Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5149/2024 27.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı minik avtomobilinə gələn cərimənin cavabdehin üzərinə qoyulması və bu səbəbdən kəsilmiş əmək haqqının bərpası tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ƏN-Vİ 735820 nömrəli etibarnamə əsasında cavabdehin mülkiyyətində və istifadəsində olan, 2010-cu ildə istehsal edilmiş 21074 markalı, 99XC231 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ ona verilsə də, minik avtomobilinə gələn cərimənin cavabdehin üzərinə qoyulması və bu səbəbdən kəsilmiş əmək haqqının bərpasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh olan oğlunun mülkiyyətində olan avtomobilə dair yol hərəkəti qaydalarının pozulmasına dair cərimələrin onun əmək haqqından tutulmasına dair rəsmi sənəd daxil olmuş, bir il müddətində əmək haqqından hər ay olmaqla 120 manat tutulması qərarına gəlinmişdir. Cavabdeh oğlu mülkiyyətində olan avtomobili idarə etmək üçün ona etibarnamə versə də, sutkanın 24 saatı avtomobili oğlu idarə etmişdir. Məhkəmə iddiaçının göstərdiyi dəlillərlə bağlı qeyd edir ki, iddiaçının yol hərəkəti qaydalarının onun tərəfindən pozulmadığı və ya hər hansı inzibati xətanın onun tərəfindən törədilmədiyi halda inzibati tənbeh tətbiq edən orqana (X4) müraciət etməklə hüquqlarının pozulmasını aradan qaldırmaq imkanı olduğu halda məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı minik avtomobilinə gələn cərimənin cavabdehin üzərinə qoyulması və bu səbəbdən kəsilmiş əmək haqqının bərpası tələbinə dair iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya inzibati tənbeh haqqında qərar qəbul edən orqana (X4) müraciət etməsi izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı minik avtomobilinə gələn cərimənin cavabdehin üzərinə qoyulması və bu səbəbdən kəsilmiş əmək haqqının bərpası tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-5149/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5149/2024
27.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver