Məhkəmə qərarları › İş №2(125)-3888/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3888/2023

15.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3888/2023 15.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən təyin edilmiş 3463 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, İnşaatçılar küçəsi, 19 saylı ünvanda 3 qardaş bir həyətdə yaşayırlar. Yaşadıqları ünvana qoyulmuş qaz sayğacı mərhum atasının adına olmuşdur. Atası vəfat etdikdən sonra onun adına keçmişdir. X1 1-ci qrup əlildir və onunla bir həyətdə yaşayır. 2022-ci ilin dekabr ayında onun xəbəri olmadan sayğacdan kənar qaz xəttinə qoşulmuşdur. X9 İdarəsinin əməkdaşları tərəfindən həmin qanunsuz qoşulma aşkarlanaraq, sənədləşdirilmiş və 3525 manat cərimə yazılmışdır. Qanunsuz xətt çəkilən evin ayrıca ünvanı yoxdur, Gəncə şəhəri, İnşaatçılar küçəsi, 19 saylı ünvanda eyni həyətdədir. X9 İdarəsinin əməkdaşları tərəfindən akt tərtib edilərkən özü də iştirak etmiş, lakin istifadələrində su qızdırıcısından başqa avadanlıq olmadığı halda əlavə avadanlıqlar qeyd edilmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Gəncə şəhəri, İnşaatçılar küçəsi, 19 saylı ünvanında qazdan istifadə qaydalarına əməl edilməmiş, qüvvədə olan qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, Cavabdeh nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə həmin ünvana baxış keçirilərkən sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan qanunsuz istifadə olunduğu aşkar edilmişdir. Faktla bağlı iddiaçının iştirakı ilə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş və itirilmiş qaz sərfiyatına görə qanuna müvafiq olaraq zərər hesablanmışdır. Hazırda qazdan qanunsuz istifadə nəticəsində 3525,12 manat ziyan hesablanmışdır. İşlək vəziyyətdə olan əşyalar aktda qeyd olunmuşdur. Qızdırıcı radiatordan istifadəyə görə 1451 manat, kolonkadan istifadəyə görə, 829,44 manat və qaz pecindən istifadəyə görə 1244,16 manat hesablanmışdır. Sayğacdan kənar qanunsuz qoşulma faktı həmin ünvanda aşkar edildiyinə görə akt da İddiaçı adına tərtib olunmuşdur. Məhkəmə iclasında Cavabdeh Gəncə RQİİ İstehlakçılara satılan qaza nəzarət şöbəsinin mühəndisi Şahid2 göstərdi ki, Gəncə şəhəri, İnşaatçılar küçəsi, 19 saylı ünvanda gecə reydi zamanı nöqsan aşkarlanmış və videoçəkiliş aparılmışdır. Səhər video göstərildikdə görmüşdürlər ki, qaz sayğacına qanunsuz olaraq rezin boru vasitəsilə ilə qosulmuşlar. Həmin ünvanda işlək avadanlıqların sayı və adı yadında qalmamışdır. Məhkəmə iclasında Cavabdeh Gəncə RQİİ İstehlakçılara satılan qaza nəzarət şöbəsinin qaz avadanlıqlarının istismarı və təmiri çilingəri Şahid1 göstərdi ki, gecə reydi zamanı nöqsan aşkar edilmişdir, o isə səhər həmin ünvanda olmuş, cihazları abadlaşdırmışlar. Həmin evin sayğacı qanunsuz olaraq qoşulmuşdur. Hafizin iştirakı ilə akt tərtib edilmiş, cərimə yazılmışdır. İşlək avadanlıqların dəqiq adı və sayı yadında qalmamışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar xətt aşkar olunmuşdur. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı 29376 m3 itirilmiş qaz sərfiyatının dəyəri tələb olunmuşdur. **********00190 nömrəli abonentin saldosundan görünür ki, 2022-ci il üçün qalıq borc 3525,12 manat, 2023-cü ilin ayın sonuna olan borc isə 3541,40 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da mübahisə iddiaçının sayğacdan kənar əlavə xəttdən istifadə etməklə itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. «Qaz təchizatı haqqında» Qanunun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 6.5 və 6.7 bəndlərində qeyd edilir ki, qazpaylayıcısı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan itifadə Qaydaları»nda dəyişiklik edilməsi haqqında 25 iyun 2023-cü il tarixli Qərarın 6.5-2-ci bəndində qeyd edilir ki, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qırıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq, qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı, digər istehlakçılara münasidətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının (istehlakçının) qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar əlavə xəttə qoşulması aşkar olunmuş və bu barədə müvafiq akt tərtib olunaraq itirilmiş qaz sərfiyatına görə qazın dəyəri hasablanmışdır. İddiaçının özü də sayğacdan kənar xəttə qoşulma olduğunu etiraf etmiş, lakin zərər hesablanarkən isitifadəsində yalnız 1 ədəd suqızdırıcısı olmasınının nəzərə alınmadığını göstərmişdir. Məhkəmə iclasında tədqiq olunmuş fotoşəkillərdən və sayğaca baxış keçirən qaz istismar idarəsinin əməkdaşlarının izahatlarından müəyyən olunmuşdur ki, göstərilən məişət avadanlıqları mövcud olmaqla işlək vəziyyətdə olmuşdur. Bununla yanaşı itirilmiş qaz sərfiyatına görə hesabat aparılarkən sutkanın 24 saatı və 360 gün üzrə hesablanmışdır. Halbuki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarında qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 aydan çox olmayan müddətdə və məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı ərzində hesablanması qaydası müəyyən edilmişdir. Lakin hazırki işin hallarından görünür ki, qaz istismar idarəsinin əməkdaşları hesablanma vaxtını 360 gün, saatı isə 24 saat hesabı ilə hesablamışlar. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 3525,12 manatdan 3084,48 manat silinməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilməmiş 50,84 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 3525,12 manat pulun 3084,48 manatı silinsin. Cavabdehndən dövlət rüsumu hesabına 50,84 manat alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar