Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3892/2023 06.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 aprel 2018-ci il tarixli ******* nömrəli və 24 dekabr 2021-ci il tarixli ******* nömrəli aktların etibarsız hesab edilməsi və iddiaçıya hesablanmış 1.758 manat 56 qəpik məbləğində cərimənin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 aprel 2018-ci il tarixli ******* nömrəli və 24 dekabr 2021-ci il tarixli ******* nömrəli aktlar əsasında təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış 2.400 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, ünvan 1 ünvanında yaşayır və hər ay istifadə etdiyi qazın pulunu ödəyir. Cavabdeh əməkdaşları tərəfindən onun barəsində iki dəfə akt və protokol tərtib edilmişdir. O, 2018-ci ilin aprel ayında və 2021-ci ilin dekabr aylarında qaz xəttinə qanunsuz qoşulmuşdur və həmin qoşulmanı, eləcə də qoşulma nəticəsində vurulmuş zərəri qismən qəbul edir. Lakin təbii qazdan qanunsuz istifadə ilə əlaqədar ona əsassız olaraq yüksək məbləğdə borc hesablanmışdır. Bununla əlaqədar o, Cavabdeh Gəncə Regional İdarəsinə dəfələrlə müraciət etsə də, ona əhəmiyyət verilməmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi R.R.Məmmədov iddianı qəbul etməyərək bildirdi ki, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 aprel 2018-ci il tarixli ******* nömrəli və 24 dekabr 2021-ci il tarixli ******* nömrəli aktlarda da göstərildiyi kimi yoxlama zamanı İddiaçıın yaşadığı ünvan 1 ünvanında sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Buna görə də, dəymiş ziyanının bərpasına görə iddiaçıya hesablanmış cərimə məbləği tamamilə qanuna uyğundur. Sonda R.R.Məmmədov iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, işdə olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 aprel 2018-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən sayğaca baxış keçirilərkən sayğacdan kənar əlavə xəttdən istifadə olunduğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 23 aprel 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən 4 gözlü qaz plitəsinin qış aylarında maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi -6 saat, hesabat müddəti 170 gun; yay aylarında maksimal saatiıq qaz sərfi 1.2 m3/saat, orta günlük ış rejimi - 4 saat, hesabat müddəti 10 gün; QSSQ (100 litr) qış aylarında maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük ış rejimi - 10 saat, hesabat müddəti 170 gün; yay aylarında maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi - 4 saat, hesabat müddəti 10 gün. Radiator sobasının maksimal saatlıq qaz 0.8 m3/saat, orta günlük iş rejimi - 18 saat, hesabat müddəti 170 gun qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 1.2x6x170=1224 m3, 1.2x4x10=48 m3, 0.8x10x170=2040 m3, 0.8x4x10=48 m3, 0.8x18x170=2448 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İşdə olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 dekabr 2021-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən sayğaca baxış keçirilərkən sayğacdan kənar əlavə xəttdən istifadə olunduğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 28 dekabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən QSSQ maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi - 24 saat, hesabat müddəti 90 gün; PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi - 24 saat, hesabat müddəti 90 gün; istilik sisteminin maksimal saatlıq qaz sərfi 3.0 m3/saat, orta günlük iş rejimi - 24 saat, hesabat müddəti 85 gun qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 1.5x24x90=3240 m3, 0.8x24x90=1728 m3, 3.0x24x85=3120 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İşdə olan Cavabdeh 11 aprel 2023-cü il tarixli müraciətə baxılması barədə məktubundan görünür ki, ünvan 1 ünvanı AGİS bazasında kodu: **********00000 olmaqla İddiaçı adına qeydiyyata alınmışdır. 20 aprel 2018-ci il tarixdə fərdi evdə «Qazdan istifadə Qaydaları»nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Bu səbəbdən İddiaçı ******* nömrəli akt tərtib edilmiş və 5808 m3 həcmində 1.161 manat 60 qəpik dəyərində qaz sərfi olaraq dəymiş ziyan hesablanmışdır. Əlavə olaraq 24 dekabr 2021-ci il tarixdə fərdi evdə «Qazdan istifadə Qaydaları»nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Bu səbəbdən İddiaçı ******* nömrəli akt tərtib edilmiş və 11.088 m3 həcmində 1.246 manat 18 qəpik dəyərində qaz sərfi olaraq dəymiş ziyan hesablanmışdır. 06 aprel 2023-cü il tarixə İddiaçı hesab kodunda 1.758 manat 56 qəpik borc qalmaqdadır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı qaz təchizatı üzrə **********00000 abonent kodlu istehlakçıdır. İddiaçı 2018-ci ilin aprel və 2021-ci ilin dekabr aylarında ümumilikdə 2 dəfə olmaqla sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Bununla əlaqədar «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 aprel 2018-ci il tarixli ******* nömrəli və 24 dekabr 2021-ci il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 aprel 2018-ci il tarixli, ******* nömrəli aktın tərtibi zamanı İddiaçı mənzilində «PQ-4», «QSSQ (100 l)» və «radiator» adlandırılan 3 ədəd qaz cihazı, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 dekabr 2021-ci il tarixli ******* nömrəli aktın tərtibi zamanı «PQ-3», «tutumlu S/Q» və «istilik sistemi (kustar üsullaz hazırlanmış» adlandırılan 3 ədəd qaz cihazı aşkar edilmişdir. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 aprel 2018-ci il tarixli ******* nömrəli aktla itirilmiş qazın həcmi müəyyən olunarkən hesabat müddəti 170 gün və həmçinin 1 m3 qazın dəyəri 0,2 manat (20 qəpik), «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 dekabr 2021-ci il tarixli ******* nömrəli aktla itirilmiş qazın həcmi müəyyən olunarkən orta günlük iş rejimi bütün cihazlar üzrə 24 saat və hesabat müddəti 90 gün, həmçinin 1 m3 qazın dəyəri 0,2 manat (20 qəpik) hesablanmışdır. Halbuki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.1-ci bəndinə görə qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tələbindən göründüyü kimi təbii qazdan qanunsuz istifadə halları aşkar olunarkən hesabat müddəti bir mövsüm, yəni 3 ay (90 gün) hesab edilməlidir. Digər tərəfdən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 18 nömrəli qərarı ilə təbii qazın ölkədaxili tarif qiyməti 2018 və 2021-ci illərdə əhali qrupu üzrə 1 m3 qaza görə 0,10 manat (10 qəpik) olmuşdur. Lakin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 aprel 2018-ci il tarixli, ******* nömrəli aktla itirilmiş qazın həcmi müəyyən olunarkən hesabat müddəti 170 gün və həmçinin 1 m3 qazın dəyəri 0,2 manat (20 qəpik) hesablanmış, bununla yanaşı dörd gözlü qaz piltəsi və QSSQ (100 litr) üzrə 2 dəfə hesablama aparılmaqla, itirilmiş qazın həcmi 5808 m3, həmin qazın dəyəri isə 1.161 manat 60 qəpik hesablanmışdır. Halbuki, qanunun tələbinə uyğun olaraq, hər cihaz üzrə bir dəfə hesabat aparılmaqla, hesabat müddəti bir mövsüm, yəni 90 gün, təbii qazın 1 m3-nin dəyəri 0,10 manat (10 qəpik) hesablandıqda itirilmiş qazın həcminin 2664 m3 (1,2x6x90 + 0,8x10x90 + 0,8x18x90), dəyərinin isə 266 manat 40 qəpik (2664 m3x0,10 qəpik) olduğu müəyyən edilir. Bundan başqa, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 dekabr 2021-ci il tarixli ******* nömrəli aktla itirilmiş qazın həcmi müəyyən olunarkən orta günlük iş rejimi bütün cihazlar üzrə 24 saat və hesabat müddəti 90 gün, həmçinin 1 m3 qazın dəyəri 0,2 manat (20 qəpik) hesablanmışdır. Halbuki, istilik sistemi olan fərdi yaşayış evində «QSSQ» adlandırılan su qızdırıcı qaz cihazının 24 saat müddətində işlədilməsi ağlabatan deyildir. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 dekabr 2021-ci il tarixli ******* nömrəli akt üzrə «QSSQ» adlandırılan su qızdırıcı qaz cihazının orta günlük iş rejimi 12 saat, hesabat müddəti bir mövsüm, yəni 90 gün, təbii qazın 1 m3-nin dəyəri 0,10 manat (10 qəpik) hesablandıqda itirilmiş qazın həcminin 8604 m3 (1,5x12x90 + 0,8x12x90 + 3x24x85), dəyərinin isə 860 manat 40 qəpik (8604 m3x0,10 qəpik) olduğu müəyyən edilir. Göründüyü kimi «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 aprel 2018-ci il tarixli, ******* nömrəli aktla itirilmiş qazın həcmi 2664 m3, həmin qazın dəyəri isə 266 manat 40 qəpik olduğu halda itirilmiş qazın həcmi 3144 m3, dəyəri 895 manat 20 qəpik; «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 dekabr 2021-ci il tarixli ******* nömrəli aktla itirilmiş qazın həcmi 8604 m3, həmin qazın dəyəri isə 860 manat 40 qəpik olduğu halda itirilmiş qazın həcmi 2484 m3, dəyəri 385 manat 78 qəpik artıq hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 aprel 2018-ci il tarixli, ******* nömrəli aktla itirilmiş qaza görə hesablanmış 1.161 manat 60 qəpik məbləğində pul vəsaitinin 895 manat 20 qəpik, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 dekabr 2021-ci il tarixli ******* nömrəli aktla itirilmiş qaza görə hesablanmış 1.246 manat 18 qəpik məbləğində pul vəsaitinin 385 manat 78 qəpik hissəsi silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 aprel 2018-ci il tarixli, ******* nömrəli aktla itirilmiş qaza görə hesablanmış 1.161 (bir min bir yüz altmış bir) manat 60 (altmış) qəpik məbləğində pul vəsaitinin 895 (səkkiz yüz doxsan beş) manat 20 (iyirmi) qəpik, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 dekabr 2021-ci il tarixli ******* nömrəli aktla itirilmiş qaza görə hesablanmış 1.246 (bir min iki yüz qırx altı) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaitinin 385 (üç yüz səksən beş) manat 78 (yetmiş səkkiz) qəpik hissəsi silinsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3892/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3892/2023
06.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver