Məhkəmə qərarları › İş №2(125)-4246/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4246/2023

31.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4246/2023 31.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, cavabdeh Azərbaycan Texnologiya Universitetinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı 1602 manat məbləğində pulun ona geri qaytarılması yaxud da, 4-cü və 5-ci kurs üçün nəzərdə tutulmuş təhsil haqqı ilə əvəzləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödədiyi 1602 manat məbləğində pulun ona geri qaytarılması və yaxud 4-cü və 5-ci kurs üçün nəzərdə tutulmuş təhsil haqqı ilə əvəzləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsininin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «Azərbaycan Texnologiya Universitetinə qarşı 1602 manat məbləğində pulun geri qaytarılması yaxud, 4-cü və 5-ci kurs üçün nəzərdə tutulmuş təhsil haqqı ilə əvəzləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün baxılmamış saxlanmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı 1602 manat məbləğində pulun qaytarılması yaxud, 4-cü və 5-ci kurs üçün nəzərdə tutulmuş təhsil haqqı ilə əvəzləşdirilməsi öhdəliyinin Azərbaycan Texnologiya Universitetinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar