Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4009/2023 16.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı «sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı Gəncə şəhəri, Məhrəsə bağı massivində yerləşən 15 nömrəli evin 45 nömrəli mənzilində abonent kodu **********450 olan istehlakçıya əsassız olaraq, borc kimi yazılmış olan 1.144 manat 17 qəpik məbləğində pul vəsaitinin Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti tərəfindən silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi T.N.Məmmədova məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, Gəncə şəhəri, Məhrəsə bağı massivində yerləşən 15 nömrəli evin 45 nömrəli mənzili faktiki olaraq İddiaçı istifadəsindədir. Həmin ünvanın abonent kodu **********450 olmaqla cavabdeh «Gəncə Sukanal» TSC tərəfindən su ilə təmin olunur. Sudan istifadəyə görə hesablanan borc İddiaçı tərəfindən mütəmadi olaraq ödənilmişdir. Lakin 2016-cı il tarixdən nə İddiaçı, nə də İddiaçı ailə üzvləri Gəncə şəhəri, Məhrəsə bağı massivində yerləşən 15 nömrəli evin 45 nömrəli mənzilində yaşamamışdır. Bununla belə sudan istifadə ilə əlaqədar İddiaçı ünvanına göndərilmiş hesab-fakturada 1.144 manat 17 qəpik borc göstərilmişdir. Qeyd olunan səbəbdən İddiaçı «Gəncə Sukanal» TSC-yə müraciət etmiş, müxtəlif sənədlər toplanmış və İddiaçı həmin ünvanda yaşamamasına baxmayaraq, 1.144 manat 17 qəpik məbləğində borc hesablandığı məlum olmuşdur. Həmin borc istifadə olunmayan suyun sərfiyyatı üçün hesablanmışdır. Buna görə də əsassız olaraq borc kimi yazılmış 1.144 manat 17 qəpik məbləğində borc «Gəncə Sukanal» TSC tərəfindən silinməlidir. Sonda T.N.Məmmədova iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi A.C.Rəhimov məhkəmədə iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı Gəncə Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Gəncə şəhəri, Məhrəsə bağı massivində yerləşən 14 nömrəli evin 45 nömrəli mənzilində sudan istifadəyə görə yaranmış 1.144 manat 17 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin İddiaçı tərəfindən verilən iddia əsassızdır. Belə ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»na uyğun olaraq sudan istifadə olunmadığı üçün su təchizatının müvəqqəti dayandırılmasına dair STKM-ə rəsmi olaraq heç vaxt müraciət etməmiş, həmin mənzildə sudan istifadə və tullantı suların axıdılmasına görə qeyd olunan qaydalara müvafiq hesabat aparılmışdır. Bununla da «Gəncə Sukanal» TSC üzərinə düşən vəzifələri istehlakçı qarşısında yerinə yetirmiş, lakin istehlakçı üzərinə düşən vəzifələri vaxtlı-vaxtında yerinə yetirmədiyindən sudan istifadə və tullantı sularının axıdılmasına görə borc yaranmışdır. Sonda A.C.Rəhimov iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, Gəncə şəhəri, Nizami rayonu, Mahrasa bağı massivində yerləşən 15 nömrəli evin 18 nömrəli mənzilində yaşayır. İddiaçı 1992-ci ildən onun yaşadığı mənzilin qonşuluğunda yaşayır. Təxminən 25 il bundan əvvəl İddiaçı əri yaşamaq üçün Rusiya Federasiyasına getmiş və bir daha geri qayıtmamışdır. İddiaçı isə üç qızı ilə birlikdə Gəncə şəhəri, Məhrəsə bağı massivində yerləşən 14 nömrəli evin 45 nömrəli mənzilində yaşamışdır. 2016-cı ilin avqust ayından İddiaçı digər ailə üzvləri ilə birlikdə Türkiyə Respublikasına getmişdir. Həmin vaxtdan keçən 7 il müddətində İddiaçı və ailə üzvləri Azərbaycan Respublikasına, eləcə Gəncə şəhəri, Məhrəsə bağı massivində yerləşən 14 nömrəli evin 45 nömrəli mənzilinə gəlməmişlər. Buna görə də qeyd olunan mənzildə 2016-cı ildən 2023-cü ilədək heç kim yaşamamışdır. İşdə olan Gəncə şəhəri texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş və reyestr kitabında 7637 nömrəsi ilə qeyd olunmuş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Mahrasa bağı massivində yerləşən 15 nömrəli evin 45 nömrəli mənzili Gəncə şəhər X11 İcraiyyə Komitəsinin 25 may 1987-ci il tarixli qərarı əsasında X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-T seriyalı 020856 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və X4 nikahlarını 10 dekabr 1989-cu ildə Gəncə şəhəri qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 996 nömrəsi ilə qeydə aldırmışlar. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı, X7 və X1 şəhəri, Nizami rayonu, Mahrasa bağı massivində yerləşən 15 nömrəli evin 45 nömrəli mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan sudan istifadəyə görə abonent kartından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Mahrasa bağı massivində yerləşən 15 nömrəli evin 45 nömrəli mənzildə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə Nizami Məmmədova 1.144 manat 17 qəpik məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Qanununvericiliyin qeyd olunan normalarının tələbinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bu baxımdan subyektiv hüququn üç elementinin mövcudluğu, yəni öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ yoxlanılmalıdır. İddiaçının öz hərəkətlərinə hüquqi ixtiyarı olmadığı halda subyektiv hüququnun digər elementləri yoxlanılmadan iddia rədd edilməlidir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin "xxxx" MMC-nin «Gəncə Sukanal» TSC-yə qarşı Gəncə şəhəri, Məhrəsə bağı massivində yerləşən 15 nömrəli evin 45 nömrəli mənzilində abonent kodu **********450 olan istehlakçıya əsassız olaraq, borc kimi yazılmış olan 1.144 manat 17 qəpik məbləğində pul vəsaitinin Azərbaycan Respublikası "xxxx" ASC-nin "xxxx" MMC-nin «Gəncə Sukanal» TSC tərəfindən silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin Gəncə şəhəri, Məhrəsə bağı massivində yerləşən 15 nömrəli evin 45 nömrəli mənzili X3 mülkiyyətindədir. Həmçinin su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə 1.144 manat 17 qəpik məbləğində borc məhz N.Ə.Məmmədova hesablanmışdır. Qeyd olunanlara əsasən İddiaçı hazırki iddia tələbi üzrə subyektiv hüququnun olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarına əsasən İddiaçı iddia tələbi üzrə subyektiv hüququnun olmamasını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin "xxxx" MMC-nin «Gəncə Sukanal» TSC-nə qarşı «sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı «sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiası rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(125)-4009/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4009/2023
16.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver