Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-410/2025 19.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X25 Şakir oğlunun sədrliyi, X11 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndələri (vəkil) Vəkil1 və X7, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə istifadə hüququnun itirilmiş hesab edilməsi”; Cavabdeh İddiaçı qarşı “evə istifadə hüququ tanınmaqla evə köçürülmə” tələbinə dair iddiaları üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “evə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus evdə olan istifadə hüququnun məhkəmə qaydasında itirilmiş hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh onun oğludur. Cavabdeh 2010-cu ildən ona məxsus evdən köçüb getmişdir. Cavabdeh ona atası olmadığını bildirmişdir. Qeyd edir ki, cavabdeh onun evində pasport qeydiyyatında durmaqla onun əlavə kommunal xərc ödəməsinə səbəb olur. Ona görə də cavabdeh ona məxsus evdən köçüb getdiyi üçün həmin evə istifadə hüququ məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında olan evə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “evə istifadə hüququ tanınmaqla evə köçürülmə” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Gəncə şəhəri Fəridə Əliyarbəyli küçəsi 15A saylı evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15A ünvanında yerləşən fərdi yaşayış evi babası Adıgözəl Həsənova məxsus olmuşdur. O, həmin evdə doğulub boya başa çatmışdır. 2001-ci ildə atası ilə anasının nikahları pozulduqdan sonra o, öz istəyi ilə atasının himayəsində qalmışdır. Təxminən 2002-ci ildə atası İddiaçı ikinci dəfə ailə qurmuşdur. 2010-cu ildə isə özü ailə qurmuşdur. Lakin ev darısqal olduğu üçün o, ailə qurub bir müddət bibisinin evində yaşamış, kirayə ev tutmuş, lakin ailəsi ilə birlikdə vaxtaşırı evə gedib gəlmişdir. Lakin 2024-cü ilin iyul ayında Gəncə İnzibati Məhkəməsindən telefonuna sms gəlmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, atası onu evdən qeydiyyatdan çıxarmaq üçün məhkəməyə müraciət etmişdir. Sonra isə evdən istifadə hüququnun itirilmiş hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, sözügedən yaşayış evi onun yaşayış yeridir. Onun başqa yaşayış yeri yoxdur. Onun evdə istifadə hüququ var. Ailəsi böyük olduğu üçün o, müvəqqəti olaraq evdən çıxıb kirayədə yaşamağa məcbur olmuşdur. Hazırda həyat yoldaşı ilə faktiki ayrılmış, nikahlarının pozulmasına dair Göygöl Rayon Məhkəməsinin icraatında iş vardır. Buna görə yaşayış yeri olan evə köçüb orada yaşamaq istəyir. Lakin hazırda iş üzrə cavabdeh olan atası İddiaçı onu həmin evə buraxmaq istəmir, onun evdən istifadə hüququnun itirilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, hazırda İddiaçı məxsus Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15 A saylı evə istifadə hüququ tanınmaqla onun, həyat yoldaşı X12 və yetkinlik yaşına çatmayan uşaqları – X13 və X9 həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Gəncə Şəhər Məhkəməsinin 12 mart 2025-ci il tarixli qərardadına əsasən Cavabdeh İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair hazırki Gəncə Şəhər Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “cavabdehin ona məxsus evdə olan istifadə hüququnun məhkəmə qaydası ilə itirilmiş hesab edilməsi” tələbinə dair 2(125)-410/2025 saylı mülki işlə bir icraatda baxılması üçün həmin mülki işə birləşdirilməsi və həmin mülki işə 2(125)-410/2025 statik nömrəsinin təyin edilməsi qərara alınmışdır. Məhkəmə iclasında birinci iddia üzrə İddiaçı etibarnamə üzrə nümayəndəsi (arvadı) X14 iddianı müdafiə edərək bildirdi ki, o, 2004-cü ildə İddiaçıla evlənmiş və Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15A saylı evə gəlin köçmüşdür. O, Hakimin ikinci nikahından olan arvadıdır. 2004-2010-cu illər ərzində Cavabdeh ünvan 2 ünvanda babası Adıgözəlin yanında yaşamışdır. Sənəd üzərində hüquqi ünvan eyni olsa da onların yaşadığı 15A saylı evin giriş çıxışı faktiki olaraq 15 saylı ünvandan ayrı olmuşdur. 2010-cu ildə İlkin evlənmək qərarına gəlmiş, lakin babası və nənəsi evlənəcəyi qızı İlkinə almamağı tövsiyə etmişlər. Buna görə İlkinlə babası Adıgözəl arasında mübahisə olmuş və 2010-cu ildə İlkin ünvan 2 evdən çıxıb getmişdir. Bundan sonra İlkin istədiyi qızla evlənmiş, o və əri Hakim İlkinin toyunda iştirak etmişlər. İlkin evləndikdən sonra Hakimlə onun yaşadığı Fəridə Əliyarbəyli küçəsi 15A saylı evin darısqal olmasını əsas gətirərək aldığı qızı kirayə tutduğu evə aparmışdır. 2015-ci ildə İlkinin babası Adıgözəl vəfat etmiş, bundan sonra vərəsəlik qaydasında ünvan 2 ev İlkinin bibisi Səbinənin, Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15A saylı ev isə əri Hakimin mülkiyyətinə keçmişdir. 2010-2024-cü illər ərzində İlkinin atası Hakimlə münasibətləri normal olmuş, biri-birilərinin evinə qonaq gedib gəlmişlər. Lakin 2024-cü ilin mart ayında bayram vaxtı İlkin onlara gəlmiş, söhbət zamanı atası və o, İlkinə gəlib sənədləşmə işinə çəkilmiş təxminən 1000 manat pula köməklik etməsi müqabilində Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15A saylı evin yanında ona torpaq verməyi, İlkinin orada hasar çəkib ev tikməyi təklif etmiş, İlkin isə pulunun olmadığını bildirib acıq edərək torpaq istəmədiyini deyərək getmişdir. Bundan sonra Hakimlə oğlu İlkinin arasında mübahisə olmuş və onların münasibəti pisləşmişdir. Bundan sonra Hakim hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, İddiaçı iddiasının təmin olunmasını, Cavabdeh iddiasının isə əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında birinci İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək İddiaçı iddiasının təmin, Cavabdeh iddiasının isə əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ona qarşı olan iddianı qəbul etməyib özünün iddiasını müdafiə edərək izahatında göstərdi ki, 2001-ci ildə atası Hakim anasından boşanmış, qətnaməyə əsasən o, atası Hakimin yanında qalmışdır. Daha sonra atası Hakim 2004-cü ildə Saidə adlı qadınla evlənmiş, ona görə də o, baba və nənəsinin yaşadığı ünvan 2 evdə qalmağa başlamış, 2004-2010-cu illərdə həmin evdə yaşamışdır. 2010-cu ildə evlənmək istədikdə babası Adıgözəl və nənəsi evlənəcəyi qızı bəyənməmiş, ona görə də babası Adıgözəl onu ünvan 2 evdən qovmuşdur. Bundan sonra o, toy etmiş, toyunda atası Hakim iştirak etmişdir. Atasının yaşadığı ünvan 2 ev darısqal olduğuna görə məcbur olub kirayədə yaşamağa başlamışdır. 2015-ci ildə babası Adıgözəl ölsə də qeyd edilən ünvanlara köçmək barədə iddia qaldırmamışdır. 2024-cü ildə atası ona gəlib yaşadığı evin yanında olan torpaq sahəsində ev tikməyi təklif etmiş, lakin ondan 1000 manat istədiyinə görə atası ilə münasibəti dəymişdir. Bundan sonra atası onun evdən qeydiyyatdan çıxması ilə bağlı əvvəlcə inzibati məhkəməyə, sonradan istifadə hüququnun itirilməsi ilə bağlı Gəncə Şəhər Məhkəməsinə iddia vermişdir. Hesab edir ki, onun yaşamağa heç bir yeri yoxdur. Ona görə də Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15A saylı evə istifadə hüququ tanınmaqla ailə üzvləri ilə birlikdə köçürülməlidir. Ona görə də özünün iddiasının təmin, ona qarşı olan iddianın isə rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 izahatında göstərdi ki, İddiaçı ikinci dəfə evləndiyi üçün İlkin məcbur olub ünvan 2 evdə nənə və babası ilə yaşamışdır. Çünki Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15A saylı ev darısqal olduğuna və orada Hakim öz arvadı ilə yaşadığına görə İlkin baba və nənəsi ilə yaşamışdır. Lakin 2010-cu ildə İlkin bir qızı sevdiyinə görə babası ilə münasibətləri pisləşmiş və babası onu ünvan 2 evdən çıxarmışdır. Həmin vaxt evlər ayrı olsa da məhlə eyni olmuş və bütün ev Adıgözəl kişinin adına olmuşdur. İlkin 2010-cu ildən hal hazıra kimi kirayədə qalmışdır. İlkinin atası ilə münasibəti yaxşı olsa da babası onu qovduğuna görə həmin ünvana getməmişdir. 2021-ci ildə mülk vərəsəlik qaydasında bölünən zaman İlkin atası Hakimdən pay istəmiş, lakin atası ona çatası hissənin iki balaca otaq olmasını əsas gətirərək ona pay verməmişdir. Lakin Hakim ona əvəzində torpaq sahəsi verməyi təklif etmişdir. İlkin isə ev tikməyə pulu olmadığını bildirmişdir. Buna görə də onların münasibətləri yenidən pozulmuşdur. İlkin hazırda kirayədə yaşadığına görə həmçinin onun ailə üzvləri olan arvadı və uşaqları da mübahisəli ünvana köçməlidir. Odur ki, İddiaçı iddiasının rədd, Cavabdeh iddiasının isə təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndələrinin, cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “evə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh İddiaçı qarşı “evə istifadə hüququ tanınmaqla evə köçürülmə” tələbinə dair iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 06 dekabr 2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 oktyabr 2024-cü il tarixli, 295 nömrəli məktubundan görünür ki, aparılmış araşdırma zamanı vətəndaş Cavabdeh ünvan 5 ünvanında faktiki yaşamadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 13 dekabr 2024 il tarixli, 3-21-3-33/2-14138/2024 və 3-21-3-33/2- 14133/2024 məktublarının surətindən görünür ki, xx xxxxxx 1987-ci il təvəllüdlü Cavabdeh və 06 yanvar 1992-ci il təvəllüdlü X6 adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlak olub-olmamasına dair arayışın verilməsi məktubuna baxılmışdır. xx xxxxxx 1987-ci il təvəllüdlü Cavabdeh və 06 yanvar 1992-ci il təvəllüdlü X6 adına Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələrinin arxiv məlumatlarında, Əmlak Məsələləri Dövlət Komitəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında və Respublika üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli Qeydiyyat sistemində məlumat yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 14 fevral 2024 il tarixli, 3-21-3-33/2-1800/2025 nömrəli məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən ünvan 6 ünvanında yerləşən daşınmaz əmlak Gəncə şəhər 1 saylı NO-nun xx.xx.2021-ci il tarix, 3M-346 reyestr nömrəli bölgü müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə verilmiş və onun adına xx.xx.2021-ci il tarixli, **********53-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 8 ünvanında yerləşən daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilir. 02 sentyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********59-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X10 notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi, ev 15 ünvanı X3 xüsusi mülkiyyətindədir. Qanun üzrə vərəsəlik hüququ haqqında 17 sentyabr 2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, 29 may 2015-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15 ünvanında yerləşən miras əmlakdan X8 və İddiaçı hər birinin payı ½ olmaqla irs almışlar. 05 noyabr 2021-ci il tarixli bölgü müqaviləsindən görünür ki, bölgüyə əsasən Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15 ünvanında yerləşən evin A,C,D,E,F, İ, tikililəri X5, B və H tikililəri İddiaçı qalmışdır. 08 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********59-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X10 notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi, ev 15 ünvanı ½ olmaqla X4 və İddiaçı xüsusi mülkiyyətindədir. 01 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X10 notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi, ev 15A ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edildi ki, birinci iddia üzrə İddiaçı Cavabdeh atasıdır. Cavabdeh 1987-ci ildə Gəncə şəhəri, Totanlı küçəsi 1-ci döngə ev 9 (yeni qaydalarla: ünvan 9 ünvanında doğulmuş, 2001-ci ildə İddiaçı boşanmış və Cavabdeh onun yanında qalmışdır. 2004-cü ildə İddiaçı Saidə Həsənova adlı şəxslə evlənmişdir. Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi ev 15 ünvanında həmin vaxt 2 fərqli giriş çıxışı olan ev olmuş, onlardan birində İddiaçı öz arvadı ilə, digərində isə İddiaçı atası Adıgözəl Həsənov öz ailəsi ilə yaşayırdı. Bu zaman Cavabdeh Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi ev 15 ünvanında yerləşən babasının yanında yaşamağa başlamışdır. 2010-cu ildə Cavabdeh evlənmək istədikdə babası Adıgözəl Həsənovla onun arasında mübahisə olmuş və İlkin Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi ev 15 ünvanında yerləşən babasına məxsus evdən çıxıb getmişdir. Bundan sonra Cavabdeh 2010-cu ildə evlənərək başqa ünvanda kirayədə yaşamağa başlamışdır. Həmin vaxtdan 2024-cü ilin mart ayınadək İddiaçıla İlkinin münasibətləri yaxşı olmuşdur. Lakin Cavabdeh evləndikdən sonra atası Hakimin yaşadığı ünvan 2 ünvanda yerləşən evin darısqal olmasını əsas gətirərək orada öz arvadı ilə yaşamaq istəməmişdir. 2015-ci ildə İlkinin babası Adıgözəl Həsənov vəfat etmişdir. Lakin yenə Cavabdeh ünvan 2 ünvanda yerləşən evə köçüb yaşamaq istəməmişdir. 2021-ci ildə mübahisəli evə İlkinin atası İddiaçı və bibisi Səbinə Həsənovanın vərəsəlik hüquqları tanınmış, daha sonra bölgü müqaviləsinə əsasən Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15 ünvanında yerləşən evin A,C,D,E,F, İ, tikililəri X5, B və H tikililəri İddiaçı qalmışdır. Bundan sonra onlar hər biri payına düşən hissələrə çıxarışlar almışlar. ünvan 2 ünvandan ünvan 10 2024-cü ildə İddiaçı oğlu İlkinə gəlib Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15A ünvanda ev tikib yaşamasını təklif etmiş, lakin sonuncu buna maddi imkanı olmadığını bildirərək bundan imtina etmiş, ona görə də onların arasında mübahisə olmuşdur. Bundan sonra İddiaçı oğlu Cavabdeh Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15A ünvandan istifadə hüququnun itirilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh isə həmin iddiaya etiraz etmiş və ayrıca icraatda İddiaçı qarşı evə istifadə hüququ tanınmaqla ailəsi ilə birlikdə mübahisəli Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15A ünvana köçürülmələri barədə iddia qaldırmışdır. Məhkəmənin qərardadına əsasən hər iki iddia üzrə mülki işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə əvvəlcə İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15A ünvana istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı iddianın uğurluluğuna münasibət bildirməyi lazım bilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qeyd edir ki, Cavabdeh mübahisəli Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15A ünvanına istifadə hüququ 2000-ci ilin sentyabrın 1-dən əvvəl yarandığından hazırki mübahisənin həlli ilə bağlı Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı və ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün və ya kənar şəxsin istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı (itməsi) ilə nəticələnir. İşin müəyyən olunmuş hallarından da görünür ki, mübahisəli evdə Cavabdeh qeydiyyatda olsa da, orada 15 ildir ki, orada yaşamır. Hətta Cavabdeh mübahisəli evdə köçüb yaşamaq üçün dəfələrlə imkan da olmuş, lakin onun özü bu imkandan imtina etmişdir. Bu isə məhkəmə üçün o qənaətə gəlməyə əsas verir ki, Cavabdeh mübahisəli Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15A saylı evdə uzun illər yaşamamaqla, onun orada yaşamasına dair ehtiyacı aradan qalxmış, həmin evə sonradan köçüb yaşamaq kimi hüquqi marağı da olmamışdır. Bundan başqa məhkəmə iclasında Cavabdeh 2010-cu ildə babası Adıgözəlin onu mübahisəli evdən qovmasını bildirsə də buna dair əsaslı sübutları təqdim edə bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məxsus Gəncə şəhəri Fəridə Əliyarbəyli küçəsi 15A saylı evin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsaslar aradan qalxdığından, onun həmin ünvanından istifadə hüququ itmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında, həmçinin qeyd etmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında daha sonra formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, formalaşdırdığı hüquqi mövqeyində qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, Cavabdeh İddiaçı məxsus Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15A saylı evin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxdığından, yəni hazırda onun həmin yaşayış sahəsinə ehtiyacı və hüquqi marağı olmadığından cavabdehin iddiaçıya məxsus evin tərkib hissəsindən istifadə hüququ itirilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan evdə pasport qeydiyyatında olması cavabdehin həmin evdən istifadə hüququ əldə etməsi kimi qiymətləndirilə bilməz və cavabdehin qeydiyyatı formal xarakter daşıyır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə İddiaçı mülkiyyətçi kimi kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbini irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 11 ünvanına olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə Cavabdeh İddiaçı qarşı “evə istifadə hüququ tanınmaqla evə köçürülmə” tələbinə dair iddiasına da qiymət verərək qeyd edir ki, onun mübahisəli evə olan istifadə hüququ itdiyindən, eləcə də onun ailə üzvü olan arvadı və uşaqlarının mübahisəli ünvana hər hansı hüquqları yaranmadığından Cavabdeh ünvan 11 ünvana olan istifadə hüquqları tanınmaqla, onunla birlikdə arvadı X12 və azyaşlı uşaqları X13 və X1 barədə tələbi təmin edilə bilməz. Bu səbəbdən həmin iddia tələbi əsasız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək belə qənaətə gəlir ki, birinci iddia tələbi təmin edildiyindən, birinci iddia üzrə iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutulub, İddiaçı ödənilməlidir. Bundan başqa Cavabdeh İddiaçı qarşı “evə istifadə hüququ tanınmaqla evə köçürülmə” tələbinə dair iddiası rədd edildiyindən onun tərəfindən ödənilmiş 100 (bir yüz) dövlət rüsumu həmin iddia üzrə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı iddia tələbi təmin edilsin. Cavabdeh Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi, ev 15A ünvanına istifadə hüquqları itirilmiş hesab olunsun. Həmin iddia tələbi üzrə məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat Cavabdeh tutulub, İddiaçı ödənilsin. Cavabdeh ünvan 11 ünvana istifadə hüquqları tanınmaqla, onunla birlikdə arvadı X12 və azyaşlı uşaqları X13 və X1 barədə iddiası rədd edilsin. Cavabdeh İddiaçı qarşı “evə istifadə hüququ tanınmaqla evə köçürülmə” tələbinə dair iddiası rədd edildiyindən onun tərəfindən ödənilmiş 100 (bir yüz) dövlət rüsumu həmin iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-410/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-410/2025
19.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver