Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4777/2023 14.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X3, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “paylı mülkiyyət hüququ üzrə payın əvəzində kompensasiya verilməsi, bu mümkün olmadığı təqdirdə isə açıq hərraca çıxarılaraq qeyriyaşayış sahəsinin satılması və əldə olunan gəlirin bölünməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “paylı mülkiyyət hüququ üzrə payın əvəzində kompensasiya verilməsi, bu mümkün olmadığı təqdirdə isə açıq hərraca çıxarılaraq qeyriyaşayış sahəsinin satılması və əldə olunan gəlirin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bərabər paylı mülkiyyət hüququ üzrə ona və cavabdehlərə məxsus olan Gəncə şəhəri, 28 may küçəsi ünvanda yerləşən qeyri-yaşayış sahəsinin payına əsasən 30000 manat məbləğdə kompensasiyanın cavabdehlərdən alınıb ona verilməsinə, bu mümkün olmadığı təqdirdə isə açıq hərraca çıxarılaraq qeyri-yaşayış sahəsinin satılması və əldə olunan gəlirin bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizə məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsinin qoşma hissəsində göstərilən sənədlərin əsli və ya notarial qaydada təsdiqlənmiş surəti əlavə edilmədən məhkəməyə müraciət olunmuşdur. Başqa sözlə, iddia ərizəsinə yalnız sənədlərin kserosurəti əlavə edilmişdir ki, bu cür sənəd mülki-prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Sənədin iddianın təmin edilməsində maraqlı olan iddiaçının özü tərəfindən təsdiq edilməsi MPM-in 89.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada təsdiq edilmə hesab edilə bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1 şəhəri, 28 may küçəsi, 58 ünvanında yerləşən Təmir Tikinti 4 saylı İstehsalat Təmiri tikinti sahəsini satın almışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MM-nin) 215.1-ci maddəsinə əsasən, Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası MM-nin 215.2-ci maddəsinə əsasən, Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 218.2-ci maddəsinə əsasən, Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payım istədiyi şəxsə sata bilər. Göründüyü kimi, qanunvericilik paylı mülkiyyətdə olan payın satıcısını öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış məqsədini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməli olmasını imperativ göstəriş kimi nəzərdə tutmuş və payın bildirişin göndərildiyi digər payçılar tərəfindən alınması üçün bildirişin verilməsindən 45 gün müddət müəyyən etmişdir. İddiaçı iddia ərizəsində cavabdehlərlə paylı mülkiyyətdə olan qeyri-yaşayış sahəsinə dair paylarının müəyyən edilmiş qaydada, yəni kompensasiya məbləğinin cavabdehlərə verilməsindən cavabdehlərin imtina etdiyini və əmlakın bölünməsi mümkün olmadığından həmin qeyri-yaşayış sahəsinin açıq hərracda satılaraq hər bir kəsin payına mütənasib qaydada əldə olunmuş pulun bölünməsini istədiyini bildirmişdir. Lakin, iş materiallarında həmin bildirişin paylı mülkiyyətçi olan cavabdehlərə göndərilməsini və ya ünvançılara təqdim edilməsini təsdiq edən sənəd-poçt göndərişi, təqdim olunma barədə xəbərnamə və s. sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmçinin, İddiaçı payın naturada bölgüsü aparılmadan birbaşa olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “paylı mülkiyyət hüququ üzrə payın əvəzində kompensasiya verilməsi, bu mümkün olmadığı təqdirdə isə açıq hərraca çıxarılaraq qeyri-yaşayış sahəsinin satılması və əldə olunan gəlirin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, qərar verdim: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “paylı mülkiyyət hüququ üzrə payın əvəzində kompensasiya verilməsi, bu mümkün olmadığı təqdirdə isə açıq hərraca çıxarılaraq qeyriyaşayış sahəsinin satılması və əldə olunan gəlirin bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə yazılı şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4777/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4777/2023
14.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver