Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3618/2023 03.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X65 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 İnqilab oğlunun, Cavabdeh1, onun etibarnamə üzrə nümayəndəsi və vəkili və eyni zamanda digər Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 1 saylı notariat ofisi, xüsusi notariusu X36 qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı X22 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 1 saylı notariat ofisi, xüsusi notariusu X36 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X49 tərəfindən verilmiş *3.11.2*21-ci il tarixli, 2V-344 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, Gəncə şəhəri, Nizami rayonu, Eminbəyli küçəsi, ev 91-in miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras mülkə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Miras qoyan X37 13.1*.1981-ci ildə vəfat etmişdir, onun birinci növbə vərəsələri olmadığından cavabdehlər ikinci növbə vərəsə kimi qanun üzrə vərəsəlik şəhadətnaməsi almışlar. Mübahisə ondan ibarətdir ki, cavabdehlər miras qoyanın qardaşının nəvələri kimi pay alır, ancaq digər vərəsələr pay almır. Gəncə 1 saylı notariat ofisi qanunsuzluğa yol vermişdir. Belə ki, miras qoyan 13.1*.1981-ci ildə ölmüşdür. Ondan sonra onun yeganə 1-ci növbə vərəsəsi X32 isə 23.*5.1983-cü ildə vəfat etmişdir. Əgər qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə irsi transmissiya əsasında verilmişdirsə, onda birinci növbədə miras qoyanın arvadının miras əmlakı qəbul edib-etməməsi araşdırılmalı idi. Çünki, o miras qoyandan sonra vəfat etmişdir. Mübahisəli əmlakda babalarının övladı kimi atası və cavabdehlər yaşamış və mirası faktiki cəhətdən idarə etmişlər. Onların orada ayrıca otaqları vardır və əşyaları bu günədək orada yerləşir. Atası vəfat etməmişdən əvvəl və sonra da onlar orada yaşamaqla miras əmlakı faktiki cəhətdən qəbul etmişlər. Ona görə də miras əmlakın faktiki qəbulu və payların bərabər şəkildə bölünməsinə dair məhkəmədə iddia qaldırman məcburiyyətində qalırlar. Məhkəmə iclasında iddiaçı X22 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək əlavə olaraq göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi babası X12 məxsus olmuşdur, ancaq babasının əmisi X19 adına qeydiyyata alınmışdır. X2 1991-ci ildə Rusiyada vəfat etmişdir. Mehtiyev İlyas vəfat etdikdən sonra, yəni 1981-ci ildən sonra faktiki olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Anasının cehizləri də həmin evdə olmuşdur, ancaq anasının cehizləri olan otağı uçurmuşlar. Atasının vəfatından sonra həmin evdə bir müddət qalmış, sonra Rusiyaya getmişdir. 2***ci ilin əvvəlində nənəsi ilə birlikdə yenidən həmin evdə fasilələrlə aylarla yaşamış, kommunal xidmətlərdən istifadə etmişdir. 2*22-ci ilin noyabr-dekabr aylarında evi təmir etdirmişdir. 198*-ci ildən etibarən həmin evdə təmir olmamışdır. Divarlar hamısı yenilənmiş, otaqlar ayrılmışdır. Həmin vaxta kimi Rusiyada yaşamışdır. Mehtiyev İlyas 1981-ci ildə vəfat etmişdir. Onun birinci növbə vərəsələri olmadığı üçün cavabdehlər ikinci növbə vərəsə kimi qanun üzrə vərəsəlik şəhadətnaməsi almışlar. Miras əmlak vərəsəlik qaydasında bölüşdürülərkən onların xəbəri olmamışdır. Mahmud demişdir ki, “sizə pay düşmür.” Halbuki, o, Mahmudla danışmışdır ki, həmin evdə atası Nurəddinin payı vardır. Cavabdeh1 əmisi, digər Cavabdeh2 isə bibisi, atasının bacısıdır. Hazırda mübahisə ondan ibarətdir ki, cavabdehlər miras qoyanın qardaşının nəvələri kimi pay alır, ancaq digər nəvələr pay almır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı X1* etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 İnqilab oğlu iddiaçı ilə eyni məzmunda çıxış edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, miras qoyan X37 X4nun əmisidir, (yəni onun babası Mahmudun qardaşı olmuşdur). Miras qoyan X37 1981-ci ildə, yeganə vərəsəsi olan arvadı X32 1983-ci ildə öldüyü üçün və onun vərəsələri olmadığı üçün atası Rəhman və onların ailə üzləri yəni onun anası, o və digər qardaş bacıları həmin əmlakda yaşamışlar. X4 2***-ci ildə vəfat etmişdir. Qardaşı Nürəddin hazırki iddiaçı anadan olmamışdan əvvəl yəni 1991-ci ildən əvvəl Rusiya Federasiyasının Tümen şəhərində yaşamış iddiaçı anadan olduqdan sonra yəni 1991-ci ildə ölmüşdür. İddiaçı özü də atası ölməmişdən 23 ay əvvəl 1991-ci ildə Tümen şəhərində doğulmuşdur. Mərhum qardaşı və hazırki iddiaçı heç vaxt mirası qəbul etməmişdir. Miras əmlakda o, ailəsi, atası Rəhman yaşamışdır. Həmin evin kommunal xərclərini atası Rəhmanın adına ödənilmiş, atası vəfat etdikdən sonra isə özü ödəmişdir. Rusiyada müharibə başlayarkən iddiaçı təzə evlənib, Rusiyadan gəlmişdir. Evi təmirsiz olduğu üçün ona demişdir ki, «evi təmir etmək istəyir qalmağa yaxşı deyil, gələn-gedən olacaqdır». O, iddiaçıya evin müəyyən hissəsində yaşamağa icazə verdiyi üçün yaşadığı hissəni təmir etdirməsinə razılıq vermişdir. 2*21-ci ilin noyabrında evə çıxarış almış, İddiaçını və yoldaşını həmin evə qeydiyyata salmışdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili X5* cavabdehlə eyni məzmunda çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Digər cavabdeh Gəncə şəhər 1 saylı notariat ofisi fəaliyyət göstərmədiyindən məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, Samir bacısı oğludur. Cavabdeh1 tanıyır, bacısının qaynıdır. Bacısı Mahirə həmin evə gəlin köçmüşdür, cehizləri də orada olmuşdur. Mübahisəli ev Mahmudun, Elşənin, Nurəddinin evidir. Elşən Rusiyadadır, Mahmud hazırda orada yaşayır. Bacısı da uşaqlarla birlikdə Rusiyadan gəldikdə həmin evdə yaşamışdır. Bacısının yoldaşı Nurəddin 8*-ci illərdə Rusiyaya getmiş, orada da vəfat etmişdir. Samir 5-ci sinfə qədər Gəncədə 1 nömrəli məktəbdə oxumuşdur. Atası vəfat etdikdən sonra 2 qardaşı ilə birlikdə Rusiyaya getmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilən X41 ifadəsində göstərdi ki, tərəfləri tanıyır, münasibətləri normal olmuşdur. Həmin evdə ayna, qapı ustası kimi işləmişdir. Onu Samir çağırmışdır. Samirə aid olan hissəyə 3 pəncərə, 2 ədəd iri nəfəslik qoymuşdur. Pulunu da Samir vermişdir. O, evdə qapı, pəncərə işləri görən vaxt evdə alçipan vurulmuş, suvaq işləri görülmüşdür. Həmin evdə 2 otağı bölmüş, 3 otaq etmişdirlər. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilən X24 ifadəsində göstərdi ki, cavabdehin xalasıdır. Mehdiyev Rəhman bacısının yoldaşıdır. Mehdiyev X31 atasıdır. İlyas vəfat etdikdə Nurəddin əsgərlikdə olmuşdur. İlyasın dəfn xərclərini də Rəhman çəkmişdir. İlyas vəfat etdikdən sonra Nurəddinin toyu həmin evdə həyətdə olmuşdur. 1 il qaldıqdan sonra ailəsi ilə birlikdə Rusiyaya getmişdir. Nurəddin həmin evdə heç bir təmir işləri görməmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilən X42 ifadəsində göstərdi ki, Cavabdeh1 ilə birlikdə böyümüşdür. Həmin ünvanda ev 7-də yaşayır. İddiaçını tanımır, görməmişdir. ünvan 1 ünvanında yerləşən evdə İlyas kişi, onun yoldaşı Sara, Rəhman və onun yoldaşı Səriyyəni görmüşdür. Nurəddin çoxdan Moskvaya getmişdir, həmin vaxtlar onun 12 yaşı olmuşdur. Birdə, ancaq Nurəddinin 1991-ci ildə ölümünü xatırlayır. 2**2-2**3-cü illərdən sonra Nurəddin və onun ailəsini görməmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhər 1 saylı notariat ofisinin notariat işində olan:- 27.*7.2*21-ci il tarixli, 2*1*13*1*28*-1*3*1 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X19 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Gəncə Şəhər Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28.1*.2*21-ci il tarixli, *5/Q-173*/15 nömrəli arayışın surətindən görünür ki, vəfat etmiş X37 barəsində 28.1*.2*21-ci ilədək yoxlama aparılmış yeganə vərəsəsi 23.*5.1983-cü ildə vəfat etmiş arvadı X32 aşkar edilmişdir. Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28.1*.2*21-ci il tarixli, *5/Q-2527/7* nömrəli arayışın surətindən görünür ki, X37 ilə X14 nikahları *2.11.1979-cu ildə 1554 nömrə ilə qeydə alınmışdır. AZ-İİ *65111 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X37 13.1*.198-ci ildə ölmüşdür. AZ-İİ 18556* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 23.*5.1983-cü ildə ölmüşdür. Gəncə Şəhər Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *2.11.2*21-ci il tarixli, *5/Q-1764/15 nömrəli arayışın surətindən görünür ki, X23 barəsində *2.11.2*21-ci ilədək yoxlama aparılmış və onun sağ qalan vərəsələri oğlu Cavabdeh1, oğlu X33, qızı X25, «oğlu X15» və qızı X2* müəyyən edilmişdir. AZ *63831 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 31.*7.2***-ci ildə ölmüşdür. A-*42*9 nömrəli ölüm haqqında arayışın notarial qaydada təsdiq olunmuş tərcüməsindən görünür ki, X16 *4.*7.1991-ci ildə ölmüşdür. 8İ-3631 reyestr nömrəli ərizənin surətindən görünür ki, X1 şəhəri, Eminbəyli küçəsi, ev 91 ünvanında yerləşən miras əmlakdan imtina etmişdir. *3.11.2*21-ci il tarixli, 8İ-3632 reyestr nömrəli ərizənin surətindən görünür ki, X19 vərəsələri Cavabdeh1 və Cavabdeh2 ondan qalan miras əmlakı qəbul etmişlər. Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən verilmiş 2V-344 nömrəli, *3.11.2*21-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X19 vərəsələri qardaşı nəvəsi Cavabdeh1 və qardaşı nəvəsi Cavabdeh2 miras əmlak ünvan 3 ünvanında yerləşən ümumi sahəsi *,*935 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 229 kv.m olan fərdi yaşayış evindən hər biri 1/2 irs almalıdır. 19.11.2*21-ci il tarixli, 2*1*13*1*28*-1*3*1 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə rəsmi reyestrdə qeydiyyata alınmışdır. A-24919 nömrəli doğum haqqında arayışın notarial qaydada tərcümə olunmuş surətindən görünür ki, 17.*4.1991-ci ildə Tümen vilayəti, Tümen rayonu, Borki kəndində anadan olmuş X11 ata qrafasında X16, ana qrafasında X5 qeyd olunmuşdur. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD nümayəndəliyi tərəfindən verilmiş 31.*5.2*23-cü il tarixli, 96 nömrəli məktubdan görünür ki, X15 və onun ailə üzvlərinin faktiki olaraq ünvan 1 ünvanında yaşamadıqları aşkar olunmuşdur. Evlər üçlüyü tərəfindən Cavabdeh1 verilmiş arayışdan görünür ki, həmin şəxsin qardaşı X15 və həyat yoldaşı X27 198*-ci ildən etibarən ünvan 3 ünvanında yaşamırlar. Köçüb Tümen şəhərinə getmişdirlər. Yaşayış yeri üzrə qeydiyyat haqqında 454*525 nömrəli arayışdan görünür ki, Cavabdeh1, X43, Cavabdeh2, X44, X34 və X3 şəhəri, Eminbəyli küçəsi, ev 91 ünvanında 16.1*.2**6-cı il tarixdən qeydiyyatdadır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 14.*9.2*21-ci il tarixli, 2(*44)-3*85/2*21 nömrəli qətnaməsindən görünür ki, ərizəçi Cavabdeh1 ərizəsi təmin edilmiş, ərizəçinin babası Cavabdeh1 Abbas oğlunun 15.*8.1941-ci ildə vəfat etməsi və sonuncunun X21 qardaşı olması faktı müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının babasının əmisi X18 miras qalmışdır. Miras qoyan X19 vərəsəsi olmadığından ondan miras qalmış əmlakı qardaşı oğlu X23 qəbul edərək ailə üzvləri ilə birlikdə yaşamışdır. X29 2***-ci ildə öləndən sonra birinci növbə vərəsələrindən Cavabdeh1, X34, X3* və X6 qalmışdır. Həmin vərəsələrdən X33 və Süleymanova (Mehdiyeva) Əzizə Rəhman notarial qaydada ərizə verərək miras əmlakı qəbul etməkdən imtina etmişlər. Həmin miras əmlaka dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların miras əmlakı qəbul etmələri barədə ərizələrinə əsasən Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən *3.11.2*21-ci il tarixli, 2V-344 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. İddiaçı Mehtiyev Samir Nurəddinoviç atası X7, eləcə də özünün həmin evdə müəyyən müddət faktiki olaraq yaşamasını, kommunal xidmətlərdən istifadə etməsini, sözügedən evi təmir etdirdiyini və həmin evdə onun da payının olmasını əsas gətirərək Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş *3.11.2*21-ci il tarixli, 2V-344 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 1-in miras əmlak kimi qəbul edilməsi və həmin miras mülkə mülkiyyət hüququnun tanınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq nrmalarına uyğun çıxarılmalıdır. Belə ki mirasın açıldığı zaman qüvvədə olmuş 1965-ci il Azərbaycan SSR Mülki Məcəlləsinin (bundan sonra-MM) 533-cü maddəsinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülkü hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə faktiki surətdə idarə etməyə başlaması və ya mirasa yiyələnmək üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras qoyan X19 ikinci növbə vərəsələri qismində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmələri barədə ərizə verərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişlər. Məhkəmə araşdırması zamanı sözügedən vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və iddiaçının sözügedən miras mülkə mülkiyyət hüququnun tanınması üçün hər hansı hüquqi əsas müəyyən olunmadığından *3.11.2*21-ci il tarixli, 2V-344 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, Gəncə şəhəri, Nizami rayonu, Eminbəyli küçəsi, ev 91-in miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras mülkə mülkiyyət hüququnun tanınması barədə iddia tələbi təmin edilə bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının müəyyən vaxtlarda həmin evdə atası ilə birlikdə yaşaması və kommunal xidmətlərdən istifadə etməsi, mirasın açılmasından 41 il sonra təmir işləri görməsinə dair göstərdiyi dəlillər də əsassızdır. Belə ki qeyd olunan qanunvericilikdən görünür ki, mirasın faktiki qəbul edilməsi üçün vərəsə miras əmlakı faktiki surətdə idarə etməli və ya mirasa yiyələnməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2*22-ci il tarixli qərarında qeyd edilmişdir ki, Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda şərh olunanlara əsasən və hüquq normaları baxımından məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 358 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 1 saylı notariat ofisi, xüsusi notariusu X36 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras mülkə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3618/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3618/2023
03.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver