Məhkəmə qərarları › İş №2(125)-3895/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3895/2023

13.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3895/2023 13.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Cavabdeh1 icra məmuru Natiq Nəcəflinin, cavabdeh Bank Olmayan Kredit Təşkilatı Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Bank Olmayan Kredit Təşkilatı Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə və Cavabdeh1nə qarşı «hərracın yekunları barədə protokolun ləğv edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Bank Olmayan Kredit Təşkilatı Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Hərrac Mərkəzinin 107/22 saylı, xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə protokolun ləğv edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-271/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı 9757,90 manat əsas borc, 2034,24 manat faiz borcu, 200 manat dəbbə pulu olmaqla ümumilikdə 11992,14 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulub Cavabdeh3 QSC BOKT-un xeyrinə ödənilməli, tutma İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş “X9 H5E” minik markalı, “Universal tipli”, 2012-ci il buraxılışlı, qara metallik rəngli, BAN LGWFF2A50CB6644190, **-CO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməli, həmin avtomobil hərraca çıxarılaraq satılmalı, satışdan əldə edilmiş vəsaitin hesabına borc ödənilməlidir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, qeyd edilən avtomobilin ilkin satış qiyməti 2500 manat müəyyən edilmişdir. Belə ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli sifariş məktubu ilə həmin avtomobilin satılması üçün Əmlak Hərrac Mərkəzinə müraciət edilmişdir. Sonradan Cavabdeh1nə gedərkən iddiaçı bilmişdir ki, “Əmlak Hərrac Mərkəzinin” 107/22 saylı, xx.xx.2022-ci il tarixli protokoluna əsasən “X9 H5E” minik markalı, “Universal tipli”, 2012-ci il buraxılışlı, qara metallik rəngli, BAN LGWFF2A50CB6644190, **-CO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Aqrarkredit QSC BOKT-un etibarnamə üzrə nümayəndəsi X1. Cavabdeh “X2”nın nəzdində yaradılmış Cavabdeh2 MMC məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddia tələbinin əsassız olmasına görə iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, bildirmişdir ki, icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 2.500 manata olmaqla, İddiaçı məxsus olan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, “X9 H5E” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin açıq hərracda satılması Cavabdeh2 MMC-yə sifariş olunmuşdur. Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 06 may 2022-ci il tarixinə, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclu İddiaçı 542/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Biryanyus” X3 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Lakin təyin edilmiş hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 06 may 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin avtomobil ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə, yəni 2125 manata olmaqla, 25 may 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Biryanyus” X3 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi intemet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Lakin bu tarixə təyin edilmiş hərrac da, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (eherrac.com) yerləşdirilmişdir. İpoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə ipoteka saxlayana təklif olunmuşdur. İpoteka saxlayan ipoteka predmetini təklif edilən 1593,75 manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X2” nəzdində Cavabdeh2 MMC-ti tərəfindən xx.xx.2022-ci il tarixli, 107/22 saylı “X6 barədə Protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə Cavabdeh2 MMC-nin 1210/22 saylı, xx.xx.2022-ci il tarixli məktubuna qoşma ilə (surəti məlumat üçün tələbkar və borcluya ünvanlanmaqla) sifarişçi icra şöbəsinə göndərilmişdir. Etiraza görə hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun hərrac sifarişində, eləcə də iddiaçının hazırkı iddia ərizəsində göstərilən ünvanına (yəni ünvan 1acın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Məhkəmə baxışının əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini, Əmlak Hərrac Mərkəzinin 107/22 saylı, xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə protokolun ləğv edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmiş, əlavə etmişdir ki, tələbkar tərəfindən qalib alıcı kimi 5 faiz beh, eləcə də yekun olaraq 1593,75 manat ödəniş edilməmişdir. Həmçinin, Əmlak Hərrac Mərkəzi xx.xx.2023-cü il tarixdə İcra idarəsinə və onlara göndərdiyi məktubunda qeyd edir ki, Banka xx.xx.2022-ci il tarixdə müraciət olunsa da Bank ipoteka predmetini əldə etməmişdir. İddiaçının nümayəndəsi sonrakı məhkəmə baxışının vaxtı və yeri barədə məlumatlı olsa da məhkəmə baxışına gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh Bank Olmayan Kredit Təşkilatı Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Əmlak Hərrac Mərkəzinin etirazında göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi, əlavə etdi ki, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun hərrac sifarişində, eləcə də iddiaçının hazırkı iddia ərizəsində göstərilən ünvanına müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuş, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Cavabdeh1 icra məmuru Natiq Nəcəfli Əmlak Hərrac Mərkəzinin 107/22 saylı, xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə protokolun ləğv edilməsinə hər hansı əsasın olmadığını bildirərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə digər Cavabdeh2 MMC-yə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdeh BOKT Cavabdeh3 QSC-nin nümayəndəsinin və Cavabdeh1 icra məmurunun izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan, Əmlak Hərrac Mərkəzinin tərtib etdiyi 107/22 saylı, xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə protokoldan (ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair) və Cavabdeh1nə, İddiaçı, "xxxx" ASC-nə, Cavabdeh3 QSC BOKT-a ünvalanan məktubdan görünür ki, satılan əmlak ipoteka predmeti olan, ilkin satış dəyəri 2500 manat məbləğində müəyyənləşdirilən, borclu İddiaçı məxsus olan, “X9 H5E” minik markalı, “Universal” tipli, 2012-ci il buraxılışlı, qara metalik rəngli, BAN LGWFF2A50CB664190, **-CO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilidir, hərracın keçirilməsinə əsas Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-271/2017 nömrəli, xx.xx.2017-ci il tarixli (18 iyul 2017-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, AR Ədliyyə Nazirliyi Cavabdeh1 tərəfindən verilmiş 246468/17 saylı, xx.xx.2022-ci il tarixli sifarişdir, satılan əmlakın tələbkar, eyni zamanda qalib alıcı Cavabdeh3 QSC BOKT tərəfindən əldə edilən satış qiyməti 1593,75 manatdır. Cavabdeh1 tərəfindən hərracın keçirilməsi haqqında 246468/17 saylı sifariş məktubu xx.xx.2022-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən verilmiş 74 nömrəli, 29 mart 2022-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, “X9 H5E” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 2500 manat təşkil edir. 12 aprel 2022-ci il tarixdə “X2”nın nəzdində yaradılmış Cavabdeh2 MMC tərəfindən açıq hərracın keçirilməsinə dair bildirişin surətindən və “Birjanyus” X3 dərc olunmuş elandan görünür ki, Cavabdeh1nə, İddiaçı, "xxxx" ASC-nə “X9 H5E” minik markalı, “Universal tipli”, 2012-ci il buraxılışlı, qara metallik rəngli, BAN LGWFF2A50CB6644190, **-CO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair hərracın açıq auksion formasında 06 may 2022-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim 4a ünvanda keçirilməsi və hərracın predmeti olan “X9 H5E” minik markalı, “Universal tipli”, 2012-ci il buraxılışlı, qara metallik rəngli, BAN LGWFF2A50CB6644190, **-CO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ilkin satış qiyməti 2500 manat məbləğində qiymətləndirilməsi barədə məlumat verilmişdir. 06 may 2022-ci il tarixli “Hərracın baş tutmamasına dair” protokoldan və “Birjanyus” X3 dərc olunmuş məlumatdan görünür ki, saat 11:00-da (növbəlilik qaydasında) təyin edilmiş ilkin hərracda iştirak etmək üçün müraciət (ərizə) daxil olmamışdır, ilkin açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 10 may 2022-ci il tarixdə “X2”nın nəzdində yaradılmış Cavabdeh2 MMC tərəfindən təkrar hərracın keçirilməsinə dair bildirişin surətindən və “Birjanyus” X3 dərc olunmuş elandan görünür ki, Cavabdeh1nə, İddiaçı, "xxxx" ASC-nə “X9 H5E” minik markalı, “Universal tipli”, 2012-ci il buraxılışlı, qara metallik rəngli, BAN LGWFF2A50CB6644190, **-CO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair təkrar hərracın açıq auksion formasında 25 may 2022-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim 4a ünvanda keçirilməsi və hərracın predmeti olan “X9 H5E” minik markalı, “Universal tipli”, 2012-ci il buraxılışlı, qara metallik rəngli, BAN LGWFF2A50CB6644190, **-CO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təkrar hərracda ilkin satış qiyməti 2125 manat məbləğində qiymətləndirilməsi barədə məlumat verilmişdir. 25 may 2022-ci il tarixli “Hərracın baş tutmamasına dair” protokoldan və “Birjanyus” X3 dərc olunmuş məlumatdan görünür ki, saat 11:00-da (növbəlilik qaydasında) təyin edilmiş hərracda iştirak etmək üçün müraciət (ərizə) daxil olmamışdır, açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. “X2”nın nəzdində yaradılmış Cavabdeh2 MMC tərəfindən 26 may 2022-ci il tarixli, 889/22 nömrəli “ipoteka predmetinin əldə edilməsi barədə” təklif Cavabdeh1nə, İddiaçı, ipoteka saxlayana – tələbkara göndərilmiş və ipoteka predmeti olan “X9 H5E” minik markalı, “Universal tipli”, 2012-ci il buraxılışlı, qara metallik rəngli, BAN LGWFF2A50CB6644190, **-CO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təkrar hərracdakı satış qiyməti olan 2125 manatın 25 faiz az olmayan qiyməti 1593,75 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən müvafiq icra işinin materialları ilə müəyyən edildi ki, Cavabdeh1 icra məmurunun 22 avqust 2017-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-271/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasına başlanmışdır. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 74 nömrəli “Əmlakın qiymətləndirilməsi barədə hesabat”a əsasən, ipoteka predmeti olan “X9 H5E” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 2500 manat müəyyən edilmişdir. Cavabdeh1 cavabdeh Əmlak Hərrac Mərkəzinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubla ipoteka predmetinə dair hərrac keçirilməsi xahiş olunmuşdur. Cavabdeh Əmlak Hərrac Mərkəzi tərəfindən iddiaçıya, tələbkara və İcra İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişlə xx.xx.2022-ci il tarixdə, saat 11:00da keçiriləcək hərrac barədə məlumat verilmiş, ilkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birja yenilikləri” X3 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 2500 manat olmaqla birinci hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Cavabdeh Əmlak Hərrac Mərkəzi tərəfindən iddiaçıya, tələbkara və İcra İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişlə xx.xx.2022-ci il saat 11:00-da təkrar hərrac barədə məlumat verilmiş, təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birja yenilikləri” X3 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi intemet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə ipoteka predmetinin 15% aşağı qiymətə, 2125 manat ilkin satış qiymətilə keçirilmiş hərracı da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, “Hərracın baş tutmamasına dair” xx.xx.2022-ci il tarixli protokol tərtib edilmiş, “Birja yenilikləri" qəzetinin nəşrində bu barədə elan verilmişdir. Cavabdeh Əmlak Hərrac Mərkəzinin iddiaçıya, Banka və icra İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubla ipoteka predmetinə dair keçirilmiş hərracların baş tutmadığı və bu barədə qəzetdə elan dərc edildiyi, ipoteka saxlayanın həmin əmlakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala biləcəyi, 30 təqvim günü ərzində ipoteka predmetinin əldə etməzsə, ipotekaya xitam veriləcəyi bildirilmişdir. “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2022-ci il tarixli, 107/22 nömrəli hərracın yekunları barədə protokoluna əsasən, tələbkar Cavabdeh3 QSC BOKT ipoteka predmeti olan avtomobili 1593,75 manata əldə etmişdir. Protokol məlumat üçün xx.xx.2022-ci il tarixdə Cavabdeh1nə, iddiaçıya, Cavabdeh3 QSC BOKT-a və "xxxx" ASC-yə göndərilmişdir. Mübahisələndirilən hərracın keçirildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Qanunun 42.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. Həmin Qanunun 43-cü maddəsinin tələbinə görə hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə - hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın - hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdi. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının Əmlak Hərrac Mərkəzinin 107/22 saylı, xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə protokolun ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, iş üzrə hərracın və təkrar hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlər müəyyən edilmiş qaydada və vaxtda poçt vasitəsilə iddiaçıya onun hərrac sifarişində, eləcə də hazırkı iddia ərizəsində göstərilən ünvanı (yəni ünvan 4 hərraclar və onların baş tutmaması ilə bağlı elanlar “Birja yenilikləri” X3 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmçinin hərrac təşkilatçısının rəsmi intemet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, Hərrac mərkəzi tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdır. İş üzrə hərracın yekunları barədə 107/22 saylı, xx.xx.2022-ci il tarixli protokolun ləğv edilməsi üçün əsas ola biləcək, iddiaçının hüquq və mənafelərini pozan hər hansı hal müəyyən edilməmiş, hərrac prosesi qanunun tələblərinə uyğun keçirilmişdir. İddiaçı tərəf tələbinin faktiki əsas kimi həm də tələbkar tərəfindən 5 faiz beh, eləcə də yekun olaraq 1593,75 manat ödənişin edilməməsinə istinad edir. Bununla bağlı məhkəmə qeyd edir ki, əvvəla yuxarıda qeyd edilən qanunun 42.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. Həmçinin, hər iki hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Digər tərəfdən, əmlakın dəyəri icra sənədi üzrə tələbi ödəmir. Bunlarla yanaşı, iş materiallarına əlavə edilmiş, “X2”nın nəzdində yaradılmış Cavabdeh2 MMC tərəfindən Cavabdeh1nə, İddiaçı, İpoteka saxlayan "xxxx" ASC-nə göndərilmiş 01 iyul 2022-ci il tarixli məktubdan görünür ki, tələbkar banka xx.xx.2022-ci il tarixli, 889/22 nömrəli təklif göndərilmiş, sözügedən təklifə uyğun olaraq ipoteka predmetinin əldə olunmasına dair müraciət daxil olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında təkcə belə bir məktubun mövcud olması iddia tələbinin təmin edilməsi, hərracın yekunları barədə 107/22 saylı, xx.xx.2022-ci il tarixli protokolun ləğv edilməsi qənaətinə gəlmək üçün əsas vermir. Ona görə ki, iş materiallarında kifayət qədər sübutlar var ki, keçirilən sözügedən hərraclar və onların baş tutmaması ilə bağlı elanlar dərc olunmuş və həmçinin hərrac təşkilatçısının rəsmi intemet səhifəsində yerləşdirilmiş, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində qanunamüvafiq qaydada müraciət edərək ipoteka predmetini 1593,75 manata əldə etmiş və onunla hərracın təşkilatçısı arasında müvafiq protokol imzalanmışdır, başqa sözlə, iddiaçı bu halları inkar edən başqa hər hansı dəlil gətirməmiş, məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçının hazırkı tələbetmə hüququ ilə əlaqədar olmadığından məhkəmə sözügedən məktubun etibarlılığı məsələsinə də qiymət verməmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Bank Olmayan Kredit Təşkilatı Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə və Cavabdeh1nə qarşı «hərracın yekunları barədə protokolun ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar