Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-413/2023 27.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı payın naturda ayrılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı payın naturda ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin ½ hissədə naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçı ilə cavabdehin mülkiyyətindədir. Mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Cavabdehlə paylı mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinin bərabər paylarla bölünməsində razılığa gələ bilmirlər. Odur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/2 hissəsinin paylara uyğun naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə **********38-06301- 083002 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 19.5 kv.m olan qeyri yaşayış sahəsində İddiaçı payı 1/2 hissədə və Cavabdeh payı 1/2 hissədə olmaqla mülkiyyət hüquqları qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli, 10/1932 saylı ekspert rəyindən görünür ki, **********38-06301-083002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış üzrə İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 19,5 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı 1/2 hissə və Cavabdeh 1/2 hissə olmaqla payların ayrılmasının Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, **********38-06301-083002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 19,5 kv.m olan qeyri-yaşayış sahəsində İddiaçı payı 1/2 hissədə və Cavabdeh payı 1/2 hissədə olmaqla mülkiyyət hüquqları qeydə alınmışdır. Paylı mülkiyyətçilər həmin qeyri-yaşayış sahəsindən payların bölünməsində razılığa gələ bilmədiklərindən İddiaçı paylarının naturada ayrılması barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarından görünür ki, paylı mülkiyyətçilər ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsindən paylarının bölünməsində razılığa gələ bilmədiklərindən iddiaçı paylarının naturada ayrılması barədə məhkəməyə müraciət etmişdir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 10/1932 saylı ekspertiza rəyi ilə **********38-06301-083002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış üzrə İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 19,5 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı 1/2 hissə və Cavabdeh 1/2 hissə olmaqla payların ayrılmasının Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, **********38- 06301-083002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 19,5 kv.m olan qeyri-yaşayış sahəsindən İddiaçı və Cavabdeh paylarına mütənasib olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 10/1932 saylı ekspertiza rəyinə əlavə edilmiş bölgü layihəsinin sxemlərinə uyğun olaraq İddiaçı payı 1/2 hissədə və Cavabdeh payı 1/2 hissədə naturada ayrılaraq onlara verilməlidir. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci tərəflərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikavsı MPM-nin 216-220, 233 və 341-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 19,5 kv.m olan qeyri-yaşayış sahəsindən İddiaçı və Cavabdeh paylarına mütənasib olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 10/1932 saylı ekspertiza rəyinə əlavə edilmiş bölgü layihəsinin sxemlərinə uyğun olaraq İddiaçı payı 1/2 hissədə və Cavabdeh payı 1/2 hissədə naturada ayrılaraq onlara verilsin. Tərəflərdən müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-413/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-413/2023
27.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver