Məhkəmə qərarları › İş №2(125)-4273/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4273/2024

19.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4273/2024 19.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhəri 5 saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, X9 və X4 cəlb edilməklə) "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Gəncə Şəhəri 5 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin Notariat ofisinin *5 fevral 2*24-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə aralarında bağlanmış 2*22-ci il tarixli, BK129/MKOS-2*22 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə 1**** manat məbləğində kredit verilmişdir. Təxminən *5 iyun 2*24-cü il tarixdə iş yerindən mühasib ona bildirmişdir ki, barəsində *5 fevral 2*24-cü İl tarixli icra qeydi daxil olmuşdur. O, dərhal banka müraciət edərək, məsələ barəsində maraqlandıqda, bank tərəfindən ona barəsində *5 fevral 2*24-cü il tarixli icra qeydinin surəti təqdim edilmişdir. Həmin icra qeydi BK129/MKOS-2*22 saylı kredit müqaviləsi əsasında Gəncə şəhəri 5 saylı notariat ofisində verilmişdir. O, *7 iyun 2*24-cü il tarixdə icra qeydinin ləğvi ilə bağlı poçt vasitəsi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)- 3934/2*24 saylı, 14 iyun 2*24-cü il tarixli qərardadı ilə ona iddia ərizəsi geri qaytarılmışdır. Hazırda iddia ərizəsində göstərilən nöqsanları aradan qaldırdığından yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən icra qeydi verilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, BK129/MKOS-2*22 saylı kredit müqaviləsi üzrə onun tərəfindən kredit götürüldüyü tarixdən 11 iyun 2*24-cü il tarixədək ödənişlər olunmuşdur. Lakin *5 fevral 2*24-cü il tarixli icra qeydində ödənilməmiş 78*5 manat 31 qəpik, bundan əlavə 1219 manat 38 qəpik məbləğində cərimə (penya), tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9*49 manat 69 qəpik qeyd edilmişdir. Məhz bu səbəbdən həmin kreditlə bağlı ödədiyi ödənişlərini təsdiq edən sənədi ərizəsinə əlavə etmişdir. Halbuki, kredit müqaviləsi üzrə əsas borcun, cərimə, penyanın hansı məbləğdə olmasını müəyyən etmək üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilməlidir. Gəncə şəhəri 5 saylı notariat ofisi icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozmuşdur. Digər tərəfdən, notariat icra qeydi haqqında ərizədə kredit müqaviləsi üzrə cərimənin 1219 manat 38 qəpik təşkil etməsi göstərilsə də, həmin məbləğin hansı qaydada hesablanması göstərilməmiş, notariat orqanı da icra qeydi verərkən bu məsələni aydınlaşdırmamışdır. Məhkəmə gedişi ərəfəsində kredit və zaminlik müqavilələri üzrə kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti, zaminlər X9 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və icra qeydinin ləğv edilməsini xahiş etdi. Həmçinin əlavə etdi ki, banka borcu olduğunu qəbul edir, bankdan 1**** manat məbləğində kredit götürdükdən sonra əri öldüyündən ödənişlər etməkdə maddi cəhətdən çətinlik çəkmişdir, buna görə də bankla aylıq 2** manat ödənilməsinə razılaşmışdır. O icra qeydində göstərilən əsas borcu qəbul edir, hətta həmin məbləği ödəməyə də razıdır. Lakin icra qeydində tələb olunan cərimə həddən artıq yüksəkdir, belə ki, kredit götürüldüyü tarixdən 11 iyun 2*24-cü il tarixədək ödənişlər etmişdir. Bundan başqa, icra qeydi onun xəbəri olmadan verilmişdir, bank borcunun olması barədə ona məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı tərəfindən 1**** manat məbləğində kredit götürülübdür, digər üçüncü şəxslər isə həmin kredit müqaviləsi üzrə zamin olmuşlar. İcra qeydindən həm iddiaçı, həm də digər üçüncü şəxslər məlumatlı olub, lakin öhdəlik icra olunmadığından qanunla müəyyən edilmiş vaxtda və qaydada iddiaçıya və üçüncü şəxslərə bu barədə rəsmi sənəd göndərildikdən sonra icra qeydi icraya yönəldilibdir. İş üzrə cavabdeh Gəncə Şəhəri 5 saylı Notariat Ofisinə, üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, X8 və X3 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat göndərilməsinə baxmayaraq, cavabdeh Gəncə Şəhəri 5 saylı Notariat Ofisinin və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, həmçinin digər üçüncü şəxslər X9 və X4 məhkəmə iclasına gəlməmişdir. Cavabdeh Gəncə Şəhəri 5 saylı Notariat Ofisi və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Digər üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin, həmçinin digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarında olan, "xxxx" ASC (bank) ilə İddiaçı (borcalan) arasında bağlanmış 19.*5.2*22-ci il tarixli, BK 129/MKOS-2*22 saylı kredit müqaviləsindən görünür ki, Bank borcalana 36 ay müddətinə qaytarmaq şərti ilə illik 24 faiz dərəcəsi ilə 1**** manat məbləğində kredit vermiş, borcalan isə bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin, X9 və X4 bankla aralarında bağlanmış 19.*5.2*22-ci il tarixli, 129/MKOS- 2*22 saylı zaminlik müqaviləsinə əsasən borcalanın bankdan 36 ay müddətinə, illik 24 faiz olmaqla aldığı 1**** manat məbləğində kreditin (kredit kartı), həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə (notariusun icra qeydi) xərclərinin Banka ödənilməsi üçün birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən 12.*1.2*24-cü il tarixli bildiriş tərtib edilərək, İddiaçı, X5 və X1 müqavilə üzrə 12.*1.2*24-cü il tarixə "xxxx" ASC-yə 6976,53 manat əsas, 823,28 manat faiz, 1219,38 manat cərimə borcu olmaqla, cəmi 9*19,19 manat məbləğində borcun 3 gün müddətində ödənilməsi tələb olunmuş, onlara Bank qarşısında yaranmış borcun 2* gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydinin aparılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan “Express Mail Service” tərəfindən verilmiş TA**8*73499AZ, TA**8*73485AZ və TA**8*735*8AZ ştrix kodlu qəbzlərin surətindən görünür ki, «icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş» ayrı-ayrılıqda İddiaçı, X7 yaşadıqları ünvan 1 ünvanına və X2 yaşadığı ünvan 2 ünvanına göndərilmiş, İddiaçı və X8 ayrıca ünvanlanmış bildiriş İddiaçı tərəfindən, X3 ünvanlanmış bildiriş isə özü tərəfindən şəxsən 16.*1.2*24-cü il tarixdə imzalanaraq qəbul edilmişdir. İş materiallarında olan ödənişləri əks etdirən cari hesaba mədaxil qəbzi, orderlərindən və 19.*5.2*22-ci il tarixdən *4.*7.2*24-cü il tarixədək əməliyyatları əks etdirən hesabdan çıxarışdan görünür ki, İddiaçı 16.*7.2*22-ci il tarixdə 4** manat, 18.*7.2*22-ci il tarixdə 4** manat, 18.*8.2*22-ci il tarixdə 3** manat, 23.*8.2*22-ci il tarixdə 85 manat, 2*.*9.2*22-ci il tarixdə 393 manat, 21.1*.2*22-ci il tarixdə 37* manat, 24.1*.2*22ci il tarixdə 12 manat, 25.1*.2*22-ci il tarixdə 1 manat, 17.11.2*22-ci il tarixdə 35* manat, 23.11.2*22-ci il tarixdə 43 manat, 28.11.2*22-ci il tarixdə 12 manat, 15.12.2*22-ci il tarixdə 393 manat, 19.*1.2*23-cü il tarixdə 393 manat, 22.*2.2*23-cü il tarixdə 16* manat, 23.*2.2*23-cü il tarixdə 16* manat, 27.*2.2*23-cü il tarixdə 2** manat, 28.*2.2*23-cü il tarixdə 33 manat, 28.*3.2*23-cü il tarixdə 392 manat, 25.*4.2*23-cü il tarixdə 1** manat, 28.*4.2*23-cü il tarixdə 1** manat, *3.*5.2*23-cü il tarixdə 1** manat, 12.*5.2*23-cü il tarixdə 92 manat, *8.*6.2*23-cü il tarixdə 2** manat, *9.*6.2*23-cü il tarixdə 2** manat, 1*.*7.2*23-cü il tarixdə 3** manat, 14.*7.2*23-cü il tarixdə 2** manat, 17.*7.2*23-cü il tarixdə 2** manat, 31.1*.2*23-cü il tarixdə 2** manat, *1.12.2*23-cü il tarixdə 2** manat, 11.*3.2*24-cü il tarixdə 2** manat, 12.*3.2*24-cü il tarixdə 5* manat, *6.*4.2*24-cü il tarixdə 25* manat, 14.*5.2*24-cü il tarixdə 25* manat, 1*.*6.2*24-cü il tarixdə 2** manat, *4.*7.2*24-cü il tarixdə 5 manat ödəniş etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə "xxxx" ASC arasında 19.*5.2*22-ci il tarixli, BK 129/MKOS-2*22 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 36 ay müddətinə qaytarmaq şərti ilə illik 24 faiz dərəcəsi ilə 1**** manat məbləğində kredit verilmiş, eyni zamanda həmin kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC ilə X9 və X4 arasında 19.*5.2*22-ci il tarixli, 129/MKOS-2*22 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca icra etmədiyindən, bank qarşısında 9*19,19 manat borcu yaranmışdır. Bank tərəfindən 12.*1.2*24-cü il tarixdə borcalana və zaminlərə yaranmış borc öhdəliyi 2* gün müddətində icra edilməyəcəyi təqdirdə icra qeydinin aparılması barədə bildiriş göndərilmiş, həmin bildiriş İddiaçı, X9 və X4 tərəfindən 16.*1.2*24-cü il tarixdə qəbul edilmişdir. Lakin borcalan və zaminlər tərəfindən verilmiş müddət ərzində borc öhdəliyi icra edilməmişdir. Bundan sonra "xxxx" ASC borcalanın və zaminlərin kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Gəncə şəhəri 5 saylı Notariat Ofisi tətərəfindən *5.*2.2*24-cü il tarixdə müvafiq icra qeydi verilmişdir. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 15-ci hissəsinə əsasən, dövlət notariusu icra qeydləri aparır. Həmin qanunun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Həmçinin, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 161-ci bəndində göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. “Notariat haqqında” qanunvericiliyin tələbinə uyğun olaraq, "xxxx" ASC icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 2* gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərdikdən sonra icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı bank notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etmişdir. Qeyd edilən müddəalardan da göründüyü kimi, icra qeydinin verilməsi üçün qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur. Belə ki, icra qeydinin verilməsi üçün ən vacib şərt borcun mübahisəsiz olmasıdır. Məhkəmə qeyd edir ki, iş materiallarından da məlum olur ki, icra qeydi verilməzdən 2* gün əvvəl "xxxx" ASC müvafiq bildiriş göndərərək borcludan və zaminlərdən kredit müqaviləsi üzrə borcu tələb etmiş, borcalan 16.*1.2*24-cü il tarixdə borcun ödənilməsi barədə bildirişi aldıqdan sonra 2* gün müddətində borcu mübahisələndirməmiş, icra qeydi verilən vaxtı kredit müqaviləsi üzrə borcunu tam ödəməmişdir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, sözügedən icra qeydi verilərkən borc mübahisəsiz olmuşdur. Digər bir şərt isə tələbin Mülki Məcəllənin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddəti çərçivəsində irəli sürülməsidir ki, iş materiallarından da göründüyü kimi, müqavilə 19.*5.2*22-ci il tarixdə 36 ay müddətinə bağlanmışdır ki, bu halda müqavilənin qüvvədə olma müddəti hələ başa çatmamış icra qeydi aparılmışdır. Bütün bunlarla yanaşı, məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunun mənasından da göründüyü kimi, tələbkarın borcluya icra qeydinin verilməsindən əvvəl bildiriş göndərməməsi icra qeydinin verilməsini istisna edən başlıca amildir. Yəni, bu məlumatın göndərilmədiyi halda icra qeydinin aparılması mümkün deyil. Tələbkar bu məlumatın göndərilməsi ilə bağlı üzərinə düşən vəzifəni icra etmiş, icra qeydinin verilməsi ilə bağlı müraciət etməzdən əvvəl borcalana, habelə zaminlərə müvafiq məlumatı göndərmişdir, həmin bildirişləri alsalar da borcalan və zaminlər borcun məbləğini mübahisələndirməmişlər. Digər tərəfdən, borcalan iddiaçı hazırkı məhkəmə iclaslarında sözügedən bildirişdən məlumatsız olmasını yalnız ümumi sözlərlə ifadə etmiş, iş materiallarına əlavə edilən poçt sənədlərindəki qeydlərə hər hansı etiraz etməmişdir. Həmçinin, kredit müqaviləsi üzrə borcun olduğunu inkar etməyən iddiaçının icra qeydindən əvvəl borcunun olmasından xəbərsiz olmasını məhkəmə inandırıcı hesab etmir. Beləliklə, iş materiallarında icra qeydinin qanuni aparılmasını istisna edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, icra qeydi qanuni olduğundan ləğv edilə bilməz. Odur ki, iddia təmin edilməməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. İddia təmin olunmadığından, Mülki Prosessual Məcəllənin (MPM) 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-22*, 227 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Gəncə Şəhəri 5 saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, X9 və X4 cəlb edilməklə) "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar