Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4990/2023 25.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə şəhər Məhkəməsinin hakimi Səfərli Xədicə Əlicabbar qızı İddiaçı Cavabdeh qarşı iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət edilməmişdir, bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); həmin Məcəllənin 149.2.3cü maddəsinə əsasən isə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə, habelə məhkəmə icraatı barədə məlumatlandırmağa imkan verən məlumatlar göstərilməmiş, bununla yanaşı mülki işin ərazi aidiyyatı üzrə Gəncə Şəhər Məhkəməsində baxılmalı olmasına dair sübut ərizəyə əlavə edilməmişdir. Prosessual qənaət baxımından, elektron məhkəmə sisteminə verilmiş sorğulara alınmış cavablarda iddia ərizəsinin məzmununda cavabdehin ünvanı kimi göstərilmiş “Gəncə şəhəri, Cavadxan qəsəbəsi” ünvanında qeydiyyatda olan “Cavabdeh” adlı şəxs müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, cavabdehin rəsmi qeydə alındığı yerin Gəncə şəhəri olması və (ya) qanunla nəzərdə tutulmuş başqa hal(lar) sübuta yetirilmədiyindən iddia tələbinin ərazi aidiyyətinin müraciət edilən məhkəmə olmasını müəyyən etmək hazırkı halda mümkün deyil. Məhkəmə prosessual qənaət baxımından bildirir ki, yenidən məhkəməyə müraciət ediləcəyi halda, tələb dəqiqləşdirilməlidir. Belə ki, hazırkı iddia ərizəsiylə iddiaçı, Cavabdeh 1 (bir) il ərzində işini ləngidərək vurduğu maddi, mənəvi, cox ağır psixoloji, fiziki zərərə görə, dövlətin qaydaqanunlarını saymadığına görə qanun qarşısında cavab verməsini və layiqli cəzasının verilməsini xahiş etmişdir. Halbuki, hazırkı iddia ərizəsi həm işə mülki icraat qaydasında baxılmalı olubolmamasına, həm də müraciətə mülki icraat qaydasında baıxlacağı halda, cavabdehdən yerinə yetirilməməsi tələb edilənlərə dair aşkar qənaətə gəlməyə imkan vermir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehlərə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bundan başqa, dövlət rüsumunun ödənilməsini təsdiqləyən və ya belə ödənişdən iddiaçının azad olunmasını təsdiqləyən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Göstərilənlərə əsaslanaraq və Mülki-Prosessual Məcəllənin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-4990/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4990/2023
25.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver