Məhkəmə qərarları › İş №2(125)-3457/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3457/2024

13.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3457/2024 13.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC) qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC) qarşı Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-1924 nömrəli icra qeydinin ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-1924 nömrəli icra qeydinə əsasən 6.470 manat 14 qəpik məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Lakin Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-1924 nömrəli icra qeydi qanunsuz və əsassızdır. Belə ki, sözügedən icra qeydi tərtib olunan zaman o, notariat ofisinə dəvət edilməmişdir. Həmçinin mübahisələndirilən icra qeydi ona deyil, onun anasına poçt vasitəsi ilə təqdim olunmuş və həmin icra qeydi haqqında məlumat ona yalnız icra məmuru tərəfindən verilmişdir. O, xx.xx.2024-cü il tarixli icra qeydini gec əldə etdiyinə görə icra qeydinə görə şikayət vermə müddətini də ötürmüşdür. Bundan başqa, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli icra qeydinin qanunsuz olması ilə yanaşı, icra qeydində tələb olunan məbləğ də əsassızdır. Sonda İddiaçı Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-1924 nömrəli icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddia əsassızdır. Belə ki, Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-1924 nömrəli icra qeydi tərtib olunmamışdan əvvəl İddiaçı xx.xx.2024-cü il tarixdə məlumat verilməsinə baxmayaraq, İddiaçı etirazının olmasına dair hər hansı hərəkət etməmişdir və sözügedən icra qeydini mübahisələndirməmişdir. Sözügedən iddia sadəcə olaraq iş prosesinin uzadılmasına yönəlmişdir. X1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olan ərizəsində cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisinin notariusu X3 məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, BPM**********80 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 8.500 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, BPM**********80 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 5.982 manat 33 qəpik məbləğində əsas borc və ona hesablanmış faiz borcu 20 gün müddətində ödənilmədiyi təqdirdə «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə İddiaçı xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, SX018930046AZ nömrəli xəbərnamənin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surəti xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında «Ağalarova» soyadı ilə imza etmiş şəxsə təqdim edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli notariat icra qeydi haqqında ərizənin surətindən görünür ki, "xxxx" ASC xx.xx.2022-ci il tarixli, BPM**********80 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5.982 manat 33 qəpik, ödənilməmiş faiz borcunun əvəzi qismində 487 manat 41 qəpik, ödənilməmiş cərimə qismində 2 qəpik, komisiyya haqqı qismində 40 qəpik, cəmi 6.470 manat 16 qəpik məbləğində pul vəsaitinin İddiaçı tutulmasına dair icra qeydinin çıxarılmasını xahiş etmişdir. İşdə olan Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-1924 nömrəli icra qeydinin surətindən görünür ki, İddiaçı 6.495 manat 16 qəpik məbləğində pul vəsaiti tutularaq, "xxxx" ASC-yə xeyrinə ödənilməlidir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********80 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən İddiaçı 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 8.500 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2024cü il tarixli bildirişlə xx.xx.2022-ci il tarixli, BPM**********80 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 5.982 manat 33 qəpik məbləğində əsas borc və ona hesablanmış faiz borcu 20 gün müddətində ödənilmədiyi təqdirdə «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə İddiaçı xəbərdarlıq edilmişdir. Həmin bildiriş xx.xx.2024-cü il tarixdə A.N.Ağalarova təqdim olunmuş və həmin hal xx.xx.2024-cü il tarixli, SX018930046AZ nömrəli xəbərnamə ilə təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC xx.xx.2022-ci il tarixli, BPM**********80 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5.982 manat 33 qəpik, ödənilməmiş faiz borcunun əvəzi qismində 487 manat 41 qəpik, cərimə qismində 2 qəpik, komisiyya haqqı qismində 40 qəpik, cəmi 6.470 manat 16 qəpik məbləğində pul vəsaitinin İddiaçı tutulmasına dair icra qeydinin qəbul olunmasını xahiş etmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2024cü il tarixli, 8İ-1924 nömrəli icra qeydi ilə İddiaçı 6.495 manat 16 qəpik məbləğində pul vəsaitinin tutularaq, "xxxx" ASC-yə xeyrinə ödənilməsi müəyyən edilmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə görə Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 162-ci bəndində göstərilmişdir ki, 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə, icra qeydi aparılır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, icra qeydinin verilməsi ilə əlaqədar "xxxx" ASC tərəfindən notariusa təqdim olunmuş sənədlər xx.xx.2022-ci il tarixli, BPM**********80 nömrəli kredit müqaviləsi üzrə borcun mübahisəsiz olduğunu təsdiq edir. Həmçinin öhdəliyin icrasını tələb etmək hüququnun həmin müqaviləyə əsasən yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddəti keçməmişdir. Bundan başqa, "xxxx" ASC tərəfindən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət edildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən 22 gün əvvəl – xx.xx.2024-cü il tarixdə sifarişli poçt vasitəsilə İddiaçı tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. Göründüyü kimi Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-1924 nömrəli icra qeydinin verilməsi zamanı qanunun tələbi pozulmamışdır və həmin icra qeydinin ləğvinə əsaslar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC) qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC) qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar