Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-401/2023 21.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 7 saylı Dövlət Notariat Ofisinə qarşı «daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 7 saylı Dövlət Notariat Ofisinə qarşı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin X11 tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bağışlanmasına dair Gəncə şəhəri 7 saylı Dövlət Notariat Ofisində bağlanmış 15 fevral 2**7-ci il tarixli 4Ə-1-95 reyestr nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun bibiləridir. Cavabdehlər qanunsuz yollarla ünvan 1-də yerləşən yaşayış sahəsinə dair mülkiyyət hüququ əldə etmişlər və hazırda ona qarşı iddia tələbi irəli sürərək onun həmin yaşayış sahəsindən çıxarılmasını tələb edirlər. Gəncə şəhəri, Nizami rayonu, Qızıl Hacılı küçəsi 2-ci döngə, ev 3-də yerləşən yaşayış sahəsi onun nənəsi X3 mülkiyyətində olmuş və onun mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən *6 fevral 2**7-ci il tarixli, 2*1*13***359-1*3*1 reyestr nömrəli çıxarışa əsasən təsbit edilmişdir. X11 22 yanvar 2*14-cü il tarixdə vəfat etmişdir. Həmin mənzil Gəncə şəhəri 7 saylı Dövlət Notariat Ofisində 15 fevral 2**7-ci il tarixdə 4Ə-1-95 reyestr nömrəli bağışlama müqaviləsi əsasında nənəsi X11 tərəfindən cavabdehlərə bağışlanmışdır. Lakin həmin bağışlama müqaviləsi qanunun tələbləri pozulmaqla rəsmiləşdirilmişdir. Belə ki, müqaviləni nənəsinin şəxsən imza etməsinə dair onda ciddi şübhələr vardır. Bağışlama müqaviləsinə həqiqətən də X3 imza edibetməməsinin yoxlanmasında işin obyektiv həlli üçün fayda vardır. Bundan başqa, o, iddia tələbi üzrə mübahisə predmeti olan ünvan 1-də yerləşən yaşayış sahəsində daimi qeydiyyatdadır. Mübahisələndirilən bağışlama müqaviləsini onun imzalamaması birbaşa həmin müqavilənin ləğvi üçün əsasdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. 21 fevral 2*23-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnam qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayandəsi Vəkil izahatında iddianı qəbul etməyərək, bildirdi ki, tərəflər arasında digər məhkəmə mübahisələri vardır. Buna görə də İddiaçı yalnız həmin məhkəmə işləri üzrə icraatların dayandırılmasına nail olmaq məqsədi ilə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia ərizəsində 15 fevral 2**7-ci il tarixli 4Ə-1-95 reyestr nömrəli bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etsə də, həmin müqavilənin ləğv edilməsi üçün nəzərdə tutulmuş əsasları məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia təmin edilməməlidir. Sonda Vəkil iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehlərin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan 29 yanvar 2**7-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilin onun adına bağışlanmasına dair Notariat Kontorunda və DƏDRXİ-də onun adından çıxış etmək, ona çatası sənədləri almağı, aldığına dair imza etməyi və tapşırığın yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etmək hüququnu Cavabdeh1 etibar etmişdir. İş materiallarında olan *6 fevral 2**7-ci il tarixli, 4Ə-1-95 nömrəli bağışlanma müqaviləsinin surətindən görünür ki, X2 şəhəri, Nizami rayonu, Qızıl Hacılı küçəsi, 2-ci döngə, ev 3 ünvanında yerləşən mənzili qızları Cavabdeh1 və Cavabdeh2 bağışlamışdır. X1, Cavabdeh1 və Cavabdeh2 adından etibarnamə üzrə nümayəndəsi X9 imzalamışdır. İşdə olan *6 fevral 2**7-ci il tarixli MH seriyalı ***5586 nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Qızıl Hacılı küçəsi, 2-ci döngədə mülkiyyətində olan *.*8 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 112.7 kv.m yaşayış, 113.8 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AЗ seriyalı, 229748 nömrəli və AЗ seriyalı, 111*599 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 1* oktyabr 1962-ci il tarixdə və Cavabdeh2 xx xxxx 1958-ci il tarixdə anadan olmuşdur. Həmin şəxslərin atası İddiaçı, anası isə X5r. İşdə olan İV-ЖГ seriyalı 265484 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X4 arasında *9 iyul 1986-cı il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. İş materiallarında olan 16 yanvar 2**7-ci il tarixli Gəncə şəhər Nikah evi tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı 27 avqust 1978-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. İşdə olan 3* dekabr 2**7-ci il tarixli Gəncə şəhəri 6 saylı Dövlət Notariat Kontorunda tərtib edilmiş vəsiyyətnamədən görünür ki, X2 şəhəri, Nizami rayonu, Qızıl Hacılı küçəsi, 2-ci döngə, ev 3 ünvanda yerləşən mənzilini bütünlüklə İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı *3174* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 22 yanvar 2*14-cü il tarixdə Gəncə şəhərində ağciyər ödemi xəstəliyindən vəfat etmişdir. İşdə olan İV-ЖГ seriyalı 3365*4 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 25 yanvar 1993-cü ildə ölmüşdür. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X11 iddiaçı X7 nənəsi, həmin şəxsin atası X8 isə anasıdır. X12 25 yanvar 1993-cü ildə, X11 22 yanvar 2*14-cü il tarixdə ölmüşdür. *6 fevral 2**7-ci il tarixli, 4Ə-1-95 nömrəli bağışlanma müqaviləsinə əsasən X2 şəhəri, Nizami rayonu, Qızıl Hacılı küçəsi, 2-ci döngə, ev 3 ünvanında yerləşən mənzili qızları Cavabdeh1 və Cavabdeh2 bağışlamışdır. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 7 saylı Dövlət Notariat Ofisinə qarşı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin X11 tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bağışlanmasına dair Gəncə şəhəri 7 saylı Dövlət Notariat Ofisində bağlanmış 15 fevral 2**7-ci il tarixli 4Ə-1-95 reyestr nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də həmin müqavilənin ləğv edilməsinə dair əsasları, habelə onları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 39*.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*5.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Həmin Məcəllənin 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1159.1.3-cü maddələrinə görə birinci növbədə ölənin uşaqları miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideynlərinə çatası paydan bərabər miras alırlar. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 67*.1, 67*.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2*12-ci il tarixli qərarında izah olunmuşdur ki, MM-in 673.1-ci maddəsində qeyd edilən «bağışlamaqdan imtina» müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda isə bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir. Mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarından görünür ki, 15 fevral 2**7-ci il tarixli 4Ə-1-95 reyestr nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi İddiaçı əmlak hüquqlarının bu və ya digər qaydada artmasına səbəb ola bilər. Lakin hazırki halda iddiaçı 15 fevral 2**7-ci il tarixli 4Ə-1-95 reyestr nömrəli bağışlama müqaviləsinin əhəmiyyətsizliyinə təsir edən hal kimi həmin müqavilədəki imzanın həqiqiliyini mübahisələndirsə də 15 fevral 2**7-ci il tarixli 4Ə-1-95 reyestr nömrəli bağışlama müqaviləsinin ləğvini məhkəmədən xahiş etmişdir. Buna görə də iddiaya iddia tələbi həcmində baxılmışdır. Mülki işə məhkəmədə baxılarkən isə İddiaçı həmin müqavilənin ləğv edilməsinə əsas olan halları, eləcə onları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 7 saylı Dövlət Notariat Ofisinə qarşı «daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi» tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 357, 36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 7 saylı Dövlət Notariat Ofisinə qarşı «daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi» tələbi barədə iddiası təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-401/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-401/2023
21.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver