Məhkəmə qərarları › İş №2(125)-4773/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4773/2024

26.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4773/2024 26.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi, Vəkil və "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1na, "X2" Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Gəncə şəhəri 2 saylı Notariat ofisinə və "X2" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər 2 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-1678 və 8İ-1679 savlı İcra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X2” ASC ilə onun arasında bağlanmış ayrı-ayrı kredit müqavilələrinə əsasən 60000 (altmış min) və 45000 (qırx beş min) manat məbləğində kredit götürmüşdür, kreditin təminatı kimi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən yaşayış evi ipoteka ilə yüklü edilmişdir. O, krediti götürəndən sonra hər ay vaxtlı-vaxtında 5 ay ödənişlər etmişdir, sonradan ailə vəziyyəti ilə bağlı, anası əməliyyat olduğu üçün ödəniş edə bilməmişdir, bankın razılığı ilə gündəlik 10 gün hər gün 300 manat ödəmişdir ki, qrafikə düşsün və aylıq normal ödəniş sonradan bank ondan birdəfəlik 5000 manat tələb etmiş və bildirmişdir ki, yeni cədvəl açılacaq və həmin gecikdirilmiş ayların da üzərinə faiz gəlinəcək. Daha sonra bank ondan 27000 manat tələb etmiş və bildirmişdir ki, əks halda evi əlindən alacaqlar. O, maddi vəziyyətinin çətin olduğunu, yalnız gündəlik З00 manat ödəyə biləcəyini desə də ona bildirilmişdir ki, o, hələ gündəlik ödənişi dayandırsın. O, ona görə gündəlik ödənişi dayandırmışdır. Eyni zamanda da onun gündəlik ödədiyi pulların hamısını dəbbə pulu kimi çıxırdılar. Ona görə də ödənişi dayandırmış və bildirmişdir ki, məhkəməyə müraciət etsinlər, ya da o, özü müraciət edəcəkdir. Bank əməkdaşı ona bildirmişdir ki, bankın özü müraciət edəcək. Sonradan da ona məlum olmuşdur ki, Gəncə 2 saylı Notariat ofisinə müraciət edilmiş və notarius icra qeyd verərək kredit müqavilələri üzrə tutmanı onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə yönəldilmişdir. Qeyd etdiyi kimi o, kredit borcunu ödəməkdən yayınmamışdır. Bundan başqa bank qanunsuz və əsassız olaraq 45000 manat kreditə görə olan 3000 manat gecikmiş borcuna 2697.04 manat faiz borcu, 590.48 manat dəbbə pulu hesablamış, 50000 manat kreditə görə gecikmiş 2000 manat borca görə 1082.03 manat faiz, 82.20 manat dəbbə pulu hesablamışdır. Qeyd olunan mübahisə üzrə o, borcunu bu gündə ödəməkdən imtina etmir. Notariat orqanı bunları nəzərə almadan və araşdırmadan qanunsuz və əsassız olaraq icra qeydi vermişdir. Halbuki, “Notariat haqqında” Qanunun 76-cı maddəsində göstərilir ki, icra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır (göründüyü kimi icra qeydi borcun mübahisəsiz olduğu halda verib bilər. Hazırki mübahisədən isə görünür ki, o, 10 gün hər gün 300 manat ödəniş etdiyi halda bank həmin pulu çıxmamış, eyni zamanda krediti ilkin götürən vaxtdan sonra o, hər kredit üçün ayda 2000-3000 manat ödəmişdir). Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması ücün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Qanunun bu tələbinə baxmayaraq, tələbkar tərəfindən buna əməl edilməmiş, notariusa müraciət etməzdən əvvəl ona heç bir bildiriş göndəsilməmiş, ona heç bir məlumat verilməmişdir. Ona görə də Gəncə şəhər 2 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-1678 və 8İ-1679 saylı İcra qeydləri ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi, Vəkil iddia ərizəsinin məzmununda izahat verərək, icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən iddiaçının qanunun tələblərinə uyğun qaydada məlumatlandırılmadığını əsas göstərməklə, iddia tələbinin təmin edilməsini, aparılmış icra qeydinin ləğv edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən "xxxx" KB ASC-nin nümayəndəsi izahatında bildirmişdir ki, ipoteka saxlayan "xxxx" KB ASC ilə borc alan İddiaçı arasında xx.xx.2023cü il tarixli, 2071micKPZ/23-EM saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli, 2845micKPZ/23 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, xx.xx.2025-ci il tarixədək, illik 17% ödəmək şərtilə 45000 AZN məbləğində, xx.xx.2023-cü il tarixli, 2071micKPZ/23 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx.xx.2026-cı il tarixədək, illik 18% ödəmək şərtilə 60000 AZN məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində, ipoteka saxlayan "xxxx" KB ASC ilə Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanan xx.xx.2023-cü il tarixli, 3M-570 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Əttarlar küçəsi, ev 220 (yeni qaydalarla: AZ2001, Gəncə şəhəri, Mirhüseyn Seyidzadə küçəsi, ev 18) ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhəri 5 saylı Ərazi İdarəsində **********80-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu İddiaçı xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, 2845micKPZ/23 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 45000 AZN, faiz borcu üzrə 2697,04 AZN, cərimə borcu üzrə 590,48 AZN, cəmi 48287,52 AZN, xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, 2071micKPZ/23 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 50559,45 AZN, faiz borcu üzrə 1082,03 AZN, cərimə borcu üzrə 82,20 AZN, cəmi 51723,68 AZN məbləğində banka borcu yaranmışdır. xx.xx.2024-cü il tarixində İddiaçı qeydiyyat ünvanına ipoteka predmetinə tutumanın yönəldilməsinə dair bildirişlər göndərilmişdir. Qanunvericiliyin tələbinə əsasən 5 təqvim günü keçdikdən sonra bildiriş təqdim olunmuş sayılmışdır. Bundan əlavə, İddiaçı ipoteka müqaviləsində göstərilən elektron poçt ünvanına bildirişlər göndərilmişdir. xx.xx.2023-cü il tarixində isə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə ilə müraciət olunmuş və bildiriş qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.4-cü maddəsində açıq-aydın qeyd olunur ki, “Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: Tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə (Maddə 36.4.1) Tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda (Maddə 36.4.2) Göründüyü kimi, tutmanın yönəldilməsi prosedurunun davam edə bilməməsi üçün 2 (iki) hal nəzərdə tutulub ki, birinci hal ilə bağlı bank tərəfindən həmin müddətlərə tam riayət olunub, ikinci hal ilə bağlı isə ipoteka qoyan tərəfindən bildirişi aldıqdan sonra 21 gün müddətində nə şikayət edilib, nə də həmin bildiriş məhkəmə tərəfindən etibarsız hesab edilməyib. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36.1-ci maddəsində qeyd olunur ki, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsində isə göstərilmişdir ki, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Notariat hərəkətlərinin aparılması haqqında təlimatın 161-ci bəndinə əsasən, tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Göründüyü kimi, icra qeydi qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmışdır. Sonda iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh Gəncə 2 saylı Notariat ofisinə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını onun nümayəndəsi olan vəkili və cavabdeh "xxxx" KB ASC-nin nümayəndələrini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarında olan, "xxxx" KB ASC (bank) ilə İddiaçı (borcalan) arasında xx.xx.2023-cü il tarixli 2071micKPZ/23-EM saylı əsas kredit və bank hesabı müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli, 2845micKPZ/23 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, xx.xx.2025-ci il tarixədək, illik 17% ödəmək şərtilə 45000 AZN məbləğində, xx.xx.2023-cü il tarixli, 2071micKPZ/23 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx.xx.2026-cı il tarixədək, illik 18% ödəmək şərtilə 60000 AZN məbləğində kredit verilmiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilələrin bağlanması və müqavilələrdə əks olunun məbləğlərdə kreditin "xxxx" KB ASC tərəfindən İddiaçı verilməsi işin mübahisəsiz hallarıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı həmin kredit müqaviləsi üzrə bank qarşısında əsas kredit borcu üzrə 50559.45 manat, faiz borcu üzrə 1082.03 manat, cərimə borcu üzrə 82.20 manat olmaqla, cəmi 51723,68 manat məbləğində kredit borcu qalmışdır İş materiallarında olan "xxxx" KB ASC (kreditor-ipoteka saxlayan) ilə İddiaçı (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2071micİKPZ/23 reyestr nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyətində olan ünvan 2 ünvanında (Yeni Qaydalarla AZ 2001 ünvan 3 sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 128.4 kv.m olan fərdi yaşayış evi yuxarıda adı çəkilən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********80-10301 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ üzrə İddiaçı məxsus ünvan 2 ünvanında (Yeni Qaydalarla AZ 2001 ünvan 3 sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 128.4 kv.m olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli 2071micKPZ/23-EM saylı kredit müqaviləsi üzrə xx.xx.2023-xx.xx.2033 il müddətinə "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, "xxxx" KB ASC tərəfindən xx.xx.2024-cü il tarixli bildiriş tərtib edilərək, İddiaçı Bank qarşısında yaranmış borcun 20 gün müddətində ödənilməyəcəyi təqdirdə, öhdəliyin icrasını təmin etmək məqsədilə yaranmış borc məbləğinə dair notarius tərəfindən icra qeydinin aparılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan 195266 nömrəli, xx.xx.2024-cü il tarixli poçt zərfindən görünür ki, qeyd edilən bildiriş İddiaçı yaşadığı AZ 2001 Gəncə şəhəri, Mirhüseyn Seyidzadə küçəsi 18 ünvanına göndərilmiş, bildiriş xx.xx.2024-cü il tarixdə “ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. İş materiallarından görünür ki, "xxxx" KB ASC tərəfindən xx.xx.2024-cü il tarixli bildiriş tərtib edilərək, İddiaçı Bank qarşısında yaranmış borcun 20 gün müddətində ödənilməyəcəyi təqdirdə, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun başlanılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan 195250 nömrəli, xx.xx.2024-cü il tarixli poçt zərfindən görünür ki, qeyd edilən bildiriş İddiaçı yaşadığı Gəncə şəhəri, Mirhüseyn Seyidzadə küçəsi 18 ünvanına göndərilmiş, bildiriş xx.xx.2024-cü il tarixdə “ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. İş materiallarından görünür ki, "xxxx" KB ASC-nin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə “bildirişin qeydə alınmasına dair” ərizə ilə müraciəti əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş dövlət qeydiyyatı orqanında qeydə alınmışdır. Gəncə şəhər 2 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixli, 8İ-1678 nömrəli reyestrlə təsdiq olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi ilə ipoteka müqaviləsi üzrə ipoteka saxlayan "Unibank” KB ASC-nin tələbi ilə borc alan İddiaçı ipoteka qoyan İddiaçı məxsus, ipoteka predmeti olan ünvan 1 ünvanında(Yeni Qaydalarla AZ 2001 ünvan 3 sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 128.4 kv.m olan fərdi yaşayış evinə tutma yönəldilmişdir (öhdəliyi müəyyən edən 2845micKPZ/23 saylı əlavə kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 45000 manat, faiz borcu üzrə 2697.04 manat, cərimə borcu üzrə 590.48 manat olmaqla, cəmi tutulmalı məbləğ 48287.52 manat təşkil edir). Gəncə şəhər 2 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixli, 8İ-1679 nömrəli reyestrlə təsdiq olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi ilə ipoteka müqaviləsi üzrə ipoteka saxlayan "Unibank” KB ASC-nin tələbi ilə borc alan İddiaçı ipoteka qoyan İddiaçı məxsus, ipoteka predmeti olan ünvan 1 ünvanında(Yeni Qaydalarla AZ 2001 ünvan 3 sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 128.4 kv.m olan fərdi yaşayış evinə tutma yönəldilmişdir (öhdəliyi müəyyən edən 2071micKPZ/23 saylı əlavə kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 50559.45 manat, faiz borcu üzrə 1082.03 manat, cərimə borcu üzrə 82.20 manat olmaqla, cəmi tutulmalı məbləğ 51723,68 manat təşkil edir). Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə "xxxx" KB ASC xx.xx.2023-cü il tarixli, 2071micİKPZ/23 reyestr nömrəli ipoteka müqaviləsi, o cümlədən borcalan İddiaçı ilə bank arasında xx.xx.2023-cü il tarixli 2071micKPZ/23-EM əsas kredit müqaviləsinin çərçivəsində xx.xx.2023-cü il tarixli, 2845micKPZ/23 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, xx.xx.2025-ci il tarixədək, illik 17% ödəmək şərtilə 45000 AZN məbləğində, xx.xx.2023-cü il tarixli, 2071micKPZ/23 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx.xx.2026-cı il tarixədək, illik 18% ödəmək şərtilə 60000 AZN məbləğində kredit verilmiş, eyni zamanda sözügedən fərdi yaşayış evi iddiaçı tərəfindən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca icra etmədiyindən, bank qarşısında bir müqavilə üzrə 48287.52 manat, digər müqavilə üzrə isə 51723,68 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən xx.xx.2024-cü il tarixdə borcalana yaranmış borc öhdəliyini 20 gün müddətində icra etməyəcəyi təqdirdə icra qeydinin aparılması barədə bildiriş göndərilmiş, həmçinin bank tərəfindən ipoteka qoyana borc öhdəliyi icra edilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq bildirişi göndərilmişdir. Lakin borcalan və ipoteka qoyan tərəfindən verilmiş müddət ərzində borc öhdəliyi icra edilməmişdir. Bundan sonra "xxxx" KB ASC borcalanın kredit müqaviləsindən irəli gələn borcunun tutmanın ipoteka predmetinə yönəldilməklə ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Gəncə şəhər 2 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə müvafiq icra qeydləri verilmişdir. “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 15-ci hissəsinə əsasən, dövlət notariusu icra qeydləri aparır. Həmin Qanunun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Həmçinin, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 161-ci bəndində göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. “Notariat haqqında” qanunvericiliyin tələbinə uyğun olaraq, "xxxx" KB ASC icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı icra qeydinin aparılacağı barədə bildiriş göndərdikdən sonra icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı bank notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etmişdir. Qeyd edilən müddəalardan da göründüyü kimi, icra qeydinin verilməsi üçün qanunvericikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur. Belə ki, icra qeydinin verilməsi üçün ən vacib şərt borcun mübahisəsiz olmasıdır. Məhkəmə qeyd edir ki, "xxxx" KB ASC ilə İddiaçı oğlu arasında xx.xx.2023-cü il tarixli 2071micKPZ/23-EM əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2021ci il tarixli 007mk-1/21 saylı əlavə kredit müqaviləsinə əsasən İddiaçı müqavilənin qüvvədə olduğu müddət ərzində 50559.45 manat, faiz borcu üzrə 1082.03 manat, cərimə borcu üzrə 82.20 manat olmaqla, cəmi 51723,68 manat məbləğində ödəməli olması, habelə iddiaçının və cavabdehin nümayəndələrinin məhkəmə iclaslarında bu halı inkar etməməsi icra sənədində qeyd edilən borc məbləğinin mübahisəsiz olduğunu sübut edir. Başqa sözlə, iş materiallarından da məlum olur ki, icra qeydi verilən vaxt borcalan kredit müqaviləsi üzrə borcunu tam ödəməmişdir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, "xxxx" KB ASC icra qeydinə əsasən borcludan və ipoteka qoyandan 50559.45 manat, faiz borcu üzrə 1082.03 manat, cərimə borcu üzrə 82.20 manat olmaqla, cəmi 51723,68 manat borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Digər bir şərt isə tələbin Mülki Məcəllənin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddəti çərçivəsində irəli sürülməsidir ki, iş materiallarından da göründüyü kimi, müqavilə xx.xx.2023-cü il tarixdə 36 ay müddətinə bağlanmışdır ki, bu halda müqavilənin qüvvədə olma müddəti hələ başa çatmamış icra qeydi aparılmışdır. Bütün bunlarla yanaşı, məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunun mənasından da göründüyü kimi, tələbkarın borcluya icra qeydinin verilməsindən əvvəl bildiriş göndərməməsi icra qeydinin verilməsini istisna edən edən başlıca amildir. Yəni, bu məlumatın göndərilmədiyi halda icra qeydinin aparılması mümkün deyil. Tələbkar bu məlumatın göndərilməsi ilə bağlı üzərinə düşən vəzifəni icra etmiş, icra qeydinin verilməsi ilə bağlı müraciət etməzdən əvvəl borcalana, habelə ipoteka qoyana müvafiq məlumatı göndərmişdir, həmin bildirişlərin sözügedən ünvandan “ünvanda yaşamır” qeydi ilə geri qaytarılması tələbkarın qanunun tələbinə riayət etmədiyini göstərmir, yaxud da bu hal icra qeydinin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, aparılmış araşdırmalar nəticəsində icra qeydlərinin qanuni aparılmadığı işin faktiki halı kimi müəyyən edilməmişdir. Əksinə məhkəmədə tədqiq edilmiş sübutlar icra qeydlərinin qanunun tələblərinə tam əməl edilməklə aparıldığını təsdiq edir. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, icra qeydləri qanuni olduğundan ləğv edilə bilməz. Odur ki, iddia əsassız sayılmalı və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh1na və "X2" Açıq Səhmdar Cəmiyyətinə qarşı "icra qeydlərinin ləğv edilməsi" tələbinə dair iddia əsasız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar