Məhkəmə qərarları › İş №2(125)-3962/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3962/2023

24.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3962/2023 24.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X20 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı darvazanın köçürülməsinə zəbt olunmuş ümumi istifadədə olan yolun açılması və qanunsuz tikintinin dayandırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı darvazanın köçürülməsinə zəbt olunmuş ümumi istifadədə olan yolun açılması və qanunsuz tikintinin dayandırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun evinin-cizgi plan üzrə “B” tikilisinin Təbriz küçəsi (cənub) tərəfindəki küncünə yanaşı quraşdırdığı darvazanın “B” tikilisinin yarımçıq tikili (şimal) tərəfə 6-8 metr məsafəyə köçürülməsinə, onlara məxsus evin (“B”) tikilisinin yarımçıq tikili (şimal) istiqamətində arxa tərəfində başladığı tikinti işlərinin qadağan olunmasına və “B” tikilisinin yarımçıq tikili (şimal) tərəfində evdən 4 (dörd) metrlik evə girişçıxış yolunun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX-dən xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan göründüyü kimi onun ailəsi ilə (övladları ilə) yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdir, o və iki qızı da payçılar sırasındadırlar. Ev mərhum ərinin doğulub boya-başa çatdığı evdir. Ev 74.8 kv m-dən və 0.06 ha həyətyanı sahədən ibarətdir. Evə dair xx.xx.2016-cı il tarixli 36489 invertar nömrəli Tekniki Pasportdan göründüyü kimi 74.8 kv.m yaşayış sahəsi iki evdən ibarətdir. Evin 45.8 kv.m hissəsi “A” yaşayış binasından 29 kv m hissəsi isə “B” yaşayış binasından ibarətdir. Göy rəngli markerlə cizgilənən sahə də həmin 0.06 ha həyətyanı torpaq sahəsidir. “A” yaşayış evi qaynatasına məxsus olmuşdur. “B” yaşayış evi də onların evidir. Səksəninci illərdə əri tikdirib. Əri vəfat etsə də onlar ailələri ilə yaşayırlar. Həyətyanı sahədə yerləşən yarımçıq tikili də, ərinin əmisi X17 (çıxarışda hüquq sahiblərinin sırasında 7-cidir) məxsusdur. Qaynanası öləndən sonra X25 başqa bir qadınla yaşamış, sonra ayrılmışlar. Həmin qadın qızı Cavabdeh ilə “C” tikilisində, qaynatası da daha başqa bir qadınla “A” tikilisində yaşamışlar. Sonralar həmin qadın bir il öncə də, qaynatası dünyalarını dəyişmişlər. Cizgi plandan da, çıxarışdan da göründüyü kimi həyətyanı sahə paylı mülkiyyətdir. Əvvəllər ümumi həyətyanı sahənin Təbriz küçəsinə çıxan son xəttində ümumi bir darvazası var idi. Hələ qaynatası sağ olanda hamının razılığı ilə Təbriz küçəsinə açılan darvazanı götürmək, yaşıl markerlə cizgilənən sahənin ümumi yol (dalan) olması, hər kəsin də həmin yola açılan darvaza qoyması barədə razılaşmışlar. Sarı markerlə cizgilənən cizgilərdə qayınları öz ailələri ilə, narıncı cizgilənən sahənin birində paycı Vüsalə Məmmədova öz ailəsi ilə digərində Cəmilə Talıbova yaşayırlar. Narıncı rəngli markerlə cizgilənən sahədə də o, oğlunun ailəsi ilə yaşayırlar. Qaynatası ilə razılığa görə də, evinin şimal tərəfində də onların (oğlunun) darvazası qoyulmalı idi. Qalan sahələr də X25la onun qardaşı Əli Talıbovun vərəsələri arasında bölünməli idi. X25 dünyasını dəyişəndən sonra qızı Cavabdeh özbaşına olaraq həm “A” tikilisinə, həm də Vəli Talıbova və Əli Talıbova məxsus bütün tikili və torpaq sahəsinə təkbaşına yiyələnmişdir. Təkbaşına yiyələnməsi bir tərəfə onlara məxsus evin Təbriz küçəsi tərəfdən (cənub tərəfdən) olan küncündən darvaza qoyaraq, həm yolu (dalanı) zəpt etmiş, həm onların evin yolunu bağlamış, həm də onların evini mühasirəyə almışdır. Çıxarışdan göründüyü kimi Cavabdeh əmlakda heç bir payçı deyil. O, ancaq qaynatası ilə qaynanasının payları vərəsələnəndə paya malik ola bilər. Belə olan tərzdə onlar da vərəsə olaraq əlavə paya malik olmuş olurlar. Bu bir tərəfə hazırda əmlaka payçı və mülkiyyətçi olmadığı halda və onlar da mülkiyyətçi olduqları halda o onların əmlakını zəbt etmişdir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh göstərmişdir ki, iddiaçının ərizəsinə və təqdim etdiyi çıxarışa əsasən onun və qızlarının payı yalnız 2/108 Tik. ”B”-də 29 kv/m fərdi yaşayış evinin 1/3 paydadır. X1 orada yaşadığını iddia etsə də, lakin qızı orada yaşamır, ailə qurmuş və ər evində yaşayır. X2 isə həmin 29kv/m fərdi yaşayış evində anası ilə birgə bir otaqda qardaşı X18 isə ailəsi ilə digər otaqda yaşayırlar. İddiaçının oğlu X18 istifadələrində olan bələdiyyəyə məxsus torpaq sahəsinin müəyyən bir hissəsini satmış, həmin ərazidədə qanunsuz tikililər aparılmışdı. Həmin işlə bağlı sahə rəisi məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Bundan əlavə iddiaçı özu qapısına 274 nömrəsini qeyd etmişdir ki, burdanda özu öz iddiasının səhv olduğunu sübuta yetirir. Onun darvazası ayrı olduğu halda onun sahəsindən özunə giriş çıxış üçün yol istəyir. Öz ayrı yolu olduğu halda ümumi giriş isə dalan halındadır. Oraya onun əmisi arvadı ilə birgə darvazaları, iddiaçının darvazası və onun qanunsuz bələdiyyəyə məxsus satdığı yerin darvazası açılır. İddiaçı onun ata - anasının payında onların payının olduğunu iddia etmiş, lakin qanunvericiliyə əsasən əgər övladı valideyindən öncə rəhmətə gedibsə onun valideyinin mülkündə payı olmur. O da atası və anası rəhmətə gedənəcən onlarla yaşamışdır və onların dəfn xərclərini də, özü tək başına çəkmişdir. Bundan əlavə olaraq bilirir ki, iddiaçının oğlu X18 onun həyəti ilə iddiaçının həyət arasında olan daş hasarı uçurmuşdur. Onun həyətinə kanalizasiya və çirkab sularını axıtmış, özbaşına quyu qazmış, o isə onu şikayət etmiş, polis və sahə müvəkkilinin iştirakı ilə həmin quyu ləğv edilmiş, daş hasar bərpa edilmiş və inzibati xətalar məcələsinə əsasən cərimə edilmişdir. İddiaçı onun payçı olmadığını iddia etsə də, lakin o, payçıdır. Bundan əlavə olaraq o, darvazanı əmisi arvadı ilə ona məxsus ümumi girişə qoydurmuşdur. Bunların özlərinə məxsus darvazaları vardır. Eyni zamanda bildirir ki, qanunsuz tikili deyə iddiaçının idda etdiyi tikili isə əmisi arvadı ilə onun arasında olan çəpərin daş hasarla əvəzlənməsidir. Ona görə də iddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan RX seriyalı №0877519 saylı Əmlak Məsələləri Dövlət komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 3/108 hisssədə X15, 6/108(Tik”A”, “C” tikililərin ½)hissədə X10, 6/108(Tik”A”, “C” tikililərin ½)hissədə X11, 18/108 hissədə X4, 18/108 hissədə X3, 18/108 hissədə X6, 18/108 hissədə X16, 2/108 hissədə (Tik.”B”-də 29.0 kv.m yaşayış sahəsinin 1/3) İddiaçı, 2/108 hissədə (Tik.”B”-də 29.0 kv.m yaşayış sahəsinin 1/3) X5, 2/108 hissədə (Tik.”B”-də 29.0 kv.m yaşayış sahəsinin 1/3)X7, 3/108 hissədə X12, 3/108 hissədə X13, 3/108 hissədə Talıbova Şəfayət həsən qızının, 3/108 hissədə X9, 3/108 hissədə X14 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, RX seriyalı №0877519 saylı Əmlak Məsələləri Dövlət komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı əsasında ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 3/108 hisssədə X15, 6/108(Tik”A”, “C” tikililərin ½)hissədə X10, 6/108(Tik”A”, “C” tikililərin ½)hissədə X11, 18/108 hissədə X4, 18/108 hissədə X3, 18/108 hissədəX6, 18/108 hissədəX16, 2/108 hissədə (Tik.”B”-də 29.0 kv.m yaşayış sahəsinin 1/3) İddiaçı, 2/108 hissədə (Tik.”B”-də 29.0 kv.m yaşayış sahəsinin 1/3) X5, 2/108 hissədə (Tik.”B”-də 29.0 kv.m yaşayış sahəsinin 1/3)X7, 3/108 hissədə X12, 3/108 hissədə X13, 3/108 hissədə Talıbova Şəfayət həsən qızının, 3/108 hissədə X9, 3/108 hissədə X14 birgə mülkiyyətlərinə verilmişdir. İddiaçı cavabdehin zəbt olunmuş ümumi istifadədə olan yolun açılmasından və qanunsuz tikintinin dayandırılmasından imtina etdiyini bildirərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi bağlı olduğundan həmin münasibətlərə mülki və torpaq qanunvericiliyinin torpağa mülkiyyət hüququ ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Məhkəmə bununla bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Kostitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Kostitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-si maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə baxışı iclasında məhkəmə tərəfindən tərəflərin iştirakı ilə mübahisəli əraziyə keçirilmiş baxış nəticəsində müəyyən edilmişdir ki, ünvan 3 ünvanında dalana daxil olduqda sonuncu düzünə qapı Cavabdeh, sol tərəfdəki qapı İddiaçı məxsusdur. İddiaçı məxsus həyətdə yaşayış evi, yaşayış evinin sol tərəfində isə yaşayış evinin yarımçıq tikilisi vardır.Cavabdeh ilə İddiaçı evlərinin arasında hasar çəkilmiş və evlər hasarla ayrılmışdır. Həmin hasar İddiaçı tərəfindən çəkilmişdir. Dalanda düz daxil olduqda Cavabdeh həyətidir. Həyətin sonunda sol tərəfdə yaşayış evi var. Həyətin ortasında hasar tikintisi üçün daşlar düzülmüşdür. Cavabdeh tərəfindən inşa edilən həmin hasarın onun özünün həyətində özünə aid hissədə inşa edildiyi və İddiaçı hər hansı bir maneə törətmədiyi müəyyən olunmuşdur. İddiaçı tərəf iddia tələbində qeyd etdiyi xüsusatları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı darvazanın köçürülməsinə, zəbt olunmuş ümumi istifadədə olan yolun açılması və qanunsuz tikintinin dayandırılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar