Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-369/2024 09.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Aslanzadə Nəzrin Xəqani qızının katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qızına qarşı əşya tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızında qalmış ona məxsus qızıl-zinət əşyalarından: tros sep 750 manat dəyərində, sırğa qızıl 400 manat, qolbağ brilyant qaşlı qızıldan dəyəri 2500 manat, mobil telefon Samsung Galaxy S21FE5G dəyəri 1919,96 manat, musiqi kombaynı 250 manat, kosmetika dəsti 120 manat, 750 manat dəyərində geyim və ayaqqabılar dəstinin, onlar olmadığı təqdirdə onların dəyərinin və ödənilmiş dövlət rüsumu olmaqla 6690 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh qızı ilə aralarında 13 mart 2022-ci il tarixdə Gəncə şəhəri, Bayraq meydanı küçəsində yerləşən “İmperial” şadlıq sarayında 150 nəfərlik nişan mərasimi keçirilmişdir. Nişanda, onun tərəfindən Cavabdeh qızına nişanlıq olan qızıl zinət əşyaları üzərinə taxılmışdır. Cavabdeh qızı tərəfindən nişan pozulmuş və qızıl zinət əşyaları telefonda sövdələşmə olmuşdur ki, adət - ənənəyə görə qaytarılmalıdır. Bunun üçün məkan cavabdeh tərəfindən bildirilmişdir ki, Gəncə şəhəri, Bayraq Meydanının yanında xx.xx.2023 - cü il tarixdə Cavabdeh qızının anası Aygün Şəmilova tərəfindən qaytarılsın. Razılaşdıqları zamanda o, onlardan aralıda duraraq qızıl zinət əşyalarının bir hissəsini daşın üstünə atmış, əli ilə qızılların yerini işarə verib getmişdir. Anasıgil nə qədər çağırsalar da dayanmamışdır ki, qızılları tam yoxlayıb təhvil alsınlar. Evdə qızılların bir hissəsinin yerində olmadığını gördükdə cavabdehə zəng olunmuş, ancaq o cavab verməmişdir. Məlum məsələdir ki, o, qızıl- zinət əşyalarının bir hissəsini özündə saxlamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, Cavabdeh nişanı qaytardığına görə əmlakını tələb edir. Nişan zamanı 3 ədəd köynək, 4-5 cüt ayaqqabı, 1 ədəd kostyum, qızıl sep, üzük, sırğa və brilyant qaşlı qolbağıdan ibarət olan komplekt dəst, 1 ədəd nişan üzüyü, 1 ədəd tros sep, həmçinin dəyəri 400 manat olan başqa bir sırğa cavabdeh üçün hədiyyə alınıb ona verilmişdir. Bunlardan başqa nişanlı olduqları zaman cavabdehə dəyəri 250 manat olan 1 ədəd musiqi kombaynı hədiyyə etmişdir. Həmin musiqi kombaynını özü hazırlamış, bütün hissələrini özü almışdır. Cavabdeh üçün kredit götürərək 1919 manata Samsung Galaxy S21 markalı telefon alıb, ona vermişdir. Müqavilənin əsli də cavabdehin özündədir. Cavabdehin etirazında göstərdiyi əvvəlki telefonu satıb sözügedən telefonu alması isə əsassızdır. Nişan zamanı taxılan qızıl-zinət əşyaları yarımçıq qaytarılmışdır. Belə ki, komplektə daxil olan 1 ədəd qızıl sep, 1 ədəd üzük, 1 ədəd sırğa qaytarılsa da, brilyant qaşlı qolbağı qaytarmamışdırlar. Eləcə də komplektdən kənar ayrıca olaraq alınmış 1 ədəd tros sep, 1 ədəd qızıl sırğanı, 1 ədəd brilyant qaşlı qızıl qolbağını, həmçinin qeyd edilən geyim paltarlarını, kosmetika vasitələrini, musiqi kombaynını və telefonu qaytarmamışdırlar. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddiaçı ilə eyni məzmunda çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh qızı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz verərək göstərmişdir ki, həqiqətən xx.xx.2022-ci il tarixdə nişan mərasimləri olmuş, musiqi kombaynı kustar üzulla hazırlanmış və ad günündə ona hədiyyə olunmuşdur. Digər qızıl-zinət əşyalarını nişan mərasimində bağışlamışdır. Eyni zamanda iddiaçı tərəfindən kosmetika dəsti, 1 ayaqqabı, 2 kofta və bir kostyum hədiyyə olunmuşdur və bu vaxta hədiyyə olunan kosmetika dəstindən heç biri qalmamışdır. Nişan mərasimindən qabaq özünə məxsus Samsung Qalaxy S20 markalı telefonunu iddiaçı nişandan sonra onun ad günündə ondan alaraq satıb kreditə yeni Samsung Qalaxy S21 markalı telefon alaraq ona hədiyyə etmişdir. Hesab edir ki, ona hədiyyə olunan əşyalar onun mülkiyyətindədir və həmin əşyalar iddiaçıya qaytarılmamalıdır. Buna baxmayaraq anası ona hədiyyə olunan bütün qızıl zinət əşyalarını iddiaçıya qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dinlənilən Şahid ifadəsində göstərdi ki, İddiaçı əmisidir. Cavabdehin anası Aygün xanım zəng etmişdir ki, bayraq meydanına gəlsinlər. Onlar isə həmin yerə gedib, gözləmişdirlər. Cavabdehin anası gəlib onlara yaxınlaşmadan, qızılları səkiyə tullayıb əli ilə işarə etmişdir ki, “gəlin götürün.” Qızıllar öz qutusunda idi. Qutunun içərisində komplektə daxil olan sep, üzük və sırğa var idi. Başqa heç nə yox idi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, 583 əyyarlı, 8,88 qram çəkidə olan tros sep - 750 (yeddi yüz əlli) manat, 585 əyyarlı 12 qram çəkidə olan qolbağı- 1000 (bir min) manat, 585 əyyarlı, 4.7 qram çəkidə olan “Pandora” sırğa - 400 (dörd yüz) manat, “Samsung Galaxy S21” markalı telefon-800 (səkkiz yüz) manat dəyərində qiymətləndirilmişdir. xx.xx.2022-ci il tarixli 03552296 nömrəli müqaviləyə əlavədən görünür ki, ümumi dəyəri 1919,96 manat olan Samsung Galaxy S21 markalı telefon 12 ay ödəniş cədvəli üzrə hər ay 153,33 manat ödəmək şərtilə "xxxx" MMC-dən alınmışdır. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, tədqiq olunmuş sübutlara hüquq normaları bağımından qiymət verərək heab edir ki, iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında nişan mərasimi keçirilmiş, iddiaçı tərəfindən nişan mərasimində və nişan mərasimindən kənar iddia ərizəsində göstərilən əşyalar cavabdehə hədiyyə edilmişdir. Cavabdeh tərəfindən də həmin əşyaların ona hədiyyə olunması mübahisələndirilməmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz verərək göstərmişdir ki, ona hədiyyə olunmuş musiqi kombaynı kustar üsulla hazırlanmış, Samsung Galaxy S21 markalı hədiyyə olunmuş telefon nişandan əvvəl ona məxsus Samsung Qalaxy S20 markalı telefon satılaraq alınmış və hədiyyə olunmuş əşyalar onun mülkiyyətində olmaqla anası tərəfindən ona hədiyyə olunan bütün qızıl zinət əşyaları iddiaçıya qaytarılmışdır. Məhkəmə cavabdehin öz etirazının əsası kimi istinad etdiyi hallara qiymət verərək qeyd edir ki, cavabdeh ona hədiyyə olunan bütün qızıl zinət əşyalarını qaytarmasını iddia etsə də, istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Halbu ki, sübut etmə vəzifəsindən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi nişan mərasimindən sonra tərəflərin ailə qurması baş tutmamış, iddiaçı hədiyyə etdiyi əşyaları geri tələb etsə də, cavabdeh əsassız olaraq aldıqlarını geri qaytarmamışdır. Cavabdeh ona hədiyyə olunan əmlakların onun mülkiyyəti olduğunu göstərsə də, ailə qanunvericiliyində yalnız nikah dövründə hədiyyə şəklində verilmiş əmlakın hədiyyə olunan şəxsin mülkiyyətində olmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir . MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı Cavabdeh qızından 750 manat dəyərində 583 əyyarlı qızıldan hazırlanmış 8,88 qram çəkidə olan 1 ədəd tros sep, 1000 manat dəyərində olan 585 əyyarlı 12 qram çəkidə olan bir ədəd qolbağı, 400 manat dəyərində olan 585 əyyarlı 4,7 qram çəkidə olan bir ədəd sırğa, 1919,96 manat dəyərində olan bir ədəd “Samsung Galaxy S21” markalı telefon, 200 manat dəyərində olan bir ədəd musiqi kombayn, dəyəri 120 manat olan kosmetika dəsti onlar olmadıqda isə onların dəyəri olan 4389,96 (dörd min üç yüz səksən doqquz manat 96 qəpik) manat pul, bir cüt ayaqqabı, 2 ədəd kofta və bir dəst kostyum alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 63,89 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh qızından 750 manat dəyərində 583 əyyarlı qızıldan hazırlanmış 8,88 qram çəkidə olan 1 ədəd tros sep, 1000 manat dəyərində olan 585 əyyarlı 12 qram çəkidə olan bir ədəd qolbağı, 400 manat dəyərində olan 585 əyyarlı 4,7 qram çəkidə olan bir ədəd sırğa, 1919,96 manat dəyərində olan bir ədəd “Samsung Galaxy S21” markalı telefon, 200 manat dəyərində olan bir ədəd musiqi kombayn, dəyəri 120 manat olan kosmetika dəsti onlar olmadıqda isə onların dəyəri olan 4389,96 (dörd min üç yüz səksən doqquz manat 96 qəpik) manat pul, bir cüt ayaqqabı, 2 ədəd kofta və bir dəst kostyum və dövlət rüsumunun əvəzi olaraq 63,89 manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-369/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-369/2024
09.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver