Məhkəmə qərarları › İş №2(125)-3443/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3443/2025

18.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3443/2025 18.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı və Cavabdeh Publik Hüquqi Şəxsin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh X5rşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi zərərə görə təzminat olaraq 4200 manat, mediasiya şurasına ödənilmiş 55 manat və dövlət rüsumu kimi ödənilmiş 62 manat pulun, ümumilikdə 4317 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixindən Cavabdeh PHŞ-də gözətçi vəzifəsində işləyir. Qarabağ müharibəsi iştirakçısıdır. Cavabdeh PHŞ ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixindən aylıq əmək haqqı 350 manat olmaqla universitetdə iş fəaliyyətinə başlamışdır. 2018-ci ilin təxminən iyul ayından əmək haqqı artaraq 400 manat təşkil etmiş, xx.xx.2025ci il tarixindən isə 420 manat təşkil etmişdir. Cavabdeh PHŞ-də onun işlədiyi müddət ərzində dəfələrlə əmək haqqının düzgün hesablanmamasına görə o, Azərbaycan Respublikası Birinci vitse-prezidentinə müraciət etmiş, dəfələrlə, o cümlədən 2024-cü ilin sentyabr, oktyabr və noyabr aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə də müraciət etmiş və sonuncunun xx.xx.2024-cü il tarixli, 3-22/2-R-2149/3-1-3553/2024 nömrəli məktubuna əsasən məzuniyyətə görə əskik ödənilmiş 84 manat pulun ödənildiyi bildirilmiş, həmçinin Cavabdeh PHŞ-nin məsul işçilərinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati tənbeh edildikləri bildirilmişdir. Cavabdeh PHŞ tərəfindən hazıradək istər əmək haqqı pulu, istərsə də məzuniyyət pulu və müddəti düzgün hesablanılmamışdır. Belə ki, o, universitetdə gözətçi olduğu müddət ərzində əmək haqqına dair gündüz və gecə növbələrinin hesablanması düzgün aparılmamış, qanunvericiliyin tələblərinə uyğun olan gecə növbəsi üçün əmsallar düzgün hesablanmamış və tətbiq edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılmış, lakin Cavabdeh PHŞ bunu da nəzərə almayaraq, ümumi qaydada vergilər tutularaq ələ alınan əmək haqqı azaldılmışdır. Bununla əlaqədar olaraq Əmək müfəttişliyinə, universitetin mühasibatlığına dəfələrlə müraciət etsə də, texniki səhvin olduğu bildirilmiş, Əmək müfəttişliyi tərəfindən yoxlama aparılaraq düzgün hesablanmamış pulun ödənilməsinə baxmayaraq, hazıradək onun əmək haqqı və əmək haqqı üzrə vergiləri düzgün hesablanmayaraq, ona nəzərdə tutulandan az məbləğdə əmək haqqı verilməkdədir. Bu əsasla xx.xx.2025-ci il tarixində cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair mediasiya təklifi göndərilmişdir, xx.xx.2025-ci il tarixində mediasiya təklifi üzrə baş tutmuş ilkin sessiyada cavabdeh iştirakından imtina etmiş və ilkin sessiyaya gəlməmişdir. Hesab etmişdir ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək olan müddət üzrə düzgün hesablanmamış və əmək haqqından kəsilmiş pullara görə ona vurulmuş maddi və mənəvi zərərə görə mövcud olan 420 manat aylıq əmək haqqının 10 mislində, yəni 4200 manat məbləğində pulun Cavabdeh PHŞ tərəfindən ona ödənilməsi məqsədə uyğundur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavbdeh tərəf məhkəmədə işə baxılarkən ona 3000 manat ödədiyi üçün ərizəsinin geri qaytarılmasını xahmş etmişdir. Laktin cavabdeh qrəzli olaran ona avqust ayına örə 27 gün əmək məzuniyyəti verməli olduğu halda 25 gün əmək məzuniyyəti vermişdir. Əvvəlki illərdə həmişə ona 27 gün əmək məzuniyyəti verilmişdir. Hesab edir ki, bundan sonrakı illərdə də ona 27 gün əmək məzuniyyəti verilməli idi. Ona görə də 1200 manat mənəvi ziyanı yenidən tələb edir.Mənəvi ziyanı ona görə tələb edir ki, cavabdehin hərəkətləri onu o dərəcəyə çatdırmışdır ki, öz ailəsini, uşaqlarını da Təhsil Nazirliyinə aparıb şikayətini bildirmişdir. Ona vurulan mənəvi ziyana görə qalan 1200 manat pulun da ödənilməsini tələb edir, başqa bir tələbi yoxdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Publik Hüquqi Şəxsin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, aparıcı mühasib əmək haqqını düzgün hesablamamışdır. Vətəndaş əmək müfəttişliyinə müraciət etdikdən sonra səhvlər aşkarlanmış və iddiaçıya 2863 manat əmək haqqı ödənilmişdir. İddiaçıya qarşı heç bir qərəzli hərəkət edilməmişdir. Hər il üçün 25 gün məzuniyyət nəzərdə tutulmuşdur. Bayram günləri olduğuna görə 27 gün məzuniyyət hesablanmışdır. Lakin bu il bayram günlərinə təsadüf etmədiyindən 25 gün məzuniyyət hesablanmışdır. Maddi ziyanla bağlı iddiaçıya ödəniş edilmişdir, mənəvi ziyanın isə heç bir hüquqi əsası yoxdur. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş:- İşəgötürən Cavabdeh Publik Hüquqi Şəxs ilə işçi İddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçinin aylıq əmək haqqı 350 manat olmaqla gözətçi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2025-ci ildə edilən dəyişikliyə əsasən əmək haqqı 400 manat təşkil etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-5/2-R-81468/2024 nömrəli məktubun notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh rəhbərliyi tərəfindən X4 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə təqdim olunan sənədlərdən inzibati xəta əlamətlərinin olması müəyyən edildiyindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-5/2-R-81468/2024 nömrəli məktubun notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə daxil olmuş sənədlərə baxıldıqda məlum olmuşdur ki, işəgötürən tərəfindən 2024-cü ilin avqust ayının əmək haqqı ilə birlikdə 2024-cü ilin yanvar ayından iyul ayınadək iş vaxtından artıq görülən işlərə görə 1802 manat 48 qəpik əmək haqqı fərqi, eləcə də xx.xx.2024-cü il tarixli, 3-22-23/3-1-1402/2024 nömrəli əmək məzuniyyətinin verilməsi haqqında əmrə əsasən 2023-2024-cü iş ili üçün 491 manat 36 qəpik məzuniyyət haqqı, cəmi 1948 manat 66 qəpik ödənildiyi, lakin xx.xx.2024-cü il tarixdə əmək məzuniyyətinə çıxdığı halda, 2023- 2024-cü iş ili üçün məzuniyyət vaxtına görə ödənilən orta əmək haqqının düzgün hesablanmadığı məlum olmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-22-23/2-784/2024 nömrəli məktubunda əmək haqqının hesablanmasına cavabdeh şəxsin, mühasibatlığın hesablama bölməsinin aparıcı mühasibi X3 olduğu və texniki nöqsan aradan qaldırılaraq, 2023-2024-cü iş ili üçün məzuniyyət vaxtına görə ödənilən orta əmək haqqına 84 manat əlavə fərq hesablanaraq xx.xx.2024-cü il tarixdə ödənildiyi bildirilmişdir. Həmçinin Cavabdeh aparıcı mühasibi X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-5/2-R-82070/2024 nömrəli məktubun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə daxil olmuş sənədlərə baxıldıqda məlum olmuşdur ki, Cavabdeh rəhbərliyi tərəfindən 2024-cü ilin yanvar ayından iyul ayınadək normal əmək və istirahət rejiminə riayət edilməmiş, iş vaxtından artıq görülən işlərə görə əmək haqqı düzgün hesablanıb ödənilməmişdir. Odur ki, 2024-cü ilin yanvar ayından iyul ayınadək iş vaxtından artıq görülən işlərə görə əmək haqqının düzgün hesablanıb ödənilməsinin təmin edilməsi və nəticəsi barədə 30 gün ərzində X4 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə məlumat verilməsi barədə Cavabdeh rəhbərliyinə xx.xx.2024-cü il tarixli icrası məcburi göstəriş məktubu ünvanlanmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubunda xx.xx.2024-cü il tarixli, 3-22-23/3-1-11405/2024 nömrəli əmrə əsasən 2024-cü ilin yanvar ayından iyul ayınadək iş vaxtından artıq görülən işlərə görə 1371 manat 29 qəpik əmək haqqı hesablanaraq ödənildiyi bildirilmişdir. Həmçinin Cavabdeh aparıcı mühasibi X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-22/2-R-2149/3-1-3553/2024 nömrəli məktubdan görünür ki, məzuniyyətə görə ödənilmiş vəsaitin qalıq məbləği olan 84 manat bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-22/2-R-2149/5-1-114/2025 nömrəli məktubdan görünür ki, Cavabdeh 2018-ci il 12 mart tarixli 142 nömrəli əmri ilə gözətçi vəzifəsinə təyin edilmiş və 2024-cü il üzrə ştat cədvəlinə uyğun aylıq vəzifə maaşı 350 manat olmuşdur. Eyni zamanda, əmək haqqına görə ödənilmiş vəsaitin qalıq məbləği olan 25,73 manat bank hesabına köçürülmüşdür. Cavabdeh Publik Hüquqi Şəxs tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-22- 23/3-1-1405/2024 nömrəli əmrin surətindən görünür ki, mühəndislik fakültəsinin gözətçisi İddiaçı cəmi 557 saat iş vaxtından artıq vaxtda gördüyü işin hər saatı üçün saatlıq tarif maaşının əmək haqqı fərqinin ödənilməsi əmr edilmişdir. Cavabdeh Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 47 nömrəli arayışdan görünür ki, ADAU-da mühəndislik fakültəsində gözətçi vəzifəsində işləyən İddiaçı 2025-ci ilin yanvar-may aylarını əhatə edən dövr ərzində cəmi 4408,73 manat əmək haqqı hesablanmış, ələ alınacaq məbləğ cəmi 3816,39 manat təşkil etmişdir. Cavabdeh Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 49 nömrəli arayışdan görünür ki, ADAU-da mühəndislik fakültəsində gözətçi vəzifəsində işləyən İddiaçı 2024-cü il ərzində cəmi 9048,49 manat əmək haqqı hesablanmış, ələ alınacaq məbləğ cəmi 7967,15 manat təşkil etmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 3-22-23/3-1-1433/2025 nömrəli əmrdən görünür ki, mühəndislik fakültəsinin gözətçisi İddiaçı müvafiq illərdə qeyd olunan saatlar məbləğində iş vaxtından artıq vaxt ərzində gördüyü işin hər saatı üçün tarif maaşının ikiqat məbləğində əmək haqqı və işlədiyi axşam növbələrinin saatlarının fərqinin ödənilməsi əmr edilmişdir. (2022-ci il üzrə 563 saat-iş vaxtı normasından artıq; 299 saataxşam növbələrinin saatlarının fərqi. 2023-cü il üzrə 790 saat- iş vaxtı normasından artıq; 337 saat-axşam növbələrinin saatlarının fərqi. Cəmi 2863,27 manat təşkil etmişdir.) Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 3-22-23-3-1-561-2023 nömrəli əmrdən çıxarışdan görünür ki, 2023-cü ilin iyun ayının 01-dən İddiaçı xx.xx.2022xx.xx.2023-cü iş ili üçün 25 təqvim günü müddətinə (21 gün əsas məzuniyyət, 4 gün iş stajına görə əlavə məzuniyyət) əmək məzuniyyəti verilməsi, məzuniyyət dövrünə 2 bayram günü təsadüf etdiyinə görə İddiaçı 2023-cü il 27 iyun tarixdən işə başlamalı olduğu əmr edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-22-23/3-1-1402/2024 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-xx.xx.2024-cü iş ilinin hesabına xx.xx.2024-cü il tarixdən 25 təqvim günü (21 gün əsas məzuniyyət, 4 gün iş stajına görə əlavə məzuniyyət) əmək məzuniyyəti verilməsi, İddiaçı 2024-cü il 27 sentyabr tarixdən işdə hesab edilməsi əmr edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 3-22-23-3-1-1417-2025 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-xx.xx.2025-ci il işi üçün xx.xx.2025-ci il tarixdən 25 təqvim günü (21 gün əsas məzuniyyət, 4 gün iş stajına görə əlavə məzuniyyət) əmək məzuniyyəti verilməsi, İddiaçı 2025-ci il 26 avqust tarixdən işdə hesab edilməsi əmr edilmişdir. xx.xx.2025-ci il tarixli, MŞG/MT033/2025-00196 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh nümayəndəsi xx.xx.2025-ci il tarixdə, saat 15:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı iddia etmişdir ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək olan müddət üzrə onun əmək haqqı düzgün hesablanmamış və ona maddi və mənəvi zərər dəymişdir. Məhkəmədə işə baxılarkən 3000 manat ona ödənilsə də, 1200 manat mənəvi zərər ödənilməmişdir. Cavabdeh tərəf isə iddia tələbinə qarşı etiraz edərək, iddiaçının əmək haqqının hesablanmasında səhvlər aşkarlandığını və iddiaçıya 2863 manat əmək haqqı ödənildiyini, mənəvi ziyanın isə heç bir hüquqi əsası olmadığını göstərmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, məhkəmədə işə baxılarkən iddiaçının əmək haqqının düzgün hesablanmamasına görə cavabdeh tərəfindən 2863 manat, iddiaçının deməsinə görə isə 3000 manat ödənilmişdir. İddiaçı ona mənəvi zərər dəydiyini iddia edərək, 1200 manat mənəvi ziyanın da ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinin: - d) bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsində göstərilir ki, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Əmək Məcəlləsinin 290-cı maddəsinin qed hissəsində göstərlir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Göründüyü kimi, cavabdeh tərəfindən əmək haqqının düzgün hesablanmamasına görə iddiaçıya 3000 manat ödənilmişdir. Mənəvi ziyanla bağlı məhkəmə qeyd edir ki, iddiaçı mənəvi ziyanı ona məzuniyyət gününün az verilməsi ilə bağlı prinsipə əsasən tələb etdiyini, habelə mənəvi ziyanın nədə ifadə olunması və bununla bağlı sübut təqdim etmədiyi üçün iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh X5rşı pul tələbinə dair iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddiaçı Cavabdeh X5rşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar