Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4700/2025 02.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Mansırova (Karagüllü) Cəmilə Camal qızına qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab olunması» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mansurov X2 (Karagüllü) Cəmilə Camal qızına qarşı cavabdeh Mansırova (Karagüllü) Cəmilə Camal qızının Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən 23 nömrəli evin 3 nömrəli mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən 23 nömrəli evin 3 nömrəli mənzili onun xüsusi mülkiyyətindədir. O, həmin mənzili 1991-ci il tarixdə Ermənistan Respublikasından qaçqın kimi Azərbaycan Respublikasına gəldikdən sonra alqı-satqı müqaviləsi əsasında almışdır. Mansırova (Karagüllü) Cəmilə Camal qızı onun qızıdır və C.C.Mansırova 1981-ci il tarixdə anadan olmuşdur. C.C.Mansırova da onlara birlikdə Azərbaycan Respublikasına gəldikdən sonra 2018-ci il tarixədək Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən 23 nömrəli evin 3 nömrəli mənzilində yaşamışdır. Lakin C.C.Mansırova 8 il bundan əvvəl, yəni 2018-ci ildə Türkiyə Respublikası vətəndaşı ilə nikaha girərək Türkiyə Respublikasına köçmüş, həmin tarixdən sonra Azərbaycan Respublikasına qayıtmamışdır. Hazırda da C.C.X1 yaşayır. C.C.Mansırova başqa yerdə yaşamasına baxmayaraq, Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən 23 nömrəli evin 3 nömrəli mənzilində pasport qeydiyyatındadır. O, dəfələrlə C.C.Mansırovadan onun evindən pasport qeydiyyatından çıxmasını tələb etsə də, C.C.Mansırova müxtəlif bəhanələr gətirərək həmin mənzildən qeydiyyatdan çıxmamışdır. Bu isə onun mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmış, mənzil üzərindəki sahiblik, istifadə və sərəncam hüquqlarını tam həyata keçirməsinə mane olmuşdur. Digər tərəfdən C.C.Mansırovanın həmin ünvanda formal qeydiyyatda qalması nəticəsində, o mənzil və kommunal xidmətlərin haqqını artıq məbləğdə ödəməyə məcbur olur. Buna görə də, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Mansırova (Karagüllü) Cəmilə Camal qızına məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildirişin ona rəsmən təqdim olunması barədə məlumat olmadığından məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla MPM-in 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, İddiaçı onun atası, Mansırova (Kargüllü) Cəmilə Camal qızı isə bacısıdır. O və onun ailəsi 1988-ci il tarixdə Ermənistan Respublikasından Azərbaycan Respublikasına gəldikdən sonra Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən 23 nömrəli evin 3 nömrəli mənzilində yaşamağa başlamışlar. 2000-ci il tarixdə o, X4 ilə nikaha girmiş və bundan sonra yaşamaq üçün başqa ünvana köçmüşdür. X5 isə 2018-ci il tarixdə Türkiyə Respublikası vətəndaşı ilə nikaha girib, Türkiyə Respublikasına getmişdir. Həmin vaxtdan sonra Mansırova (Karagüllü) Cəmilə Camal qızı Azərbaycan Respublikasına gəlməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, 2000-ci il tarixdə İddiaçı qızı X3 ilə nikaha daxil olmuşdur. X3 ilə nikaha girərkən o, əvvəli adı «Tağı Arani», hazırkı adı «Azərbaycan Bayrağı» küçəsində yerləşən evdən N.C.Yolçuyevanı gəlin aparmışdır. Həmin vaxt X5 həmin ünvanda yaşamışdır. Lakin 2018-ci ildə Mansırova (Karagüllü) X8 Respublikası vətəndaşı ilə nikaha girmiş, bundan sonra yaşamaq üçün Türkiyə Respublikasına getmişdir. Həmin vaxtdan sonra o, Mansırova (Karagüllü) Cəmilə Camal qızını görməmişdir. İş materiallarında olan xx.xx.1991-ci il tarixli, 5091 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. İşdə olan xx.xx.2025-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında xx.xx.1942-ci il təvəllüdlü X9 və xx.xx.1981-ci il təvəllüdlü X5 pasport qeydiyyatındadırlar. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-57/2-M-19516/2025 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinə etdiyi müraciətə aidiyyəti üzrə baxılmışdır. xx.xx.1981-ci il təvəllüdlü Mansırova (Karagüllü) Cəmilə Camal qızının ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaması «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. İşdə olan X6i, X7 və X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, İddiaçı qızı Mansırova (Karagüllü) Cəmilə Camal qızının ailə qurduqdan sonra təxminən 8 ildir ki, Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən 23 nömrəli evin 3 nömrəli mənzilində yaşamadığını öz imzaları ilə təsdiqləmişlər. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-2875/2024 nömrəli qərarından görünür ki,İddiaçı Gəncə şəhər Baş Polis İdarəsinə qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-38-33/2-3112/25 nömrəli məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Mansırova (Karagüllü) Cəmilə Camal qızı xx.xx.2018-ci il tarixdə ölkə sərhədlərindən çıxış etmişdir. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-1-4/2- 26/2025 nömrəli məktubdan görünür ki, Mansırova (Karagüllü) Cəmilə Camal qızının faktiki yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. İşdə olan olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci i tarixli, 3-21-3-33/2-10220/2025 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri 3-cü Dövlət notariat kontorunda xx.xx.1991-ci il tarixdə 4-288 reyestr nömrə ilə təsdiq edilmiş müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən mülk İddiaçı satılmış, ona xx.xx.1991-ci il tarixli, 5091 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Məhkəmə C.C.Mansırovanın (Karagüllünün) mübahisəli mənzildən istifadə ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilə qədər yarandığın nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddənin sonuncu hissəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mübahisəli mənzildən cavabdehin istifadə hüququnun itirilməsinə dair mübahisənin həll edilməsi hüquqi müəyyənlik prinsipi baxımından və iddiaçının yaşadığı mənzillə bağlı hüquqlarını həyata keçirməsinə yaranan məhdudiyyətin zəruri və əsaslı olub-olmaması baxımından əhəmiyyət kəsb edir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir və bununla bağlı ona xx.xx.1991-ci il tarixli, 5091 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin mənzildə xx.xx.1942-ci il təvəllüdlü X9 və xx.xx.1981-ci il təvəllüdlü X5 pasport qeydiyyatındadırlar. Cavabdeh Mansırova (Karagüllü) Cəmilə Camal qızı iddiaçının qızıdır və həmin mənzildə yaşamaqla, orada qeydiyyata alınmışdır. Cavabdeh Mansırova (Karagüllü) Cəmilə Camal qızı təxminən 2018-ci ildə ailə quraraq Türkiyə Respublikasına köçmüşdür və artıq 7 ildir ki, orada yaşayır. Cavabdehin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması onun özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşıyır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Mansırova (Karagüllü) Cəmilə Camal qızının Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən 23 nömrəli evin 3 nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-4700/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4700/2025
02.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver