Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4598/2023 04.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «təbii qazdan istifadə qaydalarının pozulmasına görə» xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında yaranmış 1555,20 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Gəncə X6 İdarəsinin əməkdaşları tərəfindən yaşadıqları ünvan 1, mənzil 61-də quraşdırılan qaz sayğacının nasazlığı ilə əlaqədar bu nasazlığın səbəbinin günahkarı kimi onlara 1555,20 məbləğində cərimə yazılmışdır. Sözügedən 1555,20 manat pul guya onlar tərəfindən sərfıyyat edilmiş, lakin qaz sayğacı düzgün işləmədiyindən həmin həcmdə qaz sayğac tərəfindən qeydə alınmamışdır. Sözügedən pul məbləğinin yaranmasına əsas səbəb kimi qazpaylayıcı təşkilat bildirmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərində, zavod plastmas plombların üzərində əzik-cızıq izləri var, sayğacın gövdəsi kənar təsirə görə istismara yararsızdır və nəticədə 1555,20 manatlıq qaz sərf edilsə də, sayğac işləmədiyi üçün qeydə alınmamış və nəticədə hazırki borc məbləği yaranmışdır. Aydın məsələdir ki, 1555,20 manat məbləğində qazın sərf edilməsi üçün xeyli müddət lazımdır, əgər sayğaca müdaxilə edilmişdirsə və sayğac nasaz vəziyyətdə işləyirdisə bəs nə üçün qazpaylayıcının əməkdaşları bunu niyə aşkar etməmişdirlər. Sayğac sökülərkən saz vəziyyətdə olmuş, kənar müdaxilə qazpaylayıcının özü tərəfindən həyata keçirilmişdir. Əslində cihazın onlar dəvət edilmədən laboratoriyada yoxlanılması da qanunsuzdur. Halbuki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları’nın 3.1.3-cü bəndinin tələbləri baxımından qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirilməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı olan müqavilə tərəfidir. Məlum məsələdir ki, sayğacda olan nasazlıq istifadə müddətinin bitməsi və təmir-profilaktika işlərinin vaxtında yerinə yetirilməməsi, sayğacın texniki cəhətdən saz vəziyyətdə saxlanılmaması ilə əlaqədar olmuşdur ki, bu da birbaşa olaraq qaz paylayıcının vəzifə borcu kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları’nın 3.1.3-cü bəndinin tələbində göstərilmişdir. Qanununun tələbindən də göründüyü kimi, onların məsuliyyəti o zaman yaranardı ki, onların həmin sayğaca kənar müdaxilə etməsi qazpaylayıcı tərəfindən sübuta yetirilmiş olsun. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun çıxış edib əlavə olaraq göstərdi ki, 4 aya yaxındır ki, sayğac çıxarılmışdır. Köhnə sayğac onlar evi alan vaxt da həmin evdə olmuşdur. X3 evin keçmiş sahibidir. Evdə istilik sistemiylə bağlı kombi yoxdur, bir otaqlı bina evidir. Əsas işıq işlənir və aylıq 20-25 manat kommunal xərcləri ödəyirlər. Sayğac dəyişdirilən zaman özü də orada olmuşdur. Qaz idarəsinin əməkdaşları nəzarət üçün gəlmişdirlər, onların deməsi nəticəsində ərizə yazmışdır ki, sayğac dəyişdirilsin. Sayğac dəyişdirildikdən 1 həftə sonra isə cərimə olduğu deyilmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, qaz sayğacı sökülüb dövlət yoxlamasına göndərilmişdir. Orada səslə işlədiyinə görə rəy gəlmişdir ki, sayğaca müdaxilə olunub. Belə ki, qaz sayğacının plombu əzilmiş, həmçinin sayğacın üzərində əzik-cızıq izləri vardır. Sayğacın səslə işləməsinin məsələyə aidiyyatı yoxdur, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda da qeyd olunmamışdır. İddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli, **********77-05101-093007 reyestr nömrəli şıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 61 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 adına rəsmi reyestrdə qeydə alınmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı1 istifadəsində olan ZENNER tipli, G4 markalı, **********8 nömrəli qaz sayğacı açılaraq ZENNER tipli, G4 markalı, **********4 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi sayğacın səslə işləməsi olaraq qeyd edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarında əzik-cızıq izləri vardır, gövdəsi kənar təsir nəticəsində əzilmişdir. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 12960 m3 itirilmiş qaz sərfiyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə «iddiaçının sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura görə 12960 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarında əzik-cızıq izləri vardır, gövdəsi kənar təsir nəticəsində əzilmişdir. Bununla yanaşı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı1 istifadəsində olan ZENNER tipli, G4 markalı, **********8 nömrəli qaz sayğacı açılaraq ZENNER tipli, G4 markalı, **********4 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi sayğacın səslə işləməsi olaraq qeyd edilmişdir. Bundan başqa sayğac labarator müayinədən keçərkən istehlakçının iştirakı təmin olunmamış, ümumiyyətlə istehlakçıya labarator müayinədə iştirak etməsi barədə məlumat verilməsinə dair hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların təbii qazdan istifadə qaydalarını pozmaları, yəni qaz sayğacına müdaxilə etmələri məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə hesablanmış 1555,20 manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 35,55 manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə hesablanmış 1555,20 manat pul silinsin. Cavabdehndən dövlət rüsumu hesabına 35,55 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-4598/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4598/2023
04.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver