Məhkəmə qərarları › İş №2(125)-4508/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4508/2023

17.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4508/2023 17.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər “Gəncə Sukanal” TSC-yə və Azərbaycan Respublikası X1rşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər “Gəncə Sukanal” TSC-yə və Azərbaycan Respublikası X1rşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 4*, mənzil 21 ünvanında yerləşən mənzilin su sərfiyyatına görə ödənilmiş 216 manat pulun geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 4*, mənzil 21 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mülkiyyətində olmasına baxmayaraq atasına məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağı səbəbindən o, uzun illər ərzində özünə məxsus olan mənzildə yaşamamışdır. Bu səbəbdən də Gəncə şəhərində su xəttləri dəyişdirilən və sayğaclar quraşdırılan zaman ona məxsus evə yeni su xətti çəkilməmişdir. Yalnız bu yaxınlarda qardaşı müəyyən müddət ərzində mənzildə qalmalı olduğundan suya ehtiyac olmuşdur. Həmin vaxt o, Azərbaycandan kənarda olmuşdur. Ona görə də qardaşı cavabdeh təşkilatın nümayəndələrinə müraciət edərək su xəttinin birləşdirilməsini xahiş etmişdir. Lakin qardaşına guya onun su sərfıyyatına görə 216 manat borcun olduğunu, həmin borc ödənilmədiyi təqdirdə su xəttinin qoşula bilməyəcəyini bildirmişlər. Susuz yaşamaq mümkün olmadığına görə qardaşı məcburiyyət qarşısında qalaraq həmin pulu ödəmiş və yalnız bundan sonra mənzilə su xətti qoşulmuşdur. Mənzildə uzun illər yaşamamağı səbəbindən Gəncə şəhərində su xəttləri dəyişdirilən və sayğaclar quraşdırılan zaman ona məxsus mənzilə ümumiyyətlə su xətti çəkilməmişdir. Bu səbəbdən də əsassız ödənilmiş 216 manat pulun geri qaytarılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddiaya etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1 maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin məcəllənin 135.2.4 maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsi mülkiyyətçi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi haldan yaranmış hesab edilir. “X9”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2*14-cü il tarixli Qərarının 7.4 bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara su ölçən cihaz quraşdırmadıqda verilmiş suyun və axıdılmış tullantı suların və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evinə) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq, müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşir. İddiaçının abonent kartından görünür ki, “Gəncə Sukanal” TSC ilə İddiaçı arasında *1.*1.2**5-ci ildə sistem üzərindən müqavilə bağlanaraq Gəncə şəh, Dədə Qorqud küç, ev 4*, mən 21 ünvana 8*196*4***21* saylı abonent kodu verilmişdir. Sayğac quraşdırılan tarixədək, yəni 15.*2.2*15-ci il tarixə qədər müvafiq dövrlər üçün sudan istifadə və tullantı sularının axıdılmasına dair hesabat verilmişdir və bunun nəticəsi olaraq abonent tərəfindən ödənilməmiş 2*1,6 borc yaranmışdır. “Su təchizatı və tullantı suları haqqında” qanunun 62ci maddəsinə əsasən, Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə , onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyekt ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. “X5 7.4 bəndinə əsasən abonent ailə tərkibi ilə bağlı aparılmış hesabatlara etiraz etdikdə, onda müvafiq arayış tələb edirlər. Belə mənzildə qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olunduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 iş günü müddətinə STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Abonent əvvəlki dövrlərə aid ailə tərkibi bağlanmış müqavilə, ailə tərkibi ilə bağlı əvvəllər təqdim edilmiş arayış və yaxud yaşayış yeri üzrə qeydiyyatda olduğu müvafiq təşkilatlar tərəfindən təqdim edilmiş rəsmi məlumatlar (dislokasiya) əsasında sistemdə qeyd olunmuşsa, yeni ailə tərkibi barədə arayış təqdim edildiyi tarixdən sonrakı hesabat dövrü üçün nəzərə alınır. “X9”nın 8.3 bəndinə əsasən istehlakçıya suyun verilməsinin dayandırılması (Su təchizatının dayandırılmasının səbəbi göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir. Abonentin su təchizatının müvəqqəti dayandırılması istəyinin icra olunması üçün STKM-ə borcun olmaması və borcun hissəli ödəmə və razılaşmanın olması lazımdır. Təqdim edilmiş sənədlər əsasında su təchizatının müvəqqəti dayandırılması üçün ərizəçinin müraciəti qeydə alınır və su təchizatı bağlama aləti ilə dayandırılır. Yaşayış olmadığı müddətdə heç bir hesabat aparılmır, faktura çıxarılmır. İddiaçı ona məxsus Gəncə şəhər Dədə Qorqud küçəsi, ev 4*, mən.21 ünvanında sudan istifadə olmadığı üçün su təchizatının müvəqqəti bağlanmasına dair STKM-ə rəsmi olaraq heç bir vaxt müraciət etməmişdir və həmin mənzidə sudan istifadə və tullantı suların axıdılmasına görə “X9”nın 7.4 bəndinə əsasən müvafiq hesabat vermişdir. Bununla “Gəncə Sukanal” TSC-nin üzərinə düşən vəzifələri istehlakçı qarşısında yerinə yetirmişdir, lakin istehlakçı üzərinə düşən vəzifələri vaxtı-vaxtında yerinə yetirmədiyinə görə sudan istifadə və tullantı suların axıdılmasına görə borc yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin Milliön elektron ödəmə sisteminin qəbzinin surətindən görünür ki, İddiaçı 23.*2.2*23-cü il tarixdə “Azərsu” xidmətinə 216 manat ödəniş etmişdir. İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsinin 25.*7.2*23-cü il tarixli arayışından görünür ki, Gəncə şəhəri, D.Qorqud küçəsi 4* ünvanında yerləşən 21 nömrəli mənzilin paylı mülkiyyət hüququ əsasında 1/2 hissəsi İddiaçı məxsusdur. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 15.*9.2*23-cü il tarixli məktubundan görünür ki, Abaşidze Emiliya Qaflan qızı *6.*9.2**4-cü il tarixdən, X3 19.*8.2*22-ci il tarixdən, X8 25.11.2*22-ci il tarixdən hal-hazıradək Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 4*, mənzil 21 ünvanında qeydiyyatdadırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, Gülfiraz onun qonşusudur. O, Gəncə şəhəri, Dədə Qorqud küçəsi 4*/9 ünvanında yaşayır. 1974-cü ildən ora köçmüşdür və Gülfirazla həmin tarixdən qonşudurlar, o köçəndə Gülfiraz artıq orada yaşayırdı. 1993-cü ildə Gülfirazın həyat yoldaşı vəfat etmişdi, 1995-ci ildə isə o, qızı ilə birlikdə atası evinə getmişdir. Gülfiraz 3-cü blokda yaşayır, o isə 1-ci blokda. Gülfiraz təxmini 2*22-ci ildə qayıdıb gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər X9 ilə tənzimlənir. Həmin Qanunun 3*-cu maddəsinin 1-ci hissəsinə görə, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2*14-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “X9”nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının paylı mülkiyyətində olan Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 4*, mənzil 21 ünvanında yerləşən mənzilin 2*22-ci ilin sentyabr ayınadək su sayğacı mövcud olmamaqla, həmin ünvanda 1995-ci il tarixdən 2*22-ci il tarixədək yaşayış olmamışdır. İş materiallarına abonentin illər və aylar üzrə borclarının ətraflı əksini tapdığı abonent kartları əlavə edilmişdir. Həmin sənədlərlə müəyyən edilir ki, abonentin 2*11-cü il üzrə içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 63.36 manat borcu olmuş, 2*12-ci il üzrə içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 64.8* manat borcu olmuş, 2*13cü il üzrə içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 3*.6* manat borcu olmuş, 2*14-cü il üzrə içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 43.2* manat borcu olmuş, 2*15-ci il üzrə içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 3.6* manat borcu olmuş, 2*16-cı il üzrə içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 2*1.6 manat borcu olmuş, 19.*9.2*22-ci il tarixindən 18.*1.2*23-cü il tarixinədək içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 35.1 manat borcu, 2*.*1.2*23-cü ildən 25.1*.2*23-cü il tarixinədək 48.6 manat borcu hesablanmışdır, bununla yanaşı *3.11.2*22ci il tarixdə 21 manat, 23.*2.2*23-cü il tarixdə 216 manat ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 4*, mənzil 21 ünvanında 2*22-ci ilin sentyabr ayından 2*23-cü ilin oktyabr ayınadək yaşayış olmuşdur. Həmin vaxta qədər “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti tərəfindən borc “X9”na uyğun olaraq, sayğac göstəricilərinə əsasən düzgün hesablanmaşdır. Lakin 1995-ci ildən 2*22-ci ilin sentyabr ayınadək həmin ünvanda yaşayış olmamasına baxmayaraq, həmin illər üzrə də iddiaçıya borc hesablanmışdır. Beləliklə, 1995-ci ildən 2*22-ci ilin sentyabr ayınadək həmin ünvanda yaşayış olmaması iddiaçının izahatı, şahid ifadəsi və 2*16-cı ildən 2*22-ci ilin sentyabr ayınadək borcun hesablanmaması əks olunan abonent kartı ilə müəyyən edildiyindən məhkəmə qeyd edir ki, hər bir halda su borcunun hesablanmasının məqsədi istifadə edilən suyun dəyərinin ödənilməsi olduğundan həmin dövr üçün borcun hesablanması və iddiaçı tərəfindən edilən ödənişin həmin borca silinməsi əsaslı hesab oluna bilməz. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, mübahisəli ünvan üzrə cavabdehə *3.11.2*22-ci il tarixdə 21 manat, 23.*2.2*23-cü il tarixdə 216 manat ödəniş edilmişdir. Beləliklə, 2*22-ci il üzrə içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna hesablanmış 35.1 manat borcdan 21 manat ödəniş çıxılmaqla qalan 14.1 manat borc ilə 2*23-cü il üzrə hesablanmış 48.6 manat borcun cəmi olan 62.7 manat borc 216 manat ödənişdən çıxılmaqla qalan 153.3 manat pul iddiaçıya geri qaytarılmalıdır. Çünki həmin məbləğin cavabdehin balansında olmasının qanuni və (ya) müqavilə əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləyə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1*91). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə dəşamil edilir (maddə 1*92.1). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (maddə 1*92.2) Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1*92.1 və 1*92.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir (maddə 1*92.3). Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər (maddə 1*93.1). Əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa, qaytarma tələbi istisna edilir (maddə 1*93.2). Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 153.3 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “Gəncə Sukanal” TSC-dən 153 (yüz əlli üç) manat 3* (otuz) qəpik pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar