Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4237/2025 15.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçıların etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Müzabil qızı və İddiaçı3 Müzabil qızının Cavabdeh qarşı “payın naturada ayrılması, ayrılması mümkün olmadıqda payın açıq hərrac vasitəsi ilə satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Müzabil qızı və İddiaçı3 Müzabil qızı Cavabdeh qarşı “payın naturada ayrılması, ayrılması mümkün olmadıqda payın açıq hərrac vasitəsi ilə satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, X1 küçəsi, 1-ci dalan, ev 5, - yeni qaydalarla: Gəncə şəhəri, X1 küçəsi, giriş 33-də yerləşən fərdi yaşayış evinə İddiaçı1 ¼ hissə, İddiaçı2 Müzabil qızının ¼ hissə, İddiaçı3 Müzabil qızının ¼ hissə və cavabdeh olan Cavabdeh ¼ hissəsində paylarının müəyyənləşdirilməklə naturada ayıraraq onlara verilməsi, bu mümkün olmadıqda həmin evin hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçıların etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Vəkil məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddiaçılara qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmçinin məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 Müzabil qızı və İddiaçı3 Müzabil qızının Cavabdeh qarşı “payın naturada ayrılması, ayrılması mümkün olmadıqda payın açıq hərrac vasitəsi ilə satılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4237/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4237/2025
15.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver