Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3747/2023 12.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinə qarşı «sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinə qarşı Gəncə şəhəri, Nizami rayonu, Gəncə küçəsi, döngə 9 ünvanında yerləşən 17 nömrəli fərdi yaşayış evində iddiaçıdan başqa heç kim qeydiyyatda olmadığı üçün əsassız olaraq hesablanmış 730 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, xx xxxxxx 1961-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuşdur. Hazırda o, ünvan 1 ünvanında yerləşən 108 nömrəli fərdi yaşayış evində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Nizami rayonu, Gəncə küçəsi, döngə 9 ünvanında yerləşən 17 nömrəli fərdi yaşayış evində yaşayır. Gəncə şəhəri, Nizami rayonu, Gəncə küçəsi, döngə 9 ünvanında yerləşən 17 nömrəli fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. O, həmin evin onun adına olmasına dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən 03 iyun 2004-cü il tarixli 19912 saylı qeydiyyat vəsiqəsi almışdır. Onun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gəncə küçəsi, döngə 9 ünvanında yerləşən 17 nömrəli fərdi yaşayış evində heç kim yaşamır. Onun evində heç kimin yaşamadığı, qeydiyyatda olmadıgı halda, eləcə də kanalizasiya sistemi olmadığı halda Azərbaycan Respublikası «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinin əməkdaşları onun ünvanına xəbərdarlıq məktubu göndərərək, onun 01 yanvar 2011-ci il tarixdən 05 aprel 2023-cü il tarixinə kimi istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə 730 manat ödənilməmiş borcunun yarandığını bildirmişdir. Onun özündən başqa həmin evdə heç kim qeydiyyatda olmamışdır və o öz razılığı ilə heç kimi qeydiyyata salmamışdır. O, cavabdehə müraciət edərək mütəxəssislər vasitəsi ilə yenidən araşdırılma aparılıb, ona artıq yazılmış borcun silinməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Lakin heç bir nəticə əldə edə bilməmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona hesablanmış 730 manat məbləğində borc tamamilə qanunsuz və əsassız olduğuna görə silinməlidir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi A.C.Rəhimov iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı öz iddia tələbini onunla əsaslardırmışdır ki, ona məxsus olan mənzildə qeydiyyatda olan şəxslərin sayı abonent bazasında düzgün qeyd edilməmişdir və bunun nəticəsi olaraq sudan istifadəyə və çirkab suların axıdılmasına görə yaranmış 730 manat borcun silinməsi barədə iddia irəli sürmüşdür. Abonent əvvəlki dövrlərə aid ailə tərkibi bağlanmış müqavilə, ailə tərkibi ilə bağlı əvvəllər təqdim edilmiş arayış və yaxud yaşayış yeri üzrə qeydiyyatda olduğı müvafiq təşkilatlar tərəfindən təqdim edilmiş rəsmi məlumatlat (dislokasiya) əsasında sistemdə qeyd olunmuşsa, yeni ailə tərkibi barədə arayış təqdim edildiyi tarixdən sonrakı hesebat dövrü üçün nəzərə alınır. Təqdim edilmiş sənədlər əsasında su təchizatının müvəqqəti dayandırılması üçün ərizəçinin müraciəti qeydə alınır və su təchizatı bağlama aləti ilə dayandırılır. Yaşayış olmadığı müddətdə heç bir hesabat aparılmır, faktura çıxarılır. İddiaçı ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Gəncə küçəsi, döngə 9 ünvanında yerləşən 17 nömrəli fərdi yaşayış evində sudan istifadə olmadığı üçün su təchizatının müvəqqəti bağlanmasına dair STKM-ə rəsmi olaraq heç bir vaxt müraciət etməmişdir və həmin mənzidə sudan istifadə və tullantı suların axıdılmasına görə «X4» 7.4 bəndinə əsasən müvafiq hesabat vermişdir. Bununla Azərbaycan Respublikası «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinin üzərinə düşən vəzifələri istehlakçı qarşısınd yerinə yetirmişdir, lakin istehlakçı üzərinə düşən vəzifələri vaxtı-vaxtında yerinə yetirmədiyinə görə, sudan istifadə və tullantı suların axıdılmasına görə borc yaranmışdır. Sonda A.C.Rəhimov iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, işdə olan abonent kodu **********000 kimi qeyd edilən İddiaçı məxsus abonent kartından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Gəncə küçəsi, döngə 9, ev 17 ünvanından yaşayan **********460 abonent kodu İddiaçı məxsusdur. İddiaçı 01 yanvar 2011-ci il tarixdən 04 oktyabr 2016-cı il tarixədək 205.92 m3 miqdarında su sərfinə görə 133 manat 50 qəpik məbləğində borc hesablanmışdır. İş materiallarında olan abonent kodu **********000 kimi qeyd edilən İddiaçı məxsus abonent kartından görünür ki, İddiaçı 31 oktyabr 2023-cü il tarixdən 08 iyun 2023-cü il tarixədək 1.540 m3 miqdarında su sərfinə görə 752 manat 40 qəpik məbləğində borc hesablanmışdır. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanda həmçinin X6 qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinin 05 aprel 2023-cü il tarixli, 01-01/9-193 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanın su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 01 yanvar 2011-ci il tarixdən 730 manat borc yaranmışdır. İddiaçı «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinə ünvanda yaşayış olmaması haqqında nə rəsmi, nə də qeyri rəsmi müraciət etməmişdir. Odur ki, yaranmış borc əvvəlki illər üzrə sudan istifadə və tullantı suların axıdılmasına xidmətlərinə dair verilmiş hesabatın ödənilməmiş hissəsidir. İşdə olan Gəncə İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2-1(114)- 2075/2023 nömrəli qərarının surətindən görünür ki, X2 Gəncə şəhəri, Nizami rayonu, Gəncə küçəsi, döngə 9, ev 17 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Gəncə şəhər Baş Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı su təchizatı üzrə **********000 abonent kodlu istehlakçıdır. İddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gəncə küçəsi, döngə 9 ünvanında yerləşən 17 nömrəli fərdi yaşayış evində su sayğacı mövcud olmamaqla, həmin ünvanda 2 şəxs qeydiyyatda olmuşdur. Sudan istifadəyə görə həmin hesablanmış abonent borcu İddiaçı tərəfindən ödənilir. 01 yanvar 2011-ci il tarixdən 08 iyun 2023-cü il tarixədək «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı su sərfinə görə 730 manat məbləğində borc hesablanmışdır. İddiaçı həmin borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi A.C.Rəhimov məhkəmə iclasında iddia tələbinə etiraz etmiş və etirazının əsası kimi İddiaçı ona məxsus fərdi yaşayış evində sudan istifadə olmadığı üçün su təchizatının müvəqqəti bağlanmasına dair STKM-ə rəsmi olaraq heç bir vaxt müraciət etməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 5ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş «Sudan istifadə qaydaları»nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İş materiallarına abonentin illər və aylar üzrə borclarının ətraflı əksini tapdığı abonent kartları əlavə edilmişdir. Həmin sənədlərlə müəyyən edilir ki, 01 yanvar 2011-ci il tarixdən 08 iyun 2023-cü il tarixədək sudan istifadə və axıdılan tullantı suların həcminə görə hesablama 4 nəfərə uyğun aparılmışdır. Lakin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan da göründüyü kimi Gəncə şəhəri, Nizami rayonu, Gəncə küçəsi, döngə 9 ünvanında yerləşən 17 nömrəli fərdi yaşayış evində iki şəxs qeydiyyatda olmuşdur. Belə olan halda, həmin dövr üçün hesabat yalnız iki nəfər üçün aparılmalı idi. Su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə hesabat iki nəfərə görə aparıldıqda, iddiaçının 01 yanvar 2011-ci il tarixdən 08 iyun 2023-cü il tarixədək su sərfiyyatına görə 365 manat məbləğində borcunun yarandığı müəyyən olunur. Lakin cavabdeh tərəfindən həmin məbləğ 730 manat olaraq hesablanmışdır. Buna görə də, borcun əsassız hesablanmış bir hissəsi silinməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyəti tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Gəncə küçəsi, döngə 9 ünvanında yerləşən 17 nömrəli fərdi yaşayış evi üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı borc kimi hesablanmış 365 manat məbləğ silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası «Azərsu» açıq səhmdar cəmiyyətinin «Birləşmiş Sukanal» məhdud məsuliyyətli cəmiyyətinin «Gəncə Sukanal» törəmə səhmdar cəmiyyəti tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Gəncə küçəsi, döngə 9 ünvanında yerləşən 17 nömrəli fərdi yaşayış evi üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı hesablanmış 365 (üç yüz altmış beş) manat məbləğində borc silinsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3747/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3747/2023
12.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver