Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4993/2023 16.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hаkim İmanov Zaman Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə, Üçüncü şəxs X3 və onun nümayəndəsi (vəkil) X12 (eyni zamanda digər üçüncü şəxs X5 vəkili), Üçüncü şəxs X5 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının X21 və Himayəçilik Komissiyası, üçüncü şəxslər X3 və X7 qarşı “Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısı Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyasının *7 yanvar 2*21-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiаçı İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının X21 və Himayəçilik Komissiyası, üçüncü şəxslər X3 və X7 qarşı “Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısı Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyasının *7 yanvar 2*21-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısı Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyasının 17 aprel 2*17-ci il təvəllüdlü X4 nənəsi X3 və əmisi X13 ilə ünsiyyətdə olması barədə Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısı Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyasının *7 yanvar 2*21-ci il tarixli qərarının ləğv edilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17 aprel 2*17-ci il təvəllüdlü X11 onun nəvəsidir. Onun valideynləri, yəni onun qızı və kürəkəni “44 Günlük” müharibə dövründə erməni terrorçularının Gəncə şəhərinə atdıqları raket nəticəsində şəhid olmuşlar. Gəncə şəhər Kəpəz rayon İHB-nin 16.12.2*2*-ci il tarixli, 115 saylı sərəncamı ilə uşağın qəyyumluğu ona verilmişdir. Bu hadisələrdən də əvvəl uşaq çox vaxt onların yanında qalmışdır. Yalnız faciədən bir neçə gün əvvəl valideynləri gəlib onu Gəncə şəhərinə, öz evlərinə aparmış və məlum hadisə baş vermişdir. Hadisədən sonra uşaq çox ciddi psixoloji sarsıntı keçirmiş və müxtəlif müalicələr almışdır. İlk vaxtlar uşağın iş üzrə üçüncü şəxslər olan, nənəsi X3 və əmisi X13 ilə görüşünə mane olmasa da, onlar uşağı apardıqdan sonra gec qaytarmağa, ya da ümumiyyətlə qaytarmamağa çalışmışlar. Hər dəfə uşaq onların yanına gəldikdən sonra, ağlayır, anasını axtarır, psixikası pozulurdu. Psixoloq belə bir şəraitin davam edəcəyi təqdirdə uşağa çox pis təsir edəcəyini bildirmişdir. Ona görə də onlardan xahiş etmişdir ki, uşaqla yalnız onların yanında görüşsünlər. Lakin, onlar bununla razılaşmayaraq, uşaqla ünsiyyət vaxtının müəyyən edilməsi üçün Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişlər. Komissiya isə öz növbəsində heç bir araşdırma aparmadan uşağın mənafeyini, sağlamlığını nəzərə almadan onlara 17 aprel 2*17-ci il təvəllüdlü X11 ilə payız və qış aylarında, hər həftənin cümə günləri saat 17:**-dan (gecələməklə) şənbə günləri saat 18:**-dək, yaz və yay aylarında hər həftənin cümə günləri saat 17:**-dan (gecələməklə) şənbə günləri saat 2*:**-dək onun iştirakı olmadan, sərbəst qaydada görüşüb ünsiyyətdə olmaları barədə *7 yanvar 2*21-ci il tarixli qərar qəbul etmişdir. Uşağın hələ körpə olmasını nəzərə alaraq, hər həftə özü də gecə qalmaq şərti ilə sutka ərzində, yaz və yay aylarında isə daha artıq müddət ərzində onların yanında qalması həddindən artıq çoxdur. Ona elə gəlir ki, uşaq həftədə bir dəfə 3 saat olmaqla, saat 15:**-dan 18:**dək onun iştirakı ilə nənəsi X3 ilə ünsiyyətdə olsa tamamilə yetərli olar. Belə ki, uşaq hər gün günorta saatlarında yatır. Əgər qərarda qeyd edilən saatlarda onlarla görüşərsə, onun istirahət etməsinə çox pis təsir göstərər və nəticədə uşaq daha ciddi psixoloji travma ala bilər. Həmçinin, uşağın hələ çox körpə olması və çox ciddi psixoloji sarsıntılar keçirməsi səbəbindən onunla ünsiyyət yalnız onun iştirakı ilə olmalıdır. Lakin, komissiya sözügedən qərarı qəbul edən zaman yuxarıda qeyd edilənlərə hər hansı bir əhəmiyyət verməmiş, nəticədə uşağın mənafeyinə zidd olan qanunsuz və əsassız bir qərar qəbul etmişdir. Birincisi ona görə ki, həmin qərar uşağın yaşayış yeri üzrə Samux rayon İHB Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilməli olduğu halda, hazırda ləğv edilmiş Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının Aparatı X17 yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası tərəfindən verilmişdir ki, bu da tamamilə qanunsuzdur. İkincisi, qərar verilən zaman komissiya tərəfindən hər hansı bir araşdırma aparılmamış, birtərəfli qaydada verilmişdir. Bu zaman o, qəyyum olaraq komissiyaya dəvət olunmamış, uşağın psixoloji vəziyyəti öyrənilməmişdir. Ona görə də hesab edir ki, həmin qərar qanunsuzdur. Üçüncüsü, bundan əvvəlki proseslərdə iş üzrə Samux rayon İHB Aparatı X17 Qəyyumluq və Himayəçilik komissiyasının rəyi alınmış və həmin rəydə X4 yalnız babasının yaşadığı mənzildə ünsiyyətdə olması məqsədə müvafiq hesab edilmiş və bu rəy əvvəlki qətnamələrdə öz əksini tapmışdır. Qeyd edilənlərdən də açıq-aydın görünür ki, komissiyanın sözügedən qərarı kifayət qədər qanunsuz və əsassızdır. Bu zaman nə uşağın mənafeyi, nə də işin faktiki halları nəzərə alınmamış, tərəflərin yaşayış tərzi, ailə daxili münasibətləri araşdırılmamışdır. Ona görə də sözügedən qərarın ləğv olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq izahatında bildirdi ki, ilk vaxtlar o, X22nin nənəsi Təzəgül və əmisi Xəyal ilə görüşüb-ünsiyyətdə olmalarına heç bir maneə yaratmamışdır. Lakin, daha sonra onlar bu vəziyyətdən sui-istifadə etməyə başlamış və müxtəlif bəhanələrlə uşağı qaytarmağı ləngitmiş, hətta vermək istəməmişlər. Bundan sonra nənə Təzəgül Şahnəzərova və əmi Xəyal Şahnəzərov uşaqla ünsiyyət məsələsinin həll edilməsi ilə əlaqədar olaraq Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişlər. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyası isə X22nin nənəsi Təzəgül Şahnəzərova və əmisi Xəyal Şahnəzərovla görüşüb-ünsiyyətdə olması ilə bağlı *7 yanvar 2*21-ci il tarixli qərarı qəbul edərkən mövcud vəziyyəti yetərincə araşdırmamışdır. Belə ki, X22 balacadır, nənəsi və əmisi ilə görüşdən gəldikdən sonra anasını axtarmağa, ağlamağa, qışqırmağa başlamış və psixologiyasında dəyişiklik baş vermişdir. Halbuki, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin Başçısının Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyası sözügedən qərarı qəbul edərkən bu halları nəzərə almamış, eyni zamanda uşağın qəyyumu olaraq onu Komissiyaya dəvət etməmişlər. Ümumiyyətlə, o, Xədicə adlı uşağın nənə və əmisi ilə görüşməsinə etiraz etmir. Lakin, düşünür ki, sözügedən qərarda qeyd edilən görüş müddəti həddən artıq çoxdur və qərarda göstərilən müddətlərdə görüşün baş tutması uşağa pis təsir göstərə bilər. Həmçinin Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin Başçısının Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən uşağın nənəsi və əmisi ilə görüşüb-ünsiyyətdə olması ilə bağlı vaxt müəyyən edildikdən sonra mütəmadi olaraq görüşmüşlər. O, uşağın nənə və əmisi ilə görüşüb ünsiyyətdə olmasına şərait yaratmağa hazırdır. Lakin, adı çəkilən qərarda göstərilən müddətlərdə deyil, daha az müddətdə və onun iştirakı ilə görüşüb-ünsiyyətdə olmalarına razıdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsinin məzmununa və iddiaçının göstərdiklərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X3 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, Xədicə Şahnəzərli onlarla görüşən zaman psixologiyasında heç bir dəyişiklik baş verməmiş, əksinə onların yanında qaldıqdan sonra iddiaçı olan babası İddiaçı yanına qayıtmaq istəməmişdir. O, nənədir və nəvəsi ilə görüşüb-ünsiyyətdə olmaq onun qanunla müəyyən edilən hüququdur. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyasının *7 yanvar 2*21-ci il tarixli qərarında göstərilən müddətlərdə nəvəsi Xədicə ilə görüşüb-ünsiyyət saxlayaraq, onun inkişafında, formalaşmasında və təlim-tərbiyəsində rol oynamağa çalışır. O, nəvəsi Xədicənin psixologiyasına heç cürə mənfi təsir göstərmir. Xədicə adlı uşaq onunla görüşən zaman tamamilə sevgi, qayğı və nəvaziş ilə əhatə olunmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X1 nümayəndəsi (vəkil) X23 (eyni zamanda digər üçüncü şəxs X5 vəkili) iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Samux Rayon Məhkəməsinin 2(*58)-242/2*21 nömrəli, 26 may 2*21-ci il tarixli qətnaməsi ilə, nənə Təzəgül Şahnəzərovaya və əmi Xəyal Şahnəzərova 1*.*4.2*17-ci il tarixdə anadan olmuş Xədicə adlı uşaq ilə hər həftənin bazar günləri saat 1*:**-18:** arasında ünsiyyətdə olmaq hüququnun verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(1*4)-3248/2*21 nömrəli, *1 noyabr 2*21-ci il qərardadı ilə, Təzəgül Şahnəzərova və Xəyal Şahnəzərov iddiadan imtina etdikləri üçün iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin dövr üçün Təzəgül və X1* adlı uşaqla görüşüb-ünsiyyətdə olmalarında heç bir problem olmadığı üçün iddia tələbindən imtina etmişlər. Lakin, daha sonra İddiaçı uşağın nənə və əmisi ilə görüşməsinə mane yaratdığı üçün onlar Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişlər. Komissiyanın *7 yanvar 2*21-ci il tarixli qərarında da uşağın nənəsi və əmisi ilə görüşüb-ünsiyyətdə olması üçün bütün zəruri hallar nəzərə alınaraq, qanunamüvafiq qaydada müddət müəyyən edilmişdir. Həmin qərarın ləğvi üçün heç bir əsas yoxdur. Uşaq nənəsi Təzəgül Şahnəzərova və əmisi Xəyal Şahnəzərov ilə görüşüb-ünsiyyət saxlamaq hüququna malikdir və bu hüquq adı çəkilən qərarda göstərilən müddətlərlə təmin edilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X13 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, əmi olaraq Xədicə adlı uşaqla görüşmək onun hüququdur. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyanın *7 yanvar 2*21-ci il tarixli qərarında göstərilən müddətdə Xədicə ilə vaxt keçirir, onun xoşbəxt, sağlam böyüməsi üçün əmi olaraq əlindən gələni etməyə çalışır. Xədicə ilə görüş zamanı onun psixologiyasına, sağlamlığına və mənəvi inkişafına mənfi təsir etməmiş, əksinə Xədicə onlarla görüşdükdən sonra iddiaçı olan babası İddiaçı yanına qayıtmaq istəməmişdir. Xədicə onlarla görüş zamanı özünü yaxşı hiss edir, gülüb-oynayır və onları çox istəyir. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyanın *7 yanvar 2*21-ci il tarixli qərarının ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. Həmin qərar qanunvericiliyin tələbləri və uşağın mənafeyi nəzərə alınmaqla, qəbul edilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının X21 və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə gəlməməsinin səbəblərinin üzrlü olması barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işə əlavə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: **52*6 nömrəli, *3.*6.2*21-ci il tarixli şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatı X17 yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın ərizəçi X3 nəvəsi 17 aprel 2*17-ci il təvəllüdlü X11 ilə ünsiyyət verilməsinə dair qərarının surətindən görünür ki, bu məsələ Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısı Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyasının *7.*1.2*21-ci il tarixli iclasında müzakirə edilmiş və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.2 və 62-ci maddələrini rəhbər tutaraq, nəvəsi 17 aprel 2*17-ci il təvəllüdlü X11 ilə payız və qış aylarında, hər həftənin cümə günləri saat 17:**-dan, (gecələməklə) şənbə günləri saat 18:**-dək, yaz və yay aylarında hər həftənin cümə günləri saat 17:**-dan (gecələməklə), şənbə günləri saat 2*:**-dək İddiaçı iştirakı olmadan, sərbəst qaydada da görüşüb ünsiyyətdə olması barədə qərar qəbul etmişdir. Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatı X17 Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın ərizəçi X13 nəvəsi 17 aprel 2*17-ci il təvəllüdlü X11 ilə ünsiyyət hüququnun verilməsinə dair qərarının surətindən görünür ki, bu məsələ Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyasının *7.*1.2*21-ci il tarixli iclasında müzakirə edilmiş və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.2 və 62-ci maddələrini rəhbər tutaraq, qardaşı qızı 17 aprel 2*17-ci il təvəllüdlü X11 ilə payız və qış aylarında, hər həftənin cümə günləri saat 17:**-dan, (gecələməklə) şənbə günləri saat 18:**-dək, yaz və yay aylarında hər həftənin cümə günləri saat 17:**-dan (gecələməklə), şənbə günləri saat 2*:**-dək İddiaçı iştirakı olmadan, sərbəst qayda da görüşüb ünsiyyətdə olması barədə qərar qəbul edilmişdir. Samux Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının Samux Rayon Məhkəməsinin 11.*3.2*21-ci il tarixli, 2(*58)-242/2*21 nömrəli mülki işə dair rəyinin surətindən görünür ki, komissiya 17.*4.2*17-ci il təvəllüdlü X4 yalnız babasının yaşadığı mənzildə əmisi və nənəsi ilə ünsiyyətdə olmasını məqsədə müvafiq hesab etmişdir. *6.11.2*2*-ci il tarixli müayinə aktının surətindən görünür ki, imza edənlər Samux rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzvləri RİHB-nin müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri – Qəyyumluq və Himayəçilik komissiyasının sədri Kəmalə Xəlilova, Samux Mərkəzi rayon Xəstəxanası publik hüquqi şəxsin direktoru İlham Həsənov, İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Fərid Rüstəmov və İHB-nin Seyidlər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Əsgərov Tacəddin həmin aktı Samux rayon Seyidlər kəndində yaşayan İddiaçı mənzil şəraitinin müayinəsinə dair tərtib etmişlər. Müayinə zamanı müəyyən olunmuşdur ki, İddiaçı ailəsi arvadı 1959-cu il təvəllüdlü X19 və oğlu 1998-ci il təvəllüdlü X14 ibarətdir. Daimi qaz, işıq, su və istilik sistemi ilə təmin olunmuş 3 otaqdan ibarət fərdi evdə yaşayırlar. Ailə fərdi təsərrüfatla məşğuldur. Ailə başçısı İddiaçı eyni zamanda fiziki şəxs kimi ərazi üzrə süd tədarükçüsü işləyir. 16 oktyabr 2*2*-ci il tarixdən 17 oktyabr 2*2*ci il tarixinə keçən gecədə Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərinə raket hücumu nəticəsində valideynlərini itirmiş 1*.*4.2*17-ci il təvəllüdlü X11 üçün evdə 24 m2 sahəsi olan otaq ayrılmışdır. Otaq uşağın rahatlığını tam təmin edən mebellər və uşaq oyuncaqları ilə təmin olunmuşdur. Şahnəzərli Xədicənin babasının qəyyumluğunda yaşaması üçün lazımi şərait vardır. 11 oktyabr 2*21-ci il tarixli, 121* nömrəli ünvan 1 ünvanında yaşayan X2 ünvanlanmış məktubun surətindən görünür ki, Şahnəzərli Xədicə ana babası İddiaçı qəyyumluğundadır və Samux rayon Seyidlər kəndində nənəsi-babası İlə birgə yaşayır. Ailə hər zaman Samux rayon İcra Hakimiyyəti başçısı X21 və Himayəçilik Komissiyasının nəzarətindədir. Komissiya tez-tez ailədə və Xədicənin təlim-tərbiyə aldığı Samux rayon Qarayeri 2 saylı körpələr evi-uşaq bağçasında olur, onunla mütəmadi olaraq maraqlanır. Bağçanın müdiri Xədicənin digər uşaqlarla yaxşı ünsiyyətdə olduğunu, məktəbəqədər təhsil müəssislərinə təmiz səliqəli gəldiyini bildirir. Komissiyanın üzvləri Xədicənin Gəncə hadisələri aldığı travmaya görə Seyidlər kəndində nənəsinin, babasının iştirakları ilə, ünsiyyətdə ola biləcəyini nəzərə çatdırmışdır. Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra hakimiyyəti Başçısının 115 nömrəli, 16 dekabr 2*2*-ci il tarixli sərəncamının surətindən görünür ki, İddiaçı nəvəsi 17.*4.2*17-ci il təvəllüdlü X6 qəyyum təyin edilməsi, sərəncamın icrasına nəzarət Gəncə Şəhər Kəpəz Rayon İcra hakimiyyəti başçısı Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-959/2*22 nömrəli, 15 noyabr 2*22-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdeh Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyətinə qarşı “qəyyum təyin edilməyə dair sərəncamın ləğv edilməsi” tələbi barədə iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin 2(*58)-242/2*21 nömrəli, 26 may 2*21-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, iddiaçılar X2 və X8 1*.*4.2*17-ci il tarixdə anadan olmuş X11 ilə hər həftənin bazar günləri saat 1*:**-18:** arasında ünsiyyətdə olmaq hüququnun verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(1*4)-3248/2*21 nömrəli, *1 noyabr 2*21-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçılar X3 və X5 cavabdeh İddiaçı (maraqlı şəxslər Gəncə şəhər Kəpəz rayon İHB Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyası və Samux rayon İHB yanında Qəyyumluq və Himayəçilik Komissiyası) qarşı uşaqla ünsiyyətdə olma tələbinə dair mülki iş üzrə iddiaçıların iddia tələbindən imtina etməsinin qəbul edilməsi və bu əsasa görə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Samux Rayon Məhkəməsinin 28 mart 2*23-cü il tarixli, 2(*58)-245/2*23 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X1 nənə kimi hüquqlarını həyata keçirməsini təmin etmək üçün 1* aprel 2*17-ci il təvəllüdlü X11 ilə təyin olunmuş görüşə qoyulan maneənin aradan qaldırılması və iddiaçı X1 1* aprel 2*17-ci il təvəllüdlü X11 ilə görüşüb ünsiyyətdə olmasına dair hüquqlarının təmin edilməsi qət edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı qızı və kürəkəni “44 Günlük” Vətən müharibəsi dövründə Erməni silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində şəhid olmuşlar. X9rın qızı olmaqla, Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra hakimiyyəti Başçısının 115 nömrəli, 16 dekabr 2*2*-ci il tarixli sərəncamına əsasən İddiaçı nəvəsi 17.*4.2*17-ci il təvəllüdlü X6 qəyyum təyin edilməsi, sərəncamın icrasına nəzarət Gəncə Şəhər Kəpəz Rayon İcra hakimiyyəti başçısı Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxslərdən X18 adlı uşağın ata nənəsi, Xəyal Şahnəzərov isə əmisidir. İddiaçı və üçüncü şəxslər arasında uşaqla görüşüb-ünsiyyətdə olma ilə bağlı əvvəllər narazılıq olmamış, daha sonra isə İddiaçı üçüncü şəxslər Təzəgül və X1* adlı uşağı qaytarmadıqlarını, uşağı qaytarmağı ləngitdiklərini əsas gətirərək, uşaqla onun iştirakı ilə görüşmələrini xahiş etmişdir. Üçüncü şəxslər X3 və X15 isə uşaqla ünsiyyət vaxtının müəyyən edilməsi məqsədi ilə Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyana müraciət etmişlər. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyanın *7 yanvar 2*21-ci il tarixli qərarı ilə ərizəçilər X3 və X5 17 aprel 2*17-ci il təvəllüdlü X11 ilə payız və qış aylarında, hər həftənin cümə günləri saat 17:**-dan, (gecələməklə) şənbə günləri saat 18:**-dək, yaz və yay aylarında hər həftənin cümə günləri saat 17:**-dan (gecələməklə), şənbə günləri saat 2*:**-dək İddiaçı iştirakı olmadan, sərbəst qayda da görüşüb ünsiyyətdə olmaları barədə qərar qəbul edilmişdir. Hal-hazırda İddiaçı sözügedən qərarın qanunsuz olaraq qəbul edildiyini əsaslanaraq ləğv edilməsini xahiş etmişdir. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının X21 və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Üçüncü şəxslər X3 və X15 isə iddia tələbini qəbul etmədiklərini bildirərək, rədd edilməsini xahiş etmişlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-ciı mаddəsinin Vİ bəndinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 5*.1-ci maddəsinə əsaəsən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. 62.3-cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. 62.4-cü maddəsinə əsasən məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. 114.1-ci maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, azyaşlı Xədicə Şahnəzərlinin nənəsi Təzəgül Şahnəzərova və əmisi Xəyal Şahnəzərov ilə ünsiyyətdə olması ilə bağlı Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyanın *7 yanvar 2*21-ci il tarixli qərarının ləğv edilməsi tələbinə qiymət verərkən azyaşlının valideynlərini “44 Günlük” Vətən müharibəsi dövründə itirməsi xüsusi olaraq qiymətləndirilməli, mübahisənin həlli zamanı bu xüsusat diqqətdə saxlanılmalıdır. Belə ki, valideynlərini itirmiş Xədicənin həyatında baş vermiş bu vəziyyət onun şübhəsiz ki, psixologiyasına mənfi təsir etmişdir. Bu baxımdan hər iki valideynini itirmiş Xədicə ondan kənarda yaşayan və müxtəlif vaxtlarda görüşən atasının anası (nənəsi) Təzəgül Şahnəzərova və əmisi Xəyal Şahnəzərov ilə ünsiyyətdə olan zaman atasını bir daha yad etməklə yanaşı, onlardan təsginlik alır ki, bu da ilk növbədə onun mənafeyi baxımından lazımlıdır. Bundan başqa iş materiallarında olan məhkəmə qətnamələrindən görünür ki, tərəflər arasında istər azyaşlı Xədicənin kimin qəyyumluğuna verilməsi, istərsə də həmin uşaqla ünsiyyətin təşkili ilə bağlı tərəflər arasında çoxsaylı məhkəmə mübahisəsi olmuşdur. Qeyd olunan bu mənzərə tərəflər arasında daha çox uşağın mənafeyini baxımından çıxış etmək məqsədi deyil, keçmiş qudalar arasında sonradan yaranmış mənfi münasibətin təzahürü görüntüsünü yarada bilər. Bu isə özü-özlüyündə məktəbli yaşa çatmış Xədicə Şahnəzərlinin nənə babalarına olan bağlılığına xələl gətirməsi ilə nəticələnər. Bu baxımdan tərəflər bu halı həmişə Xədicənin mənafeyi baxımından diqqətdə saxlamalı və bir-birilərinə münasibətdə güzəştə getməyi bacarmalıdırlar. Bundan başqa İddiaçı iddia ərizəsində göstərilən və məhkəmə iclasında verdiyi izahatında göstərilən xüsusatlarla bağlı, yəni X22nin ata nənəsi olan üçüncü şəxs Təzəgül Şahnəzərova və əmisi olan digər üçüncü şəxs Xəyal Şahnəzərovla görüşüb-ünsiyyətdə olması barədə Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyanın *7 yanvar 2*21-ci il tarixli qərarı ilə görüş üçün müəyyən edilən müddətlərin həddindən çox olması, hansı ki, həmin müddətlərdə Xədicə adlı uşağın nənəsi Təzəgül Şahnəzərova və əmisi Xəyal Nəzərov ilə görüşünün onun psixologiyasına, mənəvi və fiziki inkişafına mənfi təsir göstərdiyini, onun iştirakı ilə görüşün baş verməsini, adı çəkilən qərar qəbul edilən zaman uşağın qəyyumu olaraq onun komissiyaya dəvət edilməməsini əsas gətirərək ləğv edilməsini xahiş etmişdir. Bu halla bağlı məhkəmə qeyd edir ki, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyanın *7 yanvar 2*21-ci il tarixli qərarı ilə ünsiyyət üçün müəyyən edilən müddətlərin çox olması, bununla da Xədicə adlı uşağın nənəsi və əmisi ilə görüşünün ona mənfi təsir göstərməsi, psixi və fiziki inkişafına, sağlamlığına zərər vurması barədə hər hansı zəruri sübutlar İddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda uşağın qəyyumu olsa belə, İddiaçı iştirakı olmadan da müvafiq icra hakimiyyəti orqanı tərəfindən digər qohumlarla ünsiyyət məsələsi həll edilən zaman qanunvericiliyin tələbləri, eyni zamanda uşağın qanunla qorunan hüquq və mənafeləri nəzərə alınmaqla, onun Komissiyaya dəvət olunmasına zərurət yoxdur. Əksinə azyaşlı Xədicə Şahnəzərlinin həm ata, həm də ana qohumları ilə görüşübünsiyyətdə olması onun qanunla qorunan hüququdur. Bu baxımdan İddiaçı Xədicə adlı uşağa münasibətdə üçüncü şəxslər X3 və X15 ilə eyni hüquqlara malikdir. Belə ki, azyaşlı Xədicənin də nənəsi və əmisi ilə vaxt keçirmək, onların tərbiyəsini almaq, onların qayğısından istifadə etmək və sair hüquqları vardır. Bu hüquqların həyata keçirməsi zamanı isə uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddətin müəyyən edilməsi yolverilməzdir. Xədicə adlı uşağın nənəsi Təzəgül Şahnəzərova və əmisi Xəyal Şahnəzərovla ünsiyyəti elə müəyyən edilməlidir ki, onlar qanunla nəzərdə tutulan hüquqlarını və vəzifələrini real və maneəsiz şəkildə həyata keçirə bilsinlər. Bu baxımdan İddiaçı uşağın əmisi və nənəsi ilə ünsiyyəti zamanı iştirakına ehtiyac yoxdur. Beləliklə, məhkəmə iclası zamanı da Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyanın *7 yanvar 2*21-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı hər hansı hal müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi əsassızdır və təmin edilməməlidir. Bundan başqa iddiaçı mübahisələndirilən qərarın əsassız olmasını göstərən dəlil kimi həmin qurumun hazırda ləğv olmasını qeyd etmişdir. Məhkəmə iddiaçı tərəfin göstərmiş olduğu həmin hala da qiymət verərək qeyd edir ki, hazırda Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin ləğv olunması və onun səlahiyyətlərinin Gəncə Şəhər İcra Hakimiyyətinə verilməsi mübahisələndirilən qərarın qəbul olunmasından xeyli müddət sonra baş verdiyindən həmin orqan tərəfindən qeyd edilən qərarın qəbul olunması onun səlahiyyəti daxilində olmaqla məhkəmə iclasında həmin qərarın legitimliyini şübhə altına alan əsaslar da mövcud olmamışdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 8*-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 1*6.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmənin qənaətinə əsasən İddiаçı İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının X21 və Himayəçilik Komissiyası, üçüncü şəxslər X3 və X7 qarşı “Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısı Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyasının *7 yanvar 2*21-ci il tarixli qərarının ləğv edilməs” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 357 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiаçı İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının X21 və Himayəçilik Komissiyası, üçüncü şəxslər X3 və X7 qarşı “Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısı Aparatı X17 Qəyyumluq və Himayəçilik Komissiyasının *7 yanvar 2*21-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4993/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4993/2023
16.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver