Məhkəmə qərarları › İş №2(125)-4190/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4190/2023

25.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4190/2023 25.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Adil oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən **********00451 nömrəli abonent koduna hesablanmış 1036.80 manat borcun silinməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Gəncə X7 İdarəsinin Gəncə xidmət sahəsinin əməkdaşları tərəfindən X2 məxsus evin küçə tərəfində quraşdırılmış mexaniki sayğac dəyişdirilərək elektron tipli sayğac quraşdırılmışdır. Cavabdeh Gəncə X7 İdarəsinin Gəncə sahəsii təfmdən 14 iyun 2022-ci il tarixdə ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT tərtib edilmişdir. Aktda qüsur kimi “mexaniki sayğacın üst hissəsindən deşilib (ekranı) qeyd edilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, barəsində 14 iyun 2022-ci il tarixdə ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş AKTqanunsuz və əsassızdır. Belə ki, sayğacın qurşdırıldığı ev ona məxsus deyil və sayğac evin sahibəsi mərhum X1 adına qeydiyyatdadır. Eləcə də Gəncə X7 İdarəsinin Gəncə sahəsinin əməkdaşları tərəfindən fərdi yaşayış evinin küçə tərəfinə quraşdırılmış mexaniki sayğaca baxış keçirilərkən ona yeni sayğac quraşdırılacağı üçün akt tərtib edildiyi bildirilmiş və akta imza atmağı təklif olunmuşdur. Həmin vaxt akt doldurulmamış ona boş blanka imza atdırılmışdır. Bu səbəbdən aktda nə yazıldığından xəbəri olmamış və tərtib edilmiş AKT-la tanış edilməmişdir. Cavabdeh Gəncə X7 İdarəsinin Gəncə xidmət sahəsi tərəfindən tələb edilən 1036.80 manat borcun ödənilməsini ondan tələb etməsi əsassızdır, çünki tərəfimizndən mexaniki sayğaca hər hansı bir müdaxilə olnmamış və dəyişdirildiyi günədək qüsursuz işləmişdir. Əgər qüsur olmuş olsaydı, o, zaman vaxtında nəzarətçilərin bundan məlumatı olardı və aidiyyatı qurum tərəfindən bu barədə qüsur aktı tərtib edilmiş olardı. Odur ki, ondan tələb edilən məbləğ əslində mütəmadi sayğaclara nəzarət edən əməkdaşlardan alınmalıdır. Hesab edir ki, iddia tələbi təmin edilməli və ona Cavabdeh Gəncə X7 İdarəsinin Gəncə xidmət sahəsinin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarına görə hesablanmış 1036.80 manat vəsait üzərimdən silinməli və məndən bu günədək tutulmuş 406.76 manat geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, borcun hesablandığı **********00451 nömrəli abonent kodlu ev X2 məxsusdur və o, vəfat etmişdir, həmin evdə hazırda iddiaçı yaşayır, bu səbəbdən əsassız hesab etdiyi borcun silinməsi barədə iddiayla məhkəməyə o, müraciət etmişdir. İddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tələbə etiraz edərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00451 nömrəli abonent kodu üzrə sayğaca baxış keçirilmişdir. Sayğacın hesablama mexanizmi üst hissəsindən deşilmişdir (ekranı). Dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilsin. İş materiallarında olan abonent saldosundan görünür ki, Gəncə şəhəri, Totanlı qəsəbəsində yerləşən evdə X1 adına olan **********00451 nömrəli abonent kodu üzrə 1036.80 manat borc hesablanmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf iddiaçıya borc hesablasa da, qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsi və ya həmin borcun əsaslı hesablanması faktını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1036.80 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış 1036.80 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən **********00451 nömrəli abonent koduna qaz sərfinə görə hesablanmış 1036 (min otuz altı) manat 80 (səksən) qəpik borc silinsin. Cavabdehndən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar