Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-486/2025 28.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı, cavabdeh Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Səməd Vurğun küçəsi, ev 40 Yeni qaydalarla: AZ 2017, ünvan 1 ünvanında istifadədə olan 0.0208 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydə alınmışdır. Mülki işin materiallarında olan, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6639/2024 saylı qətnaməsinin surətindən müəyyən edilir ki, iddiaçı X1 iddiası təmin edilmiş, iddiaçı X2 və cavabdeh Qanuni nümayəndə arasında xx.xx.2011-ci il tarixdə Gəncə şəhər qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 98 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2011-ci il tarixdə anadan olmuş Cavabdeh3 və xx.xx.2012-ci il tarixdə anadan olmuş Cavabdeh2 anaları Qanuni nümayəndə yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan, DİN “ASAN” Gəncə tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanda xx.xx.1992-ci il tarixdə anadan olmuş Qanuni nümayəndə, xx.xx.2012-ci il tarixdə anadan olmuş Cavabdeh2 və xx.xx.2011-ci il tarixdə anadan olmuş Cavabdeh3 qeydiyyatdadırlar. İddia tələbi barədə məlumatlar; İddiaçı cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 və Cavabdeh3 ona məxsus olan Gəncə şəhəri, Səməd Vurğun küçəsi, 40 saylı fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Səməd Vurğun küçəsi, 40 saylı ev mülkiyyət hüququ üzrə ona məxsusdur. Qanuni nümayəndə onun sabiq gəlinidir. Digər Cavabdeh2 və Cavabdeh3 isə nəvələridir. Onlar ona məxsus evdə yaşamırlar. Formal olaraq qeydiyyatda dururlar. Belə ki, oğlu X3 ilə Qanuni nümayəndə 2008-ci ildə ailə həyatı qurmuşlar və uzun müddətdir ki, faktiki ayrılmışlar. Qanuni nümayəndə uşaqlarını götürüb daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. O, mülkiyyətində olan evdən cavabdehləri qeydiyyatdan çıxarmaq üçün Polis İdarəsinə müraciət etmiş, lakin rəsmi olaraq ona imtina edilmişdir. Qanuni nümayəndə onun ailə üzvü deyildir, nə də onun onunla notarial qaydada kontraktı yoxdur. Uşaqlar isə azyaşlı olmaqla anaları ilə birlikdə yaşayırlar. Cavabdehlər faktiki olaraq onun evində yaşamasalar da, formal olaraq qeydiyyatda durmaları onun kommunal xidmətlərə görə əlavə pul ödəməyinə səbəb olur. Onun maddi imkanı yol vermir ki, əlavə kommunal xərclər ödəsin. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları; Məhkəmədə iştirak edən İddiaçı irəli sürdüyü iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iştirak edən cavabdeh Qanuni nümayəndə izahatında bildirmişdir ki, əvvəllər həmin ünvanda keçmiş həyat yoldaşı X2 ilə o və uşaqları yaşamışlar. Daha sonra Ruslanın atası da həmin evə köçmüşdür. Bu səbəbdən də o həmin evdə yaşaqdan imtina etmiş və uşaqları ilə birlikdə atasının evinə köçmüşdür. Hazırki vəziyyətdə həmin evə qayıtmaq fikri də yoxdur. Sonda cavabdeh məhkəməyə bildirmişdir ki, iddianın təmin olunmasına etirazı yoxdur. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan materialları nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla işin faktiki halları kimi müəyyən olunur ki, cavabdeh Qanuni nümayəndə iddiaçının oğlu X2 ilə ailə quraraq, iddiaçının mülkiyyətində olan mənzilə gəlin kimi köçmüş və onlar 2011-ci ildə rəsmi nikah bağlamışlar. Cavabdeh Qanuni nümayəndə iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Səməd Vurğun küçəsi, ev 40 Yeni qaydalarla: AZ 2017, ünvan 1 ünvanında yaşamaqla, yaşayış yeri üzrə həmin ünvana qeydiyyata alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6639/2024 saylı qətnaməsi ilə iddiaçı X1 iddiası təmin edilmiş, iddiaçı X2 və cavabdeh Qanuni nümayəndə arasında xx.xx.2011-ci il tarixdə başlanmış nikahın pozulması, xx.xx.2011-ci il tarixdə anadan olmuş Cavabdeh3 və xx.xx.2012-ci il tarixdə anadan olmuş Cavabdeh2 anaları Qanuni nümayəndə yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Hazırda Qanuni nümayəndə həmin mənzildən yaşayış sahəsi kimi istifadə etmir, xx.xx.2011-ci il tarixdə anadan olmuş Cavabdeh3 və xx.xx.2012-ci il tarixdə anadan olmuş Cavabdeh2 ilə birlikdə başqa yaşayış ünvanına köçmüşdür. Məhkəmədə izahat verərkən cavabdeh yenidən iddiaçının mülkiyyətində olan evə geri qayıtmaq niyyətinin də olmadığını bildirmişdir. Digər cavabdehlər isə yetkinlik yaşına çatmayan uşaqlardır. Məhkəmədə onlar qanuni nümayəndələri-anaları ilə təmsil olunmuşlar. Onların iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə etmək hüquqları Qanuni nümayəndə həmin mənzilə olan istifadə hüquqlarından əmələ gələn hüquqlardır və hazırki vəziyyətdə onların da ehtiyaclarının olmadığı müəyyən olduğundan həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə əsaən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair 22 yanvar 2015-ci il tarixli qərardadında qeyd edilir ki, “nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi).” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.6-cı maddəsinə əsasən, əgər ixtiyarı verilmiş daşınmaz əşya üçün servituta hər cür maraq itmişdirsə, yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi ona xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, “qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsi ilə nəzərdə tutulmuşdur ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, işin araşdırılması nəticəsində cavabdeh tərəfin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadəsinə ehtiyacının olmadığı işin faktiki halları kimi müəyyən edilir. Həmçinin, cavabdeh ona qarşı irəli sürülən iddiaya etiraz etmir Ona görə də məhkəmə hesab edir ki, irəli sürülən iddia qanuni əsaslıdır və buna görə də təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Səməd Vurğun küçəsi, 40 Yeni qaydalarla: AZ 2017, ünvan 1 ünvanlı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-486/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-486/2025
28.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver