Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3946/2025 23.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X3 və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərcin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci təvəllüdlü X1 xəstəliyinə görə cavabdehdən hər ay sabit pul məbləğində 360 manat əlavə xərcin tutulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2028-ci il təvəllüdlü oğlu X4 asteno-nevrotik sindromundan əziyyət çəkir. Övladında həmçinin hiperaktivlik və diqqət əksikliyi sindromu 4-cü dərəcə və autizm spektr pozuntusu əlamətləri vardır. Övladı daimi həkim göstərişi ilə terapiya almalıdır, və onun uzun müddətli terapiyaya ehtiyacı vardır. Əgər övladının müalicəsi dayansa, onun səhhətində ağırlaşma başlayar və onun nitq inkişafının, ağıl geriliyi, qüsuru, davranış pozuntusu başlayacaq. O, hər ay oğlunun müalicəsi üçün X15 və Terapiya Akademiyasına 230 manat ödəyir. Əlavə olaraq oğlu "xxxx" MMC-də konsultasiya olunur və ona daim müalicəvi idman terapiyası alır və bu terapiyaya mən ayda 260 manat ödəyirəm, o cümlədən 120 manat həkimə. Bundan başqa, övladının aylıq dərmanlarına 120 manat çox xərci çıxır. Ümumilikdə övladının aylıq müalicəsi üçün 700 manatdan çox xərci çıxır. Cavabdeh övladının xəstəliyinin bil-bilə onun müalicəsi üçün heç bir köməklik göstərmir. Cavabdeh iddiaya etiraz verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı hal-hazırda Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə rəsmi olaraq işləyir və mütəmadi əmək haqqı alır. Cavabdeh isə hazırda işləmir, heç bir gəlir mənbəyi yoxdur. Bu səbəbdən onun əlavə müalicə xərclərini qarşılamaq imkanı yoxdur. İddiaçı müalicəni yalnız “Cortex Ganja" inkişaf və terapiya Akademiyası və “Logos Gəncə" MMC kimi özəl müəssisələrdə təşkil edir. Halbuki, Gəncə şəhərində yerləşən “X7 Xəstəxanası - Psixi Sağlamlıq Mərkəzi"ndə və digər Dövlət Xəstəxanasında autizm və digər psixonevroloji pozuntular üzrə dövlət tərəfindən maliyyələşdirilən xidmətlər təqdim edir. Bu imkanlardan istifadə olunmadan özəl müalicəyə üstünlük verilməsi əlavə və könüllü xərclər sayılmalıdır. İddiaçı müalicə ilə bağlı qərarları cavabdehin iştirakı və razılığı olmadan vermişdir. Halbuki, cavabdeh valideyn kimi uşağın sağlamlığı ilə bağlı qərarların qəbulu prosesində iştirak hüququna malikdir. Belə olan halda, cavabdehdən razılaşdırılmamış və sübutsuz şəkildə formalaşmış xərclərin ödənilməsini tələb etmək hüquqa ziddir. Uşaq Gəncə şəhəri S.Vurğun 41 saylı məktəbin 1A sinfində adi məktəbdə təhsil alır. Əgər uşağın vəziyyəti iddiaçı tərəfindən bildirildiyi kimi ciddi olsaydı, o zaman o, adi məktəbdə deyil, xüsusi ehtiyaclı uşaqlar üçün nəzərdə tutulmuş məktəbdə təhsil alardı. Fakt odur ki, uşaq hazırda adi ümumtəhsil məktəbində oxuyur. Halbuki, bu cür pozuntusu olan şəxslərin xüsusi məktəbdə təhsil almalı olduqları məlumdur. Bəs uşaq nə üçün bu məktəbdə oxuyur? Onlar məktəbdən uşağın sağlamlıq haqqında arayışını tələb etdilər. Və bu arayışdan görünür ki, uşaq adi məktəbdə təhsil alır. Məktəbin təqdim etdiyi arayışlardan görünür ki, uşağın nevropatoloqa dair heç bir şikayəti yoxdur. Bu hal da göstərir ki, iddia olunan diaqnozlar mübahisəlidir. Azərbaycan qanunvericiliyinə və hüquqi ədalət prinsipinə əsasən, valideynlər arasında əlavə xərclər real maliyyə imkanlarına uyğun bölüşdürülməlidir. İddiaçının daimi əməkhaqqı olduğu, cavabdehin isə işsiz və gəlirsiz vəziyyətdə olduğu şəraitdə, bu cür yüksək xərclərin cavabdehin üzərinə qoyulması ədalətli və hüquqa uyğun sayılmamalıdır. Onlar lisenziya.gov.az saytında rəsmi lisenziyaların yoxlanılması portalı vasitəsilə "xxxx" MMC və "X15 və Terapiya Akademiyası" adlı təşkilatları yoxladılar. Qeyd olunan təşkilatların adları rəsmi lisenziya verilmiş müalicə, reabilitasiya və digər müəssisələri siyahısında yer almır. Bu isə onda ciddi şübhə doğurur ki, lisenziyası olmayan bu cür qurumlar uşağın tibbi müalicəsini qanuni və peşəkar şəkildə həyata keçirə bilərlərmi? Bu şəraitdə, belə müəssisələrdə aparılan müalicənin elmi əsasları və peşəkar normalara uyğunluğu, həmçinin uşağın sağlamlığına olan təsiri barədə suallar yaranır. Cavabdeh valideyn olaraq, övladının qeyri-lisenziyalı təşkilatlarda müalicə olunması və bununla bağlı əlavə xərclərin onun üzərinə qoyulması lə razılaşmır. Məhkəmə iclasında iddiaçı ərizəsində yazılanların izahatı olaraq qəbul olunmasını və iddianın təmin olunmasını xahiş etdi. İddiaçı həmçinin bildirdi ki, hazırda aylıq 1000 manat əmək haqqı alır, xx.xx.2028-ci il təvəllüdlü oğlu X1 məktəbə qeydiyyatı üçün sağlamlıq barədə arayış alanda uşağın hazırkı vəziyyəti barədə məlumat verməmişdir, uşaq 1 yaşından xəstəliklərindən əziyyət çəkir, "xxxx" MMC və "X15 və Terapiya Akademiyası" adlı təşkilatlarını həkimlər, məsələn Ceyhun Cəfərov məsləhət görmüşdür, dövlət poliklinikasında müalicənin nəticəsini görmədiyi üçün özəl klinikaya müraciət etməli olmuşdur, uşağın gələcəyinə və dövlət müəssisəsində işləməsinə maneə olmasın deyə diaqnozunu dəqiqləşdirmək üçün X12 müraciət etməmişdir, uşağın diaqnozunun İstanbul Klinikasına gələn Nüşabə Həsənova, habelə Günel İsgəndərova qoyub, dövlət tibb müəssisəsi tərəfindən diaqnoz qoyulmamışdır, uşağa əlillik dərəcəsi və ya pensiya alınması üçün hər hansı müraciəti olmamışdır. Məhkəmə iclasında cavabdehin təmsilçiləri hər biri ayrı-ayrılıqda iddiaya etirazda yazılanların izahatı olaraq qəbul olunmasını və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, işdə iştirak edənləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunmuşdur ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İş materiallarında olan: Gəncə Şəhər Məhkəməsinin 2(125)-4976/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, 25 dekabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 190 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir; “X15 və Terapiya Akademiyası” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumatına əsasən, xx.xx.2018-ci il təvəllüdlü X5 anası tərəfindən övladının hiperaktivlik və diqqət əksikliyi sindromu 4-cü dərəcə və autizm spektr pozuntusu əlaməti diaqnozu ilə müraciət etmişdir. Hazırda həkim göndərişi ilə terapiya alır və uzun müddətli terapiyaya ehtiyacı var. Terapiyanın ümumi məbləği 230 manat anası tərəfindən ödənilib; “Loqos Gəncə" MMC tərəfindən verilmiş 006 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2018-ci il X4 xx.xx.2025-ci il tarixində “Loqos Gəncə" MMC-də konsultasiya olunub və müalicəvi idman mütəxəssisi Ziya Həsənovun yanında terapiya keçməyə başlayıb. Hal-hazırda X4 terapiyalara gəlməyə davam edir və seanslara davam etməsi tövsiyə olunur; “X8” MMC tərəfindən verilmiş 007/23 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 2018-ci il təvəllüdlü X4 həqiqətən xx.xx.2023-cü il tarixində ‘X8” MMC-də həkim uşaq nevroloqu müayinəsindən keçmişdir. DZ: G 93.4 Dəqiqləşdirilməmiş ensafalopatiya. R41.8 Qavrama və dərketmə qabiliyyətinə aid olan digər dəqiqləşdirilməmiş simptomlar və nişanələr. R47.8 Nitqin digər və dəqiqləşdirilməmiş pozğunluqları. Davamlı olaraq ambulator nevroloji müayinə, müalicə və psixoloqun konsultasiyası və psixoloji seanslar tövsiyyə olunur; Gəncə Şəhər Birləşmiş Xəstəxanası PHŞ Ak.Z.Məmmədov adına xəstəxananın X10 tərəfindən verilmiş xəstəlik tarixindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, xx.xx.2018-ci il təvəllüdlü X2 hiperaktivlik, davranış pozuntusu, nitq inkişağının geriliyi və qüsuru müəyyən olunmuşdır. Vaxtaşırı psixoloq və loqoped məşğələlərində iştirak etmək, hadelə RƏD-də psixiatr tərəfindən müayinə olunub, diaqnozu dəqiqləşdirmək məsləhət olunmuşdur; Məktəbəqədər və Ümumi Təhsil Üzrə X13 - Daşkəsən Regional Təhsil İdarəsi Gəncə Şəhər Səməd Vurğun 41 X16 Ümumtəhsil Məktəbi tərəfindən verilmiş 079 nömrəli, xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Gəncə şəhər 2 X16 məktəbin şagird yerdəyişməsi elektron sistemdən məktəbin 1a sinfinə qəbul edilib. Şagirdin sənədlərinin içərisində Gəncə şəhər X6 Hüquqi şəxsin Z.Məmmədov adına xəstəxananın X10 tərəfindən xx.xx.2024-cü il tarixli uşağın tibbi kitabçası təqdim edilmişdir; “lisenziya.gov.az” poratlından çıxarışlara əsasən, lisenziyaların və icazələrin vahid reyestri üzrə axtarış zamanı "xxxx" MMC, "xxxx" MMC, “X15 və Terapiya Akademiyası” və “Cortex Ganja” barəsində məlumat müəyyən olunmamışdır; Gəncə Şəhər Birləşmiş Xəstəxanası PHŞ Ak.Z.Məmmədov adına xəstəxananın X10 tərəfindən verilmiş xəstəlik tarixindən xx.xx.2025-cü il tarixli çıxarışa əsasən, xx.xx.2018-ci il təvəllüdlü X2 hiperaktivlik, davranış pozuntusu və yuxu pozuntusu müəyyən olunmuşdır. RƏD-də psixiatr müayinəsinin vacib olduğu bildirilmişdir. Hazırkı iş üzrə iddiaçı birgə nikahdan doğulmuş uşağın əlavə xərclərinin cavabdehdən tutulmasını xahiş etmiş və tələbini əsaslandırmaq üçün "xxxx" MMC və "X15 və Terapiya Akademiyası" adlı təşkilatlar tərəfindən təqdim olunmuş və digər arayışlar, habelə ödənişlərə dair qəbzlər təqdim etmişdir. Məhkəmə mülki iş üzrə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, birgə nikahdan doğulmuş uşağın ağır xəstə, şikəst olması və (ya) digər müstəsna hallar müəyyən edilmədiyindən xərclərin cavabdehdən tutulmasına dair tələb əsassızdır. Belə ki, sübutetmə yükü daşıyan iddiaçının təqdim etdiyi sənədlər birgə nikahdan doğulmuş uşaqda qeyd edilən müstəsna halların olmasını təsdiqləmir, həmin sənədlərdən uşağa belə dəqiq diaqnoz qoyulması müəyyən olunmur. Tələbin əsaslandığı həmin arayışlarla uşağın səhhətində dəqiqləşdirilməmiş əlamətlər olduğu göstərilmiş, habelə dəqiqləşdirilmədən həmin hallara dair müalicəyə ehtiyac olduğu bildirilmişdir. Bundan başqa, iddiaçı uşağa diaqnoz qoyulması üçün göndərişə uyğun olaraq X12 müraciət etmədiyini, qeyd edilən arayışlarda göstərilənlərə əsasən müalicənin həyata keçirildiyini bildirdi. Beləliklə, iş üzrə iddiaçının təqdim etdiyi sənədlər cavabdehin əlavə xərcin ödənilməsinə cəlb edilməli olduğunu təsdiqləmir, buna görə iddia sübuta yetirilmədiyindən təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “əlavə xərcin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-3946/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3946/2025
23.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver