Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3980/2023 25.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 230.000 ABŞ dolları pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək, izahatında bildirdi ki, İddiaçı Rusiya Federassiyası vətəndaşıdır. İddiaçı Cavabdeh1 ilə 1996-cı il tarixdə tanış olmuş, Cavabdeh1 ilə aralarına səmimi münasibət yaranmış və qeyri-rəsmi olaraq Cavabdeh1 ilə nikaha girmişdir. Q.Ə.X1 yaşadığı müddət ərzində gündəlik yeyinti və ərzaq mallarının satışı biznesi ilə məşğul olmuş, Cavabdeh1 isə İddiaçıla birlikdə qeyrirəsmi nikahda yaşamış və Cavabdeh1 yalnız ev işləri ilə məşğul olmuşdur. 2014-cü ildə Cavabdeh1 rəfiqəsi Cavabdeh2 Cavabdeh1 ilə əlaqə saxlayaraq, Gəncə şəhəri, Avtozavod qəsəbəsində torpaq sahələrinin satıldığını bildirmiş, Cavabdeh1 həmin torpaqlardan almağı məsləhət görmüşdür. Cavabdeh1 isə İddiaçı həmin torpaq sahəsində hər hansı iaşə obyetki, gözəllik salonu və.s tikə biləcəklərinə inandırmışdır. İddiaçı biznesini genişləndirmək məqsədi ilə sərmaye qoymaq üçün bu fikirlə razılaşmışdır. Bundan sonra R.Ə.Ramazanov öz şəxsi vəsaiti hesabına Cavabdeh1 Azərbaycan Respublikasına göndərmişdir. Cavabdeh1 Azərbaycan Respublikasına gəlmiş və Cavabdeh2 təklif etdiyi torpaq sahəsinə baxdıqdan sonra İddiaçı zəng vuraraq torpaq sahəsinin yaxşı olduğunu bildirmişdir. İddiaçı Cavabdeh1 torpaq sahəsini almasını bildirmiş və həmin ərəfədə Gəncə şəhərində yaşayan tanışından Cavabdeh1 4.000 ABŞ dolları pul verməyi xahiş etmişdir. Daha sonra isə İddiaçı əlavə olaraq Cavabdeh1 «Zalatoy Karona» vasitəsilə 2.000 ABŞ dolları pul göndərmişdir. Cavabdeh1 isə həmin pulları götürüb, Cavabdeh2 məsləhət gördüyü torpaq sahəsini Cavabdeh2 əri Cavabdeh3 adına rəsmiləşdirmişlər. Buna səbəb isə Q.Ə.X2 vətəndaşı olduğundan adına torpaq sahəsi rəsmiləşdirilə bilməməsi olmuşdur. Torpaq sahəsi Cavabdeh3 adına rəsmiləşdirildikdən sonra İddiaçı tanışı olan Ramil adlı şəxs öz briqadası ilə birlikdə həmin torpaq sahəsində İddiaçı verdiyi lahiyə əsasında tikinti işləri aparmağa başlamışdır. Həmin ərəfədə İddiaçı Rusiya Federasiyasından banklar vasitəsilə Ramilə ümumlikdə 230.000 ABŞ dolları pul göndərmiş, Ramil isə İddiaçı göndərdiyi həmin məbləği təyinatı üzrə istifadə edərək, həmin torpaqda İddiaçı lahiyəsi əsasında həmin tikintini tikərək şəxsən İddiaçı təhvil vermişdir. Bundan sonra İddiaçı Ramillə hesablaşmış, Ramilin göndərilən məbləği tam və əksiksiz tikintiyə istifadə etdiyini dəqiqləşdirmişdir. İddiaçı dəfələrlə torpağı adına aldığı Z.N.Qasımovun əri Cavabdeh3 adından öz adına rəsmiləşdirməyi həmin şəxslərə təklif etmişdir. Cavabdeh2 isə Cavabdeh1 ona 80.000 manat borcu olduğunu, yalnız borc ödənildikdən sonra evi kiminsə adına sənədləşdirəcəklərini bildirmişdir. Q.Ə.X3 vətəndaşı olduğuna görə qanunvericilik icazə vermədiyi üçün mübahisəli torpaq sahəsini öz adına yox, Cavabdeh2 adlı qadının əri Cavabdeh3 adına sənədləşdirilmişdir. Lakin Cavabdeh1 və Cavabdeh1 qızı Aynurənin İddiaçı qarşı etdikləri dələduzluqlardan sonra Cavabdeh2 da həmin şəxslərlə əlbir olmuşdur. İddiaçı bu məsələ ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmiş, orada araşdırmalar aparılmış, şahidlər dindirilmiş, iddiaçının dedikləri öz əksini tapsa da tərəflərin arasında olan münasibətlər mülki xarakter daşıdığından cinayət işinin başlanması 07 may 2022-ci il tarixli qərarla rədd edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, həqiqətən İddiaçı iş üzrə cavabdehlərdən Cavabdeh1 Gəncə şəhərində ona torpaq sahəsi almasını, həmin torpaq sahəsində ev tikdirməsi ilə bağlı tapşırıq vermiş, iddiaçı Rusiya Federassiyası vətəndaşı olduğundan Cavabdeh1 iş üzrə digər cavabdeh olan Cavabdeh2 əri olan Cavabdeh3 adına sərəncamla torpaq sahəsi almış, həmin torpaq sahəsində iddiaçının pulu ilə ev tikdirilmiş, bu işlərə görə iddiaçı 230.000 ABŞ dolları pul xərcləmiş, lakin ev tikildikdən sonra cavabdehlər evi iddiaçının mülkiyyətinə verməkdən imtina etmişlər. Evin mülkiyyət sənədləri olmadığı üçün iddiaçı həmin evi öz adına rəsmiləşdirə bilmir. Sonda Nümayəndə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı iddia tələbinin mərkəzinə tapşırıq müqaviləsi əsasında yaranan münasibətləri qoymuş və tələb etdiyi pulu bu əsasla istəmişdir. İddia tələbinin mərkəzində həm tapşırıq müqaviləsinin, həm də əsasssız varlanmanın durduğunu iddiaçının nümayəndəsi və vəkili 28 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında səsləndirmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilmiş cinayət işinin rədd edilməsi barədə olan iş materiallarında, iddiaçı tərəfindən verilmiş zərərçəkmiş şəxsin dindirilməsi haqqında ifadədə qeyd edilir ki, Ramil adlı ustaya 230.000 ABŞ dolları pul göndərmiş və Ramil adlı usta həmin pul məbləğini təyinatı üzrə istifadə edərək, həmin torpaq sahəsində onun layihəsi əsasında həmin tikilini tikərək ona 2017-ci il tarixdə şəxsən təhvil vermişdir. Sözügedən məbləğ tam və əksiksiz şəkildə tikintiyə istifadə edilmişdir. Tikilini təhvil alarkən heç bir narazılıqları olmamış və razı şəkildə ayrılmışlar. Belə olduqda, yəni mübahisəli evi Ramil adlı usta tikib, təhvil verdiyi təqdirdə iddiaçının vəkili və nümayəndəsinin hansı tapşırıq müqaviləsindən bəhs etdiyi anlaşılan deyildir. Hansı ki, İddiaçı özü də, bunu istintaq zamanı verdiyi ifadələrində təsdiq etmişdir. Təsdiq etmişdir ki, evi Ramil adlı usta 230.000 ABŞ dollarını tam şəkildə evə xərcləməklə tikmiş, cavabdehlər ev tikməmişdir. Yeri gəldikdə isə evin tikintisinə cavabdehlərdən Cavabdeh1 tərəfindən maddi köməklik göstərilmiş, həmçinin işləyən ustalara qulluq edilmişdir. Ona görə ki, həmin ev onun, qızı Aynurənin və İddiaçı yaşaması üçün tikilmişdir. İddiaçı özünün izahatında qeyd edir ki, evin tikintisi 2017-ci il tarixdə başa çatdı və o, evi şəxsən təhvil götürərək açarlarını ustadan aldı. İddiaçı həmin ifadəsində və verdiyi başqa izahatlarda vurğulayır ki, «evi görəndə aldandığımı anladım». Evi görmə anının isə 2017-ci il tarixi olduğu məlum məsələdir. Həm özünün ifadəsi ilə təsdiq edilir, həm də usta Ramil adlı şəxsin ifadəsi ilə təsdiqlənir. İddiaçının hüququnun pozulmasını 2017-ci tarixdən bilməsini nəzərə alaraq tapşırıq müqaviləsi üzrə nəzərdə tutulan 3 illik iddia müddətini tətbiq edilməsini xahiş edir. İddiaçının hüququnun pozulmasını 2017-ci il tarixindən yox, ən gec halda 2019-cu ilin may ayının 25-dən, yəni polisə ünvanladığı şikayət ərizəsinin və verdiyi izahatın tarixi ilə hesablanası olsa belə 2022-ci ilin may ayının 25-də artıq, məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti bitmişdir. İddiaçı isə məhkəməyə 2023-cü ilin fevral ayında müraciət etmişdir. Həmin tarixdən tapşırıq müqaviləsi üzrə 3 illik iddia müddəti keçmişdir. Bundan başqa iddiaçının nümayəndəsi və vəkilinin qeyd etdiyi əsassız varlanmaya münasibətdə də, 2 illik iddia müddəti hesablanası olarsa həmin müddət çoxdan keçmiş sayılır. Sonda Vəkil iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini (vəkillərini) və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, Cavabdeh1 qızı Aynurə xanımla sinif yoldaşı olmuşdur. 1997-ci ildə o, təxminən 6 ay Rusiya Federasiyasında yaşamış və 10-15 gün Aynurənin evində qalmışdır. O, Qadir və Nurlanın qeyri-rəsmi ailə münasibətlərinin olduğunu bilməmişdir. 2018-2019-cu illlər ərzində Aynurə onlarda yaşadığına görə mübahisəli evin Qadir tərəfindən tikildiyindən xəbəri olmuşdur. Belə ki, Aynurə ilə Qadir telefon vasitəsi ilə görüntülü əlaqə saxlayarkən Qadirin Aynurəyə pul göndərdiyini bilmişdir. O, Aynurə ilə bir neçə dəfə Qadirin göndərdiyi pulu götürmək üçün "xxxx" ASC-yə getmişdir. Qadir Ramilə də pul göndərmişdir. Nurlana və Aynurə Rusiya Federasiyası vətəndaşı olduqlarına görə torpağı öz adlarına deyil, Xanoğlanın adına almışlar. Məhkəmə iclasında iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, İddiaçı ilə Cavabdeh1 o, 2012-2013-cü ildən evin tikintisi ilə əlaqədar tanımışdır. Onun İddiaçı və Cavabdeh1 ilə buna qədər tanışlığı olmamış, yalnız hazırda adını xatırlamadığı şəxs ona zəng vuraraq, tikinti işlərinin aparılması üçün hansısa əraziyə getmək lazım olduğunu demişdir. O, sözügedən əraziyə getdikdən sonra başqa ustaların artıq ərazini hasarladığını görmüş, həmin vaxt əraziyə ya Nurlana, ya da onun qızı Aynurə gəlmişdir. Həmin vaxtdan xeyli müddət keçdiyi üçün o, ilk görüşdə Nurlana, yoxsa Aynurə ilə görüşdüyünü dəqiq xatırlaya bilmir. Bundan 2-3 gün sonra isə İddiaçı ona zəng vurmuş və evin tikintisini sifariş vermişdir. Daha sonra evin tikintisi ilə bağlı usta, mal-material xərcini və digər lazım olan xərcləri İddiaçı ona banklar vasitəsilə göndərmişdir. O da həmin vəsait hesabına evi tikmiş, suvaqlı şəkildə təmirsiz olaraq İddiaçı təhvil vermişdir. Həmin evin tikintisi ilə bağlı çəkilən bütün xərclərə dair hesab fakturaları o, İddiaçı təqdim etmişdir. İddiaçı daha sonra onunla danışan zaman Cavabdeh1 onu aldatdığını bildirmişdir. O, İddiaçıla Cavabdeh1 ər-arvad olduğunu bilmişdir. İşdə olan cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında 04 oktyabr 2019-cu il tarixli qərarın surətindən görünür ki, İddiaçı 22 dekabr 2017-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, Gəncə şəhəri Avtozavod adlanan ərazidə ev tikintisi ilə əlaqədar aldadıldığını bildirmiş və ona aldadan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Həmin ərizə HK-1/813 nömrə ilə qeydiyyata alınaraq araşdırma aparılmış və 04 iyun 2019-cu il tarixdə həmin material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Sonradan cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında 04 oktyabr 2019-cu il tarixli qərarla İddiaçı şikayət ərizəsi əsasında Gəncə şəhəri Nizami rayon polis idarəsinin Təhqiqat böplməsində toplanmış HK-1/813 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 iyun 2019-cu il tarixli qərar əsassız və qanunsuz hesab olunaraq, ləğv edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 noyabr 2019-cu il tarixli qərarın surətindən görünür ki, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında 16 noyabr 2020-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində toplanmış HK-1/813 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 noyabr 2019-cu il tarixli qərar əsassız və qanunsuz olduğundan ləğv edilmişdir. İş materiallarında olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında 01 aprel 2022-ci il tarixli qərarın surətindən görünür ki, ********* statik nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İşdə olan İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, Cavabdeh1 və sonuncunun qızı Aynurənin ona qarşı dələduzluq etdiyini, evin tikintisinə 230.000 ABŞ dolları pul xərclədiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il taixli, 665 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən 72,5 kv/m yaşayış sahəsindən, 52,7 kv/m açıq eyvandan, 13,6 kv/m zirzəmidən ibarət olan ümumi sahəsi 314,5 kv/m olan tikili Cavabdeh3 adına qeydiyyata alınması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Gəncə şəhər Ərazi İdarəsinə tapşırılmışdır. İşdə olan «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbi barədə mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 230.000 ABŞ dolları pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, öz iddia tələbini həmin vəsaitin Gəncə şəhəri, Avtozavod (Cavadxan) qəsəbəsində inşa edilən fərdi yaşayış evinin inşasına sərf etməsi və həmin evə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmaması ilə əlaqədar onun adına rəsmiləşdirilə bilinməməsi ilə əsaslandırmışdır. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən cavabdehlərin öhdəliklərinin tapşırıq müqaviləsindən, məhkəmə hazırlıq iclasında əsassız varlanmadan və məhkəmə baxış iclasında isə deliktdən əmələ gəldiyini göstərmiş, iddianın təmin olunmasını xahiş etmişdir. Qeyd olunan səbəbdən məhkəmə tərəflər arasındakı münasibətlərin müəyyənləşdirilməsi və tətbiq olunmalı hüquq normasının tapılması baxımından hər üç halın tədqiq edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1 və 777.2-ci maddələrinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.3-cü maddəsinə görə əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 779.1-cü maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 781-ci maddəsinə görə vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsində inşa edilən fərdi yaşayış evinin tikintisi başlamamışdan əvvəl həmin torpaq sahəsinə hüquq müəyyənedici sənədlərin olmadığı İddiaçı məlum olmuş və İddiaçı görülmüş işlərə şəxsən özü rəhbərlik etməklə tikintinin aparılmasını X5 tapşırmışdır. Həmin torpaq sahəsində tikinti işlərinə (materialların alınmasına, usta və digər xərclərə) sərf olunan vəsait isə İddiaçı tərəfindən şəxsən X5 ödənilmiş, hətta iddia ərizəsində və İddiaçı nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadədə də R.S.Xasanova verilmiş 260.000 ABŞ dolları məbləğində pul vəsaitinin həqiqətən də tikinti işlərinə sərf edildiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında hər hansı tapşırıq müqaviləsi, eləcə də həmin müqavilədən irəli gələn öhdəlik mövcud olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1 və 1093.2-ci maddələrinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yetirə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əgər məqsədə çatılması əvvəlcədən qeyrimümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.3-cü maddəsinə görə şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12-ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi əsassız varlanmanın baş verməsi üçün ilk növbədə varlanmış şəxs başqa şəxsin hesabına əmlak əldə etməlidir. Hazırki halda isə iddia tələbində qeyd olunan 260.000 ABŞ dolları məbləğində pul vəsaitini R.Ə.Ramazanov məhz tikinti işlərinin aparılması üçün X4 vasitəsilə sərf etdiyini bildirir. Yəni qeyd olunan 260.000 ABŞ dolları məbləğində pul vəsaiti R.Ə.Ramazanov tərəfindən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 verilməmişdir. Digər tərəfdən nə R.Ə.Ramazanovun inşasına 260.000 ABŞ dolları sərf etməsini bildiridiyi nə mübahisəli yaşayış sahəsi üzərində, nə də həmin yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində cavabdehlərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Buna görə də cavabdehlər qeyd olunan yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etmədiyi kimi həmin yaşayış sahəsinə qanuni gözlənti hüququ da əldə etməmişdir. Qeyd olunan səbəblərdən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 İddiaçı hesabına əsassız varlanma halı baş verməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsiri müəyyən edilməyən əməllə (hərəkət və ya hərəkətsizliyə) əlaqədar hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb edilməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Mülki işin məhkəmə tədqiqi zamanı Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində İddiaçı maddi zərər vurulması halları aşkar edilməmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından göründüyü kimi cavabdehlərin iddiaçı qarşısında bu və ya digər əsasla hər hansı öhdəliyi yaranmamışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 230.000 ABŞ dolları pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmçinin məhkəmə iddia müddətinin tətbiqinə dair cavabdehlərin nümayəndəsinin vəsatətinə hüquqi qiymət verərək, hesab edir ki, tərəflər arasında bu və ya digər əsasla hər hansı hüquq münasibəti yaranmadığına görə hazırki halda iddia müddətinin tətbiqi qanunun tələbinə uyğun deyildir və həmin vəsatət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3980/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3980/2023
25.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver