Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3891/2023 28.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Kamil qızının xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2145/2019 saylı, 23 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən iş yeri Gəncə şəhəri "xxxx" ASC-dən "xxxx" ASC-nin hesabına tutulmuş 600 manat məbləğində pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, işə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. İddiaçının iddia tələbindən məlum olur ki, o, məhkəmənin qətnaməsinə əsasən ondan cavabdehin xeyrinə tutulmuş pulun qaytarılmasını tələb edir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2145/2019 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı vurulmuş zərərin əvəzi kimi 533 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 5 manat pul tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli 2(104)-4343/2019 saylı qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2145/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli 2(102)-3785/20 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli 2(104)-4343/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi İddiaçı iddia tələbi məhkəmə qətnaməsinin icra edilməsi nəticəsində ondan tutulmuş pulun qaytarılmasına yönəlmişdir. Tərəf qətnamədən narazı olduğu halda apellyasiya şikayəti vermək hüququ vardır ki, iddiaçı bu hüquqdan istifadə etmişdir. Əgər iddiaçının narazılığı icra məmuru tərəfindən ondan tutulmalı olmayan məbləğin tutulması barədədirsə, belə olan halda o, İcra haqqında Azərbaycan Respublikasının Qanununun 87-ci maddəsinə uyğun olaraq icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verə bilər. Lakin icra edilmiş qətnaməyə əsasən tutulmuş pul məbləğinin geri qaytarılması tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(125)-3891/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3891/2023
28.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver