Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3635/2023 11.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3 və ünvan 3 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakın bütün vərəsələr arasında yenidən bölüşdürülməsi və həmin paylara uyğun daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3 və ünvan 3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 iyul 2**6-cı il tarixdə vəfat etmiş Cavabdeh3 Astan oğlunun miras qoyduğu ünvan 1 ünvanında yerləşən miras əmlakın (evin) birinci növbə vərəsə kimi iddiaçıların qəbul etməsi faktının müəyyən edilməsi, miras əmlaka dair Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına Gəncə şəhəri 2 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlarına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, mərhum ataları Cavabdeh3 Astan oğlundan qalmış miras əmlakın bütün vərəsələr arasında yenidən bölüşdürülməsi və miras əmlakdakı paylara uyğun Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, onlar mərhum Cavabdeh3 Astan oğlunun övladlarıdır, ataları 24 iyul 2**6-cı il tarixdə ölmüşdür. X2 12 fevral 2*19-cu il tarixdə ölmüşdür. X3 3* dekabr 2*22-ci il tarixdə ölmüşdür. Atalarının ölümündən sonra ondan ünvan 1 ünvanında miras ev qalmışdır. Ataları Cavabdeh3 Astan oğlu vəfat edəndən sonra, ondan miras qalmış evdə faktiki olaraq onlar və qardaşları Hamlet yaşamışlar. İddiaçılar atalarının sağlığında ailə qurub başqa ünvanda yaşasalar da, atalarının ölümündən sonra həmin evə qayıtmış, anaları ilə birlikdə yaşamış və miras əmlakı faktiki qəbul edərək idarə etmişlər. Anaları vəfat etdikdən sonra da onlar miras əmlakı idarə etməkdə davam etmişlər. Miras əmlaka dair bütün xərcləri iddiaçılar ödəmişlər. Həmin ünvanda yaşayan X6na və ailəsinə həmişə maddi və mənəvi yardım etmişlər. X6 vəfat edəndən sonra atasından miras qalmış əmlakla bağlı müəyyən problemlər yaranmağa başlandı. Onlara məlum olmuşdur ki, mərhum X6nun arvadı Cavabdeh1 miras əmlakı tam şəkildə öz adına keçirmək istəyir və iddiaçıları miras əmlakdan məhrum etmək istəyir. İddiaçılar mərhum ataları Cavabdeh3 Astan oğlundan miras qalmış ünvan 1 ünvanda yerləşən evi faktiki olaraq qəbul edərək idarə edirlər. 14 fevral 2*23-cü il tarixdə iddiaçılar ünvan 3 ərizə ilə müraciət edərək bildirmişlər ki, ataları Cavabdeh3 Astan oğlu 24 iyul 2**6-cı il tarixdə vəfat etmişdir və xahiş etmişlər ki, iddiaçıların iştirakı olmadan vərəsəlik işi açılmasın və bu barədə ayrıca teleqram da vurmuşlar. Mütəmadi olaraq notariusla əlaqə saxlamışlar, lakin notarius iddiaçılara hər hansı bir məlumat verməkdən imtina etmişdir. Ərizənin belə bir məzmunda yazılması iddiaçıların günahı deyil, həmin ərizə Gəncə şəhəri 3 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən tərtib olunaraq təsdiq edilib. Lakin, sonradan iddiaçılar *9 mart 2*23cü il tarixdə yeni ərizə yazaraq, bildirmişlər ki, 24 iyul 2**6-cı il tarixdə vəfat etmiş ataları Cavabdeh3 Astan oğlunun vərəsəsidirlər. Miras əmlaka vərəsəlik hüququnu qəbul etmişlər və paylarına düşən hissəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edirlər. Ərizələri 1* mart 2*23-cü il tarixdə ünvan 3 daxil olmuşdur. Dəfələrlə müraciət etdikdən sonra Gəncə şəhəri 2 saylı Notariat Ofisinin xüsusi notariusu 18 mart 2*23-cü il tarixdə 248 nömrəli məktubla bizim ərizəmizə cavab vermişdir. Cavabla tanış olduqdan sonra onlara məlum olmuşdur ki, notarius digər vərəsələr barəsində 14.*2.2*23-cü il tarixdən notariat ofisində məlumat olmasına baxmayaraq, *4.*3.2*23-cü il tarixdə mərhum X6nun vərəsələrinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və bu barədə iddiaçılara məlumat verməmişdir. İddiaçılara ünvanlanan cavab məktubunda notarius onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən yazılı imtina vermək əvəzinə guya iddiaçıları şifahi məlumatlandırdığını göstərir. “Notariat haqqında” Təlimatın 36-cı maddəsinə əsasən, Notarius notariat hərəkətinin aparılmasından imtina etdikdə, şəxsin xahişi ilə üç gün müddətində imtinasının səbəbləri barədə əsaslandırılmış qərar çıxarır. Lakin, notarius təlimatın həmin maddəsinin tələblərini pozmuş, iddiaçılara imtina barədə əsaslandırılmış cavab verməmişdir. Bununla da onların mirasdan pay almaq hüququnu pozmuşdur. Yuxarıda göstərilən səbəbdən iddiaçılar, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, miras əmlakın bütün vərəsələr arasında yenidən bölüşdürülməsi və həmin paylara uyğun daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilməsi üçün məhkəməyə müraciət edirlər. Hesab edirlər ki, məhkəmə 24 iyul 2**6-ci il tarixdə vəfat etmiş Cavabdeh3 Astan oğlunun miras qoyduğu ünvan 1 ünvanında yerləşən miras əmlakın (evin) birinci növbə vərəsə kimi iddiaçıların qəbul etməsi faktının müəyyən edilməsi, miras əmlaka dair Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına Gəncə şəhəri 2 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlarına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, mərhum ataları Cavabdeh3 Astan oğlundan qalmış miras əmlakın bütün vərəsələr arasında yenidən bölüşdürülməsi və miras əmlakdakı paylara uyğun Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi barədə qətnamə qəbul etməlidir. Cavabdehlərin nümayəndəsi və vəkili məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddianın əsassız olduğunu qeyd etmiş, bildirmişdir ki, miras qoyan cavabdeh X4 qayınatası, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə babasıdır. X11 1994-cü ildə miras qoyanın oğlu X25 ilə ailə qurmuş və həmin vaxtdan da sözügedən miras əmlaka köçərək orada yaşamış və hazırda da yaşayır. Onların birgə nikahlarından 2 övladları, iş üzrə cavabehlər Cavabdeh2 və Cavabdeh3 dünyaya gəlmişlər. Hər ikisi dünyaya gələn gündən hazırki vaxta kimi həmin mülkdə yaşayırlar. Cavabdeh3 Astan oğlu 24 iyul 2**6-cı il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra sözügedən miras mülkdə vərəsələrindən yalnız oğlu X25 ailəsi ilə birlikdə yaşamışdır. Digər vərəsələr olan iş üzrə iddiaçılar isə hələ atalarının sağlığından daimi yaşamaq üçün başqa yerə köçüb getmişlər. Belə ki, İddiaçı1 atasının sağlığından Rusiya Federasiyasına köçmüş və hazırda da orada yaşayır. İddiaçı2 isə atasının sağlığından ailə həyatı quraraq Gədəbəy şəhərinə köçmüşdür və miras açıldıqdan sonra da uzun müddət ərzində orada yaşamağa davam etmişdir (onların hətta evdə pasport qeydiyyatları belə yoxdur). Yəni atasından qalmış miras əmlakı yalnız X25 qəbul etmişdir. X1* mirası faktiki olaraq qəbul etsə də, onu öz adına rəsmiləşdirmədən 3* dekabr 2*22-ci il tarixində vəfat etmişdir. Buna qədər isə X1 miras mülkü öz adına rəsmiləşdirmək üçün notariat kontoruna müraciət edərək vərəsə tanınması üçün miras qoyanın adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış, lakin vərəsəliyi rəsmiləşdirməyə macal tapmadan vəfat etmişdir. Onun vəfatından sonra isə miras əmlak irsi transmissiya qaydasında iş üzrə cavabdehlər tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi zamanı hər hansı bir pozuntuya yol verilməmişdir. Lakin iddiaçılar yalnız miras qoyanın övladları olduğuna görə və hesab edirlər ki, həmin mülkdə onların da payı vardır. İddia ərizəsində guya iddiaçıların atalarının vəfatından sonra sözügedən miras əmlakda yaşamaqla onun idarə etmələri barədə göstərilənlər tamamilə yalandır və heç bir sübuta söykənmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi İddiaçı1 atasının sağlığından Rusiya Federasiyasına köçmüş və hazırda da orada yaşayır. İddiaçı2 isə atasının sağlığından ailə həyatı quraraq Gədəbəy şəhərinə köçmüşdür və miras açıldıqdan sonra da uzun müddət ərzində orada yaşamağa davam etmişdir. Yəni onların heç biri qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası hər hansı bir formada qəbul etməmişlər. Elə iş materiallarından da görünür ki, iddiaçıların mirası hər hansı bir formada qəbul etmələri barədə onlar tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Odur ki, iddianın əsassız olduğuna görə təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, eləcə də İddiaçı2 ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, sonarkı məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi və vəkili iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi və etiraz ərizəsinin məzmununa uyğun izahat verdi. İş üzrə digər cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhəri 6 saylı notariat ofisinə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin baxışında şahid qismində dindirilmiş X26 ifadəsində bildirmişdir ki, Hamlet və yoldaşından başqa 2**2-ci ildən 2*13-cü ilə qədər mübahisəli əmlakda heç kəsi görməmişdir, keçən il Hamlet öləndə oğlu Əli onu İlqar əmisi ilə tanış etmiş və demişdir ki, “İlqar əmimdir, Rusiyada yaşayır”. Hamletin bacısı isə deyilənə görə Gədəbəydə yaşayır. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdi ki, 199*-cı ildən bəri Hamletlə qohumdur, yəni qardaşı ilə bacanaqdır. Hamletlə 2**2-2**3-cü illərdə iş birlikləri olmuş, taxıl, günəbaxan toxumu əkmişlər. Mübahisəli əmlakda, Hamlet, yoldaşı və Püstə xanım yaşamışdır. Qardaşı İlqarı həmin evdə görməmişdir, onu Püstə və Hamlet rəhmətə gedəndə görmüşdür. Bacıları İradənin isə Gədəbəydə evli olduğunu eşitmişdir. Məhkəmə cavabdehlərin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh3 Astan oğlu və X5 nikahı Gəncə şəhər qeydiyyat şöbəsində 13.*6.1957-ci il tarixdə 732 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan 3 övlad doğulmuşdur: xx.xx.1959-cu il təvəllüdlü Məmmədova (Əliyeva) İradə Əli qızı və xx.xx.1965-ci il təvəllüdlü İddiaçı1. Cavabdeh3 Astan oğlu 24.*7.2**6-cı il tarixdə, Gəncə şəhərində, “qəfləti koronar ölüm” səbəbindən, X13 11.*2.2*19-cu il tarixdə, Gəncə şəhərində, “beyindaxili qansızma” səbəbindən, X25 isə 3*.12.2*22-ci il tarixdə, Gəncə şəhərində, “ürək dayanmasından qəfləti ölüm kimi təsvir olunmuş hadisə” səbəbindən ölmüşdür. İş materiallarına əlavə edilmiş Rusiyadan pul köçürmələrinin surətindən görünür ki, İddiaçı1 tərəfindən *7.*3.2*14-cü il, 1*.*2.2*15-ci il, 12.*3.2*15-ci il, 25.*3.2*15-ci il, 13.*4.2*15-ci il, 28.*4.2*15-ci il, *6.*5.2*15-ci il, 16.*5.2*15-ci il, 27.*5.2*15-ci il, 24.*6.2*15ci il, 18.*7.2*15-ci il, 29.*7.2*15-ci il, 21.*8.2*15-ci il, 27.*8.2*15-ci il, *1.*9.2*15-ci il, *7.*9.2*15-ci il, *5.*6.2*17-ci il, 15.*6.2*17-ci il, *1.*7.2*17-ci il, *7.*7.2*17-ci il, 12.*7.2*17-ci il, 24.*7.2*17-ci il, *5.*8.2*17-ci il, *9.*8.2*17-ci il, 13.*8.2*17-ci il, 21.*8.2*17-ci il, 24.*8.2*17-ci il, *6.*9.2*17-ci il, 14.*9.2*17-ci il, 19.*9.2*17-ci il, 22.11.2*17-ci il, *1.12.2*17ci il, 19.12.2*17-ci il, 2*.*4.2*18-ci il, 2*.11.2*18-ci il, *5.12.2*19-cu il, 28.12.2*19-cu il, 22.*1.2*2*-ci il, *4.*2.2*2*-ci il tarixlərdə X14 və Cavabdeh2 hesablarına müxtəlif məbləğlərdə pul vəsaitləri köçürülmüşdür. İddiaçı1 tərəfindən 14 fevral 2*23-cü il tarixdə verilmiş, 2374*8****484 nömrə ilə Gəncə Şəhəri 3 saylı Notariat Ofisində təsdiqlənmiş ərizəyə əsasən İddiaçı1 bildirmişdir ki, 24 iyul 2**6-cı il tarixdə vəfat etmiş atası Cavabdeh3 Astan oğlunun hər hansı bir əmlakına dair onun iştirakı olmadan vərəsəlik işi açılmasın. İddiaçı2 tərəfindən 14 fevral 2*23-cü il tarixdə verilmiş, 2374*8****48* nömrə ilə Gəncə Şəhəri 3 saylı Notariat Ofisində təsdiqlənmiş ərizəyə əsasən İddiaçı2 bildirmişdir ki, 24 iyul 2**6-cı il tarixdə vəfat etmiş atası Cavabdeh3 Astan oğlunun hər hansı bir əmlakına dair onun iştirakı olmadan vərəsəlik işi açılmasın. İddiaçı1 və İddiaçı2 *9 mart 2*23-cü il tarixdə ünvan 3 ünvanladıqları məktubda 24 iyul 2**6-cı il tarixdə vəfat etmiş ataları Cavabdeh3 Astan oğlunun vərəsələri olduqlarını, atalarının ölümündən sonra onun adına ünvan 4 ünvanında yerləşən miras mülkün qaldığını, həmin miras əmlaka qanun üzrə vərəsəlik hüququnu qəbul etdiklərini bildirərək 24 iyul 2**6-cı il tarixdə vəfat etmiş ataları Cavabdeh3 Astan oğlundan miras qalmış ünvan 4 ünvanında yerləşən evə dair onların payına düşən hissəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2*1*13*1*453- 1*3*1 reyestr nömrəli, 23.1*.2*21-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanda *,*32* hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 121,4 kv.metr olan fərdi yaşayış evi Cavabdeh3 Astan oğlunun xüsusi mülkiyyətindədir. İş materiallarında olan Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının şəhər İƏD üzrə nümayəndəsinin *3 may 2*23-cü il tarixli, 5-44/2-6*/2*23 nömrəli məktubundan görünür ki, Gədəbəy şəhər sakini İddiaçı2 Gədəbəy şəhəri S.Vurğun küçəsində qeydiyyatdadır. Həmçinin 11 may 2*23-cü il tarixli X15, X12 və X2* tərəfindən tərtib edilmiş aktdan görünür ki, qonşuları İddiaçı2 *1 yanvar 1999-cu ildən, sentyabr 2*19-cu il tarixə qədər Gədəbəy şəhər, S.Vurğun küçəsində 115 nömrəli evdə qeydiyyatdadır və həmin evdə yaşayıb. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən 2*.*4.2*23-cü il tarixli, 1377 nömrəli arayışdan görünür ki, İddiaçı1 həqiqətən xx.xx.1959-cu il təvəllüdlü bacısı İddiaçı2 ilə ünvan 6 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2*1*13*1*453- 1*3*1 reyestr nömrəli, *9.*3.2*23-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanda *,*32* hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 121,4 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyətdədir. Daşınmaz əmlak üzərində 1/3 hissədə pay hüququ X7, 1/3 hissədə pay hüququ Cavabdeh2 və 1/3 hissədə pay hüququ Cavabdeh3 məxsusdur. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş arayışlardan, ərizədən, nikahın bağlanması və ölüm haqqında şəhadətnamələrdən və “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, ünvan 7 ünvanında yaşayan İddiaçı2 həyat yoldaşı *2.*5.2*18-ci ildə ölən X9 vərəsəsidir və ona məxsus Gədəbəy şəhəri, S.Vurğun küçəsində *,*7 ha həyətyanı torpaq sahəsi və içərisində 1968ci ildə inşa edilmiş fərdi yaşayış evindən pay almışdır. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmə sorğusuna cavab məktubunda bildirilmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı1 2**6-2**8-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: 15.*6.2**6-cı il giriş, *2.*8.2**6-cı il çıxış, *4.*6.2**7-ci il giriş, *1.*9.2**7-ci il çıxış, *5.*4.2**8-ci il giriş, 15.*9.2**8-ci il çıxış olmuşdur. İş materiallarında olan Gəncə şəhəri 2 saylı Notariat ofisində *4.*3.2*23-cü il tarixdə, 2V-55 reyestr nömrəsi ilə təsdiq edilmiş notariat işinin surətindən görünür ki, Cavabdeh3 Astan oğlunun vərəsələri X11, Cavabdeh3, Cavabdeh2dır, miras əmlak Cavabdeh3 Astan oğlunun tam mülkiyyətində olmuş, ünvan 5 ünvanda *,*32 ha torpaq sahəsində və onun üzərində yerləşən ümumi sahəsi 121,4 kv.m olan fərdi yaşayış evindən ibarətdir, 24.*7.2**6-cı il tarixdə vəfat etmiş Cavabdeh3 Astan oğlunun vərəsəsi Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 5 ünvanında qeydiyyatda olan oğlu X19r, o isə mirası qəbul etmiş, lakin adına rəsmiləşdirmədən 3*.12.2*22-ci il tarixdə vəfat etdiyi üçün ona çatası miras payın vərəsələri X11, Cavabdeh3 və Cavabdeh2 miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. ünvan 8 ünvanlanmış 248 nömrəli, *8.*3.2*23-cü il tarixli cavab məktubunda göstərilir ki, mərhum Cavabdeh3 Astan oğlundan miras qalmış əmlaka dair vərəsəlik işinin aparılması üçün mərhumun oğlu - X14 ailəsinin vəkili tərəfindən 13.*2.2*23-cü ildə notariat ofisinə müraciət edilmiş, onun verdiyi məlumata əsasən məlum olmuşdur ki, mərhumun oğlu - X25 3*.12.2*22-ci ildə vəfat etmişdir və ondan başqa Cavabdeh3 Astan oğlunun iki övladı qalıb. Lakin miras qalan əmlakda sağlığından öldüyü günə kimi yalnız mərhum oğlu X25 olub və hazırda pasport qeydiyyatında yalnız onun ailə üzvləri olan arvadı- X11, qızı- Cavabdeh2 və oğlu - Cavabdeh3dur. Həmin gün iddiaçılar notariat ofisinə müraciət edərək, vərəsəlik işinin aparılması üçün qarşı tərəfin müraciətindən məlumatlı olduğunu bildirdi və həmin əmlakdan pay istədiyinizi məlum etdilər. Onlara izah edilmişdir ki, həmin ünvanda pasport qeydiyyatında deyillər və mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddət ərizində notariat ofisinə müraciət etməyiblər. Bu səbəbdən iddiaçıları vərəsə kimi tanıyaraq, onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Buraxılmış müddətin bərpası ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüquqlarını və bununla bağlı notariat ofisinə işin məhkəmə icraatına götürülməsi haqqında bildiriş təqdim etmək lazım olduğu onlara bildirilmişdir. Əks təqdirdə 1* gün ərzində məhkəmə bildirişini təqdim etmədikləri halda, qanuna müvafiq olaraq iştirakları olmadan digər vərəsələr vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etdikdə onların müraciətinin təmin olunacağı qeyd edilmişdir. 14.*2.2*23-cü ildə iddiaçılar tərəfindən notariat ofisinə göndərilən teleqram daxil olmuş, həmin teleqramda bildirilmişdir ki, miras qalmış əmlakla bağlı iddia tələbi ilə məhkəməyə müraciət edilib.Teleqram daxil olduqdan təxminən bir həftə sonra iddiaçıların vəkili ilə telefon əlaqəsi saxlayaraq ona bildirilmişdir ki, müddətin başa çatmasına az bir vaxt qalıb və bu məlumatın iddiaçılara çatdırılması ondan xahiş olunub. Beləliklə, işin məhkəmə icraatına qəbul edilməsi haqqında bildiriş iddiaçılar tərəfindən qanuna müvafiq müddət ərzində təqdim edilmədiyi üçün, *4.*3.2*23-cü ildə X4, Cavabdeh2 və Cavabdeh3 müraciəti əsasında 24 iyul 2**6-cı ildə vəfat etmiş Cavabdeh3 Astan oğlundan miras qalmış ünvan 9 ünvanda yerləşən mülkə dair 3*.12.2*22-ci ildə vəfat etmiş X18 bütövlükdə çatası miras hissə transmissiya qaydasında onların adına rəsmiləşdirilmişdir vəonların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan və hazırda cavabdehlərin xüsusi mülkiyyətində olan ünvan 6 ünvanda *,*32 ha torpaq sahəsi və ümumi sahəsi 121,4 kv.m olan fərdi yaşayış evi iddiaçıların atası - mərhum Cavabdeh3 Astan oğluna məxsus olmuşdur. Cavabdeh3 Astan oğlu 24 iyul 2**6-cı il tarixdə öldükdən sonra ondan miras qalmış qeyd olunan miras əmlakı qanun üzrə vərəsələrindən yalnız oğlu - X25 faktiki qəbul etmişdir. Belə ki, X25 mirası faktiki olaraq qəbul etsə də, onu öz adına rəsmiləşdirmədən 3* dekabr 2*22-ci il tarixində vəfat etmişdir. Buna qədər isə X1 miras mülkü öz adına rəsmiləşdirmək üçün notariat kontoruna müraciət edərək vərəsə tanınması üçün miras qoyanın adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış, lakin vərəsəliyi rəsmiləşdirməyə macal tapmadan vəfat etmişdir. Onun vəfatından sonra isə miras əmlak arvadı və uşaqları olan iş üzrə cavabdehlər tərəfindən qəbul edilmişdir və əmlak cavabdehlərin hər birinin 1/3 hissədə paylı mülkiyyətlərindədir. İddiaçılar ataları Cavabdeh3 Astan oğlunun 24 iyul 2**6-cı il tarixdə vəfat etdiyi vaxtdan sonra sözügedən miras əmlakda yaşamaqla və onu idarə etməklə miras əmlakı həmin vaxtdan digər qardaşları olan X25 ilə birgə qəbul etdiklərini iddia edirlər. Lakin məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından da görünür ki, İddiaçı1 atasının sağlığından Rusiya Federasiyasına köçmüş və hazırda da orada yaşayır. İddiaçı2 isə atasının sağlığından ailə həyatı quraraq Gədəbəy şəhərinə köçmüşdür və miras açıldıqdan sonra da uzun müddət ərzində orada yaşamağa davam etmişdir, onların heç biri qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası hər hansı bir formada qəbul etməmişlər. Başqa sözlə, iddiaçılar sözügedən miras əmlakı hər hansı bir formada qəbul etmələri barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişlər. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. “Notariat Haqqında” Azərbaycan Respublikası Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarını nəzərə alan məhkəmə bir daha vurğulayır ki, miras qoyan Cavabdeh3 Astan oğlu 24.*7.2**6-cı il tarixdə ölmüş, həmin vaxtdan mirasın açıldığı iddiaçılara bəlli olmuşdur. Buna baxmayaraq, iddiaçılar qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmiş, miras payın qəbul edilməsi ilə bağlı mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etməmiş, miras əmlaka sahiblik və onu faktiki idarə etməmişlər. Bununla da, iddiaçılar mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Həmçinin, məhkəmə qeyd edir ki, İddiaçı1 başqa ölkədə olması da mirası qəbul etməməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının başqa ölkədə olması onu digər hüquqlarından məhrum etməmişdir, o başqa ölkədə olduğu vaxt mirası qəbul etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən hərəkətlər edə, yəni notariat orqanına yazılı ərizə ünvanlayaraq mirası qəbul etdiyini bildirə bilərdi. Digər tərəfdən, İddiaçı1 iddia edir ki, başqa ölkədə olsa da mirasın açıldığı vaxtdan mirası oradan idarə edir. Lakin bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı bu qeyd etdiklərini təsdiq edəcək hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Əksinə, cavabdehin təqdim etdiyi, mötəbər sübutlarla təsdiq olunur ki, İddiaçı1 yalnız yas mərasimlərində müvəqqəti olaraq Azərbaycan Respublikasına gəlmiş, daima Rusiya Federasiyasında olmuş, digər İddiaçı2 isə atasının sağlığından ailə həyatı quraraq Gədəbəy şəhərinə köçmüşdür və miras açıldıqdan sonra da uzun müddət ərzində orada yaşamağa davam etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların sözügedən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi hissəsində iddia tələbi əsassız olduğundan bu hissədən birbaşa asılı olan digər tələblər - qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakın bütün vərəsələr arasında yenidən bölüşdürülməsi və həmin paylara uyğun daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi tələbləri də təmin edilməməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumu iddiaçı tərəfə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 23* və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3 və ünvan 3 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakın bütün vərəsələr arasında yenidən bölüşdürülməsi və həmin paylara uyğun daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3635/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3635/2023
11.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver