Məhkəmə qərarları › İş №2(125)-4816/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4816/2024

02.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4816/2024 02.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 və üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı Notariat Ofisinə (üçüncü şəxs "xxxx" Kommersiya Bankı ASC) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı Notariat Ofisinə (üçüncü şəxs "xxxx" Kommersiya Bankı ASC) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X1 mülkiyyət hüququ əsasında ona məxsus ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi barədə Reyestrdə 8İ-5278 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydi aparılmışdır. Qeyd olunanları nəzərə alaraq, 8İ-5278 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək, mülki işin baxılmadan sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə2 mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Gəncə şəhəri 5 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdeh Gəncə şəhəri 5 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı Notariat Ofisinə (üçüncü şəxs "xxxx" Kommersiya Bankı ASC) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmalıdır. Həmçinin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı Notariat Ofisinə (üçüncü şəxs "xxxx" Kommersiya Bankı ASC) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar