Məhkəmə qərarları › İş №2(125)-4371/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4371/2023

16.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4371/2023 16.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız qeyd edilmiş 299,20 manat qaz sərfiyyatı xərcinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus yaşadığı ünvan 1 ünvanında yerləşən evə dair ona süni və əsassız olaraq tətbiq edilmiş 299,20 manat qaz sərfiyyatı xərcinin ləğv edilməsi və bu məbləğdən ödədiyi 179 manatın ona geri qaytarılması haqqında qətnamə qəbul edilməsini, pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, ünvan 1 ünvanında tək yaşayır. Qaz İdarəsi tərəfindən qazın verilməsi dayandırılmış, kartı bloklanmışdır. 1 aydan çox müddət qazdan istifadə edə bilməmişdir. Bununla bağlı dəfələrlə qaz idarəsinə getmiş, ona “ASAN xidmət”ə gedib kartı almağı deyilmişdir. Kartı alıb, aktivləşdirmək üçün “ASAN xidmət”ə müraciət etdikdə, borcu olduğu və ödədiyi təqdirdə smart kartın ona verilməsinin mümkün olacağı deyilmişdir. 179 manat ödədiyi halda, hələ də 120 manat borcu qalmaqdadır. Tək yaşayan, ahıl bir adamın bu qədər qaz sərfiyyatı etməsinin qeyri-mümkün olduğunu və əsassız qeyd edilmiş borcun silinməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, istehlakçının istifadəsində olan qaz sayğacı istismar müddətinin bitməsinə görə sökülmüşdür. Bu barədə istehlakçı İddiaçı iştirakı ilə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmiş və qaz sayğacının hesabatı aparılarkən sayğacın elektron və mexaniki göstəriciləri arasında 2221 m3 fərq aşkar olunmuş və qazdan istifadəyə fərq hesablanmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı yeni smart kartın alınması üçün 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinə müraciət etmiş, borcu olduğu deyilmişdir. 179 manat manat ödəniş etmiş, qalan 107,1 manat borcun hissə-hissə ödənilməsi üçün razılaşma protokoluna imza ataraq təsdiq etmişdir. İddiaçının hesabında qalan borc sərf etdiyi qazın borcudur. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan İTRON tipli, G4 markalı, 1302AZ**********84 nömrəli qaz sayğacı açılaraq ZENNER tipli, G4 markalı, **********512 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi istismar müddətinin bitməsi olaraq qeyd edilmiş, digər qeydlər hissəsində isə elektron göstərici ilə mexaniki göstərici arasında fərq olduğu göstərilmişdir. İstehlakçı İddiaçı tərəfindən akta imza edilmişdir. xx.xx.2023-cü il tarixli, AKX-05424xx/xx-2023 nömrəli müqavilədən görünür ki, istehlakçı İddiaçı ilə qaz paylayıcısı Cavabdeh arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixli, 51831 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 179 manat ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşdırma protokolundan görünür ki, İddiaçı 107,1 manat debitor borcun karta hər ödəmədə 50% hissə-hissə tutularaq ödənilməsi üçün razılığını bildirmiş və protokola imza etmişdir. Cavabdeh nümayəndəsi X2 tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinə yeni smart kartın alınması ilə bağlı müraciəti əsasında yeni smart kart hazırlanarkən 2144 m3 qaz həcminin dəyərinin ödənilmədiyi məlum olmuşdur. İddiaçı 1073 m3 (179 manat) qaz həcminin dəyərinə görə ödəniş etmiş, qalan 1071 m3 (107,1 manat) qaz həcminin dəyərinin hissə-hissə smart kartına olunan ödənişlərdən tutulması üçün razılaşma protokolu imzalamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi iddiaçı qazdan istifadəyə görə debitor borcundan bir qismini ödəməklə yerdə qalan borcunun əsassız hesablandığını iddia edərək silinməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı göstərdiyi dəlillər, istifadə etdiyi qazın dəyərini ödəməkdən azad olunması üçün əsas ola bilməz və iddia əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216- 220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia əsassız olduğundan təmin edilməsin. İddiaçı dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar