Məhkəmə qərarları › İş №2(125)-4432/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4432/2024

27.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4432/2024 27.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X24 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı Quliyeva (Cəfərova) Nailə Tuhid qızının etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı Quliyeva (Cəfərova) Nailə Tuhid qızının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Namiq oğluna qarşı «pəncərənin bağlanması» tələbinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Quliyeva (Cəfərova) Nailə Tuhid qızı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Namiq oğluna qarşı «pəncərənin bağlanması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Namiq oğlu tərəfindən ona məxsus Gəncə şəhəri, Əttarlar küçəsi, 70 nömrəli (yeni qaydalarla: Əttarlar küçəsi 97 A) mənzilin dəhlizinə açılmış pəncərənin cavabdehlərin hesabına bağlanmasını müəyyən edən qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda (yeni qaydalarla: ünvan 2zil dövlət reyestrində qeydiyyatdan keçmişdir. 1-ci mənzil: Gəncə şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 10 nömrəli qərarından çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən 23.0 kvadratmetr və 24.5 kvadratmetr iki yaşayış otaqları, 9.0 kvadratmetr örtülü eyvan, 11.0 kvadratmetr mətbəx, 18.0 kvadratmetr qaraj və 4.0 kvadratmetr hamam X9 şəxsi mülkiyyətinə verilmişdir. Qeyd olunan tikililərə dair X9 adına xx.xx.1991-ci il tarixli 5406 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 7 saylı notariat kontorunun xx.xx.2005-ci il tarixli 2V-1-120 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən həmin mənzil anası X5 adına keçmiş və bu hüquq xx.xx.2005-ci il tarixli 5406 nömrəli qeydiyyat vəsiqəsi verilməklə rəsmiləşdirilmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən həmin mənzil anası tərəfindən ona bağışlanmış və bu hüquq xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışla rəsmiləşdirilmişdir. 2-ci mənzil: Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 3639 saylı sərəncamına əsasən 22.1 kvadratmetr, 21.0 kvadratmetr 10.3 kvadratmetr üç yaşayış otaqları, 10.1 kvadratmetr dəhliz X10 şəxsi mülkiyyətinə verilmişdir. Qeyd olunan tikililərə dair X10 adına xx.xx.1992-ci il tarixli, 7341 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 1 saylı notariat kontorunun xx.xx.2008-ci il tarixli 2V- 1-105 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən həmin mənzil Cavabdeh2 adına keçmiş və bu hüquq xx.xx.2008-ci il tarixli çıxarışla rəsmiləşdirilmişdir. 3-cü mənzil: Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 2972 saylı sərəncamı ilə verilmiş 57 nömrəli order, Gəncə şəhəri Mənzil İstismar Trestinin 1 saylı mənzil istismar kontorunun xx.xx.1997-ci il tarixli 2866 saylı arayışı, Gəncə şəhər X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.1998-ci il tarixli 12 saylı qərarından çıxarışa əsasən ünvan 6, 4 saylı mənzil X6 adına özəlləşdirilmiş və ona xx.xx.1998-ci il tarixli, 12457 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Uzun müddətdir ki, hər üç qonşu ümumi istifadə olunan giriş-çıxış yolundan istifadə etməklə yaşayırdı. Sonradan belə qərara gəlmişlər ki, giriş-çıxış yollarını ayırsınlar. İlk olaraq X14 hasar çəkərək girişçıxış yolunu ayırmışdır. Bundan sonra onlar da eyni qaydada hasar çəkməli və yollarını ayırmalı idilər. Lakin, sonradan anası X15 ilə əmisi oğlu və onun ailə üzvləri arasında fikir ayırlığı əmələ gəlmişdir. Buna görə də anası mübahisənin məhkəmə qaydasında həll olunması üçün iddia qaldırmışdır. Lakin, onun iddiası təmin olunmamışdır. Bundan sonra, Cavabdeh2 onlara qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, hazırki iş üzrə mübahisə predmetinə çevrilmiş pəncərənin açılması, qarajın sökülməsi və sair iddia tələbi irəli sürməyə başladı. Anası da öz növbəsində ona qarşı qarşılıqlı iddia ilə məhkəmədə çıxış etdi. Lakin, yekunda hər iki tərəfin iddia tələbi təmin edilmədi. Buna səbəb mübahisəli mənzillərdə inşa edilən tikililərin köhnə olması və mövcud tikililərin müvafiq orqanlardan icazə almaqla inşa edilməsi və eləcə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatı ilə bu xüsusatların öz əksini tapması oldu. Hər iki tərəfin şikayətlərinə baxmayaraq, Gəncə Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ilə Gəncə Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanıldı. Yuxarıda qeyd etdiklərinə baxmayaraq, cavabdehlər onların, evdə olmadıqlarından istifadə edərək, ona məxsus olan mənzilin içərisinə qanunsuz pəncərə açmışdır. Onlar evə daxil olanda pəncərənin artıq tam hazır vəziyyətdə açılmış olmasına şahidi olmuşlar. Buna görə də cavabdehlərin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün polis orqanına müraciət etmişlər. Polis şöbəsinin təhqiqatçısı tərəfindən araşdırma aparıldı, nəticədə cinayət işinin başlanması rədd edildi və ona məhkəməyə müraciət etmək lazım olduğu tövsiyyə edildi. Əlavə olaraq qeyd edir ki, bu hərəkət cavabdehlərin ilk hərəkəti deyildir. Təxminən 2022-ci ildə eyni hərəkətləri edərək, ona məxsus olan mənzilin divarını lomla dağıdaraq evə daxil olmaq və pəncərə açmaq istəmişlər. Həmin vaxt onlar məcbur olub polis orqanına müraciət etmişlər. Bundan sonra polis müdaxilə etdi və cavabdehlərə bu hərəkətin qanunsuz olduğu bildirildi. Cavabdehlər bundan sonra məsuliyyəti dərk etmiş, nəticədə onların mənzilin dağılan hissəsini hörmüş və pəncərə yerini bağlamışdır. Onlar da öz növbəsində qohumluq münasibətlərini nəzərə alaraq şikayət ərizələrini geri götürmüşlər. Lakin, cavabdehlər buna baxmayaraq, bir müddət sonra yenə də onların yaşayış ərazisinə müdaxil etməyə başlamışdır. Belə ki, ümumi istifadədə olan torpaq sahəsinə bir maşın torpaq tökmüş, onların mənzilə giriş-çıxışlarını məhdudlaşdırmağa çalışmışlar. Hazırda o və ailə üzvləri həmin mənzildə yaşamağa qorxurlar. Çünki, qeyd etdiyi münaqişələr ərəfəsində körpə nəvəsinin dili tutulmuşdu. Bir neçə gün uşaq danışa bilməmiş, sonuncu həkim müayinə və müalicəsindən sonra uşaq normal vəziyyətə gəlmişdir. Ümumiyyətlə, bildirmək istəyir ki, hazırda cavabdehlər onlara qarşı çox aqresivdir, onları görmək belə istəmirlər. Sadəcə özlərini bir hökmdar olaraq görməklə yanaşı, onları mənəvi sarsıntıya məruz qoymaq istəyirlər. Bu vəziyyət artıq dözülməz hala gəlib çıxmışdır. Buna görə də hesab edir ki, onların bu hərəkətlərinin qarşısı qanunla alınmalıdır. Bundan başqa bildirir ki, cavabdehin iddia tələbinin rədd edilməsini müəyyən edən məhkəmə qətnamələri mövcuddur. Lakin, cavabdehlər Azərbaycan Respublikası adından qəbul olunmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmasını nəzərə almamış və qanunsuz əməllərinə davam etmişdir. Bununla da, onlar həm onun qanunla qorunan hüquqlarını pozulmuş, həm də dövlətə və məhkəməyə qarşı hörmətsizlik etmişdir. Buna görə də o, məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətdə qalmışdır. Məhkəmə iclasında iddiaçı Quliyeva (Cəfərova) Nailə Tuhid qızının etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, İddiaçı ilə cavabdehlər qonşu olmaqla, həm də qohumdurlar. Cavabdeh2 2022ci il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 4 ünvanda yerləşən mənzilin 10,3 kvadratmetr olan otağında pəncərə açılması, mülkiyyətə edilən qəsdə son qoyulması və tikilinin sökülməsi tələbinə dair iddia qaldırmışdır. Bundan sonra İddiaçı anası da cavabdehə qarşı tikilinin sökülməsi tələbinə dair qarşılıqlı iddia irəli sürmüşdür. Çünki, hal-hazırda iddiaçının mülkiyyətində olan əmlak anası Aqilə Cəfərovaya məxsus olmuş, Aqilə Cəfərova tərəfindən 23 yanvar 2023-cü il tarixli, 4Ə-143 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında iddiaçı olan qızı İddiaçı bağışlanılmış və iddiaçı tərəfindən sözügedən əmlaka dair 20 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********44-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarış alınmışdır. Məhkəmə tərəfindən mübahisənin araşdırılması məqsədilə mühəndis-texniki ekspertizası təyin edilmiş, həmin rəy ilə pəncərənin açılmasının mümkün olmadığı müəyyən edilmişdir. Sözügedən ekspert rəyində göstərilənlərə əsasən Gəncə Şəhər Məhkəməsinin e-2(125)-322/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia və qarşılıqlı iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci instansiya məhkəməsinin, kassasiya instansiyası məhkəməsində isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Buna baxmayaraq, cavabdehlər tərəfindən iddiaçıya məxsus evin içində qanunsuz olaraq pəncərə açılmış və sözügedən pəncərədən baxan zaman birbaşa iddiaçının evinin içi görünür. Cavabdehlər tərəfindən sözügedən pəncərənin açılması həm əxlaq normalarına, həm də tikinti-texniki normalara ziddir. Cavabdehlərin inşa etdirdiyi pəncərə iddiaçının evindən istifadə etməsinə, evində rahat hərəkət etməsinə maneələr yaradır. İddiaçı öz əmlakından istifadə etməkdə çətinlik yaşayır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, ünvan 5 ünvanı Cavabdeh2 mülkiyyətindədir. Sözügedən mənzil 3 otaq olmaqla, həmin otaqlardan birinin sahəsi 10,3 kvadratmetrdir və həmin otağın 2 pəncərəsi var. İddiaçının mübahisələndirdiyi pəncərə də məhz həmin otağın pəncərəsidir. Cavabdehlərə məxsus texniki pasportda da pəncərələr nəzərdə tutulmuş və otağın pəncərələri taxta pəncələr olmuşdur. Daha sonra cavabdehlər tərəfindən həmin taxta pəncərələr yenisi ilə əvəz edilmişdir. Göründüyü kimi, cavabdehlər tərəfindən hər hansı qanunsuz pəncərə açılmamışdır. Həmin pəncərə cavabdehlərin öz evində sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına, havalandırma, təbii və süni işıqlandırma tələblərinə riayət edilməsi üçün zəruridir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Namiq oğlu məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Namiq oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 23 yanvar 2023-cü il tarixli, 4Ə-143 reyestr nömrəli X15 ilə İddiaçı arasında bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, hədiyyə verən ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 80,9 kvadratmetr olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəsini hədiyyə alanın mülkiyyətinə verir: hədiyyə verən X15 ümumi sahəsi 80,9 kvadratmetr olan 2 otaqlı fərdi yaşayış evini – qızı olan hədiyyə alan İddiaçı bağışladı. Bağışlanan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Hədiyyə verənə məxsusdur: Gəncə şəhəri DTİMHQİ tərəfindən xx.xx.2005 tarixdə X11 verilmiş 5406 qeydə alma nömrəsi ilə 9 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyət üzrə 80,9 kvadratmetr olan 2 otaq. Tərəflər daşınmaz əmlakı qiymətləndirmədilər. Daşınmaz əmlakın dövlət reyestrdən əldə edilmiş xx.xx.2003 il tarixli qeydiyyat nömrəsi 1719 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. 20 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********44-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın texniki pasportundan görünür ki, **********62-05101-093001 reyestr nömrəli ünvan 5 ünvanı Cavabdeh2 məxsusdur. **********62-05101-093001 reyestr nömrəli, MH seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 18 avqust 2008-ci il tarixli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrdən Çıxarışdan görünür ki, Gəncə şəhəri, Əttarlar küçəsində istifadədə olan 0.085 ha torpaq sahəsində yerləşən 70 nömrəli, 1 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində, 63,5 kvadratmetr ümumi, 53,4 kvadratmetr yaşayış sahəsindən ibarət 3 otaqlı 4 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 105 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 21 oktyabr 2024-cü il tarixli, 3-21-3-33/2-11127/2024 nömrəli məktubunda Azərbaycan Respublikası Vəkilləri Kollegiyası Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 bildirilmişdir ki, Gəncə şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 10 nömrəli qərarında Gəncə şəhəri, Əttarlar 70 ünvanında yerləşən fərdi yaşayış evi X9 mülkiyyətinə verilməsi qərara alınmışdır. Ünvana dair X9 adına xx.xx.1991-ci il tarixli, 5406 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 7 saylı dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli, 2V-1-120 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 8 ünvanında yerləşən Tikili A-da 50.3 kvadratmetr, 2 otaq, 25,8 kvadratmetr köməkçi sahə və tikili B-də 24,8 kvadratmetr olan qarajdan ibarət olmuşdur. X5 adına xx.xx.2005-ci il tarixli, 5406 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə Regional ASAN xidmət Mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-143 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən mülk X15 tərəfindən İddiaçı bağışlanmışdır və alıcının adına Gəncə şəhəri, Əttarlar 70 (keçmiş Əttarlar 97 A) ünvanında yerləşən fərdi yaşayış evinə dair 20 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********44-10301 reyestr nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/3389 nömrəli, 03 oktyabr 2022-ci il tarixli mühəndis-texniki ekspertizası rəyinin surətindən görünür ki, qərardadın 1-ci sualı üzrə iddiaçı Cavabdeh2 məxsus ünvan 4 ünvanda yerləşən mənzilin 10,3 kvadratmetr olan otağın pəncərəsinin qarşısında cavabdeh tərəfindən tikili inşa edildiyindən pəncərənin açılmasının mümkün olmadığı müəyyən edilmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-322/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh X11 qarşı «mülkiyyətə edilən qəsdə son qoyulması, pəncərənin açılması, tikilinin sökülməsi» tələbinə dair iddiasının təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçı Cavabdeh2 aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı X5 cavabdehlər Cavabdeh2, X1 və X13 qarşı «tikilinin sökülməsi» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun X11 aid edilməsi və iş üzrə məhkəmə ekspertiza xərci 100 manatın Cavabdeh2 tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-467/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-322/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2721/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qərarından görünür ki, kassasiya şikayətləri təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-467/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası DİN Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 28 iyun 2024-cü il tarixli, 57-1/214610/24 nömrəli məktubunda Gəncə şəhəri Əttarlar küçəsi ev 97A-da yaşayan İddiaçı bildirilmişdir ki, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin TB-də araşdırma aparılmış, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinin 26 avqust 2021-ci il tarixli, 121-28480-1221 nömrəli məktubunda Gəncə şəhəri, Əttarlar küçəsi, ev 70-də yaşayan X16 və X12 bildirilmişdir ki, DİN-nin 102 xidmətinə və Nizami RPİ-nə müraiətləri ilə əlaqədar Nizami RPİ-nin TB-də araşdırma aparılmış, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və qəbul edilmiş qərardan narazı olduğu halda Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən Prokurorluğa və Məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 26 avqust 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X7 və X8 ərizələri əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, 20 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********44-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarış əsasında ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. **********62-05101-093001 reyestr nömrəli, MH seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 18 avqust 2008-ci il tarixli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrdən Çıxarışa əsasən Gəncə şəhəri, Əttarlar küçəsində istifadədə olan 0.085 ha torpaq sahəsində yerləşən 70 nömrəli, 1 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində, 63,5 kvadratmetr ümumi, 53,4 kvadratmetr yaşayış sahəsindən ibarət 3 otaqlı 4 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 105 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı ünvan 11 ünvanında, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 isə ünvan 5 ünvanında yaşamaqla, qonşudurlar. Lakin, cavabdehlər yaşadıqları ünvanda iddiaçının evinin içərisində pəncərə inşa etmişdir. Cavabdehlərdən Cavabdeh2 məhkəməyə müraciət edərək, «mülkiyyətə edilən qəsdə son qoyulması, pəncərənin açılması, tikilinin sökülməsi» tələbinə dair iddia qaldırmışdır. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-322/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə, ilkin iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh X11 qarşı «mülkiyyətə edilən qəsdə son qoyulması, pəncərənin açılması, tikilinin sökülməsi» tələbinə dair iddiasının təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçı Cavabdeh2 aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı X5 cavabdehlər Cavabdeh2, X1 və X13 qarşı «tikilinin sökülməsi» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun X11 aid edilməsi və iş üzrə məhkəmə ekspertiza xərci 100 manatın Cavabdeh2 tutulması qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-467/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-2(125)- 322/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Daha sonra apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayət verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2721/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qərarı ilə, kassasiya şikayətləri təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)- 467/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hal-hazırda İddiaçı «pəncərənin bağlanması» tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi isə iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «pəncərənin bağlanması» tələbinə dair iddia qaldırmaqda haqlı olmuşdur. Belə ki, iş üzrə Cavabdeh2 Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, ona məxsus olan ünvan 4 ünvanda yerləşən mənzilin 10,3 kvadratmetr olan otağında pəncərə açılmasına dair iddia qaldırmış, məhkəmə tərəfindən mühəndis-texniki ekspertizası təyin edilmiş, hal-hazırda da iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3389 nömrəli, 03 oktyabr 2022-ci il tarixli mühəndistexniki ekspertizasının rəyi ilə, Cavabdeh2 məxsus ünvan 4 ünvanda yerləşən mənzilin 10,3 kvadratmetr olan otağın pəncərəsinin qarşısında tikili inşa edildiyindən pəncərənin açılmasının mümkün olmadığı müəyyən edilmişdir. Bu səbəbdən Gəncə Şəhər Məhkəməsinin e-2(125)-322/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 mübahisəli yerdən pəncərənin açılması barədə iddiası rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-467/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara istinad edilərək, birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 2721/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qərarı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-467/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan başqa, məhkəmə tərəfindən həmçinin, hazırki mübahisənin tam düzgün və obyektiv araşdırılması ilə mübahisəli əraziyə yerində müayinə (baxış) keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, tədqiq olunan yaşayış evləri bir-birinə bitişik şəkildə yerləşirlər. Cavabdehlərin yaşadıqları ünvan 5 ünvanı 3 otaqdan ibarətdir. Otaqlardan sahəsi 10,3 kvadratmetr olan otaq yataq otağıdır. Həmin otaqda 2 pəncərə vardır. Onlardan biri evin həyətinə, digəri isə iddiaçıya məxsus fərdi yaşayış evinin birbaşa dəhlizinə açılır. Yerində müayinə zamanı Cavabdeh3 onlara məxsus 10,3 kvatradmetr yataq otağından iddiaçıya məxsus fərdi yaşayış evinin dəhlizinə açılan pəncərəni bir neçə ay əvvəl qoydurduqlarını etiraf etmişdir. Baxış zamanı həm də müəyyən edildi ki, cavabdehlər iddiaçıya məxsus evin içərisində pəncərə açmasalar belə otaqda təbii işıqlandırma və havalandırma üçün şərait mövcuddur. Eləcə də, iddiaçıya məxsus evin müayinəsi zamanı müəyyən edilmişdir ki, iddiaçının bağlanmasını tələb etdiyi pəncərə dəhlizin pəncərəsidir. Mübahisəli pəncərə açılır. İddiaçı cavabdehlərin açdığı pəncərədən evin içərisi görünməsin deyə, pəncərənin qarşısını şkaf və televizorla bağlamışdır. Cavabdehlər tərəfindən açılmış pəncərədən iddiaçıya məxsus evin içi tamamilə görünür vəziyyətdədir. Həmin pəncərə iddiaçıya birbaşa maneəçilik törətdir. Məhkəmə bu səbəbdən belə qənaətə gəlir ki, cavabdehlər tərəfindən pəncərə açılmasının mümkün olmadığı qanuni qüvvəsini almış məhkəmə aktları ilə öz təsdiqini tapsa da, cavabdehlər buna məhəl qoymayaraq özlərinə məxsus yataq otağından iddiaçıya məxsus evin dəhlizinə pəncərə açmışlar. Belə olan halda cavabdehlər iddiaçının öz mülkiyyətində olan əmlakdan sərbəst istifadə hüququnu pozmuşdur. Buna görə də məhkəmə cavabdehlərin bu hərəkətinin hüququndan su-istifadə xarakteri daşıdığı və qonşuların bir-birinə qarşılıqlı hörmət öhdəliyinə zidd olduğu qənaətinə gəlir. Məhkəmə tərəflər arasında olan mövcud mübahisənin həlli ilə bağlı qanunvericiliyin tələblərini aşağıda qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin V bəndinə əsasən Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.11-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. İnsan Hüquqları və X2 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Namiq oğlu tərəfindən yaşadıqları Gəncə şəhəri, Əttarlar küçəsi, 70 nömrəli evin 4 saylı mənzilində yerləşən 10,3 kvadratmetrdən ibarət yataq otağından iddiaçı Quliyeva (Cəfərova) Nailə Tuhid qızına məxsus Gəncə şəhəri, Əttarlar küçəsi, 70 nömrəli (yeni qaydalarla: Gəncə şəhəri, Əttarlar küçəsi 97A) fərdi yaşayış evinin dəhlizinə açılmış pəncərə cavabdehlərin hesabına bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin, hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Namiq oğlundan müştərək qaydada tutulub iddiaçı Quliyeva (Cəfərova) Nailə Tuhid qızına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Quliyeva (Cəfərova) Nailə Tuhid qızının iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Namiq oğlu tərəfindən yaşadıqları Gəncə şəhəri, Əttarlar küçəsi, 70 nömrəli evin 4 saylı mənzilində yerləşən 10,3 kvadratmetrdən ibarət yataq otağından iddiaçı Quliyeva (Cəfərova) Nailə Tuhid qızına məxsus Gəncə şəhəri, Əttarlar küçəsi, 70 nömrəli (yeni qaydalarla: Gəncə şəhəri, Əttarlar küçəsi 97A) fərdi yaşayış evinin dəhlizinə açılmış pəncərə cavabdehlərin hesabına bağlansın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Namiq oğlundan müştərək qaydada tutulub iddiaçı Quliyeva (Cəfərova) Nailə Tuhid qızına ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar