Məhkəmə qərarları › İş №2(125)-4925/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4925/2024

10.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4925/2024 10.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus olan cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus olan cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncə şəhəri, Natəvan qəsəbəsi, 5-ci küçədə yerləşən mənzildən cehiz əşyalarının çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qardaşının keçmiş həyat yoldaşıdır. Qardaşı ilə Cavabdeh arasında olan rəsmi nikah Kəpəz rayon Məhkəməsinin 10 aprel 2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nigahlarından doğulmuş az yaşlı Emil və Səməngül adlı uşaqların anaları Cavabdeh yanında qalması qət edilmişdir. Cavabdeh keçmiş həyat yoldaşı X7 ilə 2013-cü ildə ailə quran zaman mübahisəli evin mərhum atası X3 məxsus hüquqi cəhətdən rəsmiləşdirməmiş Gəncə şəhəri Natəvan qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və valideynləri tərəfindən ona hədiyyə edilmiş cehiz əşyalarını həmin evə yerləşdirmişdir. Gəncə şəhəri Natəvan qəsəbəsində yerləşən fərdi yaşayış evində bir ay yaşadıqdan sonra ailə Rusiya Federasiyasina getmişdir. Tərəflərin ailə münasibətləri pozulduqdan sonra Cavabdeh 2016-cı ildə Rusiya Federasiyasından qayıtdıqdan sonra valideynlərinin yaşadığı evə getmiş və hazırda da valideynlərinin yanında yaşayır. O, gəlin köçərkən əri X4 valideynləri tərəfindən tikilmiş və ona heç bir aidiyyatı olmadan qanuni rəsmiləşdirilməmiş evdə yaşamışlar. Həmin mənzildə o (iddiaçı) və digər qardaşı ailə üzvləri ilə birlikdə yaşayır. Qardaşı Elmarın isə həmin evdə heç bir haqqı yoxdur. Çünki, qardaşı uzun müddətdir Rusiya Federasiyasında yaşayır. Cavabdeh cehiz əşyalarının otaqlarda yerləşməsi və oranı tam zəbt etməsi onların mənzillərində rahat yaşamalarına maneçilik törədir və kommunal sahələrdən istifadələri üçün problem yaşadır. Bu da bir mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdeh Gəncə şəhəri, Sədi küçəsi, ev 33, mənzil 4-də qeydiyyatdadır. DƏDRX-in 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən verilmiş və məhkəməyə təqdim olunmuş xx.xx.2018-ci il tarixli **********84 nömrəli məktubunda qeyd edilmişdir ki, mübahisəli Natəvan qəsəbəsində yerləşən mənzildə X4 adına əmlak qeydiyyatı olunmamışdır və orada qeydiyyata alınmamışdir. Qeyd olunanlara nəzərən Cavabdeh cehiz əşyalarının mənzildə olması və onun qardaşı X2 boşandığını və onlarla birgə yaşamasının qeyri mümkünlüyünü əsas tutaraq cehiz əşyalarının mənzillərindən çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Onu da qeyd etmişdir ki, cavahdehin iki evi var və onun evini əşyaları ilə zəbt etmişdir. Məhkəmədə İddiaçı iştirak etmiş və iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat vermiş və sonda iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmədə iştirak etmiş və izahatında bildirmişdir ki, o, həmin ünvana gəlin köçərkən ona ailəsi tərəfindən hədiyyə olunmuş cehiz əşyalarını gəlin getdiyi Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən mənzilə yerləşdirmişdir. Bir müddət orada yaşamış, sonra keçmiş həyat yoldaşı X7 ilə işləmək məqsədilə Rusiya Federasiyasına gedib qayıtmışlar. Həmin nikahdan iki uşaq anadan olmuşdur. Nikahları məhkəmə qətnaməsinə əsasən pozulmuş, birgə nikahdan olan uşaqların onun yanında qalması qət edilmişdir. Başqa yerdə yaşayış yerləri yoxdur. Həmçinin məhkəmə qətnaməsi əsasında onun uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. Həmin evə köçüb bir müddət yaşasa da, keçmiş qaynının da həmin ünvana köçməsi səbəbindən orada yaşaya bilməmiş, məcbur olub oradan çıxmışdır. Buna baxmayaraq, uşaqları həmin evdən müəyyən vaxtlarda istifadə edirlər. Ona görə də, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iştirak etmiş və iddianın əsassız olduğundan təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan materialları nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki işin materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(104)-2787/2019 saylı qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(043)-1065/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh X5 qarşı “evdən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiasının əsassız olduğundan təmin olunmaması, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(043)-1065/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(104)-2787/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(043)-1065/2019 saylı qətnaməsi qismən ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddiaçı Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü Emin və xx.xx.2016-cı il təvəllüdlü Səməngül adlı uşaqları ilə birlikdə cavabdeh X1 olan Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən evə köçürülməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsində göstərilmişdir ki, Cavabdeh X4 razılığı ilə həmin evə köçərək, onunla birlikdə birgə təsərrüfat idarə etmiş, özünə məxsus olan həmin əmlakı həmin evdə yerləşdirmiş, hazırda da, onun və uşaqlarını daimi yaşayış yeri həmin evdir. Bundan başqa, mülki işin materiallarına əlavə olunan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-234/2021 saylı mülki iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçının qardaşı X8 eyni tələblə əvvəllər Cavabdeh qarşı iddia qaldırmış, iddia əsassız sayılaraq rədd edilmişdir. Mülki işin materiallarına əlavə olunan, ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixlı Çıxarışın surətindən müəyyən edilir ki, yeni qaydalarla ünvan 1 ünvanlı fərdi yaşayış evi DƏDRX-də mülk kimi İddiaçı adına qeydə alınmışdır. Beləliklə, işin müəyyən edilən halları ondan ibarətdir ki, qanuni qüvvədə olan əvvəlki məhkəmə qətnaməsi ilə Cavabdeh və onun yanında yaşayan, yetkinlik yaşına çatmayan iki uşağının mübahisəli evə köçürülməsi qət edilmiş, hazırda da Cavabdeh və onun yanında yaşayan, yetkinlik yaşına çatmayan iki uşağının həmin evdən istifadə etmələrinə olan ehtiyaclarının aradan qalxması işin faktiki halı kimi müəyyən edilmir. Məhkəmə iddiaçının cavabdehə məxsus cehiz əşyalarının çıxarılması tələbinə dair iddiasına qiymət verərkən, ilk növbədə qeyd edir ki, iddiaçının həmin evin mülkiyyətçisi kimi, hazırki iddianı qaldırmağa subyektiv hüququ olsa da, iddia qanuni əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüququları, mülkiyyətçi olmasa da bu Məcəllədə göstərilən əsaslarla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəlləin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Həmin Məcəlləin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəlləin 158.3-cü maddəsinə əsasən, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, hazırki vəziyyətdə iddia təmin oluna bilməz. Belə ki, evdən çıxarılması iddia edilən əşyalar o zaman həmin evdən çıxarıla bilər ki, həmin əşyaların sahibinin (mülkiyyətçisinin) həmin ev barəsində heç bir hüququ olmasın. Hazırki vəziyyətdə isə həmin ev cavabdehin və onun yanında yaşayan, yetkinlik yaşına çatmayan iki uşağının istifadə etmək üçün köçürüldükləri yaşayış yeri hesab olunur. Əyşalar isə təyinatına görə yayayış sahəsindən adi istifadə üçün nəzərdə tutulan əşyalardır. İddiaçı isə əmlakın yeni mülkiyyətçisi olsa da, iddia ərizəsində də qeyd edildiyi kimi, mübahisəli ev onun atasına məxsus olan ev olmuş və iddiaçı həmin ev barəsində cavabdehin mövcud olan hüquqları barədə məlumatlı olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus olan cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar