Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3720/2024 15.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 Cəmiyyətinə qarşı 6**285 nömrəli aktın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş 27.*4.2*23-cü il tarixli 6**285 nömrəli aktın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsiin *4.*6.2*24-cü il tarixli, 2(125)-372*/2*24 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə şikayət vermiş, Gəncə Şəhər Məhkəməsiin 24.*6.2*24-cü il tarixli, 2(125)-372*/2*24 nömrəli qərardadına əsasən şikayət təmin edilməyərək şikayət mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24.*7.2*24-cü il tarixli 2(1*4)- 1657/2*24 nömrəli qərardadına əsasən şikayət qismən təmin edilərək Gəncə Şəhər Məhkəməsiin *4.*6.2*24-cü il tarixli, 2(125)-372*/2*24 nömrəli və 24.*6.2*24-cü il tarixli, 2(125)-372*/2*24 nömrəli qərardadı ləğv edilərək iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxılması üçün işin məhkəməyə göndərilməsi qərara alınmışdır. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddiaçının mübahisələndirdiyi 27.*4.2*23-cü il tarixli 6**285 nömrəli akt hər hansı hüquqi nəticə yaratmır, yalnız hadisənin baş verməsini yəni sayğacdan kənar sudan istifadə edilməsini müəyyən edən, sübuti əhəmiyyət kəsb edən yazılı formada tərtib olunmuş sübutdur. Bununla belə məhkəmə qed edir ki, qəbul olunmuş akt o halda hüquqi nəticə yaradır ki, hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Qeyd olunan qanunvericilikdən görünür ki, şəxsin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmək hüququ olsa da yalnız qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı qanunvericilik yalnız şəxsin pozulmuş və mübahisə edilən hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. İddiaçının hazırda mübahisələndirdiyi akt isə hüquqi nəticə yaratmır və iddiaçının hüququnu pozmur. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 Cəmiyyətinə qarşı 6**285 nömrəli aktın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3720/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3720/2024
15.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver