Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4144/2024 04.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 28A, mənzil 4-dən istifadə hüququnun itirilməsinə və onun yetkinlik yaşına çatmayan uşaqları X8, X7 və X3 mənzildən qeydiyyatdan çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili sonradan iddia tələbinin dəqiqləşdirilməsi – iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin xahiş etdi hissəsində qeyd olunan Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları X8, X7 və X3 mənzildən qeydiyyatdan çıxarılmasına dair tələbin iddia tələbindən çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə mübahisəli mənzilə - Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28A nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 68.6 kv.m ümumi, 39.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 4 nömrəli mənzilinə dair iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bu barədə iddiaçının adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil hazırda tam olaraq iddiaçının mülkiyyətindədir. Cavabdeh hazırda mübahisəli mənzildə pasport qeydiyyatındadır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2696/2024 nömrəli, xx.xx.2021ci il tarixli qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh, onun uşaqları X4, X2 və X5 Gəncə şəhəri, Nizami rayonu Yeni Gəncə qəsəbəsi, ev 28 mənzil 4 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28A nömrəli evin 4 nömrəli mənzili onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun oğludur. Həmin mənzili onun 5 yaşı tamam olan zaman almışdır. Oğlu Ruslan 2010-cu ildə X6 ilə ailə qurmuşdur. Lakin onun evində deyil, ayrıca aldığı Gəncə şəhərində Dubay bazarı adlanan ərazidə yerləşən evdə yaşamışlar. Həmin evdə onların 3 övladı olmuşdur. Oğlunun 3 uşağı olan X8, X7 və X9 da həmin mənzilə qeydiyyata alınmışlar. Sonradan, həmin məhləni satıb neçə illərdir tikib başa çatdırdığı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 2-ci mikrorayon, 28 may küçəsinin şərq tərəfində özünə məxsus mülkə köçürmüş, lakin ona məxsus mənzildə qeydiyyatda qalmışlar. Onların köçdükləri evin bütün şəraiti vardır, orada olan şərait iddiaçının özünün mənzilində olan şəraitdən qat-qat üstündür. Cavabdehin və uşaqlarının mənzildən istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsi ilə 2021-ci ildə məhkəməyə müraciət etmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin və uşaqlarının istifadə hüquqları itirilmiş hesab edilmişdir. Lakin bundan bir müddət sonra həyat yoldaşı ağır xəstələnmişdir. Cavabdeh demişdir ki, “məni mənzilə qeydiyyata salın, anamı Gürcüstana müalicəyə aparım”. Tək onun özünün müvəqqəti qeydiyyata düşməyinə razı olsa da, sonradan öyrənmişdir ki, o, uşaqları ilə birlikdə daimi qeydiyyata düşmüşdür. Artıq neçə ildir ki, cavabdeh ailəsi ilə birlikdə onun Yeni Gəncədə tikdirdiyi evdə yaşayır. Cavabdehin onun mənzilində qeydiyyatda qalması bir mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdır, o mənzilinə dair istədiyi kimi sərəncam verə bilmir, həm də əlavə kommunal xərclərini ödəməyinə səbəb olur. Cavabdeh dəfələrlə mənzilinə gəlib onunla dalaşmış, təhqir etmiş, mənzilindən çıxmağını tələb etmişdir. Cavabdeh 25 iyun 2024-cü il tarixdə saat 14:30 radələrində növbəti dəfə gəlib mənzilin qapısını təpiklə vuraraq açmış, yenə də mənzildən çıxmağını tələb edərək, onu itələyib yıxmışdır. Yıxılarkən başı divara dəyib huşunu itirmişdir. Təcili yardım gəlib onu ayıltmışdır. Bu vaxt qızı DİN “102” xidmət mərkəzinə zəng etmiş, polis əməkdaşları gələnədək cavabdeh qaçmışdır. Cavabdeh mənzildən 2010-cu ildən çıxıb getmişdir. Bu fakt xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsində müəyyən edilmişdir. 14 il ərzində cavabdeh, mənzildə yaşamaq üçün qayıtmamışdır. Cavabdehə verdiyi mülkdə ailəsi ilə birlikdə yaşadığı üçün hazırkı mənzildən istifadə etməsinə ehtiyacı yoxdur. Bir halda ki, cavabdeh 14 ildir mübahisəli mənzildə yaşamır və o cavabdehə ailəsi ilə birlikdə yaşaması üçün mülk tikdirib vermişdir, cavabdehin hazırda yaşadığı mənzildən istifadə hüququ itirilmiş hesab olunur. Lakin dəfələrlə ona bildirsə də cavabdeh mənzildən qeydiyyatdan çıxmaqdan imtina etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdeh 14 ildir ki, həmin mənzildə yox, onun cavabdehə tikdirdiyi fərdi yaşayış evində yaşayır. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı və cavabdeh ata-oğuldur. İddiaçının biri mənzil, biri də fərdi yaşayış evi olmaqla, özünəməxsus iki evi var. Mənzildə iddiaçının özü yaşasa da, fərdi yaşayış evini oğlu, yəni cavabdeh və ailəsinin yaşaması üçün tikdirdiyindən hazırda həmin evdə cavabdeh öz ailəsi ilə birlikdə yaşayır. Cavabdeh özünəməxsus evi olmasına baxmayaraq hələ də mübahisəli evdə qeydiyyatda qalmağa davam edir. 2021-ci ildə məhkəmə qətnaməsi ilə cavabdehin mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilsə də, qətnamədən sonra cavabdeh anasının Gürcüstana müalicəyə aparılması üçün müvəqqəti qeydiyyata düşmək adı ilə mübahisəli mənzilə yenidən qeydiyyata düşmüşƏ lakin mübahisəli mənzildə bir gün də olsa yaşamamışdır. İddiaçı ilə cavabdeh arasında mübahisəli mənzil üstündə daim münaqişələr baş verir. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı onun atasıdır, onu və ailə üzvlərini mübahisəli evdən çıxaraq çölə atmaq istəyir. Sözügedən mənzildə heç vaxt yaşamamışdır, indi də yaşamır. Olakin onun hazırda yaşadığı fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədi - çıxarışı yoxdur, buna görə də qeydiyyata düşmək üçün heç bir yeri olmadığından iddiaçıya – atasına məxsus sözügedən mənzilə qeydiyyata düşmüşdür. 2021-ci ildə çıxan qətnamədən isə xəbəri olmamışdır. Qeydiyyatdan çıxsa qeydiyyata düşməsi üçün başqa ünvan yoxdur. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh, X7, X8 və X1 şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 28A mənzil 4 ünvanda yerləşən mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 524 nömrəli 01 aprel 2013-cü il tarixli “fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında sərəncamından görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mikrorayon, 28 May küçəsinin şərq tərəfində yerləşən 400,0 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2696/2024 nömrəli, xx.xx.2021ci il tarixli qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh, onun uşaqları X4, X2 və X5 Gəncə şəhəri, Nizami rayonu Yeni Gəncə qəsəbəsi, ev 28 mənzil 4 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilmişdir. Həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, cavabdeh mübahisəli mənzildən 2010-cu ildən çıxıb gedərək 11 il ərzində həmin mənzilə qayıdıb yaşamamışdır. Bu isə onun həmin mənzildən istifadə etməyə ehtiyacı olmadığını göstərir. Məhkəmə hesab etmişdir ki, cavabdehin 11 ildir çıxıb gedərək yaşamadığı mübahisə predmeti olan mənzildə formal olaraq qeydiyyatda qalmağı iddiaçının həmin mənzil üzərində həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır. Beləliklə, hazırkı işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, həmin məhkəmə qətnaməsindən sonra cavabdeh yenidən sözügedən mənzil üzrə qeydiyyata düşmüşdür. Hazırda iddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 28A, mənzil 4-dən cavabdehin yaşayış sahəsinə istifadə hüququnun itirilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarının öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında hazırkı mübahisə üzrə hüquq münasibətləri 2021-ci ildən sonra yarandığından, hazırkı mübahisəyə mənzil Məcəlləsinin 30.1-ci maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2021-ci ildən sonra yarandığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması, habelə yaranmışdırsa itirilibitirilməməsi məsələləri hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd edilən müddəalardan da göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması üçün onların mülkiyyətçinin ailə üzvü, yəni arvadı (əri), uşaqları və valideynləri olması və həmin şəxslərin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşamaları əsas şərtdir. Göründüyü kimi, cavabdeh iddiaçının oğlu olsa da, heç vaxt mübahisəli mənzildə yaşamamışdır. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, cavabdeh rəsmi qeydiyyatda olsa belə, göstərilən müddəaların mənası baxımından mənzilin hazırkı mülkiyyətçisinin – iddiaçının ailə üzvü hesab edilmədiyindən onun mənzilə istifadə hüququ yaranmamışdır, 2021-ci ildən sonrakı qeydiyyatı isə yalnız formal xarakter daşıyır. Odur ki, mövcud olmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi təmin oluna bilməz. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunmadığından, MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-4144/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4144/2024
04.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver