Məhkəmə qərarları › İş №2(125)-4379/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4379/2023

02.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4379/2023 02.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın və tələbnamənin ləğv edilməsi, borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın və həmin akta əsasən cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin əsassız olduğundan ləğv edilməsi və əsassız olaraq hesablanmış 1555,20 manat məbləğində qazdan istifadəyə görə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Gəncə şəhəri, Dəmiryolaltı qəsəbəsi, məhəllə A- 1, sahə-9 ünvanında (ünvan 2 **********00000 olmaqla, istehlakçı Qurbanova Esmira qeydiyyata alınsa da, sözügedən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir və bu barədə onun adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə dair təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* nömrəli akt tərtib edilmiş, aktda sayğacın ekranının alt hissədən deşici alətlə deşilməsinin aşkar edilməsi barədə qeyd aparılmış, X1 İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası hesabat aparılaraq qaz itkisinin 12960 m3 (1555,20 manat) olması barədə qərar qəbul edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində qeyd etmişdir ki, Gəncə şəhəri, Dəmiryolaltı qəsəbəsi, məhəllə A-1, sahə-9 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə X1 İstismarı İdarəsinin bir qrup əməkdaşı qanunsuz olaraq onun evinə daxil olmuş, evinə baxış keçirilmiş və guya o, yəni iddiaçı qaz sayğacına müdaxilə etdiyi üçün təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən 12960 kub metr qazdan istifadəyə görə 1555,20 manat miqdarında borc yaranmışdır. İddiaçı təsdiq olunmuş tələbnamə ilə razı olmadığını və öz etirazını bildirmişdir. İddiaçı qeyd edir ki, ödəniş cədvəlinə nəzər salınsa, onun qazdan hər zaman düzgün istifadə etdiyi və ödənişlərini vaxtı-vaxtında həyata keçirdiyi məlum olar. Bundan başqa, iddiaçı heç bir zaman qaz sayğacına müdaxilə etməmişdir. Cavabdeh təşkilatın əməkdaşları evdə heç kim olmadığı halda, onun evinə qanunsuz daxil olmuşlar və ona əsassız olaraq əlavə sərfiyyatla bağlı borc yazmışlar. Tərtib olunmuş aktda və tələbnamədə qaz sayğacının maksimal qaz sərfi 6 kub metr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti isə 90 gün kimi qəbul edilmişdir. Hesab edir ki, ümumiyyətlə dəymiş ziyan belə düzgün hesablanmamışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, evin çıxarışı öz adınadır, əvvəl kartla işləyən sayğacdan istifadə edirdi, sonradan onu mexaniki sayğacla əvəzləmişlər, sayğac evin həyətində yerləşir, hər ay 50-60 manat ödəniş edir, işdə olarkən cavabdeh təşkilatdan 6 nəfər icazəsiz olaraq gəlib guya sayğaca iynə taxdığı üçün akt tərtib edərək ona cərimə yazmışlar, işdən tez evə gəlmiş, orada həmin akta aldadılaraq imza etdirilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, sayğac evin həyətində yerləşir, əməkdaşlar sayğaca müdaxilə olunduğunu aşkar etmişlər, sayğaca abonent tərəfindən müdaxilə olunduğuna görə məsuliyyəti abonent özü daşıyır. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli 20 fevral 2023-cü il tarixli aktdan görünür ki, istehlakçının nümayəndəsi kimi qeydə alınmış İddiaçı yaşadığı ünvanda quraşdırılmış **********4 nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğaca abonent tərəfinən müdaxilə olunduğu, ekranının alt hissədən deşici alətlə deşildiyi müəyyən edilmiş, sayğacın əvəzlənməsi və dəymiş ziyanın hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, icra olunacaq tədbirlər kimi mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Gəncə şəhəri, Dəmiryolaltı qəsəbəsi, məhəllə A-1, sahə-9 ünvanında (ünvan 4onent hesabına 1555,20 manat borc hesablanmışdır. xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli bildirişxəbərdarlıqlardan görünür ki, iddiaçının müvafiq olaraq 166,32 manat, 92,64 manat və 96,04 manat borcu yaranmışdır. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, istehlakçı Qurbanova Esmira tərəfindən xx.xx.2023-cü il tarixdə 166 manat və xx.xx.2023-cü il tarixdə 96 manat ödəniş edilmişdir. Tərəflər **********4 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki idda tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, Gəncə şəhəri, Dəmiryolaltı qəsəbəsi, məhəllə A-1, sahə-9 ünvanında (Gəncə şəhəri, Məhsəti qəsəbəsi, ev 486) yerləşən (abonent kodu **********00000 olan) fərdi yaşayış evinin təbii qazla təmin edilməsi üçün Cavabdeh İB ilə Qurbanova Esmira (əvvəlki mülkiyyətçi) arasında təbii qazın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin fərdi yaşayış evi hazırda iddiaçının mülkiyyətindədir və iddiaçı həmin evə quraşdırılmış sayğaca görə hesablanmış borcu mübahisələndirir. Belə olan halda, iddiaçı hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. Məhkəmə qeyd edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, iddiaçıya məxsus yaşayış evini qazla təmin etmişdir. 20 fevral 2023-cü il tarixdə iddiaçıya məxsus evə quraşdırılmış qaz sayğacına yoxlama keçirilərkən sayğaca müdaxilə edildiyi, sayğacın ekranının alt hissəsinin deşici alətlə deşildiyi aşkar edilmişdir. Bundan sonra cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına dair akt tərtib edilmiş, itirilmiş qazın həcmi müəyyənləşdirilmiş və hesablanmış 1555,20 manat borc abonentin saldosuna hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 356 saylı “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında" fərmanının 9-cu bəndinə əsasən "Azəriqaz" Səhmdar Cəmiyyəti (hazırki Cavabdeh) təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirməli, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə almalı, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanunu. 3-cü maddənin 7-ci bəndi. İstehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 6-2-ci maddənin 1-ci bəndi. ... Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. 11-ci maddənin 6-cı bəndi. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddənin 9-cu bəndi. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları». 2.12-ci bənd. İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 4.2-ci bənd. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bənd. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bənd. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bənd. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.. 4.9-cu bənd. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə, işin faktiki hallarını və qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə quraşdırılmış sayğaca müdaxilə edildiyinə görə, abonentin saldosuna 1555,20 manat borc hesablamaqda haqlı olmuşdur. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 20 fevral 2023-cü il tarixdə iddiaçıya məxsus evə quraşdırılmış sayğacına yoxlama keçirilərkən sayğaca müdaxilə edildiyi, sayğacın ekranının alt hissəsinin deşici alətlə deşildiyi aşkar edilmişdir. Bu fakt sayğacın çıxarılması zamanı tərtib edilən aktda da öz əksini tapmışdır. Bundan başqa, abonentin saldosuna nəzər yetirdikdə, məsələn - 2022-ci ilin yanvar ayında 231 m3, fevral ayında 482 m3, mart ayında 412 m3 qaz sərfiyyatı olduğu müəyyən edilir. 20 fevral 2023-cü il tarixdə isə abonentin saldosunda 13919 qaz sərfiyyatı olduğu qeyd edilmişdir. Göründüyü kimi, əvvəllər, yəni 2022-ci ildə sayğacın daha az qaz sərfiyyatı olduğu halda, sonrakı ilin müvafiq ayında – yəni fevral ayında qaz sərfiyyatı kəskin artmışdır. Bu hallar isə onu deməyə əsas verir ki, abonent (və ya onun ailə üzvləri) tərəfindən qaz sayğacına müdaxilə edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı fərdi yaşayış evindən kənarda deyil, evin yerləşdiyi ərazi daxilində yerləşir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı plombun toxunulmazlığına, fərdi yaşayış evində yerləşən sayğaca müdaxilə olunmasına görə məsuliyyət daşıyır. Başqa sözlə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsi, **********4 nömrəli qaz sayğacına müdaxilə edilməsi sübuta yetirilir. Bundan başqa, iddiaçı sözügedən sayğacın yararsız vəziyyətə düşməsi ilə əlaqədar qaz sərfiyyatının düzgün hesablanmadığını sözlə bildirsə də, bunu təsdiq edən hər hansı dəlilə istinad etməmiş, bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının itirilmiş təbii qaza görə ona hesablanmış borcun silinməsi tələbi əsassızdır, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi üçün əsas yoxdur. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı “aktın və tələbnamənin ləğv edilməsi, borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar