalnız orta əmək haqqı saxlanılmadıqda imtina edə bilər. Məcəllənin 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Həmin Məcəllənin 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məcəllənin 156-cı maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Məcəllənin 153-cü maddəsində göstərilir ki, əməyin vaxtamuzd ödənilməsi sistemində işçilərə normalaşdırılmış tapşırıqlar, eləcə də ayrı-ayrı funksiyaların və iş həcmlərinin yerinə yetirilməsi məqsədi ilə xidmət və işçilərin say normaları müəyyən edilə bilər. Həmin Məcəllənin 169-cu maddəsinin tələbinə görə boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Məcəllənin 172-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. “Təhsil haqqında” Azərbaycan Respublikası qanununun 2.1-ci maddəsinə əsasən təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Məktəbəqədər təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarından, təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Qanunun 2.2-ci maddəsinə əsasən təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. Qanunun 31.*.2-ci maddəsinə əsasən təhsilverənlər (pedaqoji işçilər) - müəllimlər təhsil prosesinin iştirakçılarıdır. Azərbaycan Respublikası Təhsil nazirinin *8.*5.2*18-ci il tarixli, F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi” Qaydaları. Maddə 2.2. Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir. İşin hallarından müəyyən edilir ki, İddiaçı *1.*9.1997-ci il tarixdən hazıradək Gəncə şəhəri 5 nömrəli tam orta məktəbdə müddətsiz və ödəniş forması vaxtamuzd olmaqla, ixtisasına uyğun olaraq ibtidai sinif müəllimi vəzifəsində çalışır və 16.*2.2*22-ci il tarixə olan (elektron sistemdə) məlumata əsasən onun aylıq əmək haqqı 674,33 manatdır. İddiaçı üçün 2*21/2*22-ci tədris ilində açılmış sinifdə şagirdlərin sayı 14 (on dörd) nəfər olduğundan və bu say Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında 22 iyun 2*2*-ci il tarixli, 212 nömrəli Qərar ilə müəyyənləşdirilmiş minimum normaya uyğun gəlmədiyindən sinif açılmamış, 14 nəfər şagirdin valideynlərinin razılığı ilə şagirdlər başqa siniflərə keçirilmişdir. Bunun əvəzində evdə təhsilə cəlb edilmiş 2 (iki) uşağa 17 saat dərs keçmək təklif olunsa da, iddiaçı bundan imtina etmişdir. Dərs bölgüsü və iddiaçının dərssiz qalmaması üçün məktəbdə və təhsil idarəsində bir neçə dəfə onunla cavabdeh tərəfin rəhbərliyi görüşmüş, müzakirələr aparılmış, iddiaçı təkliflərdən imtina etmişdir və bütün bunlar aktlaşdırılmışdır. İddiaçıya həmin təkliflərin edilməsi 2*21-ci ildən bu dövrə kimi olan məktəbin təsdiq olunmuş dərs cədvəllərində, verilmiş əmrlərdə, məktəb və regional təhsil idarəsi tərəfindən tərtib olunmuş aktlarda öz təsdiqini tapır. Həmçinin, iddiaçı hazırda Cavabdeh2 Metodiki kabinetində *,5 ştat vahidi metodist vəzifəsində çalışır. Konstitusiyada bəyan edilərək təminat verilmiş əmək hüququ və istirahət hüququnun tərkib elementləri kimi əmək haqqı almaq qaydaları Əmək Məcəlləsi ilə tənzimlənmişdir. Həmin Məcəllədə əmək haqqının on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməsi, əmək məzuniyyətinin isə hər il müvafiq iş ili üçün verilməsi nəzərdə tutulmuşdur. Əmək haqqının verilməməsi yolverilməzdir. Göründüyü kimi, İddiaçı *1.*9.1997-ci il tarixdən hazıradək Gəncə şəhəri 5 nömrəli tam orta məktəbdə müddətsiz və ödəniş forması vaxtamuzd olmaqla, ixtisasına uyğun olaraq ibtidai sinif müəllimi vəzifəsində çalışsa da, ona 2*21-ci ilin sentyabr ayından hazırki dövrədək əmək haqqı ödənilməmiş, bu hal onun boşdayanması ilə əsaslandırılmış, lakin ona boşdayanmaya görə də əmək haqqı ödənilməmişdir. İddiaçının 2*21-ci ilin sentyabr ayından boşdayanması halı işin mübahisəsiz halıdır. Cavabdeh tərəf boşdayanma halının iddiaçının təqsirindən baş verdiyini bildirir. Məhkəmə hesab edir ki, bu boşdayanma iddiaçının təqsirindən baş verməmişdir. Belə ki, məhkəmə tərəfindən sorğu verilərək Cavabdeh2ndən iddiaçı ilə olan əmək müqaviləsinin təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi tələb edilsə də cavabdeh təşkilat 11.*8.2*23-cü il tarixli cavab məktubu ilə yalnız 11.*9.2*14-cü il tarixli əmək müqaviləsi bildirişini məhkəməyə təqdim etməklə kifayətlənmiş, işəgötürənlə işçinin əmək münasibətlərinin şərtlərini əks etdirən əmək müqaviləsini məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən işçinin başqa işə keçirilməsi dedikdə, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə edilməsi nəzərdə tutulur. İşçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsinin dəyişdirilməsi isə həmin Məcəllənin 57-ci maddəsi ilə tənzimlənir. Hazırkı halda, iddiaçıya təklif edilən işin onun əmək funksiyasının dəyişdirilməsi, yoxsa başqa işə keçirmə olmasını müəyyən etmək mümkün deyil. Ona görə də məhkəmə, iddiaçının tələbində göstərdiklərini sübut kimi qəbul edərək işəgötürənin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi, hazırki vaxtadək əmək münasibətlərini davam etdirdiyi işçisinin boşdayanmasına şərait yaratdığı qənaətinə gəlir. İddiaçının boşdayanmasında onun təqsirinin olmaması həm də inzibati araşdırmanın nəticəsində müəyyən edilmişdir. Belə ki, inzibati xəta üzrə işə müddətin keçməsi əsası ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən xitam verilməsi hüquqi və ya fiziki şəxsin həmin inzibati xətanı törətmədiyi anlamına gəlmir. Halbuki, həm iş materiallarına görə, həm də məhkəmə iclasında verdiyi izahatında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi təsdiq etmişdir ki, əmək müfəttişliyi tərəfindən araşdırma zamanı 22.*9.2*21-ci il tarixli, *68-3 saylı əmrlə iddiaçının tədris etməyi üçün verilmiş 17 saat ev dərsi rəsmi xəbərdarlıq olunmadan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 169-cu maddəsinin tələbləri gözlənilmədən, tədris olunması üçün əvəzetmə qaydasında məktəbin 22.*9.2*21-ci il tarixli *68/9 nömrəli əmri ilə 23.*9.2*21-ci il tarixdən digər müəllimlərə verilmiş, nəticədə boş dayanma halı baş vermiş və M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəb tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halına görə sonradan da bu qaydada iddiaçının boşdayanma halı davam etmişdir. Məhkəmə təkrarən vurğulamağı zəruri hesab edir ki, cavabdeh tərəf boşdayanmaya görə iddiaçının təqsirli olmasını əsasən iddiaçının başqa iş təkliflərinə razılaşmaması ilə əlaqələndirir, lakin ibtidati sinif müəllimi olan iddiaçının əmək funksiyasının dəyişdirilməsinə, yaxud da başqa işə keçirilməsinə razılıq verməməsi onun boşdayanmasında təqsirli olmasını təsdiq etmir, əksinə bu onun hüququdur, işçi öz hüququndan istifadə etmişdir, işəgötürən də öz növbəsində hüququndan istifadə edərək işçi ilə əmək münasibətlərini davam etdirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının boşdayanma vaxtı üçün 2*21-ci ilin sentyabr ayından hazırkı qətnamə çıxan vaxtadək işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqının hesablanıb ödənilməsi cavabdehlərə həvalə edilməlidir. Məhkəmə, digər hissədə – 2*23/2*24-cü tədris ilində ibtidai sinifdə dərs tədris etmək üçün iddiaçıya sinif verilməsi tələbi hissədə iddianı əsaslı saymır və hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, hazırda mövcud olan qaydalara əsasən şagirdlərin qəbul prosesi valideynlər tərəfindən elektron qaydada aparıldığı üçün sinifin yığılması məktəbin rəhbərliyindən, yaxud da digər cavabdeh olan Təhsil İdarəsinin rəhbərliyindən asılı deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2*2*-ci il tarixli, 212 nömrəli “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında qərarın 2-ci bəndinin tələbinə görə dövlət ümumi təhsil müəssisəsində ibtidai (İ-İV siniflər), ümumi orta (V-İX siniflər) və tam orta (X-Xİ siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 2* nəfərdən az olmamaqla təşkil edilir. Qərarın 3-cü bəndində qeyd olunur ki, dövlət ümumi təhsil müəssisəsi üzrə bir sinifdə şagirdlərin ümumi sayı 2* nəfərə çatmadıqda, sinif mövcud şagird sayı ilə təşkil (bu Normaların 4-cü hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla) edilir. Qərarın 4-cü bəndinə görə ibtidai təhsil səviyyəsinin bir sinfində şagird sayı 1* nəfərdən az olduqda, həmin sinif ibtidai təhsil səviyyəsinin şagird sayı 1* nəfərdən az olan digər bir sinfi ilə birləşdirilərək komplekt siniflər təşkil olunur. Komplekt siniflər şagird sayı 18 nəfərdən çox olmamaqla təşkil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.*1.2*11-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4.13-cü yarımbəndinə əsasən ümumtəhsil məktəbində dərslər və dərsdənkənar məşğələlər direktor tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır. Nizamnamənin 5.4.1-ci yarımbəndinə əsasən məktəbin direktoru konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, il ərzində görüləcək işləri planlaşdırır və onların həyata keçirilməsinə nəzarət edir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.11.2*1*-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnaməsi. Maddə 3.1. Pedaqoji Şuranın vəzifələrinə daxildir: ...3.1.2.6. Dərs bölgüsünün təsdiqi... Göründüyü kimi, ümumtəhsil məktəbində dərslər və dərsdənkənar məşğələlərin direktor tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılması, eləcə də dərs bölgüsünün təsdiqi Pedaqoji Şuranın vəzifələrinə daxil olması müəyyən olunsa da hazırda qüvvədə olan qaydalara əsasən ibtidai sinifdə dərs tədris etmək üçün iddiaçıya sinif verilməsi yalnız direktordan, yaxud başqa vəzifəli şəxsdən asılı olan hal deyil və sinifin təşkil edilməsi, başqa sözlə iddiaçıya ibtidai sinifdə dərs tədris etməyə görə sinif verilməsi üçün şagirdlərin sayı 2* nəfərdən az olmamalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-22*, 227 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. İddiaçı boşdayanma vaxtı üçün 2*21-ci ilin sentyabr ayından hazırkı qətnamə qəbul edilən - *6.*9.2*23-cü il tarixədək, işçi İddiaçı üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqının hesablanıb ödənilməsi cavabdehlər Cavabdeh2nə və Gəncə şəhər M.Ə.Sabir adına 5 saylı tam orta məktəbə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar