Məhkəmə qərarları › İş №2(125)-4343/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4343/2023

25.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4343/2023 25.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X13 və nümayəndəsi (vəkili) X7, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Gəncə şəhəri 1 saylı Notariat ofisi və Maraqlı şəxs2) “miras əmlaka payın müəyyən edilməsi və sair” tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ərizə və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3ndan qalmış Gəncə şəhəri Azərbaycan küçəsi 14-cü dalan 16 saylı miras əmlaka payının tanınmasına, 2V-1-29 reyestr nömrəli 28.*1.2*13-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bu şəhadətnamə əsasında verilmiş 2*2*13**45*31*3*1 reyestr nömrəli 1513**1374 qeydiyyat nömrəli 2*.*2.2*13-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında Gəncə şəhər 6 saylı notariat ofisində bağlanmış 4Ə-24 reyestr nömrəli 28.*1.2*23-cü il tarixli bağışlama müqaviləsinin, bu müqavilə əsasında verilmiş 2***13**2324-1*3*1 reyestr nömrəli 1523**3953 qeydiyyat nömrəli 29.*1.2*23-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Azərbaycan küçəsi 14-cü döngə 16 saylı mülk Kirovabad şəhəri X16 İcraiyyə Komitəsinin *2.*3.1956-cı il tarixli 5-1122 reyestr nömrəli müqaviləyə əsasən X11 fərdi yaşayış evinin tikintisi üçün 45*,* kvm torpaq sahəsi ayrılmışdır. Gəncə şəhər Kəpəz rayon İHB 19 dekbr 2*12-ci il tarixli Sərəncamına əsasən mülkdə inşa edilmiş tikililər dövlət qeydiyyatına alınmış, 26.*1.2*13-cü il üftrixli 2*2*13**45*3-1*3*1 reyestr nömrəli 1513****77 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X4 *4.*3.1998-ci ildə, anası X14 *8.*3.2**9-cü ildə vəfat ediblər. Onların birgə nikahdan 5 evladı olmuşdur: X19 (12.12.2*12-ci ildə vəfat edib), Mövsümova (Əliyeva) Sevda Yaqub qızı, Eyvazova (Əliyeva) Sevil Yaqub qızı, Cavabdeh və İddiaçı. Ondan başqa atasının bütün evladları atası rəhmətə gedənə dək ailə quraraq qızlar ər evlərinə, qardaşı Ələkbər isə özünə məxsus evə köçmüşlər. Atası 1998-ci ildə rəhmətə gedəndə miras mülkdə o, ailəsi ilə və mərhum anası yaşamışdır. Yas mərasiminin və atasının dəfni ilə bağlı bütün xərcləri o çəkmişdir. Mirası qəbul edərək faktiki istifadə etməyə başlamış, həmin mülkdə tikili inşa etdirmiş, təmir işləri aparmış və ailəsi, anası ilə həmin əmlakda yaşamışdır. İşi ilə əlaqədar mütamadi olaraq Rusiya Federasiyasına getmiş və Respublikaya qayıdanda öz mülkündə daim yaşamışdır. İldə ən azı 2-3 dəfə Gəncəyə gələrək, mülkündə yaşayıb, mülkə dair yığılmış müxtəlif vergi və ödəmələri ödəmiş, anasına yardım etmiş, bütün ehtiyyaclarını qarşılamişdır. Cavabdeh 2**5-ci ildə ərindən rəsmi boşanıb. Bir necə il cavabdeh uşaqları ilə kiraye menzildə qalıb. Anası 2**9cu ildə rəhmətə gedəndə yas mərasiminin və anasının dəfni ilə bağlı bütün xərclərini o çəkmişdir. Bacıları və o cümlədən cavabdeh bunu yaxşı bilir. Anası rəhmətə gedəndən sonra o, cavabdehə uşaqları ilə birgə onun istifadəsində olan mülkdə müvəqqəti yaşamasına icazə vermişdir ki, o işi ilə əlqədar Respublikanı tərk edəndə ev boş qalmasın. Lakin o, faktiki qəbul etdiyi və istifadəsində olduğu miras mülkə rəsmi pasport qeydiyyatına düşməsinə və həmin mülkə dair hər-hansı işlərin görülməsinə icazə verməmişdir. Son zamanlar cavabdeh o, Gəncəyə gələndə özünü çox müəmmalı aparmış və yekunda aralarında narazılıq yaranmışdır. Məhz, bu hərəkətlərdən sonra məlum oldu ki, o saxta yollarla vərəsəlik edib, faktiki ona məxsus ata mülkünü öz adına rəsmiləşdirib. Sorğu əsasında daşınmaz əmlakdan arxiv məlumatları aldıqdan sonra, notarait işinin də arxiv sənədlərini rəsmi yolla əldə etmişdir. Cavabdeh saxta yolla küçə üçlüyündən arayış almış və bunun əsasında notariat orqanını aldadaraq, heç bir digər vərəsələrin olmaması barədə ərizə tərtib edib. Faktiki olaraq öz bacı qardaşlarını gizlədib. Cavabdeh 2*13-cü il tarixədək Gəncə şəhəri D.Qorqud küçəsi bina 7 mənzil 47-də rəsmi pasport qeydiyyatında olub, yəni atası rəhmətə getməzdən öncə ərə gedib və həmin dövrdən qeyd olunan miras mülkdən rəsmi pasport qeydiyyatından çıxıb. Notariat işinin içində 167 saylı küçə üçlüyü tərəfindən verilmiş 29.*1.2*13-cü il tarixli arayışda mərhum atasının heç bir ailə üzvünün olmadığı, cavabdehin həmin mülkdə mərhum atası vəfat edən günə qədər yaşadığı və həmçinin başqa ünvanda pasport qeydiyyatın da olması kimi hallar qeyd edilmişdir. Halbuki həmin dövrdə o, əri ilə boşanmamış və bir ailə kimi rəsmi pasport qeydiyyatında olan mənzildə yaşamışlar. Bundan əlavə cavabdeh notariat orqanına təqdim etdiyi 3*.*1.2*13-cü il tarixli ərizəsində atasının vəfatından sonra başqa heç bir vərəsənin qalmadığını ərizəsində qeyd etmişdir. Bu hal da tamamilə saxtadır. İddia ərizəsinə əlavə edilmiş Gəncə şəhər Qeydiyyat Şöbəsinin *6.*2.2*23-cü il tarixli arayışından tam aydın olur ki, atasının necə evladı olub. Küçə üçlüyü tərəfindən verilmiş sözügedən arayış saxtakarlıq yolu ilə notariat orqanını aldatmaq məqsədi cavabdeh tərəfindən alınmış və bu saxtakarlığı daha da mötəbər etmək üçün özüdə notariat orqanına təqdim etdiyi ərizələrində digər vərəsələrin, yəni bacılarını və onu gizlətmişdir və bununlada faktiki olaraq qanunsuz əməl törətmişdir. Məhkəmə iclasında iddiaçı tərəf hər biri ayrı-ayrılıqda ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) tələbə etiraz edərək təmin olunmamasına xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İİ seriyalı 281463 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X18 *4.*3.1998-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilən Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş *6.*2.2*23-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin çıxarışının surətindən görünür ki, X14 *8.*3.2**9-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilən Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş *6.*2.2*23-cü il tarixli “Nikah haqqında şəhadətnamə”nin çıxarışının surətindən görünür ki, X18 ilə X14 arasında 2*.*3.195*-ci ildə nikah bağlanmışdır. İş materiallarında olan 28.*6.1957-ci il tarixli, 475929 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1957-ci ildə Kirovabadda anadan olmuşdur. X3, anası X8r. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 24.*2.2*23-cü il tarixli məktubundan görünür ki, Kirovabad şəhər Baş memarı tərəfindən təsdiq edilmiş layihə və Kirovabad şəhər notariat kontorunda Kirovabad şəhəri X12 İcraiyyə Komitəsi ilə bağlanmış *2.*3.1956-cı il tarixli, 5-1122 reyestr nömrəli müqaviləyə əsasən X11 fərdi yaşayış evinin tikintisi üçün 45*.* kvm torpaq sahəsi ayrılaraq layihə verilmişdir. Dövlət arxivinin Gəncə filialının 28 dekabr 2*12-ci il tarixli, 224/3 nömrəli Axiv arayışı, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 19 dekabr 2*12-ci il tarixli, 665 nömrəli tikililərin qeydiyyata alınması barədə Sərəncamı, Gəncə şəhərinin Baş Memarı tərəfindən təsdiq edilmiş 2*.12.2*12-ci il tarixli razılaşdırılmış layihəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X9 adına qeydiyyata alınaraq 26.*1.2*13-cü il tarixli, 2*2*13**45*3-1*3*1 reyestr nömrəli (1513****77 qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı dövlət notariat kontorunun 28.*1.2*13-cü il tarixli, 2V-1-29 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəahdətnaməsinə əsasən fərdi yaşayış evinə dair Cavabdeh 2*.*2.2*13-cü il tarixli, 2*2*13**45*3-1*3*1 reyestr nömrəli (1513**1374 qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər 6 saylı notariat ofisinin 28.*1.2*23-cü il tarixli, 4Ə-24 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh tərəfindən X2 bağışlanmışdır və sonuncununa adına 29.*1.2*23-cü il tarixli, 2***13**2324-1*3*1 reyestr nömrəli (1523**3953 qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri 1 saylı Notariat ofisinin 28.*1.2*13-cü il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X9 vərəsəsi Cavabdeh Gəncə şəhəri, Azərbaycan küçəsi, 14 döngə, 16 saylı evi miras əmlak olaraq irs almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX serialı **94146 nömrəli 26.*1.2*13-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X9 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş *6.*2.2*23cü il tarixli arayışın surətindən görünür ki, X9 vərəsələri arvadı X14 (24.*6.1933) (*8.*3.2**9-cu ildə vəfat edib), oğlu X19 (*3.*4.1951) (12.12.2*12-ci ildə vəfat edib), qızı X15 (17.*4.1953), qızı X2* (17.*3.1955), oğlu İddiaçı (xx.xx.1957) və qızı Cavabdehdır (16.*4.1962). İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin *3.*8.2*23-cü il tarixli məktubundan görünür ki, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2**1-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı 1998-2**1-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkanımız xaricindədir. Bununla yanaşı, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı 2**2-2**9-cu illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Giriş 22.*6.2**6-cı il-Çıxış 28.*7.2**6-cı il, Giriş 16.*7.2**7-ci il-Çıxış *7.*8.2**7ci il, Giriş *4.*3.2**9-cu il-Çıxış 21.*4.2**9-cu il, Giriş 1*.12.2**9-cu il-Çıxış 21.12 2**9-cu ildir. Hazırkı iş üzrə iddiaçı miras əmlaka payının tanınması, dolayısıyla vərəsəlik hüququ haqqında şəhadətnamənin, şəhadətnamə əsasında verilmiş dövlət reyestrindən çıxarışın, bağışlama müqaviləsinin, bu müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab olunmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə miras əmlakın statusu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı əmlak daşınmaz əmlak dövlət reyestrində 26.*1.2*13-cü ildə qeydiyyatdan keçsə də, həmin dövrədək əmlakın dövlət qeydiyyatına alınması üçün bütün əsaslar mövcud idi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.9-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2*13-cü il yanvarın 1-dək) inşa edilmiş hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, ünvan 3 ünvanında yerləşən 16 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 26.*1.2*13-cü ildə qeydə alınmasına baxmayaraq mülkiyyət hüququna bərabər tutulan hüquqla mərhum X11 məxsus olduğu üçün miras əmlak hesab edilməlidir. Miras əmlakın qəbul edilməsi və miras paylarının müəyyən edilməsi ilə bağlı tətbiq ediləcək qanunvericilik normalarına münasibətdə məhkəmə qeyd edir ki, miras əmlakla bağlı iki mübahisə mövcuddur. Birinci mübahisə X9 vərəsələri arasında olan mübahisə, ikinci mübahisə isə X1* vərəsələri arasında olan mübahisədir. X18 *4.*3.1998-ci il tarixdə vəfat etdiyindən birinci mübahisə həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin normalarına uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*6.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilmiş hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X9 qanun üzrə birinci növbə vərəsələri arvadı X14, oğlu X19, qızı X15, qızı X2*, oğlu İddiaçı və qızı Cavabdeh olmuşdur. İddia ərizəsində bildirilmişdir ki, X9 vəfatından sonra mübahisəli əmlakda anası X14 ilə birlikdə yaşamış iddiaçı miras qalmış daşınmaz əmlakın faktiki idarə edilməsini və sahibliyini birliktə həyata keçirərək ona yiyələnmiş, digər vərəsələr isə nə notarial qaydada ərizə vermək yolu ilə, nə də miras əmlakı idarə edərək ona faktiki yiyələnməklə mirası qəbul etməmişdir. Lakin sübutetmə yükü daşıyan iddiaçı X5 miras qalmış əmlakı faktiki və (ya) formal qəbulunu təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Mülki işdəki ikinci mübahisə, yəni iddiaçının miras əmlakı birliktə faktiki qəbul etdiyini bildirdiyi X6 vərəsələri arasındakı mübahisə isə X14 vəfat etdiyi *8.*3.2**9-cu il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları ilə həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr hesab olunurlar (maddə 1159.1.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun faktiki və formal olmaqla iki forması müəyyən edilmişdir. X6 qanun üzrə birinci növbə vərəsələri X19, qızı X15, X2*, İddiaçı və Cavabdeh olmuşdur. İddia ərizəsində bildirilmişdir ki, X1 mübahisəli əmlakda birlikdə yaşadığı anası X6 vəfatından sonra iddiaçı mirası faktik qəbul etmişdir. Lakin iddiaçı miras əmlakı idarə etməyə başlamaqla, mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirasa yiyələnməyini, miras əmlakla öz mülkiyyəti kimi rəftar etməsini təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Beləliklə, iddiaçının miras əmlakı nə notarial qaydada ərizə vermək yolu ilə, nə də idarə edərək faktiki yiyələnməklə qəbul etməsi müəyyən olunmadığından miras əmlaka payın müəyyən edilməsi barədə əsas tələbə və dolayısıyla törəmə tələblərə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-22* və 36*cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Gəncə şəhəri 1 saylı Notariat ofisi və Maraqlı şəxs2) “miras əmlaka payın müəyyən edilməsi və sair” tələblərinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar