Məhkəmə qərarları › İş №2(125)-348/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-348/2023

16.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-348/2023 16.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi) “miras əmlakdan payın müəyyən edilməsi və vərəsə kimi tanınaraq mülkiyyət hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, babası X1 miras qalmış, Gəncə şəhərində, Yeni Gəncə massivində yerləşən, 7 nömrəli evin, 40 saylı mənzilində ki, 3 otaqdan ibarət olan miras əmlakdan ona çatan payın müəyyən edilməsi və vərəsə kimi tanınaraq mülkiyyət hüququnun verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1989-cu il tarixdə ünvan 1 ünvanında anadan olmuşdur. 28 yanvar 2008-ci il tarixdən bu günə qədər, həmin ünvanda pasport qeydiyyatındadır. Həmin mülk 2011-ci il tarixdə vəfat etmiş babası X2 adınadır. X18 ailə üzvüləri ilə birlikdə uzun illər həmin evdə yaşamışlar. Cavabdeh uzun zamanlar məhkumluq həyatı yaşadığı dövrlərdə atası Rafiq, babası Məhəmmədə və nənəsi Soltana daim diqqət və qayğı göstərmiş, xəstə olduqları illərdə dərman ləvazimatlarının alınmasında və sağlamlıqları üçün lazım olan şəraitin yaradılmasında atasının müstəsna xidmətləri olmuşdur. Babası və nənəsi vəfat etdikdən sonra, onların dəfn xərclərini atası çəkmişdir. Bunu qonşuluqda birgə yaşayan insanlarda təsdiq edə bilərlər. X18 xx.xx.2016cı il tarixdə dünyasını dəyişdikdən sonra, cavabdeh ona qərəzli mövqedən yanaşaraq, onu adı gedən evdən pasport qeydiyyatından çıxarmaq istəyir. Çünki əvvəllərdə cavabdehlə onların ailəsi arasında münaqişələr yaşanmışdır. O, ailəlidir, 2 övladı var. Ailə üzvüləri ilə birlikdə Bakı şəhərində, Xəzər rayonu, Şimal Dres qəsəbəsində yerləşən 6 saylı yataqxanada kirayədə yaşayır. Səhhəti qeyri normaldır. Hər iki göz nahiyyəsində görmə qabiliyyəti çox zəifdi. Ayaq nahiyələrində problem olduğu üçün normal yeriyə bilmir. Məhkəmə iclasında iştirak edən cavabdeh və nümayəndəsi hər biri ayrı-ayrılıqda iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdeh tərəfi dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 464 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1964-cü il tarixdə Azərbaycan Respublikası, Gədəbəy rayonu Qoşabulaq kəndində anadan olmuş Cavabdeh ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ilədək aparılmış və Ata: X6 vəfat edib-(xx.xx.2010), Ana:X7 vəfat edib-(xx.xx.2020), Bacı: X5 vəfat edib-(xx.xx.2022), Qardaşlar: X8 vəfat edib- (xx.xx.1996) və X3 (xx.xx.2016) vəfat etməsi məlumatları aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına istinadən, ünvan 2 ünvanında yerləşən 40 saylı mənzil özəlləşməmişdir. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli şəxsi hesabdan çıxarışından görünür ki, Gəncə şəhərində, Yeni Gəncə massivində yerləşən, 7 nömrəli evin, 40 saylı mənzilin sahibi X4r; X7 onun arvadı, X5, X9 və Cavabdeh onun övladları, İddiaçı, X10, Əhmədova ArzuVidadi qızı və X17 onun nəvələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Hazırkı iş üzrə iddiaçı miras əmlak qismində mübahisəli mənzildən paya mülkiyyət hüququnun tanınmasını məhkəmədən xahiş etmiş və tələbini mübahisəli mənzilin xx.xx.2010-ci il tarixdə vəfat etmiş babası X1 miras qalmasıyla əsaslandırmışdır. Lakin iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, həmin yaşayış sahəsi özəlləşdirilməmişdir, yəni X2 həmin daşınmaz əmlaka miras keçə bilən hüququ qeydə alınmamış və Cavabdeh adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Belə ki, miras kütləsinə daxil olmayan əmlaka pay müəyyən edilə bilməz. Qeyd edilənlərə əsasən, mübahisəli mənzilə vərəsə qismində hüququ qeydə alınmadığından Cavabdeh tələbə cavab verməli olan şəxs olması sübuta yetirilmədiyinə görə iddia təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (50.3). AR MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “miras əmlakdan payın müəyyən edilməsi və vərəsə kimi tanınaraq mülkiyyət hüququnun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar