Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4741/2023 07.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə kredit kimi götürdükləri 3500 manat və 4850 manat pulun 1/2 hissəsinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə yaşadıqları dövrdə əldə etdikləri 3500 manat və 4850 manat kreditin ümumi əmlak kimi 1/2 hissəsinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə 2019-cu il tarixdə ailə qurub, 2022-ci ildə boşanmışdırlar. Cavabdehlə birgə yaşadıqları dövrdə 2022-ci ildə "xxxx" ASC ilə kredit müqaviləsi bağlayıb illik 19,9 faiz olmaqla 48 aya 3500 manat pulu, həmçinin "xxxx" ASC-dən isə illik 21 faiz olmaqla xx.xx.2025-ci il tarixə kimi 4850 manat pulu kredit götürmüşdür. Həmin kredit məbləği birgə nikah dövründə götürülmüş və ümumi ehtiyaclar üçün xərclənmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsinə əsasən cavabdehlə nikahları pozulmuş, uşaq balaca olduğuna görə anasının yanında saxlanılmış, 150 manat aliment kəsilmişdir. Cavabdehlə razılaşmışlar ki, uşağın saxlanması üçün aliment tələb etməsin o, isə banka olan borcu ödəsin. Buna baxmayaraq cavabdeh ondan aliment tələb etməklə üstəlik bankdan götürdükləri borcun ödənilməsində ona köməklik etməmişdir. Belə olan halda, aliment ödəməklə eyni vaxtda banka olan borcun onun tərəfindən ödənilməsinə imkanı yoxdur. Cavabdeh özü də hal-hazırda işləyir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, kredit götürülən vaxt onlar birgə yaşamamışdırlar. xx.xx.2020-ci il təvəllüdlü qızının 1 yaşından etibarən iddiaçı ilə ayrı yaşamışdırlar. 2021-ci ilin avqust ayından etibarən evdən çıxmışdır. 2022-ci ildə iddiaçı kredit götürmüşdür. Həmin pulu iddiaçı özünə saç əkimi üçün xərcləmiş, maşın dəyişmiş, onun, yaxud da uşağın ehtiyacları üçün xərclənməmişdir. İddiaçı ilə ayrıldıqdan sonra uşaq onun himayəsində olmaqla anası ilə yaşamışdır, onun bütün ehtiyaclarını anası, xalası və nənəsi qarşılamışdır. İddiaçı aptekdə işlədiyi halda, uşağa dərman lazım olduqda belə alıb gətirməmiş, uşağın heç bir əziyyətini çəkməmişdir. 2022-ci ilin dekabrında nikahları rəsmi olaraq pozulmuşdur, aralarındakı münasibətlər kağız üzərində olmuş, formal xarakter daşımışdır. Bundan sonra arada bir evə gəlmiş, 1-2 gün qalmış, sonra atasıgilə qayıtmışdır. Kredit götürülərkən iddiaçı ilə banka getsə də həmin pulu iddiaçı özü üçün istifadə etmişdir. Əgər krediti özü götürsəydi, ödəməyə razıdır, ancaq həmin pulu iddiaçı götürmüş, özündə saxlamışdır. İddianın əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 91nkKPZ/22 nömrəli kredit müqaviləsinin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixinədək, illik 21% ödəmək şərtilə 4850 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, CL-EE000050865 nömrəli bank hesabının açılması və xidmət göstərilməsinə dair müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı 48 ay müddətinə, illik 19.9% ödəmək şərtilə 3500 manat məbləğində kredit verilmişdir. AZ-İ 450157 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-2863 qətnaməsinə əsasən pozulmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, kredit müqavilələri üzrə mübahisələndirilən 3500 manat və 4850 manat məbləğində kredit tərəflərin birgə nikah dövründə əldə olunmuşdur. Lakin tərəflər həmin kreditin ödənilməsi məsələsində qarşılıqlı razılığa gələ bilməmişlər. Belə ki, iddiaçı qeyd edilən kreditin birgə nikah dövründə alındığını əsas gətirərək, onun 1/2 hissəsinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir, cavabdeh isə iddia tələbini qəbul etməyərək sözügedən kredit məbləğinin birgə nikah dövründə əldə edilmədiyini, həmçinin onun və uşaqlarının ehtiyacları üçün yox, iddiaçının özü üçün xərcləndiyini əsas gətirərək iddia tələbinə etiraz etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib işdə olan sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ailə Məcəlləsinin 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusaya Məhkmsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. Həmin qərarda göstərilmişdir ki, Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir; Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ərarvadın birgə borclu olması halını aradan qaldırmır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının iddia etdiyi kredit onların birgə nikah dövrundə əldə edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin məbləğ üzərində tərəflərin payları müəyyən edilməklə kreditor qarşısında öhdəlikləri də paylarına mütənasib olaraq bölünməlidir. Belə olan halda məhkəmə hesab edir ki, nikahlarının pozulduğu xx.xx.2022-ci il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək ödəniş qrafikinə əsasən hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsi cavabdehə aid edilməklə cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh tərəfin öz etirazının əsası kimi göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillərin hüquqi əsası olmadığından iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ilə "xxxx" Kommersiya Bankı ASC arasında bağlanmış xx.xx.2022-ci iil tarixli, 91nkKPZ/22 nömrəli və "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL-EE000050865 nömrəli kredit müqavilələri üzrə İddiaçı ilə Cavabdeh arasında olan nikahın pozulduğu xx.xx.2022-ci il tarixdən kredit müqavilələrinin bitdiyi dövrədək ödəniş qrafiklərinə əsasən hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsi Cavabdeh aid edilməli və onun tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" Kommersiya Bankı ASC arasında bağlanmış xx.xx.2022-ci iil tarixli, 91nkKPZ/22 nömrəli və "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL- EE000050865 nömrəli kredit müqavilələri üzrə İddiaçı ilə Cavabdeh arasında olan nikahın pozulduğu andan yəni xx.xx.2022-ci il tarixdən kredit müqavilələrinin bitdiyi dövrədək ödəniş qrafiklərinə əsasən hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsi Cavabdeh aid edilsin və onun tərəfindən ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-4741/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4741/2023
07.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver