Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3717/2024 17.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İdidaçının nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun əmlakına vurulmuş zərərə görə 2370 manat, mənəvi zərərə görə 100.000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona məxsus əşyalarını Gəncə şəhəri, Məhrəsə bağı bina 5, mənzil 54-dən 2021-ci ildə yaşadıqları otaqdan onların icazəsi olmadan çıxarmış və balaca otağa yığmışlar. Nəticədə onlara məxsus əşyalar yararsız hala düşmüşdür. Həmin əşyalar: dəyəri 500 manat olan şifoner, dəyəri 300 manat olan servant, dəyəri 100 manat olan 3 ədəd yorğan, dəyəri 200 manat olan 3 ədəd döşək, dəyəri cəmi 120 manat olan 6 ədəd oturacaq döşəkçəsi-hər biri 20 manatdan, dəyəri 40 manat olan poduşka, dəyəri 1000 manat olan gündəlik işlənən qab-qacaqlar, dəyəri 250 manat olan obedni serviz dəsti, dəyəri 70 manat olan kompotniça, dəyəri 20 manat olan bir ədəd su qrafini. Cavabdehin onun əmlakına qarşı törətmiş olduqları hərəkəri gördükdən sonra 2021-ci ilin 28 noyabr ayında dərin stres keçirmişdir. Nəticədə özünü sərbəst idarə etməkdən məhrum olmuşdur. Hal-hazırda xüsusi texniki vasitələrlə yeriyir. Ona görə də, ona dəyən mənəvi ziyan kimi 100.000 manat cavabdehlərdən müştərək qaydada tutulub ona verilməsini xahiş etmişdir. Cavabdeh iddiaya etiraz verərək, iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Gəncə şəhər üzrə icra idarəsinin icra məmurları X7, X8, tələbkar İddiaçı, hal şahidləri X10, X3 iştirakı ilə AKT tərtib ediblər. Aktda qeyd edilib ki, İddiaçı Mahrasa bağı bina 5 mənzil 54-ə köçürüldü və giriş çıxış qapısının açarı tələbkara təhvil verildi. Aktı öz imzaları ilə təsdiq ediblər. Yazılan aktın ikinci üzündə tələbkar İddiaçı göstərilən ünvana köçürüldüyünü və heç bir narazılığı olmadığını öz xətti ilə yazıb imzası ilə təsdiqləyib və xahiş edib ki, icra sənədinə xitam verəsiniz. Həmin evə köçürüləndən sonra Müşaviq gətirdiyi əşyalarını həmin mənzilin bir otağına yığıb qapısını, özünə məxsus qıfıl vurub açarı ancaq ikisindədi o otağa ancaq özü və həyat yoldaşı girib çıxır. Müşaviq İddia ərizəsində qeyd edib ki, xx.xx.2021-ci il tarixdə əmlakıma törətmiş olduqları hərəkətləri görəndən sonra stres keçirtdi, özünü sərbəst idarə edə bilmir və xüsusi texniki vasitələrlə yeriyir. Bildiklərinə və özü dediyinə görə 1992-ci ildə yaralanıb, xəstələnib, ikinci qrup əlil kimi qeydiyyatdan keçib həsaynan gəzir vəpensiya alır və iddiada göstərir ki, xəstəliyi 2021-ci ildə stresdən tapmış əgər elə bir hal olsaydı elə həmin tarixdə 2021-ci ildə iddia qaldırardı ,şikayət edərdi ki qapımın qıfılını qırıblar əşyalarını yararsız hala salıblar. Bildirir ki bunun heç bir hüququ əsası yoxdur bunun yazdığı iddia yalandı, iftiradı, şər və böhtandır və işin içində olan əsaslı sənədlərdə bunun yalan olmasımı bir daha təsdiq edir. Bildirir ki, Gəncə şəhər icra hakimiyyəti başçısının aparatı vəkil sorğusuna xx.xx.2016-cı il tarixdə rəsmi cavab verərək xx.xx.2012-ci il tarixdə İddiaçı Yeni ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzillə təmin edilmişdir o ünvandada yaşayırdı ara bir gəlib dava-dalaş salırdı. ünvan 2 9475 nömrəli 06 dekabr 2016 cı il tarixli vəkil sorğusuna rəsmi cavab verərək bildirmişdi ki İddiaçı oglu Məhrasa bagı bina 5 mənzil 54 də qeydiyyatdadı, göstərilən ünvanda yaşamır. Bildirir ki, İddiaçı oglu onlaırn yaşadıqları evə xx.xx.2016-cı il, xx.xx.2021-ci il tarixlərində gəlib dəfələrlə agır sözlərlə bizi təhqir edib, səs küy dava-dalaş salıb qonşularıda narahat elədiyinə görə DİN -nin 102 xidmətinə dəfələrlə zəng edib şikayət etmiş və rəsmi cavab almışdır. Qonşular Müşaviq və həyat yoldaşı Təranənin dəfələrlə yaratdığı dava- dalaş və səs küylərdən əxlaqsız sözlərdən bezdiklərini polislərə bildirib sabitlik yaratmağı xahiş ediblər, öz adları və imzaları ilə təsdiqləyib AKT tərtib edib Nizami Rayon Məhkəməsinə təqdim ediblər ki, əxlaq normalarından kənar olan Müşaviq və onun həyat yoldaşı Təranəni bu ünvandan kənarlaşdırıb qətnamə qət edəsiniz. DİN-nin 102 xidmətinə elədiyim rəsmi şikayətlərin sənətlərində acıq görsənir ki , qonşuların tərtib etdikləri AKT-da, da sübut olunur ki, bizim üstümüzə hücum çəkirlər özləri dava dalaş salan insanlardı onların iddiaları yalan, şərböhtan xarekterlidir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası xx.xx.2024 cü il tarixli keçirilən 2(104)-1098/2024 saylı işin iclasında qətnamə qət etdi, Mahrasa bağı bina 5 mənzil 54 ünvanında yerləşən mənzilin acıq hərracda satılması. İddiaçı bu qətnamədən dərhal sonra Gəncə şəhər Məhkəməsində mənə qarşı 2370 + 100.000 (yüz min) manat dəyərində əsassız iddia qaldırmışdır. Etiraz ərizəsinə etdiyi Aktla, tam sübut olunur ki iddiaçı mübahisəli evə köçərkən heç bir narazılığı olmamışdır. İddiaçının təmsilçisi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasınında iştirak edən cavabdeh və nümayəndəsi hər biri ayrı-ayrılıqda iddiaya etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 9 mərtəbəli, 81 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilmədi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx.xx.2012-ci il tarixli 11/7-139 nömrəli Əmri ilə komissiya yaradılmış, müvafiq komissiyanın xx.xx.2012-ci il tarixli iclasının qərarı ilə X4iu ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzillə təmin olunmuşdur. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iş üzrə iddiaçı ona məxsus əşyalara vurulduğunu bildirdiyi maddi ziyanın və bu hərəkətlər nəticəsində vurulmuş mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. İddiaçı sübutetmə yükü daşımasına baxmayaraq, ona məxsus əşyalara cavabdeh tərəfindən ziyan vurulmasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə isə vurulmasına dair sübutlar təqdim edilməyən ziyanın müəyyən edilməsi üçün yerində müayinə hərəkətinin keçirilməsinə və (ya) onun məbləğinin müəyyən edilməsi üçün xüsusi bilik tətbiq edilməsinə zərurət görməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə araşdırması nəticəsində iddiaçıya mənəvi ziyan vurulması müəyyən edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-3717/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3717/2024
17.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver